Azəri
Friday 29th of March 2024
0
نفر 0

ƏBDÜL MÜTƏLLİB

ƏBDÜL MÜTƏLLİB

11-Əbdül Mütəllibin müvəhhid olması haqqında çoxlu şahidlər vardır. Bu şahidlər onun istənilən şirkdən pak olduğunu təsdiqləyir. Onun haqqında daha çox danışılması onun şirkə düşmədə daha çox töhmətləndirilməsi ilə əlaqədardır. Əli (ə) buyurur: «Atam və babam Əbdül Mütəllib, Haşim, Əbdül Mənaf heç vaxt bütə sitayiş etməmişlər. Onlar üzü Kəbəyə namaz qılmış, İbrahim dinində olmuşlar». («Bihar» 15-ci cild). Əbdül Mütəllib ərəbin müvəhhidlərindən sayılır. Bu, İbrahim öz övladları haqqında dualarının qəbul olmasıdır.

 12-Peyğəmbər (s) əliyə (ə) buyurur ki, Əbdül Mütəllib «əzlamla» (cahiliyyət dövrünün qumarı) mal bölmür, bütlərə ibadət etmir, bütlərin adına kəsilmiş heyvanların ətindən yemirdi və o, İbrahim dinində idi. («Bihar» 15-ci cild).

 13-Əbdül Mütəllibin axirət inacı barədə deyilir ki, o dedi: «Bu dünyadan sonra yaxşıların mükafatlanıb, pislərin cəzalanacağı bir dünya var».

14-İmam Rzadan (ə) nəql olunub ki, Əbdül Mütəllib Kəbə qapısının halğasından yapışıb, Allahdan dilədi ki, ona on oğul əta etsin.
15-Bu barədə belə nəql olunub ki, o, Allah evinin pərdəsini tutub, Allahı hərəm, rükn, məqama and verdi – bu andlar İbrahim dininə aiddir.

ƏBDÜL MÜTƏLLİB MÜVƏHHİDLİYİN MÜDAFİƏSİNDƏ

16-əbrəhə fil süvari qoşunuyla Kəbəni dağıtmağa üçün Məkkəyə gələndə Əbdül Mütəllib Qüreyş qəbiləsinin başçısı və həcc işlərinə məsul idi. Küfr qoşunu müqavimət göstərən kişiləri öldürməklə, qadın və uşaqları əsir götürməklə hədələyirdi. Bu hədələrdən qorxan əhali Məkkəni boşaldıb, ətraf dağlara çəkildilər. Əbdül Mütəllib bir yandan Kəbənin boşaldığını, digər tərəfdən düşmən qoşununun qüvvəsini görüb, hamı kimi özü barədə düşünmək əvəzinə Kəbədə qalıb, öz ətrafındakıları əbrəhə ilə qarşılaşmağa dəvət etdi. Ona Məkkəni tərk etmək təklif olanda dedi: «Mən Allah evini buraxıb, başqa bir yerə sığınmaqdan xəcalət çəkirəm» («Tarixe Yəqubi» 1-ci cild). «Mən and olsun Allaha ki, ilahi hərəmdən çıxmayacağam». Bu mövqe onun etiqadını, şücaətinin böyüklüyünü göstərir. Həmin həssas anlarda Allah yolunun bu mücahidi Kəbə pərdələrindən yapışıb dua edir: «Ey tənhaların dostu, Səninlə olana heç bir qorxu yoxdur» Əbdül Mütəllib bu sözləri deyərkən öz yaxınları ilə tənha qalmışdı. («Bihar» 15-ci cild). Əbdül Mütəllibin «Allahla olan kəs üçün heç bir qorxu yoxdur» sözləri onun övliyalığın, yalnız Allaha arxalandığını göstərir. Necə ki, Quran buyurur: «Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə bilməzlər» («Yunus» 62). Çünki onlar bütün fəzilətlərin mənşəsi olan Allaha bağlıdırlar. «Səni tapan nə itirib!» (İmam Hüseynin ərəfə duası). Bu cümlənin ardınca əlavə edir ki, «ev sahibinin evin müdafiəsində üstünlüyü vardır».

Bu o demək deyildir ki, Allah evinin müdafiəsində bizim məsuliyyətimiz yoxdur və bu məsuliyyət ev sahibinə aiddir. Bu söz Bəni-israilindir ki, Musaya deyərdilər: «Sən və Rəbbin gedib onlarla vuruşun, biz isə burada oturacağıq» («Maidə» 24). Əslində isə belədir ki, biz var gücümüzlə tövhid mərkəzi, iman simvolu olan Kəbəni müdafiə edəcəyik. Əlbəttə, ev sahibinin yardımı dada çatar. Bu cümlə ilə döyüş meydanında ev sahibindən yardım istəyir. Əbdül Mütəllibin əbrəhə ilə görüşdə dediyi «mən dəvə sahibiyəm, bu evin də sahibi var və onu müdafiə edəcək» sözləri də eyni məqsəd daşıyır. Bu sözlər o mənada deyil ki, mənim üçün Kəbənin fərqi yoxdur. Əgər bu tövhid müdafiəçisi laqeyid olsaydı, nə üçün hərəmdə qalıb, Allahdan yardım istəməliydi?! Bu söz döyüş və müdafiə meydanında həmin yardım istəyidir. Bəzi təqlid qələmləri fəallıq göstərib, dediklərinə iftixar edir, öz yazılarını qüsurlu halda nəş etdiriblər ki, Əbdül Mütəllib Kəbəyə laqeyid olub! Hətta bu qəziyyələri yanlış təhlil etməklə Əbdül Mütəllib kimi simaları ləkələyirlər. Guya, əbrəhə Əbdül Mütəllibi qınayır da ki, mən sizin din mərkəzinizi viran qoymağa gəlmişəm, siz isə bir neçə dəvənin hayındasıznız! Bəli, əvvəldə qeyd etdiyimiz kimi, təqlid qələmi də təhrif qələmi kimi təhlükəlidir. Belə nurani şəxsiyyətlərə çirkab yaxılır. Məhz belə məqamda təhqiq qələminin rolu aydın olur. Bu qələm düzgün təhlil aparmaqla həqiqətləri üzə çıxarır.

 əbrəhə qarşısında Əbdül Mütəllibin sözləri və duaları onun mövqeyinin aşkar göstərir. O, əbrəhənin böyük qoşunu qarşısından qaçmır, öz az səhabələri ilə möhkəm dayanır. «Neçə dəfə olub ki, az bir dəstə Allahın yardımı ilə çox bir dəstəyə qalib gəlib» («Bəqərə» 249). Hansı ki, əbrəhənin qoşunu Kəbəyə çatmamış Mina dağının arxasında Muhəssir vadisində qeybi və teyr əbabil qüvvələri ilə qarşılaşıb, biabırçılıqla məğlub oldu. Amma əbrəhə fürsət tapıb Kəbəyə hücum etsəydi də, Əbdül Mütəllib və ətrafındakılar canla-başla din və Kəbəni müdafiə edəcəkdilər. Qələm nə qədər qərəzli və ya nadan olmalıdır ki, belə bir mücahid şəxsi müşrik və ya laqeyd göstərisin! Tarix həqiqət və yalandan yoğrulmuş bir məcnundur. Hər yazılana etimad etmək olmaz. Yazılmışların bir çoxu etibarsız olduğundan təhqiqatlar aparılmalıdır ki, həqiqət üzə çıxsın.

 17-Həzrət Peyğəmbərin (s) əcdadının müvəhhidlik etiqadı o qədər məlum bir şey idi ki, şairlər bu münasibətlə şerlər yazardılar. Nümunə üçün əbüs-səlt ibni əbi Rəbi Səqəfinin qəsidəsindən bir beyt misal çəkmək olar.

 Qiyamət günündə dinlər içindən

Bir İbrahim dini keçər seçimdən.

 Məlum olur ki, İslamdan öncə Qüreyşin rəsmi dini İbrahim dini olmuş və yalnız bu din Allah tərəfindən məqbəl sayılmışdır.

 18-Bu mövzuda şahid gətirilən son nöqtə həzrət Peyğəmbərdən (s) Əbdül Mütəllibi peyğəmbərlər cərgəsində göstərir: «Sübhan Allah cəddim Əbdül Mütəllibi peyğəmbərlərlə (və (ərəbi) ) məhşur edər». Bütün bunlar bir sübutdur ki, Peyğəmbərin (s) ata-babaları, eləcə də onların etiqadca müvəhhid, əxlaqca səxaətli, qonaqpərvər, haqq müdafiəçisi olmuşlar. Onlar nəsilbənəsil Qüreyşin ictimai şənini öhdəyə almışlar. Heç bir şirk, dində laqeydliyi onlara aid etmək rəva deyil. Əlbəttə, sübutlar bir bununla sona yetmir. Bütün bunları araşdırmaq vaxt və hövsələ tələb edir. Ümid edirik ki, qeyd edilən sübutlar uyğun şübhələri aradan qaldırmaq üçün kifayətdir və həzrətin (s) pak və təqvalı babalarını ayrı-ayrılıqda araşdırmağa ehtiyac yoxdur. Bu hissənin sonunda Peyğəmbərin (s) peyğəmbərlikdən əvvəl İbrahim dinində olmasının zikrindən sonra onun ata-anasının həyatına nəzər salacağıq.

BESƏTDƏN ƏVVƏL PEYĞƏMBƏRİN (S) DİNİ

Besətdən əvvəl hicazda asimani bir dinin, halal-haramın olması barədə deyilənlər düzgün deyil. Çünki Quran, rəvaytə və tarix şahidlik edir ki, bütpərəstliklə, bəzilərinin məsihilik və yəhudiliyə etiqadı ilə yanaşı xüsusi ilə Məkkədə rəsmi din İbrahim (ə) dini idi. Quran islamı İbrahim dininin davamı bilir. «O sizi seçdi və dində sizin üçün çətinlik yeri qoymadı – Atanız İbrahim dini kimi» («Həcc» 78). Müxtəlif şəraitlərdə bu nöqtə qeyd edilir ki, islam Peyğəmbəri İbrahim dininin davamçısıdır: «Sonra sənə batildən haqqa tapınıb müşriklərdən olmayan İbrahimin dininə «tabe ol» - deyə vəhy etdik» («Nəhl» 123). Sonra buyurulur: «Doğru yolu tapmaq üçün yəhudi və ya məsihi olun, deyirlər. Onlara de ki, biz batildən haqqa tapınan, heç zaman müşrik olmamış İbrahim dinindəyik» («Bəqərə» 135).

 İslamda bir çox əmələ aid hökmlər, xüsusi ilə həcc əməlləri İbrahim dininə uyğundur. Bunu çoxlu rəvayətlər təsdiq edir. («Vəsail» 2-ci cild).

 Tairix şahiddir ki, ərəblərin çoxu İbrahim dininə inanmış, həcci yerinə yetirmiş, namaz qılmışlar. Yəqubi deyir: «Qüreyş, ədnanın bütün övladları İbrahim dininin bəzi əməllərini icra edirdilər, həcci yerinə yetirirdilər. Onlar qonağı tutur, ayların hörmətini saxlayırdılar. Fəsad və zülmdən çəkinir, günahkarları cəzalandırır, Allah evinin rəisliyini öhdədə saxlayırdılar.

 Quran və rəvayətlərdə buyurulanlara, tarixdə yazılanlara diqqət etməklə necə ola bilər ki, Quran cəmiyyət üçün unudulmuş bir dini təsbit etsin və xalq onun hökmlərindən xəbərsiz olsun?! Bu sübutlara əsasən hicaz xalqının rəsmi dini İbrahim dini olmuşdur və bütpərəstliyə, çoxlu qaydalara da əməl edilmişdir.

 Bunu da qeyd etməliyik ki, hicaz xalqı İbrahim dininə bağlı olmuş və məsihilik, yəhudilik xüsusi ilə Məkkədə zəif olmuşdur. Həzrət Peyğəmbər (s) də öz əcdadı kimi səmavi İbrahim dininə etiqad etmişdir.

 Çünki Məkkədə nə məsihilik, nə də yəhudilik tanınmırdı və «həzrət öz dininə etiqad edirdi» deyimi onun peyğəmbərliyindən əvvəl əsaslı ola bilməz.

ƏBDÜLLAH

Əbdül Mütəllibin doqquz oğlu vardı. Zəmzəm quyusu qazılanda nəzr etmişdi ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban edər. Onun duası qəbul oldu və Allah-taala ona onuncu oğulu əta etdi. Bu oğlanlar bunlardan ibarətdir: Haris – böyük oğul, Zübeyr, əbd Mənaf (əbu Talib), Həmzə – Seyyidüş-şühəda, Ğəydaq, Ziraf, Müqəvvəm, Əbdül-üzza (əbu Ləhəb), Əbbas. Peyğəmbərin (s) atası Əbdüllah Əbdül Mütəllibin sonuncu oğlu idi.

 Əbdüllah dünyaya gələndən sonra Əbdül Mütəllib öz nəzərini yerinə yetirmək qərarına gəldi. Övladları arasında püşk atdı. Püşk Əbdüllaha düşdü. Əbdüllahın əlindən tutub qurbangaha apardı. Qohum-əqraba yığışıb bu işə mane olmaq istədilər. Çünki bu iş sonrada adətə çevrilə bilərdi. Təklif etdilər ki, on dəvə və Əbdüllah arasında püşk atılsın. Püşk yenə də Əbdüllaha düşdü. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşdü. Beləcə, 100 dəvə Əbdüllahı əvəz etdi. Necə ki, qeybi qoyun İsmaili əvəz etmişdi. O zamandan başalyaraq insanın diyəsi yüz dəvə oldu. Bu adət Əbdül Mütəllibin adəti oldu və islamda da qorunub saxlanıldı. Bu məsələ ilə əlaqədar Peyğəmbər (s) buyurub ki, «mən iki qurbanın övladıyam». Burada İsmail və atası Əbdüllahı nəzərdə tutur.

 Əbdüllah bədən quruluşu, həmçinin ağıl gözəlliyi nəzərincə ərəblər arasında tanınmış şəxs idi. O, Əbdül Mütəllib övladlarının seçilmişi idi və diqqəti hamıdan çox cəlb edirdi. Əbdüllah çox yaşamayıb. Amənə ilə evləndikdən sonra Şam səfərindən qayıdarkən xəstələnir və Mədinədə ata qohumu Bəni Nəccarın yanında qalır. Elə orada da 25 yaşında ikən vəfat edir. Darül-nabiğə məhəllində dəfn edilir. Onun qəbri illərlə ziyarət edilir. Ali Səud vaxtı hərəmin genişləndirilməsi bəhanəsi ilə bu qəbir dağıdılır. Onun vəfat tarixi mübahisəlidir. Yalnız bu aydındır ki, o, Peyğəmbər (s) anadan olmamış vəfat edib. Lakin Yəqubi bu fikri rədd edib, imam Sadiqdən (ə) nəql edir ki, Əbdüllah Peyğəmbər (s) dünyaya gələndən iki ay sonra vəfat edib. Bəli, Peyğəmbərin (s) digər acdadı kimi Əbdüllah da müvəhhid və allahçı olmuş, bəşəriyyətin ən üstün, kamil şəxsini yadigar qoyub getmişdir.

AMƏNƏ

Vəhəb ibni Mənaf qızı Amənə ana tərəfdən «Qusəy»də Peyğəmbər (s) nəslinə bağlanır. Amənə şərafətli bir nəsil, etiqadlı bir ailədəndir. Hamı arasında öz böyüklüyü ilə tanınır. Amənə pak, müvəhhid bir qadın olub və haqqında rəvayət vardır. O, atəş haram edilən şəxslərdəndir. «Allah səni nazil edən sülbə, səni doğan bətnə, sənə süd verən döşə atəşi haram edib» hədisin sonu Amənəyə şamildir. («Bihar» 15-ci cild).

 Amənə Peyğəmbəri (s) doğduqdan bir müddət sonra ona süd verəcək dayə tutdu. Peyğəmbər (s) dörd il dayənin yanında qalıb, sonra ana qucağına qayıtdı. Amənə iki ildən sonra öz mələksima övladı ilə Mədinəyə qohumlarının yanına getdi. Qayıdarkən xəstələnib, yolda otuz yaşında ikən vəfat etdi. Onu qədim Mədinə və Məkkə yolnun kənarında əbva adlı bir yerdə dəfn etdilər. Həzrət Peyğəmbər (s) məhşur vida həccində anaının qəbrini ziyarət edib, ağladı, başqalarını da ağlatdı. Bu əzəmətli sülb və pak bətn Peyğəmbər (s) kimi bir övlad tərbiyəsi ləyaqətini qazanıb, bəşəriyyətin iftixarı olan bir yadigar qoydular.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment