Azəri
Friday 19th of April 2024
0
نفر 0

MÜT᾽Ə HƏDİSİNİN TƏHRİFİ

MÜT᾽Ə HƏDİSİNİN TƏHRİFİ

Müt᾽ə hədisi Peyğəmbərdən (s), İbni Məs᾽ud tərəfindən bu məzmunda nəql olunmuşdur.

Döyüşlərdən birində Peyğəmbərin (s) yanında idik. Qadınlarımız bizimlə olmadığı üçün Peyğəmbərin (s) yanına gəlib dedik: Ya Rəsuləllah! İcazə verirsinizmi özümüzü axta edək? O bunu bizə qadağan edib ətraf məntəqələrdəki dul qadınlara mehriyyə olaraq paltar verərək müvəqqəti evlənməyimizi əmr etdi.

Sonra Abdullah ibni Məs᾽ud müsəlmanların qərərgahına gəlib Peyğəmbərin (s) verdiyi yeni hökmü onlara e᾽lan etdi: Ey mö᾽min qardaşlarım! Allahın sizə halal etdiyi şeyləri özünüzə haram etməyin və başqalarının namusuna təcavüz etməyin. Çünki Allah təcavüz edənləri sevməz.

Alim, mühəddis və müfəssirlərin bir çoxu bu hədisi “Səhihi-Buxari”dən yuxarıdakı ifadələrlə nəql etmişlər. Lakin, “Səhihi-Buxari”nin hal-hazırkı nüsxələrində bu rəvayət bir qədər fərqli ifadələrlə nəql olunmuşdur.

1) Müt᾽ə ilə müxalif olan şəxslər ibni Məs᾽udu Buxarinin istinad etdiyi mühəddislər sırasından ixtisara salmışlar. Çünki onlar çox gözəl bilirlər ki, ibni Məs᾽ud müt᾽əni qəbul etmiş və bu hökmün tərəfdarlarından biri olmuşdur. Belə ki, rəvayətin nəql olunmasında onun adının çəkilməsi, rəvayətdə nəql olunan nikahdan «müvəqqəti evlənmənin» nəzərdə tutulduğunu və bunun tamamilə qanuni olduğunu sübuta yetirir.

2) Onlar rəvayətin sonunda istifadə olunan «ila əcəlin musəmma» ifadəsini ixtisara salmaqla rəvayətin məzmununda dəyişiklik aparmağı belə özlərinə rəva bilmişlər. Çünki məhz bu ifadəylə nikahın müvəqqəti olduğu oxucuya bəlli olur. Belə ki, hədisi şərh edən mühəddislər «ila əcəlin» ifadəsini bu mə᾽nada təfsir etmişlər. Onların fikrincə, döyüş zamanı Peyğəmbər (s) müsəlmanlara nikah əmrini verdiyi zaman daimi evlənməni deyil, məhz müt᾽əni nəzərdə tutmuşdur. Və müsəlmanların «ləysə mə᾽əna nisa – qadınlar bizimlə deyildirlər» demələri bir daha bu mətləbi sübuta yetirir. Çünki «qadınlar» dedikdə onlar hər hansı bir qadını deyil, öz daimi qadınlarını nəzərdə tutmuşlar. Və əgər orada heç bir qadın olmasaydı, Peyğəmbərin (s) müsəlmanların evlənmələrinə icazə verməsi heç bir məfhum kəsb etməzdi.

Bunu da qeyd etmək lazımdır ki, bu ifadə bə᾽zi rəvayətlərdə «ləysə ləna nisaən» mənsubiyyət bildirən «lə» şəkilçisi ilə qeyd olunmuşdur. (Yə᾽ni qadınlarımız bizimlə deyildirlər).

Apardığımız kiçik araşdırmadan belə mə᾽lum olur ki, müsəlmanlar daimi nikahla olan qadınlarını özləri ilə döyüşə aparmamış və Peyğəmbər (s) günaha düçar olmamaları üçün müvəqqəti evlənməni onlara əmr etmişdir.

Müt᾽ə hökmünə dəlalət edən rəvayətlər olduqca çox və mö᾽təbər olduğu üçün bu hökmə qarşı müxalif mövqe tutanlar belə, onu qətiyyətlə inkar edə bilməmişlər. Bu səbəbdən də başqa bir bəhanəyə əl ataraq bu hökmün sonralar nəql olunmuş digər rəvayətlərdə verilən yeni hökmlərlə nəsx olunduğunu iddia etmişlər. Lakin irəli sürüdükləri bu nəzəriyyə onlar üçün bir o qədər də səmərəli olmamışdır. Belə ki, irəli sürülən yeni nəzəriyyə sübuta yetirilməməklə yanaşı, «müt᾽ə» hökmünə də heç bir xələl gətirə bilməmişdir.

Bu səbəbdən də rəvayətlərin məzmununda təhrif və dəyişikliklər aparmaq onların son ümidinə çevrilmişdir. Allah-taaladan diləyimiz budur ki, qərəzli niyyətlərinin kökünü kəsib onları bu işdə uğur qazanmaqdan məhrum etsin.

Lakin bə᾽zi mühəddis və müfəssirlər «müt᾽ə» hədisini “Səhihi-Buxari”dən təhrifə yol vermədən öz kitablarında olduğu kimi nəql etmişlər.

1. Beyyhəqi – «Sünən Beyhəqi», 8-ci cild, 200-ci səh. Heydərabad çapı.

2. Süyuti – «Süyutinin təfsiri», 3-cü cild, 207-ci səh. Misrin Məyməniyyə çapxansı.

3. Zeyləi – «Nəsburrayə», 3-cü cild, 180-cı səh. Darut-təlif çapxanası.

4. İbni Teymiyyə – «Muntəqa», 2-ci cild, 517-ci səh. Hicaz çapı.

5. İbni Qəyyim – «Zadul mə᾽ad», 2-ci cild, 16-cı səh. Məhəmmədəli çapxanası.

6. Qənuçi – (Rovzətul nədiyyə), 2-ci cild, 16-cı səh. Muniriyyə çapxanası.

7. Məhəmməd ibni Süleyman – «Cəm`ul fəvaid», 1-ci cild, 589-cu səh. Darut tə᾽lif çapxanası.

8. Əhməd ibni Hənbəl – «Musnəd», 1-ci cild, 430-cu səh.

9. Qurtubinin təfsiri, 5-ci cild, 130-cu səh.

10. İbni Kəsirin təfsiri, 2-ci cild, 87-ci səh.

11. Əhkamul-Qur᾽an, 2-ci cild, 184-cü səh.

12. Hazəmi – «Əl-e᾽tibar», 179-cu səh.

Müt᾽ə hədisi yuxarıda qeyd olunan mənbələrlə yanaşı, ibni Hatəm Bəstinin «Səhih ibni Hatəm» adlı kitabında və digər mənbələrdə də nəql olunmuşdur.

MƏHƏMMƏD ƏBDUHUN ÜÇ DƏFƏ TƏLAQ VERİLMƏSİNƏ DAİR İRƏLİ SÜRDÜYÜ NƏZƏRİYYƏ

Şeyx Məhəmməd Əbduh deyir: Əgər qadına bir dəfə, ya üç dəfə talaq verilərsə, daha dəqiq desək, bir dəfəyə üç dəfə talaq hökmü oxunarsa və ya talaq üç dəfə verməklə müəyyənləşdirilərsə, onların hamısı yalnız bir talaq hesab olunur. Əbduh şiə məzhəbinin bu əqidəsini qəbul etməklə onu əsaslı dəlillərlə sübuta yetirməyə çalışır. O deyir: Bundan məqsəd heç də nəzər sahibi olmayan və başqalarından təqlid edən şəxslərlə mübahisə etmək və onların haqsız olduqlarını üzə çıxarmaq deyildir. Və eyni zamanda qaziləri öz fikirlərindən döndərib üç talaq hökmünə fətva vermələrini vadar etmək istəmirik. Çünki onlar həqiqətin nədən ibarət olduğunu və hədis kitablarında bu məzmunda nəql olunmuş rəvayətlərin onların irəli sürdükləri nəzəriyyələrlə tamamilə ziddiyyət təşkil etdiyini çox gözəl dərk edirlər. Lakin bütün bunlarla yanaşı lazımı araşdırmalar aparmadan Qur᾽an və Peyğəmbərin (s) buyruqlarına deyil, öz yazdıqları kitablara istinad etmişlər.

Müəllif:

Kaş Məhəmməd Əbduh müvəqqəti evlənmə barəsində də bu sözləri deyib həqiqəti bəyan edəydi. Çünki müt᾽ə də «üç təlaq» hökmü kimi sabitdir və onun nəsx olunması tamamilə əsassızdır.

Bir sözlə müt᾽ənin haram olduğunu iddia edən şəxslər Qur᾽ana qarşı e᾽tinasızlıq və özlərinin tə᾽lif etdikləri qərəzli kitablara istinad etməkdən savayı heç bir məqsəd güdmürlər.

RAZİNİN ŞİƏ MƏZHƏBİNƏ QARŞI YAXDIĞI İFTİRA

Heç bir araşdırma aparmadan şiə məzhəbi haqda fikir irəli sürən şəxslərdən biri də Fəxri Razidir. O, «Yəmhullahu ma yəşa və yusbitu...» ayəsini təfsir edərkən yazır: Rafizilər (şiələr) «Bədanı» Allah-taala üçün mümkün hesab edirlər. Bəda isə ilahi elminin hər şeyə əhatəli olmasına, lakin bütün işlərin bunun əksinə olaraq həyata keçməsinə deyilir.

Razinin fikrincə şiələr «Bəda» məsələsini qəbul etməklə cəhalət kimi mənfi xüsusiyyəti Allah-taalaya aid etmişlər.

İlahi! Sən Özün şahidsən ki, şiələr haqda deyilən bu əsassız sözlər iftiradan savayı bir şey deyildir!

O, kitablarının birində Süleyman ibni Cərirdən nəql etdiyi rəvayətdə şiə məzhəbinə qarşı nalayiq ifadələrdən istifadə etmiş və heç bir əsası olmayan böhtan və iftiralara əl atmışdır. Onun şiə məzhəbinə vurduğu töhmətlər bir növ bə᾽zi məsihilərin Peyğəmbər (s) haqda söylədikləri təhqiramiz iftiralara bənzəyir. Lakin tezliklə haqq-ədalət öz yerini tapacaq və haqqa don geydirən və qərəzli mövqe tutan təəssübkeş insanlar öz layiqli cəzalarına çatacaqlar.

ALLAHIN MƏXLUQATI YARATMAQ İSTƏMƏSİNƏ DAİR NƏQL OLunMUŞ HƏDİSLƏR

Mərhum Şeyx Səduq özünün «Tohid və məanil əxbar» adlı kitabında İmam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Və qalətil-yəhudu yədullahi məğlulətun – Yəhudilər dedilər: «Allahın əli bağlıdır». Yəhudilər belə bir yanlış əqidəyə malik olduqları üçün Allah-taala yaratdığı məxluqata nə bir şeyi əlavə edir, nə də ondan nə isə azaldaraq ixtisara salır.

Allah-taala bu ayəni nazil etməklə onların söylədiklərini tamamilə alt-üst etdi.

وَلُعِنُواْ بِمَا قَالُواْ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَاء

«Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lə᾽nətə gəldilər. [Və ya bu dedikləri sözə görə onların öz əlləri bağlansın və lə᾽nətə gəlsinlər!] Xeyr! Allahın əlləri açıqdır [O, kərim və səxavətlidir], istədiyi kimi lütf və ehsan edər». (Maidə-64).

Məgər Allah-taalanın bu barədə buyurduğunu eşitməmisinizmi?

يَمْحُو اللّهُ مَا يَشَاء وَيُثْبِتُ وَعِندَهُ أُمُّ الْكِتَابِ

«Allah [həmin kitabdan] istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. [Bəndələrinə aid olan hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar]. Kitabın əsli [Lövhi-məhfuz] Onun yanındadır». (Rə᾽d-39).

Bu rəvayəti Əyyaşi də Yə᾽qub ibni Şueybdən və o da Həmaddan nəql etmişdir. Əllamə Məclisi bu məzmunda nəql olunmuş bütün rəvayətləri özünün «Biharul Ənvar» adlı kitabında nəql etmişdir.

TALE VƏ AQİBƏT ÜÇÜN EDİLƏN DUALARIN TƏ᾽SİRİ HAQQINDA NƏQL OLUNMUŞ HƏDİSLƏR

Süleyman adlı ravilərdən biri deyir: Peyğəmbər (s) buyurur: «İlahi qəza və qədəri əvəz edəcək yeganə şey varsa, o da duadır. İnsan ömrünü də uzadan yeganə şey varsa, o da başqalarına əl tutub xeyirxahlıq etməkdir.»

Termizi bu rəvayəti özünün «Sünən» kitabında nəql edib.

Səuban, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «İnsan ömrünü uzadan yeganə şey varsa, başqalarına xeyirxahlıq edib əl tutmaqdır və İlahi qəza və qədəri əvəz edəcək yeganə şey varsa, o da duadır. İnsanı İlahi ne᾽mətlərdən məhrum edən onun günahları və xoşagəlməz əməlləridir.»

Bu rəvayəti İbni Macə özünün «Sünən» və Hakim «Mustədrək» və Əhməd ibni Hənbəl «Müsnəd» adlı kitablarında nəql etmişlər.

Hakim və Zəhəbi hədisi nəql etdikdən sonra onun mö᾽təbər olduğuna dair öz nəzərlərini bildirmişlər. Bu haqda ətraflı mə᾽lumat əldə etmək üçün tə᾽lif olunmuş digər hədis kitablarına da müraciət edə bilərsiniz.

BİSMİLLAH AYƏSİ ƏTRAFINDA APARILAN FİKİR MÜBADİLƏLƏRİ

Bismillah... ayəsini ədəbi baxımdan izah edərkən qeyd etdik ki, «ism» kəlməsinin «Allah» kəlməsinə əlavə olunması mə᾽nəvi xarakter daşıyır. Və «Allah» kəlməsi ayədə özünün əsl mə᾽nasında işlənmişdir. Belə bir halda deməliyik ki, «ism» kəlməsi ayədə bütün İlahi adlara şamil olmaq mə᾽nasında işlənmişdir. Demək, «Bismillah» kəlməsi dedikdə, İlahi adların ümumi məfhumunu nəzərdə tutmalıyıq və belə olduqda adın xarici misdaqına da işarə etmiş oluruq. Çünki «Allah» adı Onun adlarının ən böyük xarici misdaqıdır. Demək, ümumi məfhum ilə Allahın adını daha tez və daha yaxşı tətbiq etmək olur və «ism» kəlməsini deməklə bu ad onu  iqrar edən və dinləyən şəxsin zehnində Allah-taalanın digər adlarından daha tez canlanır. Beləliklə Peyğəmbərdən (s) nəql olunmuş hədisin mə᾽nası daha da açıqlanır. Hədisdə deyilir:

«Bismillah, Allah-taalanın böyük adlarına (ismi-ə᾽əzəm) bəbəyin gözün ağına yaxın olmasından daha yaxındır.»

Bismillahın, ismi-ə᾽zəmə olan yaxınlığı kamil və zati yaxınlıqdır. Bəbəyin gözün ağına olan yaxınlığı isə məsafə baxımından olan yaxınlıqdır. Və təbii ki, zati yaxınlıq, məsafə və məkan baxımından olan yaxınlıqlardan daha əhəmiyyətli və daha güclüdür.

YARADILIŞIN BAŞLANMASI HAQDA NƏQL OLUNMUŞ HƏDİS VƏ RƏVAYƏTLƏR

Peyğəmbər (s) buyurur: “Allah-taala məxluqatı yaradarkən hər şeydən əvvəl mənim nurumu xəlq etdi”.[1]

Məhəmməd ibni Sənam deyir: İmam Cavad (ə)-ın yanında idik, üzünü mənə tutub dedi: «Ey Məhəmməd, bil ki, Allah hər zaman tək olmuş və heç vaxt Onun şəriki [Onun kimi başqa bir varlıq] olmamışdır. Sonra O, Məhəmmədin (s), Əli və Fatimənin (ə) nurunu xəlq etdi və onlar min il beləcə (nur olaraq) qaldılar.[2]

Bismillah AYƏSİNİN QUR᾽ANIN BİR HİSSƏSİ OLUB-OLMAMASI HAQDA NƏQL OLunMUŞ HƏDİSLƏR

Beyhəqi Ummi Sələmədən nəql etdiyi hədisdə deyir: «Peyğəmbər (s) namaz qılarkən Bismillah... ayəsini oxuyar və onu müstəqil ayə hesab edərdi.»

Hakim bu rəvayəti özünün «Mustədrək» adlı kitabında nəql etdikdən sonra yazır: Buxari və Müslüm bu rəvayəti səhih hədislər sırasında nəql etmişlər.

Beyhəqi Əbdül-Xəyrdən nəql etdiyi hədisdə deyir: «Əli (ə), Peyğəmbərdən (s) «Səb᾽ul-Məsani» haqda soruşduqda cavabında buyurur: «Səb᾽ul-Məsani» «Fatihə» surəsinə deyilir. Dedilər: Ya Rəsuləllah! Fatihə surəsi yeddi yox, altı ayədən ibarətdir. Peyğəmbər (s) buyurdu: “Bismillah... ayəsi də onun ayələrindən biridir.” Bu rəvayəti Beyhəqi, Əbu Hüreyrədən də nəql etmişdir. O, Əbu Hüreyrədən nəql etdiyi başqa bir hədisdə deyir: Peyğəmbər (s) buyurur: «Həmd» surəsi altı ayədən ibarətdir və onun ayələrindən biri də Bismillah... ayəsidir.

Beyhəqi İbni Abbasdan nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) Həmd surəsini hər zaman Bismillah ayəsi ilə başlayardı. Bu rəvayəti Termizi də özünün «Səhih» adlı hədis kitabında nəql edir.

Beyhəqi İbni Ömərdən nəql edir ki, o hər zaman namaza başlayarkən təkbir dedikdən sonra (yə᾽ni niyyət edib Allahu Əkbər dedikdən sonra) Həmd surəsini Bismillah... ayəsi ilə başlayar və onu sona kimi oxuyardı. Həmd surəsindən sonra yenidən «Bismillah...» deyərdi. Və bunu belə izah edərdi ki, əgər «Bismillah...» demək lazım olmasaydı, Qur᾽anda yazılmazdı.

Bu məzmunda nəql olunmuş digər hədislər Beyhəqinin «Sünən» və bir çox başqa hədis kitablarında da nəql olunmuşdur. Əlavə mə᾽lumat əldə etmək istəyənlər bu kitablara müraciət edə bilərlər.

Həmçinin «Kənzul-ummal»da Sə᾽ləbi nəql etdiyi hədisdə deyir: Əli (ə) namaz qılarkən oxuduğu bütün surələri «Bismillah...» ayəsi ilə başlayardı (oxuyardı). Bu haqda soruşduqda buyurardı: «Bu ayəni bütün surələrin əvvəlində oxumayan şəxslər həmən surəni ixtisara salmış olur.»

«Bismillah...» ayəsi «Səb᾽ul-Məsani»ni daha da mükəmməl edir. Yə᾽ni, «Bismillah...» ayəsi ilə yeddi ayədən ibarət olan “Həmd” surəsi daha da mükəmməl olaraq «Səb᾽ul-Məsani» adlanmağa başlayır.[3]



[1] “Biharul-әnvar”, 1-ci cild, 33-cü sәh.

[2] Üsuli-Kafi, 1-ci cild, 239-cu sәh. Vafi, 2-ci cild, 155-ci sәh.

[3] Kәnzul-ummal, 2-ci cild, 190-cı sәh

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment