Azəri
Saturday 20th of April 2024
0
نفر 0

SƏHABƏLƏRIN TƏMƏTTÖ ÜMRƏSINDƏN ƏLDƏ ETDIKLƏRI HÖKM

SƏHABƏLƏRIN TƏMƏTTÖ ÜMRƏSINDƏN ƏLDƏ ETDIKLƏRI HÖKM

Yuxarıda Peyğəmbəri Əkrəm ¡-in təməttö ümrəsinin hökmünü səhabələrə tədrici olaraq bəyan etməsini açıqladıq. Bu bəhsdə isə səhabələrin bu hökmü necə başa düşmələrini araşdırırıq.

«Səhihi Müslüm» kitabında Ibni Abbas deyir: Peyğəmbər və səhabələr Zil-həccənin ilk on günlüyünün dördüncü günündə Məkkəyə çatdılar, onlar həcc təlbiyəsi deyirdilər ki, Peyğəmbər buyurdu: «Onu ümrə qərar versinlər.» Digər bir rəvayətdə isə bundan sonra buyurmuşdur: "Öz ehramlarınızı ümrəyə keçirin, yalnız qurbanlığı özləri ilə gətirənlər istisnadır."[1]

Üçüncü bir rəvayətdə deyilir: Peyğəmbər və səhabələr dör‌dün‌cü gün sübh çağı həcc ehramı ilə Məkkəyə daxil oldular. Pey‌ğəmbər onlara fərman verdi ki, bu əməllərini ümrə qərar ver‌sinlər. Bu da onlara ağır gəldi və dedilər: «Ya Rəsu‌ləl‌lah! Hansı halal?» Peyğəmbər buyurdu: «Bütün halallar!»[2]

Dördüncü rəvayətdə isə Peyğəmbər ¡ belə buyur‌muş‌dur: "Bu bir ümrədir ki, onunla təməttö edirsiniz. Hər kəs qurban‌lı‌ğı özü ilə gətirməyibsə, ehramdan tamamilə çıxacaqdır ki, ümrə Qiya‌mə‌tə qədər həccin içinə daxil olur."[3]

«Səhihi Buxari» və «Səhihi Müslüm» kitablarında nəql olu‌nan bir rəvayətdə Cabir deyir: Peyğəmbəri Əkrəmlə bir‌lik‌də – Peyğəmbərin qurbanlığı özü ilə gətirdiyi bir ildə – həc‌cə getdik və yalnız həcc niyyəti etdik. Peyğəmbər ¡ bu‌yurdu: «Ehramdan çıxın və Beytüllahir-həramı təvaf edin, Sə‌fa və Mərvənin arasında sə`y edin, təqsir işini yerinə yeti‌rin və tərviyə günü gəlib çatana qədər hər bir şeyi özü‌nüzə halal edin. O zaman həcc niyyəti edin və əvvəllər yeri‌nə yetirdiyinizi müt`ə qərar verin-yə`ni təməttö ümrəsi he‌sab edin.» Səhabələr dedilər: «Onu necə müt`ə qərar verə bi‌lə‌rik, halbuki, onu həcc adlandırmışdıq?!» Həzrət buyurdu: "Si‌zə nəyi göstəriş verirəmsə, onu da yerinə yetirin. Hətta əgər mən də qurbanlığı özümlə gətirməsəydim, sizə dediyim göstərişə əməl edər‌dim. Lakin indi bu qurbanlığı qurbangaha çatdırmamış, heç bir haram mə‌nə halal olmaz."[4]

Ikinci rəvayətdə Cabirin belə dediyi nəql olunur: Onlar dedilər: «Yə`ni... bizim bə`zilərimizdən məni damlayan halda Minaya gedəkmi?!»[5]

Üçüncü rəvayətdə Əta nəql edir ki, Cabir ibni Əbdüllah‌dan eşitdim ki, camaatın arasında belə dedi: Biz Peyğəmbər səha‌bələri ümrə niyyəti olmadan, yalnız həcc ehramı niyyəti ilə ehram bağladıq və Peyğəmbəri Əkrəmlə Zil-həccənin dör‌d‌üncü günü sübh çağı Məkkəyə daxil olduq. Peyğəmbər ¡ bizə göstəriş verdi ki, ehramdan çıxaq. Sonra buyurdu: "Ehramdan çıxın və öz qadınlarınız ilə yaxınlıq edin." O deyir: «Bu‌nu onlardan istəmədi, lakin qadınlarını onlara halal etdi, son‌ra ona xəbər çatdı ki, biz belə deyirik: «Indi ki, bizimlə Ərə‌fə arasında yalnız beş günlük fasilə vardır, bizə gös‌tə‌riş verir ki, qadınlarımızla yaxınlıq edək, bizim cin‌siyyət üzvümüzdən su damladığı halda Ərəfəyə‌mi gedək?» O deyir: Peyğəmbəri Əkrəm ¡ söhbətə başlayıb buyurdu: "Siz yaxşı bilirsiniz ki, mən sizin aranızda ən təqvalı və ən düzgün danışanam. Indi əgər qurbanlığı özümlə gətirməsəydim, sizin kimi ehramdan çıxmalı idim. Belə isə, ehramdan çıxın; əgər mən də yolun əvvəlində olsaydım, qurbanlığı özümlə gətirməzdim."[6]

Dördüncü rəvayətdə isə deyir: Peyğəmbəri Əkrəm ¡ Zil-həccənin dördü sübh çağı yalnız həcc niyyəti ilə Mək‌kəyə daxil oldu. Bizə gəlib çatan kimi fərman verdi ki, onu üm‌rə qərar verək və qadınlarımızla yaxınlıq edək. Bu zaman söz-söhbət başlandı... Bu, Peyğəmbərə çatan zaman o həzrət xi‌tabə söyləyərək buyurdu: "Eşitmişəm ki, camaat bə`zi-bə`zi sözlər danışırlar! Allaha and olsun ki, mən onlardan daha çox yaxşı əməl sahibi, daha çox təqvalıyam..."[7]

Bərra ibni Azibin rəvayətində deyilir: Peyğəmbəri Əkrəm ¡ və səhabələrlə hərəkət edərək hamılıqla həcc ehramı bağladıq. Məkkəyə daxil olduğumuz zaman Həzrət buyurdu: «Həccinizi ümrə qərar verin.» Camaat dedilər: «Ya Rəsuləllah! Axı biz həcc ehramı bağlamışdıq, onu ümrəyə necə çevirək?!» Həzrət buyurdu: «Yerinə yetirin.» Həmin sözü təkrar etdikdə o həzrət qəzəbləndi, Ayişənin yanına getdi. Ayişə onun üzündə qə‌zəb əlamətlərini gördükdə, dedi: «Kim sizi qəzəblən‌dir‌miş‌dir, Allah ona qəzəblənsin?!» Həzrət buyurdu: «Nə üçün qəzəb‌lənməyim, halbuki, göstəriş verirəm, itaət etmirlər?!»[8]

Ayişə bu hadisə ilə əlaqədər deyir: Peyğəmbəri Əkrəm ¡ Zil-qə`dənin dördüncü, yaxud beşinci günü Məkkəyə daxil oldu, qəzəbləndikdən sonra mənim yanıma gəldikdə, mən dedim: «Ya Rəsuləllah! Kim sizi qəzəbləndirmişdir, Allah onu cəhənnəmə salsın?!» Həzrət buyurdu: «Məgər bilmədin ki, camaatı bir işi yerinə yetirməyə əmr etdim, onlar onu yerinə yetirməkdə tərəddüdə düçar oldular?!»[9]

Ibni Ömər deyir: Dedilər: «Ya Rəsuləllah! Insan alətindən məni damlaya-damlaya Minaya gedə bilərmi?!» Həzrət buyurdu: «Bəli!» Onun ardınca yerlər salındı.[10]

Cabir deyir: Rəsulullah ilə həcc ehramı niyyəti ilə ehram bağladıq, Məkkəyə daxil olduğumuz zaman əmr etdi ki, ehram‌dan çıxaraq, onu ümrə qərar verək. Bu zaman bu söz bizə ağır gəl‌di və bizi çıxılmaz vəziyyətdə qoydu. Bu sözü Peyğəmbərə çat‌dırdılar, asimandanmı, yoxsa camaat tərəfindən xəbərdar ol‌duğunu bilmədik. O həzrət buyurdu: «Ey camaat! Ehramdan çı‌xın. Əgər mən qurbanlığı özümlə gətirməsəydim, sizin et‌di‌yiniz işləri edəcəkdim.» O deyir: Biz ehramdan çıxdıq, hət‌ta öz qadınlarımızla yaxınlıq da etdik. Qeyri-möhrimə rə‌va olan işlərin hamısını yerinə yetirdik, nəhayət tərviyə gü‌nü gəlib çatdı, Məkkəni arxada qoyduq və həcc ehramını bağla‌dıq.[11]

Digər rəvayətdə isə deyilir: Biz dedik: «Hansı halalı?» Buyur‌du: «Bütün halalları!» O deyir: Bu zaman qadın‌ları‌mı‌zın yanına getdik, ətirdən istifadə etdik və tərviyə günü gəlib çatanda, həcc ehramı bağladıq.[12]

Beləliklə, onlar ikrah və çətinliklə qəbul etdilər ki, həc‌ci və ümrəni birlikdə yerinə yetirsinlər, bu iki əməlin ara‌sında ehramdan çıxsınlar və təməttö etsinlər. Çünki bu iş cahiliyyət əsrinin adətləri ilə müxalif idi. Həmçinn Üm‌mül-mö`minin Ayişə həcdən sonra aylıq adətində olub ümrə‌dən məhrum olduğuna görə Peyğəmbər ¡ ona buyurdu ki, həcdən sonra aşağıdakı rəvayətdə aşkar şəkildə buyur‌duğu kimi, ümrə əməlini yerinə yetirsin:

AYIŞƏ HƏCDƏN SONRA ÜMRƏNI YERINƏ YETIRIR

«Səhihi Müslüm» kitabında Ayişənin belə dediyi nəql olu‌nur: Peyğəmbərlə hərəkət etdik və həcdən başqa bir niyyə‌ti‌miz yox idi. Sərif məntəqəsinə, yaxud onun yaxınlıqlarına çat‌dıqda, məndə aylıq adət baş verdi, ağlaya-ağlaya Pey‌ğəm‌bə‌rin yanına getdim. O dedi: «Adət olmusan?» Dedim: «Bəli.» Bu‌yur‌du: «Bu, Allah-taalanın Adəm övladlarının qızlarına mü‌qər‌rər etdiyi bir şeydir. Hacıların yerinə yetirdiyi əməl‌ləri yerinə yetir, yalnız qüsldən qabaq Beytüllahil-həramı tə‌vaf etmə.»[13]

Ondan əvvəlki rəvayətdə isə deyilir: Həcci sona çatdır‌dı‌ğı‌mız zaman Peyğəmbər ¡ məni Əbdür-Rəhman ibni Əbi Bəkr‌lə Tən`im adlı məntəqəyə göndərdi, mən ümrəni yerinə ye‌tir‌dim və o, mənə buyurdu: «Bu, sənin ümrənin yerinə olsun.»[14]

Digər bir rəvayətdə deyilir: Peyğəmbəri Əkrəm ¡-lə birlikdə «Həccətül-vida» üçün hərəkət etdik və ümrə ehramı bağladıq. Sonra Peyğəmbər buyurdu: «Hər kəs qurbanlığı özü ilə gətiribsə, həcc niyyətini ümrə etsin və hər ikisini yeri‌nə yetirməyincə ehramdan çıxmasın.» Mən adət halında Mək‌kəyə daxil oldum və təvafı yetirmədim, Səfa və Mərvə ara‌sında sə`y əməlini əncam vermədim. Öz halımdan Peyğəm‌bərə şikayət edərkən mənə buyurdu: «Başını açıb dara, həcc niy‌yəti et və ümrəni boşla.» O deyir: Mən bu işləri gördüm və həcci sona çatdırdığım zaman Peyğəmbər məni Əbdür-Rəhman ib‌ni Əbi Bəkrlə Tən`imə göndərdi və mən ümrəni yerinə ye‌tir‌dikdə, o həzrət buyurdu: «Bu, sənin ümrənin əvəzinə olsun.»

Yenə deyir: «Ümrə niyyəti edən şəxslərin hamısı Beytin təvafını yerinə yetirdilər, Səfa və Mərvə arasında sə`y etdilər və ehramdan çıxdılar. Minadan qayıtdıqdan sonra digər bir təvafı yerinə yetirdilər.»[15]

Başqa bir rəvayətdə isə deyir: «Məni özü ilə birlikdə də‌vəyə mindirdi, mən məqnəəmi, baş örtüyümü götürmək istədim ki, o əlindəki çubuqla ayağıma vurdu. Dedim: «Bir kəsi gö‌rür‌sənmi?» Sonra ümrə niyyəti etdim və Həsbəyə qayıtdım («Rəm‌yi-cəmərə» olunan yer) və Peyğəmbəri Əkrəm ¡-ə çat‌dım.»[16]

«Səhihi Buxari» kitabında rəvayət olunur ki, Ayişə dedi: «Ya Rəsuləllah! Siz ümrəni yerinə yetirdiniz, mən isə ondan məh‌rum oldum!» Həzrət buyurdu: «Əbdür-Rəhman! Bacını Tən`i‌mə apar ki, ümrəni yerinə yetirsin.» O, məni dəvəsinə min‌dirdi və ümrəni yerinə yetirdik.[17]

«Sünəni Əbi Davud» və «Sünəni Beyhəqi» kitablarında Ibni Abbasın belə dediyi nəql olunur: «Peyğəmbəri Əkrəm ¡ Ayişəni Həsbədən ümrəyə göndərdi. Bu işi yalnız müşriklərin puç təsəvvürlərinin kökünü kəsmək üçün etdi. Onlar deyirdilər: «Hər vaxt dəvələrin beli sağalsa, onun əsər-əlaməti aradan getsə və Səfər ayı gəlib çatsa, ümrəni yerinə yetirmək ümrəçilər üçün halal olur.»

Beyhəqinin kitabında isə belə deyilir: «Peyğəmbər ¡ Ayişəni Zil-həccə ayında ümrəyə yalnız buna görə göndərdi ki, müşriklərin batil əqidələrinin kökünü kəssin. Çünki Qü‌rey‌şin bu şaxəsi və onun ardıcılları deyirdilər: «Hər vaxt səfərin əsər-əlamətləri aradan getsə, dəvələrin beli sağalsa və Səfər ayı gəlib çatsa, ümrəni yerinə yetirmək ümrəçilər üçün halal olur.» Onlar ümrənin Zil-həccənin axı‌rına qədər və Məhərrəm ayında yerinə yetirilməsini haram hesab edir‌dilər.

Təhavinin ibarələrində isə belə deyilir: «Allaha and ol‌sun! Peyğəmbər ¡ Ayişəni Zil-həccə ayında üm‌rəyə yalnız buna görə göndərdi ki, cahiliyyət təsəvvürlərinin kökü‌nü kəssin.»[18]

Bura qədər təməttö ümrəsinin həcc ilə birlikdə yerinə yetirilməsi barəsində mətləbləri qeyd etdik, onların hamısı «Həccətül-vida»da – Peyğəmbərin həyatının son ilində – baş vermişdi. Aydın olur ki, aşağıdakı dəlillərə əsasən təməttö ümrəsinin həcc ilə birlikdə yerinə yetirilməsindən imtina edərək bu işi ağır hesab edənlər Peyğəmbərin səhabələrindən olan Qüreyş mühacirləri olmuşdur:

1-Ibni Abbasın nəql etdiyi hədisdə: «Qüreyşin bu şaxəsi və onların ardıcılları ümrəni Zil-həccənin axırına qədər və Məhərrəmdə haram hesab edirdilər.»

2-Peyğəmbər ¡-dən sonra da müsəlmanlar içində onun ye‌rinə yetirilməsinə mane olan şəxslər, yə`ni Qüreyş qəbi‌lə‌si‌nin hakimləri (onu sonradan qeyd edəcəyik). Onların məq‌sə‌di öz təsəvvürlərinə əsasən, əvvəla həccə hörmət qoymaq, ikin‌ci‌si də camaatın yenidən Məkkəyə getməsi idi: Bir dəfə həcc üçün, bir dəfə də ümrə üçün. Çünki bu işdə Qüreyşin – yə`ni Mək‌kə sakinlərinin – baharı idi. Bu mə`na da xəlifə Ömə‌rin sözlərindən-təməttö ümrəsini qadağan etdiyi zaman – ay‌dın olur.

ƏBU BƏKRIN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

Qüreyş cahiliyyət dövründə həcc ilə ümrəni bir yerdə və həcc aylarında yerinə yetirməyi haram hesab edir və onu ən böyük günahlardan sayırdılar. Amma Islam dini onu şəriət qanunu halına saldı. Peyğəmbəri Əkrəm ¡ də onun yerinə yetirilməsini göstəriş verdi və onu sünnə halına saldı. Qüreyş hakimləri də Peyğəmbərdən sonra onun yerinə yetirilməsini rəva bilməyib, həcci ümrədən ayırdılar. Qüreyş qəbiləsindən Həcci təklikdə yerinə yetirən ilk şəxs Əbu Bəkr idi. Beyhəqinin nəql etdiyi rəvayətə əsasən, Əbdür-Rəhman ibni Əsvəd öz atasından nəqlən deyir: Əbu Bəkrlə həcc əməlini yerinə yetirdik və o, təkcə həcci yerinə yetirdi. Ömər də yerinə yetirdikdə, o, təkcə həcci əncam verdi, Osman da yerinə yetirdi, o da təkcə həcci əncam verdi.»[19]



[1] «Səhihi Müslüm», səh.911, hədis:201-2202; «Sünəni Əbi Davud», 2-ci cild, səh.156, hə‌dis:1791. Ibni Abbasdan nəql olunur ki, Peyğəmbər ¡ dedi: "Əgər bir kəs həcc niyyə‌ti edib və Məkkəyə daxil olub, Beytüllahil-həramı təvaf edib, Səfa və Mərvə arasında sə`y edibsə, ehramdan xaric olur və bu, ümrədir.»

[2] Yenə orada, səh.909, hədis:198; «Səhihi Buxari», 1-ci cild, səh.191; «Zadul-məad», 1-ci cild, səh.246.

[3] Yenə orada, səh.911, hədis:201-203; «Sünəni Əbi Davud», 2-ci cild, səh.156; «Sünəni Bey‌həqi», 5-ci cild, səh.18; «Əl-müntəqi», hədis:2423; «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.202.

[4] «Səhihi Buxari», 1-ci cild, səh.190; «Səhihi Müslüm», səh.884-885, hədis:143; «Zadul-məad», 1-ci cild, səh.248.

[5] Yenə orada, 1-ci cild, səh.213, 4-cü cild, səh.166; «Sünəni Əbi Davud», 2-ci cild, səh.156; hədis: 1789; «Müsnədi Əhməd», 3-cü cild, səh.305; «Sünəni Beyhəqi», 5-ci cild, səh.3, 4-cü cild, səh.338; «Zadul-məad», 1-ci cild, səh.246.

[6] «Fəthul-bari», 17-ci cild, səh.108-109; «Səhihi Müslüm», səh.883, hədis:141; «Sünəni Əbi Davud», «ifradul-həcc» babı; «Sünəni ibni Macə», «ət-təməttöü bil-ümrə» babı; «Sünəni Beyhəqi», 4-cü cild, səh.338, 5-ci cild, səh.19; «Zadul-məad», 3-cü cild, səh.246; «Müsnədi Əhməd», 3-cü cild, səh.356.

[7] «Səhihi Bxari», 2-ci cild, səh.52; «Sünəni ibni Macə», 1-ci cild, səh.993, hədis:298.

[8] «Sünəni ibni Macə», səh.993; «Müsnədi Əhməd», 4-cü cild, səh.286; «Məcməüz-zəvaid», «fəthül-həcc iləl-ümrə», babı; «Zadul-məad», 1-ci cild, səh.247; «Əl-müntəqi», hədis:2428.

[9] «Səhihi Müslüm», səh.879, hədis:130; «Zadul-məad», 1-ci cild, səh.247; «Sünəni Beyhəqi», 5-ci cild, səh.19; «Münhətül-mə`bud», hədis:1051.

[10] «Səhihi Müslüm», səh.884, hədis:142; «Zadul-məad», 1-ci cild, səh.248; «Sünəni Beyhəqi», 4-cü cild, səh.356, 5-ci cild, səh.40; «Əl-müntəqi», hədis:2426; «Məcməüz-zəvaid», 3-cü cild, səh.233.

[11] «Səhihi Müslüm», səh.882, hədis:138; «Əl-müntəqi», hədis:2400 və 2415.

[12] «Zadul-məad», 1-ci cild, səh.246.

[13] «Səhihi Müslüm», səh.873, hədis:119; «Sünəni Əbu Davud», 2-ci cild, səh.154; «Sünəni ibni Macə», hədis:2963. Sərif Məkkənin Mədinə istiqamətində bir neçə milliyində yerləşən məntəqənin adıdır.

[14] «Səhihi Müslüm», səh.870, hədis:111; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.138-139. Tən`im Məkkənin üç, yaxud dörd mil məsafədə yerləşir və ona görə Tən`im deyilmişdir ki, onun sağ tərəfində «Nəim» dağı, sol tərəfində «Naim» dağı yerləşir. Eləcə də Hillin Məkkəyə ən yaxın olan məkanıdır.

[15] «Sünəni Əbi Davud», 2-ci cild, səh.153: hədis: 1751; «Minhətül-mə`bud», hədis:990; «Səhihi Müslüm», səh.870, hədis:111.

[16] «Səhihi Müslüm», səh.880, hədis:134.

[17] «Səhihi Buxari», 2-ci cild, səh.184.

[18] «Sünəni Əbi Davud», 2-ci cild, səh.204; «Müsnədi Əhməd», 1-ci cild, səh.161, hədis:2361; «Sünəni Beyhəqi», 4-cü cild, səh.354; «Muşkilul-asar», Təhavi, 3-cü cild, səh.155-156.

[19] «Sünəni Beyhəqi», 5-ci cild, səh.5; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.123.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə ...
Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
Məsumların məsləhətləri
Nigeriya ordusu Ərbəin mərasiminə hücuma hazırlaşır.
Ayətullah Məkarim Şirazinin M. Səmədova məktubu nəyə hesablanıb?
Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...

 
user comment