Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Allah-taala Qurani-kərimdə buyurur:

Allah-taala Qurani-kərimdə buyurur:

«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.» 

Əziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dostluğun vacib olduğunu müsəlmanlar üçün izah etmişdir.

Təfsir, hədis və tarix kitablarında qeyd olunduğu kimi, bu ayədəki, «zil-qurba» kəlməsindən məqsəd Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir.

Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi?-deyə danışırdılar ki, cavab olaraq bu ayə nazil oldu:

«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.» 

Zəməxşəri öz sözünə davam edərək yazır: Rəvayətə görə bu ayə nazil olandan sonra həzrət Peyğəmbərdən (s) soruşdular: Ya Rəsuləllah! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?

Peyğəmbər (s) cavabında buyurdu:

«Onlar Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyndən ibarətdir.» 

Əllamə Bəhrani bu hədisi Əhməd ibn Hənbəlin «əl-Müsnəd» adlı kitabından orada zikr olunan silsilə sənədlə Səid ibn Cübeyrdən və o da ibn Abbasdan belə nəql edir: Məvəddət ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?» O, Həzrət (s) belə buyurdu: «Əli, Fatimə və iki oğlanları.» 

«Təfsiri-kəbirin» müəllifi Fəxr Razi, Zəməxşərinin «Ali-Məhəmməd» (Peyğəmbərin Əhli-beyti) haqqındakı sözünü nəql etdikdən sonra belə yazmışdır:

Mənim nəzərimə görə «Ali-Məhəmməd» Peyğəmbərlə (s) rabitələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olsa, yaxınlıq da bir o qədər artıq olar. Şübhəsiz, Əli, Fatimə, Həsən və Huseynin (ə) həzrət Peyğəmbər (s) ilə rabitəsi hamıdan artıq idi. Bunun inkarolunmaz bir həqiqət olduğu hamı tərəfindən eyni cür söylənilmiş və sübuta yetirilmişdir. Nəhayət, onların yalnız «Ali-Məhəmməd» olmaları zərurəti meydana gəlir.

Əlbəttə, «ali» kəlməsinin tərcüməsində çoxlu mübahisələr vardır. Bəzilərinin fikrincə, məqsəd «əqraba» və bəzilərinin nəzərincə «ümmət» kimi məna olunur. Əgər birinci mənanı götürsək, Peyğəmbərin (s) ailəsi, (Əli, Fatimə, Həsən və Hüseyn) «Ali-Məhəmməd» hesab olunur. Əgər ikinci mənanı da götürsək, yenə də onlar ümmətin içərisinə daxil olurlar. Çünki, onlar da Peyğəmbərin (s) ümmətindən sayılırlar. Şübhəsiz «ali» kəlməsinin mənası Əli, Fatimə, Həsən və Hüseynə (ə) şamil olunur. Amma, onlardan başqalarının daxil olmasında ixtilaf vardır. Həqiqətdə isə ayrı şəxsləri ali kəlməsinin mənasına daxil etmək ağıl, məntiq və nəql olunan rəvayətlərə zidd getməkdir. 

Yuxarıda qeyd olunduğu kimi, Zəməxşəri nəql etmişdir ki, bu ayə (Məvəddət ayəsi) nazil olandan sonra Peyğəmbərdən (s) soruşdular: «Ey Allahın Peyğəmbəri! Sənin yaxın adamlarından kimlərin dostluq və məhəbbəti bizlərə vacibdir?» O Həzrət buyurdu:

«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»

Beləliklə, məlum olur ki, bu dörd nəfər həzrət peyğəmbərin (s) yaxınlarıdır və xüsusi təzim və ehtiram onlar üçün olamalıdır. Bu sözümüzə bir neçə sübut vardır:

1. Məvəddət ayəsi; Yuxarıda bu barədə söhbət açıldı.

2. Hamıya məlumdur ki, Həzrət Peyğəmbər (s) xanım Fatiməni çox sevərdi və buyurardı: «Fatimə mənim vücudumun bir parçasıdır, onu incidib narahat edən, məni incidib narahat etmişdir.»

Deməli, belə bir şey doğru olduğu halda, Peyğəmbərin (s) ümmətinə də onları sevmək vacibdir. Çünki, Quran buyurur:

«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, əgər Allahı sevirsizsə, mənə tabe olun (yəni mənim etdiklərimi edin və dediklərimi yerinə yetirin), o zaman Allah da sizi sevər.» 

«Hidayət olasınız deyə Peyğəmbərə tabe olun.» 

«Peyğəmbərin əmrindən çıxanlar (Allahın əzabından) qorxmalıdırlar.» 

«(Ey müsəlmanlar!) Həqiqətən Peyğəmbər sizin üçün yaxşı bir nümunədir.» 

Bu ayələrdən məlum olur ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyn (ə) sevdiyi və onlara fövqəladə əhəmiyyət verdiyi üçün, müsəlmanlar da Peyğəmbərin (s) bu işini təkrar edərək onları sevməlidirlər.

3. Həzrət Peyğəmbərin (s) Əhli-beytinə (ə) dua etmək və salavat göndərməyin vacib olunması, onlar üçün yüksək dərəcə və mərtəbədir. Buna görədir ki, namazda təşəhhüd oxuduqdan sonra onlara dua etmək və salavat göndərmək vacibdir: «Əllahummə səlli əla Muhəmmdin və ali Muhəmməd.»

Yəni «Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər. Məhəmməd və onun Əhli-beytinə rəhmət et.»

Bu böyük təzim və ehtiram Əhli-beytdən (ə) başqa heç bir kəsin haqqında yoxdur. Bütün bu dediklərimiz Peyğəmbərin (s) Əhli-beytini (ə) sevməyin vacib olmasına aşkar cübutdur. Əhli-sünnə qardaşlarımızın tanınmış şəxsiyyətlərindən biri olan Şafei öz şerində belə deyir:

Məzmunu:

«Ey səvarə olan, «Mina» qumluğunda bir az dur, «Xif» bölgəsində yatmışlara, yaxud ayıq olanlara nida eylə, səhər vaxtı hacılar Minadan keçəndə, böyük bir çay axıb gedəndə, söylə. Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab olunsa, bütün insanlar və cinlər şahid olsunlar ki, mən dini tərk etmişəm.» 

Həmçinin, Şafei öz şerində o dövrdə Əhli-beytin (ə) düşmənlərinə Peyğəmbərin (s) dostları, onların dostlarına isə Rafizi deyildiyinə işarə edib deyir:

«Əgər mənə Əhli-beytin dostluğuna görə Rafizi desələr, onda Quran və Əhli-beytdən öncə buna şəhadət verməli idilər.» (Halbuki, Quranda və Əhli-beytin sözlərində «Rafizi» sözü işlənilməyib, deməli mənə Rafizi demək mənasızdır.)

Təbəri ibn Abbasdan nəql edir ki, «Məvəddət» ayəsi nazil olduqdan sonra, müsəlmanlar soruşdular: Ey Allahın Peyğəmbəri (s)! Bizə məhəbbət və dostluğu vacib olan yaxın adamların kimlərdir? O Həzrət (s) buyurdu:

«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»

Bu hədisi Əhməd də «əl-Məhaqib» kitabında nəql etmişdir. 

İbn Münzər, ibn Əbi Hatəm, ibn Mərdəveyh və Təbərani «Möcəmul-kəbir» kitabında Abdullah ibn Abbasdan belə nəql etmişlər: «Məvəddət» ayəsi nazil olandan sonra müsəlmanlar dedilər: Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan adamların kimlərdir? O Həzrət (s) buyurdu: «Əli, Fatimə, Həsən və Hüseyn.» 

Yenə də Möcəmul-kəbir kitabında düzgün bir sənədlə imam Həsəndən (ə) nəql olunmuşdur ki, O həzrət (ə) bir gün xalqa müraciət edərək belə buyurdu:

«Biz Allah-taala dostluğunu bütün müsəlmanlara vacib etmiş Əhli-beytdənik.»

Qurani-kərim Təthir (Əhzab/33) ayəsi ilə Əhli-beytin (ə) paklığını, bütün pisliklərdən uzaq olduqlarını və beləliklə mənəvi dəyərlərini və insanların hidayət yolunda olan çox mühüm rollarını sübuta yetirdi. İndi isə «Məvəddət» ayəsi ilə Əhli-beytin (ə) getdiyi yolun düzgün olduğunu və insanların etiqadi məsələlərdə və şəriət hökmləri öyrənməkdə kimə müraciət etmələrini müəyyən edir. Bəli Quran bu ayənin vasitəsi ilə İslam ümmətini Əhli-beytin (ə) yoluna sövq edir. Əgər Əhli-beytin (ə) yolu doğru bir yol olmasaydı və onlar ümməti səadət yoluna rəhbərlik etməyə qadir olmasaydılar, heç vaxt Quranda bu ayələr nazil olmazdı. Həmçinin Həzrət Peyğəmbər (s) zəhmətlərinin qarşısında Əhli-beyti (ə) sevməyi ümmətindən istəməzdi. Şübhəsiz, Quranın bu ayəsi bizə Əhli-beytin (ə) yolundan ayrılmamağın və bütün işlərimizdə onlara tabe olmağın zərurətini və lazım olduğunu başa salmaq üçündür. Çünki, Quran o böyük şəxsiyyətlərin pakizə və hərtərəfli üstünliklərə malik olmağına zəmanət vermişdir. Beləliklə Quran bu kimi ayələrdə Əhli-beytin (ə) yolunu tutmaq və İslamı onlardan öyrənmək haqqında ümmətə xatircəmlik və zəmanət vermək istəyir. Bu, Qurani-kərimim nəzəri idi. Amma, Həzrət Peyğəmbərin (s) nəzərini isə bu ayənin təfsiri ilə əlaqədar hədis və rəvayətlərdə aydın şəkildə nəzərinizə çatdırırıq.

Bizim əziz Peyğəmbərimiz (s) öz müqəddəs kəlam və təfsirləri ilə Əhli-beytin (ə) məhəbbətini müsəlmanların qəlbinə və vicdanına yerləşdirdi. O, müsəlmanların Əhli-beyt (ə) haqqında necə düşünəcəklərini, onların dostları və düşmənləri ilə necə davranacaqlarını və bir daha Əhli-beytin (ə) hədis, fiqh və təfsiri düşüncələri, həmçinin əqidələri və hərtərəfli rəhbərlikləri qarşısında vəzifələrinin nədən ibarət olduğunu hamıya izah etmişdir. Nəhayət, bu ayə haqqında son sözümüz budur ki, bu ayənin şərhində bəyan olunan yüksək dərəcə və məqamın özünəməxsus məna və məqsədi vardır. Beləliklə, bütün müsəlmanlar ağıl və məntiq əsasında onu düşünüb dərk etməlidirlər.

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriya xalqı Şeyx Zəkzəkini azadlığı uğrunda sülhməramlı aksiyalara davam ...
"Boko-Haram" Kamerunun iki kəndinə basqın edib, 10 sakini öldürüb
Olimpiya oyunlarında ilk dəfə Hicabla iştirak edəcək ABŞ idmançısı
İran İslam Respublikası 75 minlik Sünni Məscidini inşa edir
Qəzzədə İŞİD-ə bağlı sələfi şeyxi həbs olundu
Diyarbəkirdə 100 minlərlə Müsəlman İslam Peyğəmbərini (s) təhqir edənlərə ...
Suriyada Parlament Seçkiləri işə başladı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İrana səfər edəcək
Dini qaynaqlarda qloballaşma
İİR XİN- C. Zərif Qədr gecələrini Vyana İmam Əli Mərkəzində keçirtdi

 
user comment