Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

ALLAHITANIMA DƏRSLƏRİ

 

ALLAHITANIMA DƏRSLƏRİ -1

Dini və materialist dünyagörüşləri və hər birinin doğurduğu nəticələr

Mən kiməm, haradan gəlmişəm? Görəsən bu dünyaya öz-özünəmi gəlmişəm və öz-özünəmi də gedəcəyəm? Yoxsa başqa birisi məni buraya gətirmiş və elə o da məni aparacaq? Görəsən aqibətim necə olacaq və haraya gedəcəyəm? Yoxsa ölüm mənim sonum deməkdir? Ölümdən sonra həyatımı davam etdirə biləcəyim başqa bir aləm varmı? Bu əzəmətli aləm öz-özünəmi yaranmış, ya təsadüf nəticəsində vücuda gəlmiş və ya başqa birisi bu əzəmətli aləmi yaratmışdır?

 Bu kimi suallar hər bir ağıllı insanı, xüsusilə gənclik və yetkinlik yaşları çağında olan hər bir kəsi maraqlandırır. Hər kəs bu suallar üçün həqiqət axtarışında olan ruhunu qane edə biləcək bir şəkildə doğru-düzgün cavab tapmağa çalışır.

 Möminlər və kafirlər yuxarıda sadalanan suallara öz əqidələrinə uyğun olaraq cavab vermişlər ki, həmin cavabları burada qeyd edirik.

 Aləm möminlərin baxışında.

 Möminlərin fikrincə aləm bütöv, nizamlı və harmoniyalı bir məcmudur ki, öz-özünə vücuda gəlməmiş əksinə elm, qüdrət və hikmət sahibi olan biri onu yaradıb idarə edir. Aləm böyük, əzəmətli Allahın iradəsindən qaynaqlanan bir sıra dəqiq qanunlar və nizam əsasında qorunur və idarə olunur. Əgər ilahi kömək və lütf olmasaydı, bu gördüyümüz əzəmətdən əsər-əlamət qalmazdı. Möminlərin əqidəsinə görə heç bir şey məqsədsiz xəlq olunmamış və bütün varlıqlar

Allahın hikmətli iradəsindən vücuda gəlmişdir. Bizim üçün sadə və əhəmiyyətsiz, yaxud xoşagəlməz görünən hər hansı bir şey əslində müəyyən bir hədəfi izləməkdədir.

 Möminlərin nəzərində aləmin bütün varlıqları öz yaranmasında və qalmasında aləmlərin yaradıcısına ehtiyaclıdırlar.

Əgər Allahın lütfü olmasaydı, heç bir mövcud yaranmazdı və əgər Onun qayğısı olmasaydı, heç bir varlıq qalmazdı.

Buna əsasən mömin var olan hər bir məxluqu ulu Tanrının lütf, qüdrət və əzəmətinin nişanəsi bilir.

Yaşayışın sonu.

 Möminlərin baxışında ölüm yoxluq, məhv olma və yaşayışının sonu yox, əbədi axirətə köçmək və yeni bir həyatının başlanğıcıdır. Möminlərin əqidəsinə görə bu aləmdəki yaşayış puç və hədəfsiz deyil, əksinə axirət üçün ruhu tərbiyələndirmək və səfər azuqəsini əldə etmək üçün hazırlıq mərhələsidir. Mömin insan inanır ki, yaxşı əməl sahibi olan insanlar pis əməl sahibi olan insanlarla bərabər ola bilməzlər. Hər iki dəstə öz əməllərinin qarşılığını, şübhəsiz olaraq, görəcəkdir. Uca Allah yaxşı əməl sahiblərinə axirət aləmində yaxşı əməllərinin mukafatını verəcəkdir. Onlar o gözəl, əbədi sarayda xoşbəxtlik və rahatlıq içində yaşayacaqlar. Pis əməl sahibləri də öz pis əməllərinin cəzasını dadacaqlar. Onları axirət aləmində çətin bir yaşayış gözləməkdədir.

 Mömin öz gələcək səadətinin yaxşı rəftarlar, gözəl sözlər və gözəl əxlaq sayəsyndə əldə olunacağını fikirləşir. Həmişə öz axirət səadətinə şərait hazırlamağa və pislikdən çəkinməyə çalışır.

Aləmin yaradıcısı

Mömin Allahın varlıqına inanır və Onu bütün aləmlərin yaradıcısı, sahibi və idarə edəni bilir. Mömin bu əqidəyə malikdir ki, “Allah” adlı üstün, böyük və əzəmətli bir varlıq bu aləmi yaradıb idarə edir. Onu alim, qüdrətli, mehriban, həmişə yaşayan və əbədi bilir. Mömin insan Allahı bütün xeyirlərin, yaxşılıqların və kamillik sifətlərinin mənbəyi bilir.

Allahı, aləmdə olan bütün varlıqların ehtiyaclı olduqları tək zəngin və ehtiyacsız varlıq bilir. Aləmləri, yeri və göyü qoruyan Odur. Əgər bir an olsun belə Öz səxavətini kəssə, hər bir şey məhv olar. O, hər bir şeyin, hər bir kəsin yanında və hər yerdə hazırdır. Heç bir şey və heç bir kəs Ona bənzəməz.

Peyğəmbərlər Mömin insanın əqidəsinə görə, peyğəmbərlər insanları kamilliyə aparan yolu göstərmək üçün seçilən pak və kamil insanlardır. Çünki hikmət sahibi olan Allah insanları cəhalət və çaşqınlıq içərisində buraxmamış, onlar üçün məsum peyğəmbərlər yollayaraq fərdi, ictimai, siyasi, maddi, mənəvi, dünya və axirət yaşayışı üçün lazım olan proqramları onların ixtiyarında qoymuşdur ki, insanlara yol göstərib hidayət etsinlər.

Həyatın əvvəli və sonu

- Haradan gəlmisən?

- Mehriban, qüdrətli olan Allah öz lütf və mərhəməti ilə bizi ən gözəl şəkildə yaratmışdır.
- Haradasan?

 - Hikmət sahibi olan Allahın yaradıb idarə etdiyi keçici və dəyişkən bir aləmdəyəm. Bu aləmdə yaşamağımın hədəfi ilahi peyğəmbərlərin və onların canişinlərinin rəhbərliyi ilə özümü tərbiyələndirib əxlaqi, insani fəzilətlər əldə etmək və özümü əbədi axirət həyatı və hədsiz-hüdudsuz olan axirət nemətləri üçün hazırlamaqdır.

 - Haraya gedirsən?

 - Daimi və əbədi olan axirət aləminə tərəf gedirəm. Orada bütün əməllərimin mükafatını və cəzasını görəcəyəm. Ölüm yaşayışın sonu demək deyil, əksinə dünya həyatından köçmək və başqa bir yeni həyatın başlanğıcı deməkdir.

Aləm kafirlərin baxışında.

Mən kiməm? Vəzifəm nədən ibarətdir? Haradan gəlmişəm və kim məni yaradıb? Haradayam və bu aləmə gəlişimin hədəfi nədir? Haraya gedəcəm və yaşayışımın sonu nə ilə yekunlaşacaq?

 Bu cür suallar hər bir insanın qarşısına çıxmaqdadır. Əql sahibi olan hər bir insan öz fikri səyləri ilə qarşıya çıxan suallar üçün vicdanını qane edə biləcək bir şəkildə doğru-düzgün cavab tapmaq istəyir. Şübhəsiz ki, bu suallar kafirlər üçün də qarşıya çıxır. Lakin onlar bu barədə düzgün fikirləşmirlər. Öz əql və fikirlərini bu mühüm məsələlərdə lazım olan həddə işlətmirlər. Dünya əyatına vurğunluq əqllərinin üzərinə pərdə çəkmişdir. Hədsiz dərəcədə eyş-işrət həvəsi onları bu kimi suallar barəsində düşünməkdən qafil etmişdir. Onlar öz təfəkkür  və düşüncələrini bu barədə fikirləşməkdən çəkindirirlər. Bəzən də boş bir vaxtda öz vicdanlarının səsini eşitdikdə tez fikirlərindən daşınırlar, hətta özlərini zənn və gümanla aldadaraq özlərinə təskinlik verirlər. Kafir aşağıdakı suallara yəqin üzündən yox, yalnız güman əsasında cavab verir:

 - Mən kiməm?

 - İnsan adlı bir canlıyam ki, başqa heyvanlar kimi yeyirəm, içirəm, istəklərimi və ehtiyaclarımı razı salmaq üçün o tərəf-bu tərəfə gedirəm. İstəklərimi təmin etməkdə mənim üçün heç bir məhdudiyyət yoxdur. Hansısa üstün bir varlıq qarşısında heç bir məsuliyyət daşımıram.

 - Haradan gəlmişəm?

 Kafir bu sualın cavabında öz əqidəsinə uyğun olaraq belə deyir:

-         Maddi bir varlığam. Heç bir kəs məni yaratmayıb. Bilikli, qadir, üstün bir xaliq tərəfindən yox, təsadüf nəticəsində yaranmışam. Yaranışımda heç bir hədəf olmayıb. - Haradayam?

-          Kafir deyir:

-          - Mən sırf maddi, hədəfsiz və şüursuz olan bir aləmdə heyvanların, insanların və başqa varlıqların kənarında yaşayıram. Onlar da öz-özlərinə yaranmışlar. Bütün bunlar hamısı mənim kimi hədəfsiz və çaşqınlıq içərisindədirlər. Nə mənim, nə də aləmin yaranışında hədəf olmayıb.

-         - Haraya gedəcəyəm?

-          Kafir deyir:

-         - Mən xəstəliyə, qocalığa, gücsüzlüyə və sonda yoxluğa tərəf gedirəm.

-          Kafir şəxsin nəzərində yaşayış aşağıdakı mərhələlərdən ibarətdir:

-          Həyat yoxluqdan başlanır, insan isə öz-özünə inkişaf edərək böyüyür və uşaqlıq dövrünü arxada qoyur. Gənclik çağında insanın bədəninin təravəti və qüdrəti ən yüksək nöqtəyə yetişməklə həyatın ən uca zirvəsinə çatmış olur. Amma təəssüflər olsun ki, bu təravət və güc-qüvvət müvəqqəti olur. İnsan az bir müddətdə aşağıya doğru hərəkət edir və bu tənəzzül yolunda zərbələrə və əziyyətlərə məruz qalır. Xəstəliklər və çətiliklər ona tərəf hücum edir, cavanlıq gücü get-gedə azalır və bədəninin qüvvəsi zəifləyir. Göz, qulaq, əl, ayaq zəifləyir və yavaş-yavaş öz qabiliyyətlərini itirir. Şadlıq və nəfsi istəklər dövrünün tamamlandığı və zəiflik dövrünün başlandığı bir zamanda övladlar, dostlar qayğısız və vəfasız şəkildə onu çətinlilər içərisində tək qoyurlar... Sonda isə yoxluq uçurumuna yuvarlanaraq daş-torpaq altında basdırırlır.

-          Kafirin əqidəsinə görə yaşayışın sonu puç və dəhşətlidir. Kafir güman edir ki, yaşayışın sonu dəhşətli yoxluq uçurumuna yuvarlanmaqdır. Elə həmin səbəbə görə yaşadığı günlərdə ölümü yada salmaqdan çəkinir. Xüsusilə, gələcək yaşayış və ölüm barəsində suallar ona üz gətirən vaxt hər bir vasitə ilə bu suallara cavab verməkdən yayınmağa çalışır.

-          Kafir eyş-işrətlə və çirkin, hədsiz-hesabsız olan istəkləri ilə öz əqlinin və ayıq olan vicdanın səsini boğmağa və hətta əgər az bir müddətdə də olsa belə öz əsəbini sakitləşdirməyə çalışır. Amma məgər insanın sual yağdıran vicdanı və axtarışçı əqli cavab almadan insandan əl çəkərmi?

-          Həyatının mənasızlığını və özünün məhv olub aradan gedəcəyini təsəvvür etmək kafir üçün çox acı, dəhşətli və əziyyətlidir. Bu fikir zəhərli ilan kimi daim ruhunu sancaraq zəhərləyir və ona əzab-əziyyət verir. Nə yaxşı olardı ki, öz əqlini işlətməklə düzgün və qənaətbəxş cavablar tapaydı.

Yaşayışda imanın faydaları

Aləmin əzəmətli və mehriban yaradıcısına, ölümdən sonrakı axirət aləmində əbədi yaşayışa, ilahi peyğəmbərlərin nübüvvətinə və sözlərinin düzgünlüyünə olan iman möminlərin yaşayışına xüsusi təravət, gözəllik, nuranilik və rahatlıq bağışlayır.

Burada imanın faydalarından bəzisinə işarə edirik.

1. Ümid.

Mömin insan böyük Allaha və Onun vədələrinin düzgünlüyünə inandığı üçün qəlbi həmişə ümid və sevinclə doludur. Allahın heç vaxt əsirgəmədiyi lütfünə, mehribanlığına və mərhəmətinə həmişə ümidvardır. Mömin insan Allahı qüdrətli, güclü və mehriban bilir. Elə bu cəhətdən də hər hansı bir çətinliklə üzləşdikdə Ona pənah aparır və ehtiyac əlini Ona tərəf açmaqla Allahın qeybi görməklərinə ümid gözü dikir. Mömin insan çətinliklərini həll etmək üçün çalışır və inanır ki, Allah möminlərin dostu və köməkçisidir. Mömin insan özünü aləmdə tənha və köməksiz bilmir, əksinə həmişə Allahın köməklərinə arxayın və ümidvardır. Yaşayışın ən dəhşətli vəziyyətlərindən olan ümidsizliyə möminin qəlbində yeri yoxdur. Axı mömin bütün varlıq aləminin sahibi olan qüdrətli, alim və mehriban Allaha inandığı halda nə üçün ümidsiz olmalıdır? O, bütün qüdrətlərin, bütün kamal sifətlərinin və bütün yaxşı işlərin mənbəyi olan o bir Allaha inanır və Onu xeyirxahlıq yolunda çalışan insanların himayəçisi bilir. Mömin insan belə şəxslərin qələbəsinə tam surətdə inanır və həmişə gələcəyə ümidlə baxır. Mömin insan Allahın sonsuz mehribanlığına və mərhəmətinə inandığı üçün heç vaxt Onun mərhəmətinə və bağışlamasına ümidsiz olmağı qəlbindən belə keçirmir. Ümid çırağı həmişə onun qəlbinə hərarət və nur bəxş edir.

Bəs kafir necə? Kafirin Allaha imanı yoxdur ki, çətinliklərlə üzləşdikdə Ona pənah aparsın. Zahiri səbəblərə və amillərə sığınmaqdan nəticə almadığı üçün çətinliklərlə üzləşdikdə özünü tənha və pənahsız görür. Pərişan halda dəhşətli bir vadidə ümidsizliyə qapılır və hamını özünə qarşı biganə görür. Ümidsizlik cuzam xətəliyi kimi onun ruhuna, bədəninə daimi olaraq əzab-əziyyət verir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment