Azəri
Thursday 28th of March 2024
0
نفر 0

NӘSXİN MӘ᾽NASI

NӘSXİN MӘ᾽NASI

Bir çox tәfsir vә Qur᾽an elmlәrinә dair tә᾽lif olunmuş kitablarda Qur᾽andakı bә᾽zi ayәlәr haqda «nәsx olunmuş ayәlәr» adı altında ayrıca fәsil ayrılmışdır. Әbu Bәkr Nuhas özünün «Әn-nasix vәl mәnsux» adlı kitabında nәsx olunmuş ayәlәrin sayını 138 olduğunu qeyd etmişdir.

Kitabın bu fәslindә nәsxin nә olduğunu vә ayәlәrdәn bә᾽zilәrinin nәsx olunduğuna dair irәli sürülmüş müxtәlif nәzәriyyәlәri araşdıracağıq vә belәliklә dә Qur᾽an ayәlәrindә nәsxә yol verilmәdiyini aşkara çıxaracağıq.

Nәsx nәzәriyyәsi irәli sürülmәklә qanunvericilik xarakteri daşıyan bir çox ayәlәr getdikcә öz әhәmiyyәtini itirmiş, amma sonra tükәnmәz elm mәnbәyi olan bu ilahi ne᾽mәt, öz әzәmәt vә şan-şöhrәtini özünә qaytara bilmişdir. Ümid edirik haqqında söhbәt açdığımız mәtlәb müsbәt nәticәlәr verәrәk azacıq da olsa әhәmiyyәt kәsb etmiş olsun.

Biz burada nәsx olunan ayәlәrin yalnız otuz altısı haqda söhbәt açacağıq. Әgәr bu ayәlәrdә nәsxә yol verilmәdiyini isbat edә bilsәk, digәr ayәlәrin dә nәsx olunmadığını asanlıqla sübuta yetirә bilәrik.

NӘSXİN LÜĞӘVİ MӘ᾽NASI

Nәsxin lüğәvi mә᾽nası yazılı mәtnin üzәrindәn köçürmәk, olduğu kimi yazmaqdır. «İntisax» vә «istinsax» kәlmәlәri dә mәhz bu kökdәn götürülmüşdür. Nәsx lüğәtdә «dәyişmәk», «nәql etmәk» mә᾽nalarında da işlәnmişdir. Belә ki, el arasında işlәnәn atalar sözündә deyilir: «Tәnasәxәl mәvarisu vәdduhuru». Yә᾽ni zaman vә var-dövlәt dәyişilmişdir. Bütün bunlarla yanaşı biz nәsxin lüğәtdә «mәhv olub aradan getmәk» mә᾽nasında işlәndiyinin dә şahidi oluruq. Başqa bir atalar mәsәlindә deyilir:

«Nәsәxtişşәmsuz-zillә» – yә᾽ni gün kölgәni aradan apardı. Nәsx, Peyğәmbәrin (s) sәhabәlәrinin zamanında vә sonrakı dövrlәrdә dә mәhz bu mә᾽nada işlәnmişdir. Onlar adәtәn külliyat vә ümumi bir mәfhumdan ayrılan vә ya istisna olan hәr bir şeyә «nasix» (aradan aparan) deyәrdilәr. Çünki sonradan yaranmış әlavә vә istisnalar әvvәlki hökmlәri ya әvәz etmiş vә ya aradan aparmışdır.

NӘSXİN İSTİLAHİ MӘ᾽NALARI

Din alimlәri vә Qur᾽an elmlәri mütәxәssislәri bu ifadәdәn lüğәvi mә᾽nada istifadә etmişlәr. Nәsxin tә᾽rifindә deyilir: Nәsx hәr hansı sabit bir şәr᾽i hökmün dövr vә zamanı dәyişilmәklә yeni hökmlә әvәz olunmasına deyilir. Tә᾽rifdә «sabit» ifadәsindәn istifadә etmәkdәn mәqsәd budur ki, әgәr sadir olunan hökm sabit olmazsa və mövzu dәyişilmәklә әvәz olunarsa artıq nәsx adlandırılmır. Mәsәlәn, Ramazan ayı başa çatdıqdan sonra әgәr bu ayda oruc tutulmasının vacibliyi aradan götürülәrsә, artıq biz bunu nәsx adlandıra bilmәrik. Çünki orucun vacibliyi hәmişәlik deyil, yalnız Ramazan ayına aiddir. Belә ki, Ramazan ayı sona çatdıqdan sonra orucun vacibliyinә dair sadir olunmuş hökmün vacibliyi dә әvәz olunur. Hәmçinin vaxtı keçdikdәn sonra var-dövlәtә aid olan malikiyyәt dә nәsx adlandırılmır. Çünki bütün hallarda әvәz olunan hökmün özü deyil, mövzu vә şәraitidir vә mövzu dәyişilmәklә hökmün aradan götürülmәsi nә nәsx adlanır, nә dә şәriәt alimlәri arasında fikir ayrılığına vә ixtilafa sәbәb olur.

İzah: Nәsxin mahiyyәtinin nәdәn ibarәt olduğunu daha da aydınlaşdırmaq üçün oxucunun nәzәrini verdiyimiz izahata cәlb edirik.

Şәriәt vә İslam qanunları tәrәfindәn verilən hәr bir hökm vә hәr hansı bir hәqiqi qanunvericilik orqanı tәrәfindәn qüvvәyә minәn hәr bir qanun sübut vә isbat baxımından iki mәrhәlәdәn ibarәtdir:

1. Hökmün reallaşmasında olan sübut mәrhәlәsi;

Buradan hәmin qanunvericilik mәrhәlәsi nәzәrdә tutulur. Bu mәrhәlәdә hökm vә qanun ümumi şәkildә hәr hansı bir mәtlәb nәzәrdә tutulmadan qüvvәyә minir. Mәsәlәn, şәrabın haram olduğuna dair hökm verilir. Belә bir qanunvericiliyin mә᾽nası bundan ibarәtdir ki, hәr zaman vә hәr yerdә şәrab olsa ondan istifadә (alıb-satmaq, içmәk, hәdiyyә etmәk vә s.) haram vә yolverilmәzdir.

Nәsx olunmadan belә bir hökmün aradan götürlmәsi qeyri-mümkündür. Çünki bu qanunvericilikdә nә zahiri, nә dә batini mәtlәb nәzәrdә tutulur.

2. Hökmün zahiri isbat mәrhәləsi:

Bu mәrhәlәdә ilk növbәdә sadir olunmuş hökmün xaricdә qüvvәyә minmәsi nәzәrdә tutulur. Vә hökm bu mәrhәlәyә yalnız o zaman çata bilәr, başqa sözlә desәk, yalnız elә bir şәraitdә qüvvәyә minә bilәr ki, nәzәrdә tutulan mәtlәb xaricdә hәyata keçmiş olsun. Mәsәlәn, şәrab meydana gәldiyi gündәn onun haramlığına dair qәti hökm sadir olundu. Yә᾽ni nә qәdәr ki, şәrab mövcuddur, onun haramlığına dair sadir olunmuş hökm dә qüvvәdә olacaqdır. Lakin mövzu aradan götürüldükdә (yә᾽ni xaricdә mövcud olmadıqda) hәtta әgәr şәrab sirkәyә çevrilsә belә haramlığına dair sadir olunmuş hökm dә qüvvәdәn düşәcәkdir. Amma diqqәt yetirmәk lazımdır ki, belә bir hökmün qüvvәdәn düşmәsinin nәsxlә heç bir әlaqәsi yoxdur. Artıq bizә nәsxin vә mövzunun әvәz olunmasının nә olduğu bәlli oldu. Haqqında söhbәt açmaq istәdiyimiz mövzu Qur᾽an mütәxәssislәri arasında ixtilafa sәbәb olmuş nәsx mәsәlәsidir. Belә ki, qüvvәdә olan sabit hökm, xaricdә mövzunun olmasına baxmayaraq (zәmanәnin tәlabatını ödәmәdiyi üçün) ya aradan götürülür vә ya tam ayrı bir hökm ilә әvәz olunur.

İLAHİ HÖKMLӘRİN NӘSXİ

Ötәn fәsillәrdә nәsxin lüğәvi vә istilahi mә᾽naları ilә tanış olduq. Görәsәn nәsx özünün hәmin bu mә᾽nasında ilahi hökmlәrә yol tapa bilәrmi? Yә᾽ni hәr hansı bir hökm başqa bir hökmü nәsx edәrәk aradan apara bilәrmi?

İslam dünyasının görkәmli alim vә mütәxәssislәri hamılıqla nәsxin mümkünlüyünә (yә᾽ni ilahi hökmlәrdәn bә᾽zilәrinin, digәr hökmlәrlә әvәz olunmasına) dair öz fikir vә mülahizәlәrini irәli sürmüşlәr. Lakin mәsihi vә yәhudi alimlәri bu nәzәriyyә ilә müxalifәt edәrәk ilahi hökmlәrin nәsx olunmasını qeyri-mümkün hesab edirlәr. Bu barәdә onlar heç bir әsası olmayan yalnız bir dәlilә istinad etmişlәr.

NӘSXİN QEYRİ-MÜMKÜNLÜYÜ

Nәsx nәzәriyyәsi ilә müxalif olanlar nәsxin qeyri-mümkünlüyü haqda deyirlәr: Hökmlәrin nәsx olunması bu iki haldan xaric deyildir: Ya qüvvәyә minmiş qanuna lazımınca riayәt olunmamış vә ya qanunverici qüvvә bunun nә ilә nәticәlәnәcәyini bilmәdiyi üçün bir sıra çәtinliklәrlә qarşılaşmış vә mәcburiyyәt qarşısında onu digәr hökmlәrlә nәsx etmәli olmuşdur. Lakin verilәn hәr iki ehtimal hәqiqi qanunvericiliyә, yә᾽ni Allaha aid olduğu üçün qәbul edilmәsi qeyri-mümkündür.

İzah: Qanunvericilik mәsәlәsi elmi, hәr şeyi әhatә edәn adil vә hәkim olan Allaha aiddir. Onun bütün hökmlәri zәmanәnin tәlabatına uyğun vә eyni zamanda dәrin hikmәtә әsaslanır. Çünki qeyri-mәntiqi vә zәmanәnin tәlabatına uyğun olmayan qanunlar ilahi hikmәt vә әdalәt prinsiplәri ilә tamamilә ziddiyyәt tәşkil edir. Demәk, verilmiş birinci hökm zәmanәnin tәlabatı ilә tamamilә uyğun vә dәrin hikmәtә әsaslanmışdır. Vә әgәr qanunverici mә᾽lumatsızlıq vә ya zәmanәnin tәlabatını nәzәrә almadan sәhvә yol verәrәk zәmanә vә şәraitә tamamilә ziddiyyәtli hökmlәr verәrsә vә nәticәdә bunun necә pis nәticәlәr verdiyi aşkara çıxarsa, әvvәlki hökm nәsx olmuş olur. Vә belә olduqda başqa bir irad nәzәrә çarpır. O da nәsxin Allahın cәhl vә mә᾽lumatsızılığından irәli gәldiyindәn ibarәtdir. Nәticәdә belә bir qәnaәtә gәlәcәyik ki, nәsx ya qanunvericinin zәmanәnin tәlabatına zidd hökm vermәsindәn vә ya zaman vә şәraitә olan mә᾽lumatsızlığından irәli gәlir. Halbuki, Allah bütün eyb vә nöqsanlardan uzaq vә bu kimi xüsusiyyәtlәrdәn pak vә münәzzәhdir.

Cavab: Qanunverici (Allah) tәrәfindәn verilәn bә᾽zi hökmlәr heç dә hәmişә icra xarakteri daşımır. Yә᾽ni, bu kimi hökmlәr bә᾽zәn insanları imtahan vә ya üzәrlәrinә düşәn vәzifәlәri tam şәkildә bәyan etmәk mәqsәdi ilә verilir. Belә olan bir halda nәsx heç bir mәnfi mәfhum kәsb edә bilmir. Çünki hәr iki hökm (yә᾽ni hökmün qanunverici tәrəfindәn verilmәsi vә sonradan onun digәr hökmlә nәsx olunması) zәmanәnin tәlabatına uyğun vә sәbәbsiz olaraq verilmәmişdir.

Demәk, belә bir nәsxin hәyata keçmәsi nә ilahi hikmәti ilә müxalifdir, nә dә Onun cәhlindәn irәli gәlir vә belә olduqda belә xüsusiyyәtlәrin Allah üçün qeyri-mümkün olması da heç bir mәfhum kәsb etmәyәcәkdir.

Bә᾽zәn dә tәlabatı nәzәrә alaraq müәyyәn işlәr üçün qanun qәbul edir vә bir müddәt keçdikdәn sonra onlar hәmin qanunverici tәrәfindәn nәsx olunur. Lakin bu heç dә o demәk deyildir ki, qüvvәdә olan ilk qanun hәmişәlik olaraq qәbul olunmuş, amma sonralar ehtiyac vә tәlabatı nәzәrә alaraq qanunverici tәrәfindәn daha mükәmmәl bәndlәrlә әvәz olunmuşdur. Belә bir şeyi qәbul etmәklә böyük bir sәhvә yol vermiş olardıq. Allah hökmü verdiyi ilk gündәn onun qısa müddәtli (müvәqqәti) olduğunu bilmiş vә müddәt başa çatdıqdan sonra onu yeni hökmlә әvәz etmişdir. Vә belә bir şәraitdә nәsx heç bir mәnfi xarakter daşımır vә belә bir cәrәyan Allahın elm vә hikmәti ilә ziddiyyәtlik tәşkil etmir. Belә bir nәticәyә gәlirik ki, «şәr᾽i nәsx» deyildikdә, qısa müddәtli qüvvәdә olacaq vә bu müddәt başa çatdıqdan sonra nәsx olunan hökmlәri nәzәrdә tutmalıyıq. Nәsxin belә bir şәraitdә hәyata keçmәsi tamamilә normal bir haldır. Çünki zaman vә şәraitin ilahi hikmәt vә qanunlara tә᾽sir göstәrmәsi inkarolunmaz bir hәqiqәtdir. Belә ki, bә᾽zәn zaman vә şәrait dәyişildikdә qanunlar yenidәn әvәz olunur vә yeni qanun vә hökmlәr qüvvәyә minir. Mәsәlәn bir zamanlar «bazar ertәsi» Allah-taala tәrәfindәn hәzrәt Musa (ә)-ın davamçıları (yәhudilәr) üçün bayram (istirahәt) günü tә᾽yin olunur. Әsrlәr, illәr keçir vә İslam dini zühur edir. Şәrait vә zaman nәzәrә alınaraq cümә günü müsәlmanlar üçün bayram vә istirahәt günü kimi tә᾽yin olunur. Vә sonralar zaman vә şәrait nәzәrә alınaraq namaz, oruc, hәcc vә dinin digәr zәruri hökmlәrindә dә müәyyәn dәyişikliklәr aparılır. Demәk, dövrün (zamanın) әvәz olunması şәr᾽i qanunların tә᾽yin vә ya әvәz olunmasında әn başlıca me᾽yar hesab olunur. Zaman müәyyәn dövr baxımından müәyyәn xüsusiyyәtlәrә malik olduğu kimi, çәkәcәyi müddәt baxımından da özünәmәxsus xüsusiyyәtlәrә malik ola bilәr. Belә ki, müәyyәn dövrdә adi hala çevrilmiş hәr hansı bir iş vә ya qüvvәdә olan qanun zaman vә şәrait dәyişilmәklә yeni-yeni qanun vә adәt-әn᾽әnәlәrlә әvәz olunur.

TÖVRAT VӘ İNCİLDӘ NӘSX

Yәhudi vә mәsihilәrin ilahi qanunlarda nәsxә yol verilmәdiyinә dair gәtirdiklәri dәlillәr artıq bizә mә᾽lum oldu. Lakin bir qәdәr әvvәl qeyd etdik ki, ilahi qanunların nәsx olunması mümkün vә adi bir haldır. Çünki nәsx hәr hansı bir hökmün müәyyәn dövrdә qüvvәdә olmasından vә ehtiyacı ödәmәdikdә isә digәr qanunlarla әvәz olunmasından savayı bir şey deyildir. Lakin daha tәәccüb doğuran şey yәhudi vә mәsihilәrin nәxsin ilahi qanunlarda qeyri-mümkünlüyünü iddia etmәlәridir. Halbuki, biz Tövrat vә İncilin fәsillәrinin bir çoxunun nәsx olunduğunun şahidi oluruq. Sizi onlardan bir neçәsi ilә tanış edirik:

1. «Allah-taala Musa vә Haruna xitab edәrәk buyurur: Bәni-Qәhatın sayı qәdәr, Bәni-Lavi qәbilәlәrindәn vә onların ata-babaları ilә qohumluq әlaqәsi olan qәbilәlәrdәn yaşı otuzdan-әlliyә qәdәr olan şәxslәr orduya daxil olub orada hamılıqla lazımı işlәr görsünlәr».[1] Lakin 8-ci fәslin 23 vә 24-cü bәndlәrindә hökmün nәsx olunduğu vә orduya 25 yaşlı cavanların daxil olunması göstәrilir. Orada deyilir: Allah-taala Musaya xitab edәrәk buyurur: Bәni-Lavinin qanununa әsasәn, 25 yaşlı cavanlar daxil olmalı vә orada xidmәt etmәlidirlәr. 2332-ci bәndlәrdә, hökmün ikinci dәfә nәsx olunduğu vә orduya daxil olan şәxslәrin iyirmi yaşdan ibarәt olması göstәrilir:

“Bәni-Lavinin iyirmi beş yaşına çatmış hәr bir cavanı orduya üzv olub Allahın evindә xidmәt etdi...”

2. “Әgәr sizlәrdәn biriniz Allah yolunda nәzir edә vә ya and içәrsә, ona әmәl etmәli vә әhdinә xilaf çıxmamalıdır.”[2]

Lakin Matveyin İncilindә (5-ci fәsil, 33-cü bәndlәr) and hökmünün nәsx olunduğu göstәrilir. Orada deyilir: «And içmәyiniz haqda verilәn hökmü eşitmisiniz. Allaha içdiyiniz andlara hökmәn әmәl edin! Lakin mәn sizә deyirәm: Heç vaxt and içmәyin!»

3. Tövratda (21-ci fәsil, 23 vә 24-cü bәndlәrdә) qisas hökmü haqda deyilir: «Әgәr başqasına zәrәr yetirәrsәnsә onun әvәzini ödәmәlisәn». Gözә-göz, dişә-diş, buruna-burun, әlә-әl, yaraya-yara vә basılmış dağ әvәzinә dağ basılmalıdır.»

Yenә dә Matveyin İncilindә (5-ci fәsil, 28-29-cu bәnd) qisas hökmünün nәsx olunduğu göstәrilir. Orada deyilir: “Tövratda gözә-göz, dişә-diş qisas olaraq alılndığını eşitmisiniz. Lakin mәn sizә zülm edәnlәrә qarşı müqavimәt etmәmәyinizi әmr edirәm. Sağ üzünüzә sillә vurarlarsa, sol üzünüzü çevirin. Sizinlә dava edәrkәn әbanızın yaxasından yapışarlarsa әbanızı ona verin.”

4. “Sizinlә bağlayacağım әhd-peymana әmәl etmәli vә özünüzdәn sonra onu öz övladlarınıza irs qoymalısınız. Bağlayacağım әhd-peyman kişilәrinizin xәtnә olunmasıdır.” [3]

Bu hökm hәzrәt Musa (ә)-ın şәriәtindә dә tәsdiq olunmuşdur.[4]

Yenә dә 12-ci fәsildә (2 vә 3-cü bәndlәr) deyilir:

«Bәni-İsrailә de ki: Oğlan uşağı doğan qadın yeddi gün heyz olduğu üçün nәcis hesab olunur vә sәkkizinci gün uşaq xәtnә olunmalıdır».

Bu hökmün dә kitabın 15-ci fәslindә (24-30-cu bәndlәr) [Peyğәmbәrlәrin gördüklәri işlәr, Polosin yazdığı mәktublar] nәsx olunduğunun şahidi oluruq.

«Oğlan uşaqlarının xәtnә olunması yәhudi vә mәsihi dininin davamçılarının üzәrindәn götürülür...»

5. Tövratda qadınlara tәlaq verilmәsi haqda deyilir:

“Evlәndiyiniz qadınlarda xoşagәlmәz rәftar vә ya xüsusiyyәt gördükdә onlara tәlaq verib evinizdәn çıxarın. Qadın ikinci dәfә әrә gedib ondan da boşanarsa üçüncü dәfә әrә gedә bilәr. Vә әgәr onun üçüncü әri ölәrsә yenidәn birinci әri ilә ailә qura bilmәz.”[5] Lakin İncil bu hökmü nәsx edәrәk tәlaq verilmәsini haram edir.

«Deyilir ki, zövcәsi ilә razılığa gәlә bilmәyәnlәr onlara tәlaq verә bilәrlәr. Lakin mәn sizә bu hökmü verirәm: Zinadan başqa kim öz zövcәsinә tәlaq verәrsә, onun zina etmәsinә sәbәb olur. Vә özü başqa bir tәlaq verilmiş qadınla evlәnәrsә yenә dә zina etmiş olur.»

Tәlağın haramlığına Markosun İncilindә dә (16-cı fәsil, 17-ci bәnd vә 10-cu fәsil, 11-12-ci bәnd) rast gәlmәk olur.

Bu barәdә әtraflı mә᾽lumat әldә etmәk istәyәnlәr «İzharul-hәqq» vә «Әlhuda ila dinil Mustәfa» adlı kitablara da müraciәt edә bilәrlәr.

İSLAMDA NӘSX

Müsәlmanlar arasında nәsx barәsindә heç bir ixtilaf nәzәrә çarpmır. Çünki keçmiş din vә ehkamlar mәhz İslam dini tәrәfindәn nәsx olub aradan getmişdir. Hәtta onun özündә belә bә᾽zi hökmlәr nәsx olaraq yeni qanunlarla əvəz olunmuşdur.

Məsələn: Qur᾽an müsəlmanların üzlərini ona tərəf tutub namaz qıldıqları ilk qiblənin nəsx olunduğunu bəyan edir. Və bu hökm hər bir müsəlman tərəfindən arada heç bir ixtilaf olmadan qəbul olunur və sual doğuran məsələlərdən biri də budur ki, görəsən Qur᾽anda nəsx olunan bə᾽zi ayələr (hökm və qanunlar) Qur᾽anın öz ayələri ilə, ya Peyğəmbər (s) buyurduqları, ya müsəlman icması tərəfindən və ya əql və təfəkkür yolu ilə nəsx olunmuşdurmu? Bu olduqca geniş və çoxşaxəli məsələ olduğu üçün müqəddimə olaraq nəsxin neçə hissədən ibarət oluduğu haqda müxtəsər mə᾽lumat vermək yerinə düşərdi.

1. Tilavətlərdəki nəsx:

Deyilir: Ayələrdən bə᾽ziləri hal-hazırkı Qur᾽an nüsxələrində mövcud olmasa və oxunmasa da, şər᾽i hökm olaraq müsəlmanlar tərəfindən icra olunur. Onlardan biri də «Rəcm» (daşqalaq) ayəsidir.

Cavab: Nəsxin bu növünə «Tilavətdəki nəsx deyilir». Burada hökmün özü deyil, ayənin oxunuşu nəsx olunmuşdur. Lakin təhrif haqda söhbət açarkən bu mətləbə işarə etdik ki, tilavətlərin (oxunuşun) nəsx olunduğunu qəbul etmək, onun təhrif olunduğunu qəbul etmək deməkdir və bunu isə sübuta yetirəcək heç bir dəlil yoxdur. Bu barədə nəql olunmuş rəvayətlərə gəldikdə isə, onlar «vahid xəbər» formasında nəql olunmuşdur. Bu kimi mühüm mətləblər isə «vahid xəbər» formasında nəql olunmuş rəvayətlərlə isbat olunmur. Çünki müsəlman icması bu barədə eyni nəzər və əqidəyə malikdir. Qur᾽anın özü vahid xəbərlə sabit olmadığı kimi, onun nəsx olunmasını da vahid xəbərlə sübuta yetirmək qeyri-mümkündür.

Onu da qeyd edək ki, böyük əhəmiyyət kəsb edən hər bir mətləb tez bir zamanda cəmiyyətdə yayılıb bir çoxlarını özünə cəlb edir. Belə bir xəbər bir çoxları tərəfindən nəql olunur və zaman keçdikcə mütəvatirlik mərhələsinə çatır. Demək, mühüm bir hadisənin vahid xəbər formasında nəql olunması onun əsla baş vermədiyinə dəlalət edir. Və bu barədə mə᾽lumat verən şəxs nəql etdiyi rəvayətdə ya səhvə və ya yalan və iftiraya yol vermiş olur. Çünki əgər həqiqətən əhəmiyyət kəsb etmiş olsaydı, bir çoxları tərəfindən nəql olunar və mütəvatirlik mərhələsinə çatardı.

Belə bir halda vahid xəbər halında nəql olunmuş rəcm ayəsini Qur᾽an ayələrindən biri kimi qəbul edib tilavətinin nəsx, lakin icra olunduğunu necə iddia etmək olar?

Bəli, bir qədər əvvəl qeyd etdik ki, Ömər yazılı nüsxə gətirib onun Qur᾽anın rəcm ayələrindən biri olduğunu iddia etmiş, lakin özündən başqa heç bir şahidi olmadığı üçün onu yığılmaqda olan Qur᾽anın orijinal nüsxəsinə əlavə etməmişlər. Sonralar rəcm ayəsi tilavəti nəsx, lakin hökmü icra olunan ayə kimi qələmə verilmişdir.

2. Hökm və tilavətlərin nəsxi:

Bə᾽ziləri belə bir iddia irəli sürürlər ki, Qur᾽an ayələrindən bir neçəsi müxtəlif səbəblər üzündən bə᾽zi ayələrlə nəsx olunmuş və hal-hazırda nə onların oxunuşu, nə də digər şər᾽i hökmlər kimi icrasına əməl olunur. Yə᾽ni, onların həm tilavəti, həm də icrası nəsx olunmuşdur.

Bu nəzəriyyənin tərəfdarları «təhrif»ə dair haqqında söhbət açdığımız ayrıca fəsildə Aişədən nəql olunmuş 10-cu rəvayətə istinad edirlər.

Lakin nəsxin birinci fəslinə tutulan irad və nöqsanlar sözsüz ki, belə bir əsassız nəzəriyyəyə də şamil olunur. Belə ki, Aişədən nəql olunmuş rəvayət bizə vahid xəbər halında gəlib çatmışdır. Halbuki, Qur᾽anın mö᾽təbərliyinə və ona dair olan hər hansı bir mətləb vahid xəbər halında nəql olunmuş rəvayətlərlə sübuta yetirilmir.

3. Hökmlərdəki nəsx:

Mübahisə doğuran məsələlərdən biri də ayələrdən bə᾽zilərinin nəsx olunaraq digər şər᾽i hökmlər kimi icra olunmaması (və ya icrasının qadağan olunduğu) lakin tilavət zamanı digər ayələr kimi oxunmasıdır. Alim və müfəssirlərin əksəriyyəti nəsxin bu növünü qəbul etmiş və Əbu Cə᾽fər Nəhas, Hafis Müzəffər Farsi kimi bə᾽zi görkəmli alimlər bu barədə ayrıca kitablar tə᾽lif etmişlər. Və eyni zamanda təhqiqatçıların və Qur᾽an mütəxəssislərinin bir çoxu bu nəzəriyyəni qətiyyətlə rədd edərək Qur᾽an ayələrindən heç birinin nəsx olunmadığını isbat etməyə cəhd etmişlər.

Lakin diqqət yetirmək lazımdır ki, alim və təhqiqatçılar arasında ayələrin bə᾽zilərinin nəsx olunub-olunmaması haqda fikir ayrılığı olsa da, keçmiş dinlərin, hətta İslam dininin zühur etdiyi dövrlərdə qüvvədə olan qanun və hökmlərin nəsx olunduqları haqda bir-birləri ilə əsla müxalif deyildirlər.

NƏSX

Daha dəqiq nəzəriyyə əldə etmək üçün müəyyən izahatlar verməyi özümüzə zəruri hesab edirik:

Qur᾽andakı daimi hökmlər aşağıdakı hallarda nəsx oluna bilər.

1. Qur᾽anın daimi hökmləri Peyğəmbər (s) və mə᾽sum İmamlar (ə) tərəfindən nəql olunmuş mütəvatir hədis və rəvayətlərlə nəsx olunmuş olsun. Belə bir nəsxin əqli və nəql olunmuş rəvayətlər baxımından heç bir nöqsanı yoxdur. Və əgər sabit olunarsa, tə`xirə salınmadan icra olunmalıdır, yox əgər sünnə və nəql olunmuş mütəvatir rəvayətlərdə həmçinin icmada öz əksini tapmazsa nəsx hesab olunmur, çünki nəsx vahid xəbər halında nəql olunmuş rəvaytlərlə sabit olunmur.

2. Mövzu baxımından tamamilə eyni olan ayələr;

3. Zahiri baxımdan deyil, daşıdığı mə᾽na baxımından nəsx olunmuş ayələrlə ziddiyyət təşkil edən ayələr:

Araşdırmalar göstərir ki, Qur᾽anda bu kimi nəsx hallarına rast gəlmək olmur. Ona görə ki, Qur᾽an bu kimi ixtilaf və ziddiyyətləri özündən dəf edir. Belə ki, Nisa surəsinin 82-ci ayəsində buyurulur:

أَفَلاَ يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرًا

«Onlar Qur᾽an barəsində [onun Allah kəlamı olması haqqında] düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapılardı.»

Alim və müfəssirlərin bir çoxu ayələrin həqiqi (batini) mə᾽nalarına lazımı diqqət yetirmədikləri üçün belə bir qənaətə gəlmişlər ki, Qur᾽anın bə᾽zi ayələrində müəyyən ixtilaf və ziddiyyət mövcuddur. Bu qənaətə gəlməklə, sonradan nazil olunmuş ayələrin ilk dövrlərdə nazil olmuş ayələri nəsx etdiyini təsəvvür etmişlər. Belə bir yanlış qənaətə gəlməklə alimlərin bə᾽ziləri, hətta ümumiyyət və xüsusi, məhdud və qeyri-məhdud xarakteri daşıyan və bir-birlərini təfsir edən iki ayə arasında ixtilaf və ziddiyyətin mövcud olduğuna dair müxtəlif fikir və mülahizələr irəli sürmüşlər.

Əlbəttə, belə bir qənaətə gəlməyin əsas səbəbi nəsx sözünün lüğəvi mə᾽nasını lazımınca araşdırmamaq və səhlənkarlıq üzündən baş verir.

Belə isə nəsx nəzəriyyəsinin tərəfdarlarının irəli sürdükləri fərziyyələrə son qoymaq üçün bu kimi ayələri diqqətlə araşdırmalı və şəriət hökmlərinin sübuta yetirilməsində istifadə olunmalıdır.

NƏSX EDƏN VƏ NƏSX OLUNMUŞ AYƏLƏRİN ARAŞDIRILMASI

Nəsxin mahiyyəti və nədən ibarət olduğu bizə mə᾽lum olduqdan sonra nəsx olunduğu iddia olunan ayələr haqda söhbət açmaq və onları ayrı-ayrılıqda araşdırmağı özümüzə lazım bilib, bu haqda yeni fəsil ayırdıq. Biz burada nəsx olunmadığı bəlli olan ayələr deyil, mə᾽na və məfhum baxımından sual doğuran və nəsx olunduğu ehtimal olunan ayələr haqda söhbət açacağıq.



[1] Tövrat, 4-cü fәsil, 2-3-cü bәndlәr.

[2] Tövrat, 30-cu fәsil.

[3] Tövrat, 17-ci fәsil, 10-cu bәnd. Allahın hәzrәt Ibrahim ilә söhbәti.

[4] 12-ci fәsil, 48-49-cu bәnd.

[5] Tövrat, 24-cü fәsil, 1-3-cü fәsillәr.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment