Azəri
Friday 19th of April 2024
0
نفر 0

Yaşayışın sonuna nikbin baxış.

2. Yaşayışın sonuna nikbin baxış.

Möminin məada və axirət aləminə olan imanı, ölümdən qorxmamağa və yaşayışın sonuna nikbin baxmağa səbəb olur. Mömin insan inanır ki, ölməklə məhv olmur, əksinə bu aləmdən gözəl və əbədi axirət aləminə köçür. Mömin dünyanı axirətin tarlası bilir. Onun baxışında, bu aləm əbədi axirət səadətini əldə etmək ləyaqətini qazanmaq üçün çalışmaq və insani fəzilətləri çiçəkləndirmək yeridir. Mömin insan dünyanı saleh əməllər uğrunda yarış meydanı və Allaha iman əsasında yerinə yetirilən saleh əməlləri mənəvi təkamül vasitəsi bilir. Əməllərinin ən kiçiyinin belə nəticəsiz qalmayacağına və axirət aləmində əməllərinin tam şəkildə mükafat və avabına çatacağına əmindir. Mömin nəinki ölümdən qorxmur, hətta Allah yolunda olan ölümü, cihadı və şəhadəti böyük bir nemət bilir və çox böyük bir şövqlə köksünü onlara açır ki, mehriban Allahın mərhəmətinə qovuşub xeyirxah insanlarla birgə gözəl və əbədi axirət yaşayışını davam etdirsin.

 Möminin baxışında, dünya həyatı puç və hədəfsiz deyil, əksinə axirət səadətinə nail olmaq üçün hazırlıq əldə etmək və ruhu paklaşdırmaq mərhələsidir. Elə bu səbəbə görə tam nikbinlik və həvəslə nəfsini paklamağa çalışır, yaxşı işlər yerinə yetirmək və xalqa xidmət etməklə özünü kamilləşdirir. Mömin insan xeyirxahlıq, sədaqət, əmanətdarlıq, Allahın yaratdıqlarına yaxşılıq, ədalətsevərlik, fədakarlıq və digər yaxşı işləri mənasız bilmir. Əksinə, inanır ki, bu işlərdən heç biri mükafatsız qalmayacaq və hamısının nəticəsini axirət aləmində görəcək.

Kafir necə? Görəsən həyatın sonuna nikbin baxırmı? Kafirin məada etiqadi yoxdur, buna görə də yaşayışın sonunu məhv olmaq və fəlakət bilir. O, yaşayışın puç və hədəfsiz olduğunu düşünür. Kafirin əqidəsinə görə, insanın yaşayışı yoxluqdan başlanır, inkişaf edir və uşaqlıq dövranını arxada qoyur. Gənclik çağında öz qüdrətinin uca zirvəsinə yetişir, amma təssüflər olsun ki, az bir müddətdən sonra bu güc-qüdrət tükənməyə başlayır. Zəiflik, gücsüzlük, xəstəlik və qocalıq bir-birinin ardınca gəlir. İnsan güc-qüdrətin uca zirvəsindən aşağıya tərəf gedir və enişə doğru tənəzzül edir. Bir müddət əziyyətlərə, işkəncələrə dözdükdən sonra axırda titrək qədəmlərlə yoxluq dərəsinə yuvarlanır. Puç olan bədəni daş-torpaq altında dəfn olunur. Necə də dəhşətli və dərdlidir? Puç bir yaşayış! Məgər yoxluqdan da dəhşətli bir şey varmı?

 Kafir qocalıq vaxtı görür ki, ömrünün başdan-başa olan bütün işləri əbəs və mənasız olmuşdur, çünki çalışıb qazandıqlarını kənara qoyub ölməlidir. Sizcə, bu cür yaşamağa nikbin baxmaq olarmı? Belə bir şəxs necə yaxşı işlər yerinə yetirə bilər? Kimin üçün? Hansı bir məqsədlə? Axirət mükafatına və cəzasına inanmadığı halda hansı bir ümidlə yaxşılıq edə bilər? Fədakarlıq və şəhadətin belə şəxslər üçün düzgün bir mənası ola bilərmi? Elə buna görə, kafir həmişə ölümdən qorxur və onun barəsində az da olsa belə düşünmək istəmir. Çünki hər an yoxluq hesab etdiyi ölüm barəsində düşünmək onun üçün yüzlərlə şallaq zərbəsindən daha dəhşətlidir.

3. Vəzifəni tanımaq.

İnsan həmişə müxtəlif məsələlər ilə (fərdi, ictimai, əxlaqi, siyasi və s.) qarşılaşdıqda onların qarşısında öz mövqeyini müəyyənləşdirməyə və münasib reaksiya göstərməyə məcburdur. Əgər din və əqidəsinə güclü imanı olsa, vəzifəsinin nədən ibarət olduğunu mənsub olduğu dindən görtürə bilər. Belə bir şəxsin vəzifəsi aydındır və heç bir şəkk-şübhəsi də yoxdur. Amma heç bir dinə və əqidəyə imanı olmasa, vəzifəsini yerinə yetirməkdə tərəddüd edəcək, həmişə o tərəfə by tərəfə gedərək çaşqın vəziyyətdə qalacaq.

 Mömin insan əsl bəndə olduğu üçün öz yolunu, hədəfini və müxtəlif məsələlər qarşısında tutacağı mövqeyini Allahdan və Onun peyğəmbərlərindən öyrənərək xüsusi bir proqram üzrə hərəkət edir. O hər hansı yeni bir hadisə ilə üzləşdikdə vəzifəsinin nədən ibarət olduğunu Allahın dinindən öyrənir və nikbinliklə, həvəslə öz vəzifəsini yerinə yetirir. Seçdiyi yola və hədəfə inandığı üçün vəzifəsini yerinə yetirməkdə fədakarlıq göstərir və böyük bir həvəslə Allah yolunda şəhid olmağa tələsir. Mömin insan özünü və bütün aləmi Allahın mülkü bilir. İnanır ki, uca Allah insanın xeyirxahlığını istədiyi üçün səadət proqramı olan dini, peyğəmbərlər vasitəsi ilə insanların ixtiyarında qoymuşdur. Mömin insan inanır ki, dinin hökmlərinə və qanunlarına itaət onu həqiqi bir səadətə çatıracaq. Özünü ixtiyarlı bilir və öz gələcəyi qarşısında məsuliyyət hiss edir. İnamla, şəksiz və şübhəsiz din məktəbindən öyrəndiyi vəzifəsinə əməl edir.

 Kafir necə? Haqqı qəbul etmədiyi və heç bir dinə inanmadığı üçün həmişə tərəddüd içində olur. Hansı bir yolu seçəcəyini və hansı yolla gedəcəyini bilmir. Öz nəfsi istəklərinin əsiri olur. O tərəfə bu tərəfə gedir və hər hansı bir yolu seçərkən, hər hansı bir işi başlayarkən qəti surətdə bilmir ki, bu iş onun xeyrinə, yaxud zərərinədir.Özünün həqiqi səadətini təmin etmək üçün aydın bir hədəf seçib onun ardınca gedə bilmir. Etimad olunası bir yola və hədəfə bağlı deyil ki, iztirab və nigaranlıqlardan canı qurtarsın. Elə buna görə hər gün bir tərəfə cəzb olunur və bu da onun çətinliklərlə üzləşməsinə səbəb olur. Vəzifəsinin nədən ibarət olduğunu peyğəmbərlərdən öyrənmədiyi üçün hər kəs onun çün vəzifə təyin edir. Allaha və Onun dininə təslim olmadığına görə başqa məktəblərə aldanır. İlahi peyğəmbərlərin və övliyaların rəhbərliyini qəbul etməyənlər yalançı, fırıldaqçı adamların tələsinə düşür.

4. Rahatlıq.

 Mömin insan, öz Allahını tanıdığı üçün Onun elminə, qüdrətinə, lütfünə və mehribançılığına tam surətdə inanır. Mehriban Allahı bütün varlıq aləminin sahibi bilir. Onun qüdrətinin və iradəsinin hər yerə nüfuz etdiyini görür. Allahı hər yerdən və hər bir şeydən xəbərdar bilir. Mömin insan inanır ki, Allah Öz bəndəsinin xeyrini və yaxşılığını istəyir. Rəhman və rəhimli Allah heç vaxt Öz fəzilətini bəndələrindən əsirgəmir. Elə buna görə qəlbi aramdır, nigarançılığı da yoxdur. Qəlbi Allahı xatırlamaqla həmişə Onunla ünsiyyətdədir. Mömin insan öz həyat gəmisini bütünlüklə Allaha apşırmış və inanır ki, Onun hidayəti ilə bütün burulğanların, dəhşətli dalğaların və tufanların arasından keçərək nicat tapacaq. Sonda öz məqsədinə və səadət sahilinə yetişəcək.
Mömin insan yaşamağın hədəfini və bu hədəfə nail olmaq yolunu tanımışdır və inanır ki, o yolu keçməklə son məqsədinə və əbədi sadətə yetişəcək. Odur ki dərin bir rahatlığa malikdir. Nə üçün də rahatlığı olmasın? Çünki onun elə bir Allaha etiqadı var ki, həmin Allah bütün xeyirlərin və yaxşılıqların mənbəyidir. Bəs nə üçün belə bir şəxsin iztirabı olmalıdır? O inanır ki, Allahının qeybi köməkləri ona şamil olur və heç vaxt tənha və köməksiz qalmayacaq.

 Kafir necə? Onun baxışında aləm və onda baş verən hadisələr təlatümlü, tufanlı bir dəniz kimidir ki, bəla, əziyyət və müsibət dalğaları hər tərəfdən ona hücum edir. Nə nicat gəmisi var, nə də ürəyi yanan nicat verən birisi. Aləmdəki hadisələr onun nəzərində hədəfsiz və bir-birinə yaddır. Kafir bu tufanlı dənizdə özünün gücsüz və pənahsız vəziyyətdə hər tərəfdən dalğaların hücumuna məruz qaldığını görür. Sanki yorulmuş bir üzgücüdür ki, ürəyi yanan və güclü bir xilaskar tanımır. O, hər bir dalğanın sıçrayışından titrəyir, eşitdiyi hər bir səsin düşmən səsi olduğunu düşünür, heç bir şeylə rahat və sakit olmur. Nə üçün? Çünki hamının tələf və həlak olacağını fikirləşir. Bəs belə bir şəxsin necə rahatlığı və sakitliyi ola bilər? Çünki onun qəlbinin dərinlikləri qəm-qüssə, nigarançılıq, düşmənçilik, kin-küdrət, laqeydlik və məhəbbətsizliklə, eləcə də xəstəlik, yoxsulluq, qocalıq və ölüm qorxusu ilə dolmuşdur. Kafir belə bir vəziyyətdə necə rahat ola bilər? Özü üçün bu aləmdə güclü və ürəyi yanan bir pənah yeri tapmamışdır ki, ona ürək bağlasın və bu vasitə ilə pərişan olan qəlbinə aramlıq bağışlasın.

Kafirin düzgün və sabit bir əqidəsi olmadığı üçün ardıcıl olaraq uğrunda çalışacağı düzgün və sabit bir hədəfi də yoxdur. O, öz vücudunu və aləmdə olan hadisələri mənasız və hədəfsiz hesab edir. Belə bir şəxs necə sabit və dəyərli bir hədəf seçə bilər? O, öz sonunu həlak və məhv olmaqda görür. Necə aram, sakit ola bilər. Kafirin axirət aləminə imanı olmadığı üçün öz gələcəyini qaranlıq görür. Ölümü xatırlamaqla öz-özünə titrəyir və həmişə iztirabda olur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR
Tİlavәt zamanı dİnlәmә vә sükut
QİRAƏT ZAMANI ARAMLIQ
Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir

 
user comment