Azəri
Thursday 28th of March 2024
0
نفر 0

XÜLƏFA MƏKTƏBINDƏ “Cəfr” VƏ “Camiə”

XÜLƏFA MƏKTƏBINDƏ “Cəfr” VƏ “Camiə

Xüləfa məktəbində də Mir Seyyid Əli ibni Məhəmməd ibni Əli Hənəfi Əstərəbadi (816-cı ildə vəfat edib) özünün Qazi Əzüd Iycinin (756-cı ildə vəfat edib) «Məvaqif» kita‌bı‌nı şərh edərkən «Cəfr» və «Camiə» barəsində deyir: O iki kitab imam Əlinin (rəziyəllahu ənh) yazdığı kitabdır ki, bu dünyanın axırına qədər baş verəcək hər bir şey hü‌ruf elminin üslubu ilə onda qeyd olunmuşdur. Onun nəslin‌dən olan imamlar bu iki kitabı tanıyır və onların vasitə‌si‌lə mühakimə yürüdürdülər. Əli ibni Musa Rizanın (rəzi‌yəl‌lahu ənh) yazısında – Mə`munun əhdnaməsini qəbul edər‌kən – belə yazılmışdır: «Sən öz ata-babalarının bizim üçün rəsmiyyətlə tanımadığı hüquqlardan bə`zilərini (bizim üçün) rəsmiyyətlə tanımısan. Mən sənin əhdnaməni qəbul et‌dim, amma «Cəfr» və «Camiə» dəlalət edir ki, bu iş sona çatma‌ya‌caq.»[1]

Taş Kubrazadə (962-ci ildə vəfat edib) «Məfatihus-səadət və məsabihus-siyabət» adlı kitabında yazır: «Xəlifə (Mə`mun) Əli ibni Musa Rizanı özündən sonra vəliəhd qərar verib əhdnaməni onun adına yazdığı zaman o, əhdnamənin axı‌rında yazdı: «Bəli..., amma «Cəfr» və «Camiə» dəlalət edir ki, bu iş axıra çatmayacaqdır.» O həzrətin dediyi ki‌mi də oldu. Çünki Mə`mun başa düşmüşdü ki, Bəni Haşim onun xatirinə fitnə törədəcəklər. Buna görə də tarix kitab‌la‌rında qeyd olunduğu kimi, Əli ibni Musa Rizanı zəhər‌ləyib şəhid etdi.»[2]

Xüləfa məktəbində «Cəfr» və «Camiə»ni xatırlayan alim‌lərdən biri də Şeyx Kəmaləddin Məhəmməd ibni Təlhə Nə‌si‌hini Şafeidir (652-ci ildə vəfat edib). O, bu iki ki‌tab barəsində belə yazır: «Əl-cəfrul-cameu vən-nurullame`» onun kitabı «Kəşfüz-zünun» kitabında nəql olunanlara əsa‌sən: «Kiçik bir kitabdır ki, onun əvvəlində belə deyilir: Əl‌‌həm‌du lillahilləzi ətlə`ə mənictəbahu...» Orada xatır‌la‌dı‌‌lır ki, Cə`fərin nəslindən olan imamlar «Cəfr»i tanı‌yı‌r‌dılar.[3]

Həmçinin onun dilindən həmin kitabda qeyd olunur ki, belə demişdir: «Cəfr və «Camiə» iki əzəmətli kitabdır ki, on‌lar‌dan birini imam Əliyyibni Əbi Talib (rəziyəllahu ənh) Ku‌fə minbərində xatırlatmışdır, digəri də gizli sirlərdən iba‌rətdir ki, Peyğəmbər ¡ ona tapşırmış və fərman ver‌mişdir ki, yazsın. «Əli (r.ə.) onu dağınıq halda olan hərf‌lərlə və Adəmin Sifrinin üslubu ilə bir «Cəfr»də, yə`‌ni aşılanmış dəvə dərisindən olan bir səhifədə yazdı və cama‌at arasında bu adla tanındı. Əvvəldə olmuş və sonradan baş verəcək hadisələrin hamısı orada mövcuddur.[4]

Ibni Xəldun öz müqəddiməsində yazır: «Cə`fər (Imam Sadiq ) və Əhli-beytdən olan onun kimi şəxslərdən müəy‌yən kəramətlər baş vermişdir. Onların bu barədəki isti‌nad yerləri – Allah daha yaxşı bilir! – onların malik olduqları vilayət yolu ilə kəşf etmələridir. Buna görə bu işlə‌rin oxşarının onlardan başqasından, yə`ni bu xanə‌dan‌dan yadigar qalmış övliyalardan baş verməsi inkar olunmur. Çün‌ki Peyğəmbər buyurmuşdur: "Həqiqətən sizin aranızda mühəd‌dəslər olacaqdır." Deməli, onlar bu şərif rütbələrə və incə kəramətlərə çatmaqda camaat arasında ən layiqli şəxslərdir.[5]

Bunun ardınca bə`zi sözlər demişdir ki, onların xüla‌səsi belədir: Zeydiyyə firqəsinin başçısı Harun ibni Səid Əcli bir kitaba malikdir ki, (Imam) Cə`fər Sadiqdən rəvayət edir. O, elə hadisələrdən xəbər verir ki, Əhli-beyt üçün ümu‌mi şəkildə və onların ayrı-ayrı şəxsləri üçün xüsusi şə‌kil‌də baş verəcəkdir. Bu elm Cə`fər (Imam Sadiq ) və onun kimi olan Əhli-beyt böyüklərindən kəramət və kəşf yolu ilə hasil olur, necə ki, onların oxşarı olan di‌gər öv‌li‌yalar üçün baş vermişdir. O dana dərisində olan bir yazı idi və Cə`fərin () yanında qorunub-saxlanırdı... O Qur`‌a‌nın təfsiri, qəribə mə`nalar, onun batinindəki ta‌nın‌maz məf‌hum‌lardan ibarət idi ki, Cə`fər Sadiqdən rəva‌yət edil‌mişdir... (Axırda deyir:) Əgər bu rəvayətin sənədi Cə`‌fər Sadiqə qədər səhih olsa..., onda elə istinadlı ne`mət‌lər vardır ki, onun özündən, yaxud qövmünün kəramət əh‌li olan böyüklərindən olmuşdur. Səhih rəvayətlərdə qeyd olu‌nur ki, o öz qohumlarının bə`zilərini onlar üçün gələ‌cək‌də baş verə‌cək hadisələrdən çəkindirmiş və onun öncədən verdiyi xə‌bərlər də həyata keçmişdir. O öz əmisi oğlu Yəhya ibni Zey‌din qiyam etdiyi və qətlə yetirildiyi yerdən xəbər vermiş və bu işdən çəkindirmişdir. O da qiyam edərək mə`lum ol‌du‌ğu kimi, Cozcan adlı yerdə qətlə yetirilmişdir.

Əgər kəramət onlardan başqaları üçün rəva olsaydı – be‌lə ki, elmdə, dində, nübüvvət əsərlərində və Allahın inayə‌tin‌‌də kərim bir mənbədən qaynaqlanır, onun qanadları‌nın pak‌lığına şahidlik edirlər – sənin gümanın onla‌rın barə‌sin‌də nə olardı? Halbuki, bu sözlərin çoxu Əhli-beytin ara‌sında bir kəsə nis‌bət verilmədən nəql olunmuşdur?![6]

Əbul Əla Müərra (449-cü ildə vəfat etmişdir) buna işa‌rə edərək deyir:

لَقَدْ عَجِبُوا لِاَهْلِ الْبَيْتِ لَمَّا                 اَتَاهُمْ عِلْمُهُمْ فِي مِسْكِ جَفْرٍ

وَمِرْآةُ الْمُنَجِّمِ وَهِيَ صُغْرَى                اَرَتْهُ كُلُّ عَامِرَةٍ وَقَفْرٍ

Onlar Əhli-beytin elmlərinin bir dana dərisində bir yerə yığıldığından təəccüblənirlər.

Halbuki, ondan kiçik olan münəccimin güzgüsü hər abadlığı və qeyri yerləri ona göstərir![7]

Yuxarıdakı hədislərdə gördüyünüz kimi, Əhli-beyt imam‌la‌rı gələcəkdə baş verəcək hadisələrdən agahlıq əldə etmək üçün Əlinin kitabına, yə`ni «Cəfr» və «Müshəfi-Fatimə» ki‌tab‌larına müraciət edirdilər. Həm də mə`lum oldu ki, «Cəfr», xüləfa məktəbinin kitablarında məşhur bir məsələ ol‌muş, onların bə`ziləri imamların bu iki kitaba müraciət etmə‌lərini nəql etmişlər. Sonrakı bəhsdə Əhli-beyt imam‌la‌rı‌nın «Camiə» kitabına müraciət edərək şər`i əhkamları bə‌yan etməsini xatırladırıq:

ƏHLI-BEYT IMAMLARININ ¢ “Camiə”YƏ MÜRACIƏT ETMƏLƏRI

Ilk dəfə Əli -ın kitabından bir başa-yə`ni «Ca‌miə» kitabından birbaşa nəql edən şəxs dördüncü imam Əli ib‌ni Hüseyn -dır. «Kafi», «Mən la yəhzuruhul-fəqih», «Təh‌zib», «Məanil-əxbar» və «Vəsailuş-şiə» kitablarında Əban ibni Təğlibdən belə rəvayət olunur: Əli ibni Hüseyn‌dən soruşdum ki, «bir şəxs öz malından bir «şey» vəsiyyət edir (şeyin miqdarı nə qədərdir?)» Həzrət buyurdu: «Əli -ın kitabında «şey» altıda birdir.»[8]

Imam Baqir -ın belə buyurduğu nəql olunur: «Əli -ın kitabında belə qeyd olunur: Üç xislət vardır ki, onla‌rın sahibi cəzasını görməyincə dünyadan getməz: Bəğy (zülm), qohum-əqrə‌ba ilə əlaqələri kəsmək, Allaha yalandan and içmək – bu, Allahla müharibə sayılır."[9]

Həmçinin Imam Baqir aşağıdakı halları Əli -ın kitabından rəvayət edir: "Övladın və atanın malını gö‌tür‌məyin hökmü, övladın kənizi ilə yaxınlıq etməyin hökmü, izdivac zama‌nı qadının eyiblərini gizlədib tədlis etməyin hökmü, yalandan and içməyin hökmü." Ehram bağlamış şəxsin şikar etməsinin hökmünü bəyan edərək buyurur: «Əmirəl-mö`minin Əli -ın kitabında belədir.»[10]

Həmçinin buyurur: "Əli -ın kitabında Allah barəsində hüs‌nü-zənn etməyin və gözəl əxlaqa malik olmağın bəyanı[11] və malın di‌li‌ni kəsməyin diyəsinin hökmü,[12] bir yeri abad etdikdən sonra onu bura‌xan şəxsin hökmü,[13] zəkatı verməməyin tə`sirləri[14] və dişlərin diyəsi[15] – hamısını görmüşdüm."

Yə`qub ibni Meysəm Təmmar onun yanına gəldi və dedi: Mən atamın yazısında gördüm ki, Əli ona buyurdu: "Mey‌səm! Ali-Mühəmmədi sevənləri sev. Çünki Peyğəmbər ¡-in bel‌ə buyurduğunu eşitmişəm..." Imam Baqir ona buyurdu: "Əli -ın kitabında da belədir və o, bizim yanımızdadır."[16]

Imam Sadiq öz atasından rəvayət edərək deyir: "Əli -ın kitabında oxudum ki, Peyğəmbər ¡ mühacir, ənsar və Yəs‌rib (Mədinə) əhlindən onlara qoşulanların arasında əhd-peyman yazdı."[17]

Imam Sadiq ayın başlanğıcının hilalı görməklə sübu‌ta yetməsinin[18] və zöhrün fəzilət vaxtının bəyanını[19] Əli -ın kitabından rəvayət etmişdir. Həmçinin, cümə na‌ma‌zını məzhəb müxalifləri ilə birlikdə qılmağın hök‌mü‌nü,[20] pişiyin artığının hökmünü,[21] ölüm zamanı möhrimin hök‌mü‌nü,[22] möhrimin, üzərində qızılla toxunmuş şey olan pal‌tar‌dakı hökmü (iki hədislə),[23] səngxar quşunu öldürməyin kəf‌fa‌rəsinin hökmünü (iki hədislə),[24] onun yumurtasını sın‌dırmağın kəffarəsi üç hədislə,[25] bir dəfə əlavə təvaf et‌mə‌yin hökmü,[26] müfrədə ümrəsinin hökmü,[27] kəbirə günah‌ları‌nın sayı,[28] yetim malını mənimsəməyin hökmü,[29] ana tərəfdən bir olan qardaşların baba ilə birlikdə irs aparmasının hök‌mü,[30] bəyyinə və and içməyin hökmü,[31] dünyanın məsəli,[32] yaşa gö‌rə ilahi cəza qanunlarının icra olunması keyfiyyəti,[33] cə‌za‌landırma ilə yanaşı livatın həddi,[34] şərab və nəbiz içə‌nin həddinin sübut olunması,[35] şərab və başqa kefləndirici şey‌lər içənlərin həddi,[36] ov itinin diyəsi,[37] qadının fər‌ci‌ni kəsməyin həddi,[38] heyvanın təzkiyə olunması nişanələri və kəsilmiş heyvanın halal olmasının hökmü,[39] müəyyən olunmuş paya malik olmayan kəslərin mirası,[40] əhliləşmiş ulaqların əti‌nin məkruh olmasının hökmü,[41] əti haram olan balıqların növ‌lərinin bəyanı,[42] meyyitin əmi və dayılarının mirasının hök‌mü,[43] iddədə rücu etmədən təlaqın hökmü,[44] suda qərq olanların və uçqunun altında qalanların mirasının hökmü (ki, onun ibarəsi belədir: "Onu Əlinin kita‌bın‌da belə tapdım"),[45] əli kəsilmiş bir adamı qətlə yetirənin hökmü (bu ibarə ilə: "Onu Əlinin kitabında belə gördüm.")[46]

Bu barədəki axırıncı sözü Imam Sadiq -ın dilin‌dən nəql edir: O həzrət belə buyurur: Əli -ın kitabında – onu Peyğəmbəri Əkrəm ¡ imla etmişdir – belə qeyd olu‌nur: "Allah-taala bir kəsə oruc və namazının artıqlığına görə əzab verməz, əksinə, onun xeyrini artırar."[47]

Bura qədər imamların Əli -ın kitabından nəql et‌dik‌ləri və o həzrətə istinad verdikləri rəvayətlərin bir qis‌mi‌ni təqdim etdik. Sonrakı bölmədə imamların səha‌bələ‌rin‌dən Əli -ın kitabını görüb oxuyan bə`zi şəxslərin rəva‌yətlərini qeyd edəcəyik:

ƏLI -IN KITABINI GÖRƏN BƏ`ZI SƏHABƏLƏR

1-Əbu Bəsir deyir: «Əbu Cə`fər (Imam Baqir ) mənə bir səhifə göstərdi ki, onda halal-haram və fəraiz (irsin böl‌‌gü‌ləri) var idi. Soruşdum: «Bu nədir?» Buyurdu: «Bu, Pey‌ğəm‌bər ¡-in imlası və Əli -ın əlyaz‌ma‌sıdır.» De‌dim: «Çürüməzmi?» Buyurdu: «Onu nə çürüdə bilər?!» Dedim: «Köh‌nəlməzmi?» Buyurdu: «Onu hansı bir şey köhnəldər?!» Buyur‌du: «Bu Camiədir (yaxud cameənin bir hissəsidir).»[48]

2-Məhəmməd ibni Müslüm iki sənədlə deyir: Əbu Cə`fər (Imam Baqir ) məni Əli -ın kitabının bir qismini oxu‌mağa təşviq etdi. Orada belə qeyd olunmuşdu: "Sizi pulsuz ba‌lıq‌ların, tikanlı balığın, ilan balığının, suyun üzündə olan ba‌lığın ətini və dalağı yeməkdən çəkindirirəm." O deyir: Mən dedim ki, «ey Peyğəmbər övladı! Allah sənə rəhmət etsin! Bizim üçün pulsuz balıqlar gətirirlər.» Həzrət buyurdu: "Pullu balıq‌ları yeyin, pulsuz balıqları isə yeməyin."[49]

3-Əbu Bəsir deyir: Imam Baqir -ın yanında idim. O buyur‌du, «Camiə»ni gətirdilər. Sonra ona baxdı və mən gör‌düm ki, belə yazılıbdır: "Əgər bir qadın dünyadan getsə və əri onun varisi olsa, ondan başqa heç bir varisi olmasa, onun bütün mal-döv‌ləti ərinə çatır."[50]

4-Əbdül-Məlik ibni Ə`yən deyir: «Imam Baqir Əli -ın yazılarının bir qismini mənə göstərdi.»[51]

5-Əbdül-Məlikdən belə rəvayət olunur: «Imam Baqir bu‌yurdu ki, Imam Əli -ın kitabını gətirsinlər və Cə`‌fər (Imam Sadiq ) insanın budu şəklində olan bir-bi‌ri‌‌nə bükülmüş bir bağlama gətirdi. Orada belə yazıl‌mış‌dı...»[52]

6-Məhəmməd Ibni Müslüm deyir: Imam Baqir -ın bax‌dığı bir səhifəyə baxdıq. Orada belə yazılmışdı: "Qar‌daş oğlu ilə baba irsdə bərabər paya malikdirlər." Imam Baqir -a dedim: «Bizim məntəqənin qaziləri belə hökm etmir və qar‌da‌şı oğlu üçün baba ilə yanaşı bir şey qərar vermir‌lər.» Əbu Cə`fər buyurdu: "Agah ol ki, bu, Peyğəmbər ¡-in imlası və Əli -ın əlyazması ilədir, o həzrətin ağzın‌dan eşitmiş və öz əli ilə yazmışdır."[53]

7-Digər bir rəvayətdə deyir: «Imam Sadiq bir səhi‌fə‌ni açdı. Orada gördüyüm ilk şey qardaş oğlu ilə babanın irs‌dən olan payının bərabərliyi idi.»[54]

Bəlkə də Məhəmməd ibni Müslüm bu sual-cavabdan sonra irs hökmlərinin nəzərə çarpacaq bir qismini o səhifədən gö‌tür‌müşdür. «Kafi», «Mən la yəhzuruhul-fəqih» və «Təhzib» kitab‌larında onun dilindən belə rəvayət olunur:

8-Imam Baqir məni fəraiz səhifələrini (irs hökm‌lə‌ri‌ni) oxumağa vadar etdi. O səhifələr Peyğəmbəri Əkrəm ¡-in imlası və Əli -ın əli ilə yazılmışdı. Ora‌da belə gördüm: "Ölən şəxsin varisi qızı və anası olsa, mira‌sın yarısı qızındır və..."[55]

9-Həmçinin deyir: Imam Baqir məni fəraiz səhifə‌si‌ni oxumağa vadar etdi ki, o, Peyğəmbəri Əkrəm ¡-in im‌la‌sı və Əli -ın əli ilə yazılmışdı. Orada belə deyi‌lirdi: "Tə`yin olunan (irs) payı ovla şamil olmaz."[56]

Zürarə də Ömər ibni Üzəynənin rəvayət etdiyinə əsasən Əli -ın kitabında irsin hökmlərinin xüləfa məktə‌bi‌nin fəqihlərinin arasında mə`lum olan qaydalarla müxalif oldu‌ğundan heyrətlənmişdi.

Aşağıdakı misallara diqqət yetirin:

10-Ömər ibni Üzeynə Zürarədən nəql edərək deyir: Imam Ba‌qir -dan babanın irs payı barəsində soruşduqda buyur‌du: «Mən elə bir kəs tapmadım ki, onun barəsində özünün şəx‌si rə`y və nəzərlərindən başqa bir söz demiş olsun. Yal‌nız Əmirəl-mö`minin burada Allahın hökmünü demişdir.» De‌dim: «Allah sənə xeyir versin, Əmirəl-mö`minin bu barədə nə buyurmuşdur?» Buyurdu: «Sabah mənim yanıma gəl, onu yazı‌nın üzərindən oxu.» Dedim: «Allah sənə xeyir versin, özün mənə de, çünki sizin bəyanınız mənim yanımda yazının üzün‌dən oxumaqdan daha sevimlidir.» Yenidən buyurdu: «Sənə nə deyirəmsə, onu da et!» Sabah mənim yanıma gəl, onu yazı‌nın üzərindən oxu.»

Sonrakı gün günortadan sonra – günorta ilə axşam ara‌sın‌da – o həzrətin yanına get‌dim. Mən həmişə ondan xəlvət‌də sual etməyi xoşla‌yırdım. Çünki qorxurdum ki, baş‌qa‌larının iştirak etdiyinə görə cavabımı təqiyyə ilə demiş olsun. Imamın yanına daxil olduqda həzrət öz oğlu Cə`fərə üz tutub dedi: «Irs hökmlərinin yazıldığı səhifəni ver Zü‌ra‌rəyə, oxusun.» Sonra ayağa qalxdı ki, yatsın. Mən və Cə`fər otaq‌da qaldıq. O gedib dəvənin buduna oxşar bir şeydə, dəriyə bükülmüş bir səhifəni gətirib buyurdu: «Yalnız o vaxt oxumağa icazə verirəm ki, mənimlə əhd-peyman bağlayıb, Al‌la‌hı bu işə şahid tutasan ki, onda oxuduqlarını icazə ver‌diyim vaxta qədər bir kəsə deməyəsən.» (Amma demədi ki, atam sənə icazə verincəyə qədər.) Mən dedim: «Allah sənə xe‌yir versin! Nə üçün məni çıxılmaz vəziyyətdə qoyursan, hal‌bu‌ki, atan sənə belə bir göstəriş vermədi! Buyurdu: «Sən onun mət‌nini yalnız o vaxt görəcəksən ki, bu şərtlərə əməl edə‌sən.» Dedim: «Qəbul edirəm.» Mən o zaman elmi cəhətdən məş‌hur şəxsiyyətlərdən idim və irs hökmləri və vəsiyyət barəsində bəsirət tapmışdım. Həmişə arzu edərdim ki, bu barədə irs və bilmədiyim məsələlərdən bə`zilərini mənə göstərsinlər, mən də onu öyrənim, lakin özümün bu istəyimə çatmamışdım. Amma o səhifənin bir hissəsinin mənim qarşımda açıldığı zaman çox qəliz və çətin yazılarla olan bir kitabı gördüm ki, qədim kitablara oxşayırdı. Baxdıqda gördüm ki, orada yazılan hökm camaat arasında adi olan hök‌mün əksinədir, sileyi-rəhim və əmr be mə`rufdan tutmuş sair məsə‌lələrə qədər, hamısı belə idi. Onu bir qədər tərəddüd, az diqqətli və bədbinliklə mütaliə etməyə başladım. Öz-özümə deyirdim ki, bunlar batildir. Axırına çatan zaman onu bir-birinə qarışdırdım və təhvil verdim. Sonrakı gün sübh çağı Imam Baqir -ı gördüm. O mənə buyurdu: «Irs səhifələrini mütaliə etdinmi?» Dedim: «Bəli.» Həzrət buyur‌du: «Necə idi?» Dedim: «Əsassız və dəyərsiz idi. Camaat ara‌sın‌da olan hökmlərin tam əksinədir!» Həzrət buyurdu: «Ey Zü‌ra‌rə! Allaha and olsun, gördüyün şeylər eynilə həqiqətdən iba‌rətdir. Sənin gördüyün şeylər Peyğəmbəri Əkrəm ¡-in imlası və Əli -ın əlyazması idi.» Bu zaman şeytan mə‌nə qələbə çaldı və vəsvəsə etdi, dedim: «Haradan bilirsən ki, o Peyğəmbər ¡-in imlası və Əli -ın əlyazma‌sı‌dır?» Imam mənə buyurdu: «Ey Zürarə, tərəddüd, şəkk-şüb‌hə etmə! Allaha and olsun ki, şeytan sənin şəkk etmə‌yini istəyir. Mən onun Peyğəmbər ¡-in imlası və Əli -ın əlyazması olduğunu necə bilməmə‌li‌yəm, halbu‌ki, atam babamın (Imam Hüseyn -ın) dilindən mə‌nim üçün rəvayət etmişdir ki, Əmirəl-mö`minin bu məsə‌lə‌ni onun üçün bəyan etmişdir?! (Zürarə deyir:) Mən dedim ki, xeyr, Allah məni sənə fəda etsin! Necə (şübhə edim)?! Indi peş‌man olmuşam ki, nə üçün o kitabın bir hissəsini əldən ver‌mişəm. Çünki əvvəlcədən mə`rifət və agahlıqla mütaliə etsəy‌dim, bəlkə də bir hərfini belə, əldən buraxmazdım.»[57]

Bu rəvayətlərdən aydın olur ki, o dövrdə Islam cəmiy‌yə‌ti‌nin ürfündə tamamilə belə bir məsələ var idi və Əhli-beyt ¢ çalışırdılar ki, irs hökmünü Əli -ın kita‌bın‌da – Peyğəmbəri Əkrəm ¡-in dilindən qeyd olu‌nan‌lar əsasında yaysınlar. Zürarə və Məhəmməd ibni Müslüm də əv‌vəl‌cə o kitabda mövcud olan məsələlərdən heyrətlənir, son‌ra tövbə edib fəraiz səhifələrində gələnlərə iman gətir‌miş‌dilər. Zürarənin özü rəvayət edərək deyir:

11-Imam Baqir Əbu Əbdillah (Imam Sadiq) -a buyurdu ki, fəraiz səhifələrini (oxumaq üçün) mənim qarşıma qoysun.[58]

Həmçinin deyir:

12-Imam Sadiq fəraiz səhifəsini mənə göstərdi."[59]

13-Həmçinin belə deyir: "Fəraiz səhifəsində belə gördüm..."[60]

14-Imam Sadiq -ın fərizə səhifələrini göstərdiyi şəxslərdən biri də Əbu Bəsirdir. O deyir: Imam Sadiq -dan irsin hökmləri barəsində soruşdum. O belə buyurdu: «Əli‌nin kitabını sənə göstərimmi?» Dedim: «Əlinin kitabı ara‌dan getməyibmi?» Buyurdu: «Ey Əba Məhəmməd! Əlinin kita‌bı aradan getməyibdir!» (Başqa bir nüsxədə isə: «heç vaxt aradan getməyəcəkdir!») Sonra onu gətirdi, çox böyük və ağır kitab idi. Orada belə yazılmışdı: "Əgər bir kişi ölsə və onun əmi‌ləri və dayıları onun varisi olsa, əmilərə irsin üçdə ikisi, dayılara isə üçdə biri çatacaq."[61]

Bu hədisdə Əbu Bəsir, Əli -ın kitabının əsl nüsxə‌si‌nin bir əsrdən artıq müddət ərzində salamat qalmasından təəc‌cübə gəlir. Halbuki, biz uzun əsrlər boyu yadigar qalmış əlyaz‌ma kitablar və nüsxələrdən çox görürük.

15-Əbu Bəsir deyir: Imam Sadiq Əli -ın irs böl‌güsü barəsində olan yazısını mənə oxudu, payların çoxu dörd, ya beşdən başlayırdı, onların çoxu isə altı pay idi.[62]

Əllamə Məclisi «Mir`atul-uqul» kitabında Zürarənin hə‌di‌sinin şərhində deyir: Əgər meyyitin qızı valideynlərdən bi‌ri ilə irs aparsa, qalan irs – şiə fiqhində – dörd yerə bölünəcəkdir.

16-Həmçinin «Kafi» və «Təhzib» kitablarında Əbu Bəsir‌dən belə nəql olunur: Mən Imam Sadiq -ın yanında idim. O, «Camiə»ni istədi, ona baxdı və bu hökmü oradan çı‌xa‌‌raraq buyurdu: "Əgər bir qadın ölsə və ərindən başqa bir varisi olmazsa, onun bütün var-dövləti ərinə irs çatacaqdır."[63]

17-Mö`təb belə deyir: Imam Sadiq Əli -ın yazı‌la‌‌rın‌dan olan qədim bir səhifəni bizə göstərdi. Orada bi‌zim «hər vaxt otursaq, təşəhhüd oxuyarıq» sözümüz təsdiq‌lə‌nir‌‌di.[64]

18-Ibni Bükeyr belə deyir: Zürarə Imam Sadiq -dan tül‌‌kü, dələ və sair kimi heyvanların dərisində namaz qıl‌ma‌ğın hökmünü soruşduqda, Imam Peyğəmbər ¡-in im‌‌la‌sı ilə yazılan bir kitabı gətirdi. Orada deyilirdi: "Əti haram olan heyvanların dərisi, kürkü, tükü, bövlü, ğai‌ti və digər bə‌dən üzvləri olan paltarda namaz qılmaq batildir. Bu na‌maz əti ha‌lal olan heyvanın hissələrindən olan şeylərlə qılın‌mayın‌ca qəbul olunmaz." Sonra buyurdu: «Ey Zürarə! Bu, Peyğəmbər ¡-dən‌dir, onu qoru, ya hifz et.»[65]

Bəli,Əhli-beyt imamları bə`zi hallarda gələcəkdə və baş ve‌‌rə‌‌cək xəbərlərdən agah olmaq üçün «Cəfr» və «Müshəfi-Fa‌‌ti‌mə» kitablarına müraciət edir, Islamın hökmlərini və onun ədəblərini bəyan etmək üçün «Camiə» kitabına üz gəti‌rir‌‌dilər və xüsusi hallarda «Camiə»nin möhtəvasını, bə`zən sə‌nə‌‌dini zikr etməklə, bə`zən də sənədsiz rəvayət edirdilər. O cümlədən:



[1] «Şərhi Məvaqif», Bulaq çapı, 1266-cı il, səh.276.

[2] «Məfatihus-səadət», 1-ci çap, Heydərabad, 1328-1329-cu il, 2-ci cild, səh.420-421; «Kəşfüz-zünun», 2-ci cild, səh.591.

[3] «Kəşfüz-zünun», 2-ci cild, səh.592.

[4] Yenə orada, 3-cü cild, səh.591.

[5] «Müqəddimə», Ibni Xəldun, 1-ci cild, fəsl:53, səh.595-596, Darul-kitab Lübnani çapı, 1965.

[6] Yenə orada, 1-ci cild, səh.601.

[7] Əbul Əla Müərrinin tərcümeyi-halı, «Əlkuna vəl-əlqab», 3-cü cild, səh.161 və 162, «Əl-bəyan», Əbdül-Mö`min ibni Əli Qeysinin tərcümeyi-halında və «Vəfəyatul-ə`yan», Ibni Xülləkan, 2-ci cild, səh.405, nömrə 381.

[8] «Kafi», 7-ci cild, səh.40, hədis:1; «Mən ovsa bişey`in min malih» babı; «Mən la yəh‌zu‌ruhul-fəqih», 4-cü cild, səh.151; «Məanil-əxbar», səh.217; «Təhzib», 9-cu cild, səh.211; «Və‌sa‌iluş-şiə», cild 13, səh.450, hədis:1.

[9] «Xisal», Səduq, səh.124; «Iqabul-ə`mal», Səduq, səh.261; «Vəsailuş-şiə», 16-cı cild, səh.111.

[10] «Kafi», 4-cü cild, səh.135-136, 7-ci cild, səh.436, 4-cü cild, səh.390; «Istibsar», 3-cü cild, səh.48; «Vəsailuş-şiə», cild 12, səh.194, 14-cü cild, səh.544 və 597, 16-cı cild, səh.122; «Təh‌zib», 7-ci cild, səh.432; «Iqabul-ə`mal», səh.270-271; «Xisal», səh.124.

[11] «Kafi», 2-ci cild, səh.7; «Vəsailuş-şiə», 11-ci cild, səh.181, hədis:20353.

[12] «Kafi», 7-ci cild, səh.318; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.111; «Təhzib», 10-cu cild, səh.270.

[13] «Kafi», 5-ci cild, səh.279; «Təhzib», 7-ci cild səh.153; «Vəsailuş-şiə», 17-ci cild səh.329.

[14] «Kafi», 3-cü cild, səh.505, hədis:17; «Vəsailuş-şiə», 6-cı cild, səh.13-14.

[15] «Kafi», 7-ci cild, səh.329; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.104; «Təhzib», 10-cu cild, səh.254; «Istibsar», 4-cü cild, səh.288; «Vəsailuş-şiə», cild 19, səh.264, hədis:35715.

[16] «Məcalis», Şeyx Tusi, Nəcəf çapı, səh.258; «Vəsailuş-şiə», 11-ci cild, səh.444, hədis:21299.

[17] «Kafi», 2-ci cild, səh.666, 3-cü cild, səh.336, 6-cı cild, səh.30-31; «Vəsailuş-şiə», 8-ci cild, səh.487, hədis:15842, 11-ci cild, səh.50.

[18] «Istibsar», 3-cü cild, səh.64; «Vəsailuş-şiə», 7-ci cild, səh.184, hədis:13352.

[19] «Istibsar», 1-ci cild, səh.251; «Təhzib», 2-ci cild, səh.23; «Vəsailuş-şiə», 3-cü cild, səh.105, hədis:4752 və səh.107, hədis:4764.

[20] «Təhzib», 3-cü cild, səh.28; «Vəsailuş-şiə», 5-ci cild, səh.44, hədis:9550.

[21] «Fürui kafi», 1-ci cild, səh.469; «Təhzib», 1-ci cild, səh.227; «Vəsailuş-şiə», 1-ci cild, səh.164, hədis:580.

[22] «Fürui kafi», 4-cü cild, səh.368, hədis:3; «Vəsailuş-şiə», 2-ci cild, səh.696 və 697, 2759, 2761 və 2766.

[23] «Fürui kafi», 4-cü cild, səh.304, hədis:7 və 8; «Mən la yəhzuruhul-fəqih», 2-ci cild, səh.117; «Iləluş-şəraye», 2-ci cild, səh.94; «Vəsailuş-şiə», 9-cu cild, səh.116, hədis:16822 və 16823.

[24] «Fürui kafi», 4-cü cild, səh.390; «Təhzib», 5-ci cild, səh.44, hədis:1190 və 1191.

[25] «Fürui kafi», 4-cü cild, səh.390; «Istibsar», 2-ci cild, səh.202, 204; «Təhzib», 5-ci cild, səh.355 və 357; «Vəsailuş-şiə», 9-cu cild, səh.216-218, hədis:17223, 17225 və 17229.

[26] «Istibsar», 2-ci cild, səh.248; «Sərair», səh.446; «Vəsailuş-şiə», 9-cu cild, səh.438, 439, hədis:17967 və 17974.

[27] «Fürui kafi», 4-cü cild, səh.534, hədis:2; «Vəsiluş-şiə», 10-cu cild, səh.244, hədis: 19275.

[28] «Üsuli kafi», 2-ci cild, səh.278-279; «Vəsailuş-şiə», 11-ci cild, səh.254, hədis:20631; «Xisal», 1-ci cild, səh.273; «Iləlüş-şəraye», 2-ci cild, səh.160.

[29] «Iqabul-ə`mal», səh.278, hədis:2; «Vəsailuş-şiə», cild 12, səh.182, hədis:22441.

[30] «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.206; «Təhzib», 9-cu cild, səh.308; «Istibsar», 4-cü cild, səh.160; «Vəsailuş-şiə», 17-ci cild, səh.495 və 497, hədis:32746 və 32745.

[31] «Fürui kafi», 7-ci cild, səh.414; «Təhzib», 6-cı cild, səh.228; «Vəsailuş-şiə», cild 18, səh 168, hədis: 33634 və 33635.

[32] «Üsuli kafi», 2-ci cild, səh.136, hədis:22; «Vəsailuş-şiə», 11-ci cild, səh.316, hədis: 20845.

[33] «Fürui kafi», 7-ci cild, səh.186; «Təhzib», 11-ci cild, səh.146; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.53; «Vəsailuş-şiə», səh.307, hədis:34067; «Məhasin», səh.273.

[34] «Kafi», 7-ci cild, səh.200; «Təhzib», 10-cu cild, səh.55; «Istibsar», 4-cü cild, səh.221; «Vəsailuş-şiə», cild 18, səh.421.

[35] «Kafi», 7-ci cild, səh.414; «Təhzib», 10-cu cild, səh.90; «Vəsailuş-şiə», cild 18, səh.468.

[36] «Kafi», 7-ci cild, səh.214; «Təhzib», 10-cu cild, səh.90; «Vəsailuş-şiə», cild 18, səh.472.

[37] «Xisal», 2-ci cild, səh.111; «Vəsailuş-şiə», cild 19, səh.168.

[38] «Kafi», 7-ci cild, səh.312; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.112; «Təhzib» 10-cu cild, səh.251; «Vəsailuş-şiə», cild 19, səh.259.

[39] «Kafi», 7-ci cild, səh.312; «Təhzib», 9-cu cild, səh.57; «Vəsailuş-şiə», 16-cı cild, səh.320.

[40] «Kafi», 7-ci cild, səh.77; «Təhzib», 9-cu cild, səh.269; «Vəsailuş-şiə», 17-ci cild, səh.418.

[41] «Kafi», 6-cı cild, səh.246; «Təhzib», 9-cu cild, səh.40; «Istibsar», 4-cü cild, səh.74; «Vəsailuş-şiə», 16-cı cild, səh.321.

[42] «Kafi», 6-cı cild, səh.220; «Təhzib», 9-cu cild, səh.2-6; «Istibsar», 4-cü cild, səh.59; «Vəsailuş-şiə», 16-cı cild, səh.334 və 335.

[43] «Təhzib», 9-cu cild, səh.324 və 325; «Vəsailuş-şiə», 17-ci cild, səh.505.

[44] «Istibsar», 3-cü cild, səh.283; «Təhzib», 8-ci cild, səh.81 və 82; «Vəsailuş-şiə», cild 15, səh.375.

[45] «Kafi», 7-ci cild, səh.136; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.225; «Vəsailuş-şiə», 17-ci cild, səh.589.

[46] «Kafi», 7-ci cild, səh.316; «Təhzib», 10-cu cild, səh.277; «Vəsailuş-şiə», 9-cu cild, səh.82.

[47] «Bəsairud-dərəcat», səh.165.

[48] «Bəsairud-dərəcat», səh.144.

[49] «Kafi», 6-cı cild, səh.219 və 220; «Təhzib», 9-cu cild, səh.2; «Vəsailuş-şiə», 16-cı cild, səh.397.

[50] «Bəsairud-dərəcat», səh.145.

[51] Yenə orada, səh.162.

[52] Yenə orada, səh.165 və «Vəsailuş-şiə», 7-ci cild, səh.552, hədis:32836.

[53] «Kafi», 7-ci cild, səh.113; «Təhzib», 9-cu cild, səh.308; «Vəsailuş-şiə», 17-ci cild, səh.486, hədis:32702.

[54] «Kafi», 7-ci cild, səh.112; «Vəsailuş-şiə», 17-ci cild, səh.485, hədis:32698.

[55] «Kafi», 7-ci cild, səh.93; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.192; «Təhzib», 9-cu cild, səh.270; «Vəsailuş-şiə», 17-ci cild, səh.463.

[56] «Təhzib», 9-cu cild, səh.247; «Vəsailuş-şiə», 17-ci cild, səh.423.

[57] «Kafi», 7-ci cild, səh.94, 95; «Təhzib», 9-cu cild, səh.271.

[58] «Kafi», 7-ci cild, səh.81; «Vəsailuş-şiə», 17-ci cild, səh.422.

[59] «Təhzib», 9-cu cild, səh.272 və 306; «Vəsailuş-şiə», 17-ci cild, səh.428 və 493; «Is‌tib‌sar», 4-cü cild, səh.158.

[60] «Kafi», 7-ci cild, səh.94; «Təhzib», 9-cu cild, səh.272; «Vəsailuş-şiə», cild 18, səh.463.

[61] «Kafi», 7-ci cild, səh.119; «Təhzib», 9-cu cild, səh.324; «Vəsailuş-şiə», 17-ci cild, səh.504.

[62] «Kafi», 7-ci cild, səh.81; «Vəsailuş-şiə», 17-ci cild, səh.422.

[63] «Kafi», 7-ci cild, səh.125; «Təhzib», 9-cu cild, səh.94; «Istibsar», 4-cü cild, səh.149; «Vəsailuş-şiə», 17-ci cild, səh.512.

Əbu Bəsirin Imam Baqir -dan nəql etdiyi birinci və üçüncü hədis onun Imam Sadiq -dan nəql etdiyi 14 və 16-cı hədislər bir-birinə oxşayır. Bizim nə‌zə‌rimizə görə ən düzgünü budur ki, birinci və üçüncü hədis də Imam Sadiq -dan rə‌vayət olunmuş, amma ravilər, yaxud nüsxəni yazanlar səhvə yol vermişlər. Baxmayaraq ki, hər iki mənbənin hazırkı formasında rəvayət olunması mümkün bir işdir.

[64] «Bəsairud-dərəcat», səh.145, hədis:22; «Qamusur-rical», 9-cu cild, səh.48-də deyilir: Mö`‌təb Imam Sadiq -ın xidmətçisi idi və Mənsur (Abbasi xəlifəsi) ona ölənə qədər min şallaq zərbəsi vurmuşdur.

[65] «Kafi», 3-cü cild, səh.397; «Təhzib», 2-ci cild, səh.209; «Istibsar», 1-ci cild, səh.383; «Vəsailuş-şiə», 3-cü cild, səh.250.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment