Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Ehramın şərtləri

Ehramın şərtləri

Ehram bağlayan zaman üç şey vacibdir:

1.      Niyyət. Təməttö ümrəsi üçün ehram bağlamaq istədikdə təməttö ümrəsinin niyyətini etməlidir.

Məsələ 1. Ümrə, həcc və onun əməlləri  ibadət olduğu üçün mükəlləf onları xalis niyyətlə - Allah-Təalaya itaət olaraq – yerinə yetirməli və ehramı batil edən şeyləri əncam verməyi qəsd etməməlidir.

 

2.      Təlbiyə. Yəni “ləbbeyk” demək. Təlbiyə olaraq bunları demək kifayətdir:

Ləbbeykə Allahummə ləbbeyk. Ləbbeykə la şərikə ləkə ləbbeyk.

Əgər bunları deməklə kifəyətlənərsə, möhrim olar və ehramı da səhihdir. Bu dörd “ləbbeyk”-i qeyd olunan şəkildə dedikdən sonra, ehtiyata əsasən, bunları da demək müs‌təhəbdir:

İnnəl-həmdə vən-nimətə ləkə vəl-mulk la şərikə ləkə ləbbeyk.

Məsələ 1. “Ləbbeyk”-i bir dəfədən çox demək vacib deyildir.

Məsələ 2. Vacib miqatlardakı “ləbbeyk”-i öyrənə bilməsə və ya öyrənməyə vaxtı olmasa və başqasının dediyi “ləbbeyk”-i də təkrar edə bilməsə, bacardığı qədər deməli və ehtiyata əsasən, naib də tutmalıdır.

Məsələ 3. Təməttö ümrəsinin təlbiyəsini Məkkə evləri görünən zaman, həcc təlbiyəsini isə Ərəfə günü günorta olduqda dayandırmaq lazımdır.

 

3.      Kişilər “lonk” və “rida” deyilən iki ehram paltarını çiyinlərinə atmalıdırlar.

Məsələ 1. Vacib ehtiyata əsasən, bi iki geyimi ehram niyyətini etməzdən və təlbiyə deməzdən qabaq geyinməlidir. Amma əgər təlbiyədən sonra geyinərsə, müstəhəb ehtiyata əsasən,  təlbiyəni yenidən deməlidir.

Məsələ 2. Lonkun dizi və göbəyi örtməsi vacib deyildir. Adi halda olması kifayətdir.

Məsələ 3. Vacib ehtiyata əsasən, ehram paltarı geyinərkən niyyət edib Allahın əmr və itaətini qəsd etməlidir.

Məsələ 4. Bu iki paltarın namazın səhih olduğu geyimlərdən olması şərtdir. Belə ki, ipəkdən, əti yeyilməyən heyvanların dərilərindən hazırlanmış paltarlar və namazda bağış-lanmayan nəcisli paltarlar kifayət deyildir. Vacibdir ki, lonk bədəni göstərəcək dərəcədə nazik olmasın.

Məsələ 5. Qadının ehram paltarı xalis ipəkdən olmamalıdır.

Məsələ 6. Yuxarıda qeyd olunan iki ehram paltarı kişiyə məxsusdur. Amma qadın – istər tikili olsun, istər olmasın – öz paltarında (hər nə cür olursa-olsun) ehram niyyəti edə bilər. Deyildiyi kimi yalnız xalis ipəkdən olmamalıdır.

Məsələ 7. Xalq arasında paltar deyildiyi təqdirdə, ehram geyiminin dəridən, yaxud neylondan və ya bunlara oxşayan başqa şeylərdən ibarət olmasının eybi yoxdur.

Məsələ 8. Ehram paltarının toxunulmuş olması vacib deyildir. Paltar deyildiyi və adi şəkildə olduğu təqdirdə, keçə kimi şeylərdən olmasının da eybi yoxdur.

Məsələ 9. Əgər kişi ehram paltarı geyinərkən bilərəkdən və qəsdən tikilmiş paltarını soyunmasa, onun ehramı işkallıdır.

Məsələ 10. Ehram paltarında ridanı boyuna sarımaq caiz deyil, amma düyünləməyin və ona oxşar işlərin eybi yoxdur.

 

 

Ehrama aid olan müxtəlif məsələlər

 

Məsələ 1. Dəli mükəlləf deyildir və ona ehram geyinmək vacib deyildir. Əgər ehramsız Məkkəyə daxil olsa, eybi yoxdur.

Məsələ 2. Həcc əməllərini yerinə yetirən bir şəxs əgər təlbiyəni səhv desə, əməlləri səhih deyildir. Amma əgər qəsdən səhv deməmişdirsə, unudaraq və ya bilməməzlik üzündən olmuşdursa, əməlinin səhih olma ehtimalı vardır.

Məsələ 3. Əgər bir şəxs təlbiyəni səhv desə və iki vüqufu yerinə yetirdikdən sonra, hələ həcc əməllərini tamamlamadan qabaq ehramının səhih olmadığını başa düşsə və yaxud səhvini düzəltdiyi vaxtdan sonra başa düşsə, əməlinin səhih olma ehtimalı vardır. Amma vacib ehtiyata əsasən, bu həcclə kifayətlənməməlidir.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment