Azəri
Friday 19th of April 2024
0
نفر 0

İnfaq (Allah yolunda xərc etmək) onu azaltmaz

İnfaq (Allah yolunda xərc etmək) onu azaltmaz

İmam Əli (ə): Hər bir şey infaq etməklə azalır, amma elm azalmır. [1]

İmanın kamalı

İmam Əli (ə): Hər kəsdə üç xüsusiyyət olarsa imanı kamil olar: Ağıl, səbr və elm.[2]

Əməllərin şərti

Peyğəmbəri əkrəm (s): Əgər bir şəxs elmi olmadan hər hansı bir işə əl vurarsa onu islah etmək əvəzinə xarab edər.[3]

İmam Sadiq (ə): Bəsirətsiz əməl edən şəxs yolunu əksinə gedən şəxsə bənzər, hər nə qədər sürətli gedərsə, öz məqsədindən bir o qədər uzaqlaşar.[4]

Sonsuz

Quran

"Hər biləndən üstün bir bilən də vardır!"[5]

Hədis

İmam Əli (ə): İki şeyin sonuna yetişmək olmaz: Elm və ağıl[6]

İmam Əli (ə): Hər kəs iddia edə ki, elmin sonuna yetişmişdir, öz sonsuz nadanlığını aşkar etmişdir.[7]

Üçüncü fəsil: Elmin təsirləri

İman

Quran

"Və elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!"

Hədis

İmam Əli (ə): İman və elm iki qardaş və iki dosturlar və heç vaxt biri-birindən ayrılmazlar.[8]

Qorxu

Quran

"Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar)."[9]

Hədis

Peyğəmbər- əkrəm (s) Əbuzərə etdiyi vəsiyyətində belə buyurmuşdur:

Ey Əbuzər! Əgər bir şəxsə elm verilə o Allah qorxusundan ağlamaya, ona faydasız elm verilmişdir, çünki Allah alimləri (Quranda) vəsf etmiş və buyurmuşdur:

"Ya Rəsulum, müşriklərə) de: "İstər (Qurana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab əhli) yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar.

Və: "Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin (möminlərə mükafat, kafirlərə əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir!" - deyərlərOnlar üzüstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar."[10]

İmam Əli (ə): Əgər insanın elmi artarsa, onun ədəbi (əxlaqı) çoxalar və Allahdan olan qorxusu şiddətlənər.[11]

Əməl

İmam Əli (ə): Yaxşı əməl elmin nəticəsidir[12].

İmam Əli (ə): Sitayiş etmək (Allaha ibadət etmək) elmin səmərəsidir.[13]

İmam Sadiq (ə): Elm Əməllə birgədir. Hər kəs bilirsə deməli o, əməl də edir, hər kəs əməl edirsə, deməli o, bilir. (çünki) elm insanı əmələ tərəf sövq etdirir, əgər insan öz elminə əməl edərsə, bu çox yaxşıdır, amma əməl etməzsə elm ondan uzaqlaşar.[14]

İslah olmaq

İmam Əli (ə): Hər nə qədər insanın elmi çoxalarsa, bir o qədər öz ruhuna diqqətli olar və onu islah etmək üçün çalışar.[15]

İmam Əli (ə): Əyrilik elmlə düzələr.[16]

 



[1] - Ğürərul- hikəm, hədis 6888

[2] - Ğürərul- hikəm, hədis 4658

[3] - Kafi, cild 1, səh 44, hədis 3

[4] - Kafi, cild 1, səh 43, hədis 1

[5] - Yusif surəsi, ayə 76

[6] - Ğürərul- hikəm, hədis 5768

[7] - Ğürərul- hikəm, hədis 9193

[8] - Ğürərul- hikəm, hədis 1786

[9] - Fatir surəsi, ayə 28

[10] - İsra surəsi, ayə 109. Məkarimul- əxlaq, cild 2, səh 367, hədis 2661

[11] - Ğürərul- hikəm, hədis 4174

[12] - Ğürərul- hikəm, hədis 4600

[13] - Ğürərul- hikəm, hədis 6357

[14] - Kafi, cild 1, səh 44, hədis 2

[15] - Ğürərul- hikəm, hədis 7204

[16] - Ğürərul- hikəm, hədis 4234

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment