Israiliyyat qaPIsInIn aÇIlmasI
Xüləfa məktəbi Peyğəmbər ¡ hədisinin rəvayət olunmasını müsəlmanlara qadağan etdikləri zaman, bunun əvəzində Israil kitablarında mövcud olan hədisləri müsəlmanların üzünə açdı, var-qüvvələri ilə Təmim Dari[1] kimi məsihiyə, Kə`bül-Əhbar[2] kimi yəhudiyə meydan açdılar. Bu məsihi və yəhudi alimləri xəlifələrin sarayına yaxınlardan sayılırdı, halbuki, islamı zahirdə qəbul etmişdilər. Israil hədislərini (israiliyyati) istədikləri kimi Islam təfəkkürünə daxil edib yaydılar. Belə ki, ikinci xəlifə Ömər ibni Xəttab Təmim Darini Peyğəmbər ¡ məscidində qılınan cümə namazlarında xütbələrdən qabaq çıxış edən tə`yin etmişdi, Osman isə öz dövründə bu çıxışları həftədə bir dəfədən iki dəfəyə qədər artırmışdı.
Kə`bül-Əhbar da xəlifələrin yanında dini suallara cavab vermək məqamını öz əlinə almışdı. O, Ömər, Osman və Müaviyənin məbdə`, məad, Qur`an təfsiri və sair kimi şeylərdə yaranan sualarına cavab verirdi! Bu iki nəfərin sözlərini Ənəs ibni Malik, Əbu Hüreyrə, Əbdüllah ibni Ömər ibni Xəttab, Əbdüllah ibni Zübeyr, Müaviyə və onların səhabı və tabeindən olan yoldaşları rəvayət edirdilər.[3]
Xüləfa məktəbində Israiliyyatın nəql olunması əhli-kitabdan olan bu iki adam və onun şagirdləri ilə bitmirdi; başqa bir qrup da bu iki nəfərlə birlikdə ayağa qalxaraq, onlardan sonra yollarını davam etdirmişlər. Imam Əli ™-ın hakimiyyət dövrü istisna olmaqla (bu dövrdə onları məscidlərdən qovmuşdular) onların tuduqları yol abbasilərin xilafəti dövrünə qədər davam etdi və onlara qəssasin (nağıl danışanlar) adı verildi və xüləfa məktəbinin islami təfəkkürünü şiddətlə öz tə`siri altına aldı. Məhz buna görə də israiliyyat mədəniyyəti islami elmiyyə hövzələrinin böyük bir qisminə nüfuz etdi. Allahın cisim olmasına, peyğəmbərlərin günahkar olmasına e`tiqad bəsləmək, məbdə, məad və digər fikirlər barəsində Bəni-Israilə məxsus olan təfsirlər həmin yolla xüləfa məktəbinə nüfuz edə bildi. Bu qrup əməvilərin, xüsusilə Müaviyənin dövründə hökumət aparatına o qədər sür`ətlə nüfuz etdi ki, Müaviyə məsihi Sərcun kimiləri özünün məşvərətçisi və sirdaşı,[4] məsihi Ibni Əsalı özünün xüsusi təbibi seçmişdi[5] və məsihi Əxtəli öz sarayının məxsus şairi tə`yin etmişdi.[6]
Aydındır ki, onlar əməvilərin saraylarında işə götürüldükləri zaman öz adət-ən`ənələrini, mədəniyyətlərini və fikirlərini də boşlamamış, onu özləri ilə birlikdə əməvilərin xilafət saraylarına gətirmişdilər. Bundan əlavə, Müaviyənin Şamdakı paytaxtı ondan əvvəl şərqi Romanın Bizans məsihilərinin mərkəzi olmuş və qədim mədəniyyətə malik idi, Müaviyə də belə bir mühitə daxil olmuşdu!
Amma Müaviyənin özünə gəldikdə isə, o, cahiliyyət dövrünün ən qəliz qəbilə adət-ən`ənələri və fikirləri əsasında böyümüşdü. Elə bir cahiliyyət ki, Islam və Islam mədəniyyəti ilə mümkün olan hər bir səviyyədə şiddətlə müharibə aparmış və axırda da öz şərlərini islamın qılınclarının sayəsində dayandırmışdı! O, belə bir mühitdə doğulmuş, böyümüş və Məkkənin fəthindən sonra Məkkədən Mədinəyə, cahiliyyətdən islama gəlmiş, yeni qurulmuş Islam cəmiyyətində də çox qalmamışdı ki, Islam tərbiyəsi görsün və Roma cəmiyyətinə və onun köklü mədəniyyətinə tə`sir qoya bilsin. Əksinə, onun özü romalılardan tə`sirlənirdi!
Müaviyə Islam məktəbində böyüməmiş, onun tə`limlərini görməmiş, digər səhabələrin e`tirazlarını da qəbul etmirdi. Əbuzər, Əbu Dərda kimi şəxsləri, Kufə qariləri və müfəssirlərini sürgün edərək öz hökumətindən uzaqlaşdırırdı.[7]
Bütün bu amillər nəticəsində xüləfa məktəbi Müaviyənin dövründə kitab əhlinin mədəniyyəti ilə qaynayıb-qarışdı. Bu amillər də bu günkü günə qədər təhqiq edilərək araşdırılmamışdır ki, onların bu məktəbə qoyduğu tə`sirlərin miqdarı tə`yin edilə bilsin!
Qeyd etdiklərimizdən əlavə, Müaviyə cahiliyyət adətləri arasında böyümüşdü, o özünü həmin dövrə məxsus olan adət-ən`ənələrdə – qəbilə təəssüblərindən tutmuş, müşriklərin əsərlərinin dirçəldilməsinə qədər – bütün şeylərdə məs`uliyyətçi hiss edirdi![8] Bundan əlavə, digər hədəfləri də izləyirdi ki, onlardan biri də hakimiyyəti öz sülaləsində irs şəklinə salmaq və müxaliflərin əzəmətini sındırmaq idi. Həmin dindar müxaliflər və din qoruyanlar ki, Peyğəmbər¡-in silahı ilə onun özü ilə bid`ətləri qarşısında dayanıb müqavimət edirdilər! O, özünün cahiliyyətə məxsus olan hədəflərinə çatmaq üçün çarə fikirləşdi və bu yolla özünə köməkçilər tapdı, əqidəsiz, dində bəhrəsiz olan səhabə tör-töküntülərindən, o cümlədən Əmr ibni As, Səmrət ibni Cündəb[9] və Əbu Hüreyrədən kömək aldı, onlar da ehtiyac duyulan hədisləri düzəldərək hamısını Peyğəmbərə nisbət verdilər!
Mədaini «Əl-Əhdas» kitabında yazır: «Müaviyə amul-camaətdən sonra vahid bir e`lan ilə bütün işçilərinə belə yazdı: «Mən Əbu Turab və onun əhli-beytinin fəziləti barəsində bir şey nəql edənlərdən öz amanımı götürdüm! Ətrafınızdakılardan – Osmanın şiələrindən, onun vilayətini sevənlərdən və onun fəzilətini rəvayət edənlərdən olan hər bir kəsi diqqət mərkəzində saxlayın, onların məclislərinə yaxınlaşın, onları özünüzə yaxınladın və əzizləyin. Onlardan hər hansı biri bu barədə rəvayət nəql etsə, onun özünün, atasının və qohum-əqrəbasının adını yazıb mənə göndərin!» Onlar da belə etdilər və Osmanın fəzilətinə dair hədislər düzəltməyə başladılar. Müaviyə onlara çoxlu hədiyyələr verməyə başladı. Bu iş rövnəqlənib bütün şəhərlərdə yayılmağa başladı, dünya malı əldə etmək üçün «müsabiqəyə» başladılar. Iş o yerə çatdı ki, hər bir qovulan adam Müaviyənin yanına gəlib Osmanın fəzilətinə dair bir hədis nəql edirdisə, onun adı yazılır və sarayın yaxın adamlarından hesab edilirdi. Bir müddətdən sonra o, öz işçilərinə belə yazdı: «Osmanın fəziləti barəsində hədislər artaraq saysız-hesabsız olmuş, hər bir yerdə yayılmışdır. Bu məktubumu alan kimi camaatı təşviq edin ki, əvvəlki xəlifələr və səhabələrin fəzilətinə dair hədis desinlər. Müsəlmanların hər hansı biri Əbu Turabın fəziləti barəsində rəvayət nəql edibsə onun ziddini səhabələr üçün yazıb göndərin ki, bu iş mənim nəzərimdə daha sevimli olar, gözlərimi işıqlandırar. Əbu Turabın və onun şiələrinin bürhanını vurmaq (zərərsizləşdirmək) üçün daha tutarlı bir iş olar, onlar üçün Osmanın fəzilətlərindən daha sarsıdıcı olar.»
Onun məktubları camaata oxundu. Bundan sonra səhabələrin fəzilətinə dair saxta hədislər yazılmağa başladı, camaat bu məqsədlə çoxlu hədislər düzəldib yaymağa başladılar, onları minbərlərdə oxudular, mədrəsə müəllimlərinə təqdim etdilər, çoxlu uşaqlar və yeniyetmələr bu hədislər əsasında böyüyüb tərbiyə olundu. Belə ki, onu Qur`an kimi ciddiyyətlə öyrənməyə başladılar, onun öyrənib öyrədilməsi öz uşaqları, qızları, xidmətçiləri, qadınları və hətta nökərlərinə qədər sirayət etdi.
Bu yolla çoxlu saxta hədislər yazıldı və saysız hesabsız töhmətlər vuruldu, fəqihlər, qazilər və əmirlər ömürlərini bu əsasda sona çatdırdılar. Bu fitnəyə ən çox mübtəla olanlar riyakar, ikiüzlü qarilər və müfəssirlər idi ki, zahirdə xüşu və ibadət izhar etməklə bu hədisləri özlərindən düzəldirdilər ki, hökumətlərin nəzərində məqbul sayılsın, onların məclislərinə yaxınlaşsınlar və onların mal-dövlət imkanlarından bəhrələnsinlər. Nəhayət bu hədislər yalanı və böhtanı rəva bilməyən, onların haqq olması təsəvvürünü belə qəbul etməyən və rəvayət etməyən, batil olmasını bildikləri təqdirdə heç vaxt onları rəvayət etməyən və onlara e`tiqad bəsləməyən həqiqi dindarların əllərinə çatdı.»[10]
Ibni Əbil Hədid Müaviyə tərəfindən hədis düzəltmək üçün tə`yin olunan səhabə və tabeinlərin bə`zilərinin adını qeyd etmişdir[11]. Biz də onların bə`zilərinin adlarını «Ayişənin Islam tarixindəki rolu» kitabında qeyd etmişik[12].
Çox təəssüflə, bu saxta hədislərin hamısını Peyğəmbər ¡ sünnəsi sayır, onu inkar edən, onlara iman gətirməyən və təsdiq etməyənləri isə bədbəxt hesab edirdilər.[13]
Ömər ibni Əbdül-Əzizin dövründə
Ömər ibni Əbdül-Əziz hakimiyyətə çatdığı zaman Peyğəmbər ¡ sünnəsinin yazılıb yayılması qarşısında qoyulan qadağaları aradan qaldırdı və Mədinə camaatına belə yazdı: «Peyğəmbər ¡ hədislərini diqqət mərkəzində saxlayın və onu yazın, çünki mən elmin məhv olacağından və elm sahiblərinin aradan gedəcəyindən qorxuram!»
Ibni Şəhab Zəhri 100-cü hicri ilində Ömər ibni Əbdül-Əzizin göstərişi ilə hədis yazmağa başlayan ilk şəxs idi[14]. Lakin bu iş 101-ci ildə Ömər ibni Əbdül-Əzizin vəfat etməsi ilə natamam qaldı və həmin dövrə qədər yazılanlarda itib-batdı!
Ibni Həcər 117-ci ildə vəfat edən Əbu Bəkr ibni Məhəmməd ibni Əmr ibni Həzmin tərcümeyi-halını şərh edərkən yazır: Ömər ibni Əbdül-Əziz ona belə yazdı: «Elmi mənim üçün yaz!» Onun ölümündən sonra oğlu deyirdi: «O yazılar aradan gedib məhv oldu.»[15]
Həmçinin, başqalarının yazdıqları da qalmadı, nəhayət Əbu Cə`fər Mənsur Dəvaniqi hakimiyyətə çatdı və alimləri elm yazmağa təklifli etdi. Zəhəbi 143-cü hicri ilinin hadisələrini bəyan edərkən yazır: «Bu zamanda Islam alimləri hədis, fiqh və təfsir yazmağa başladılar. Ibni Cərih Məkkədə «Təsanif» kitabını yazmağa başladı, Səid ibni Əbi Ərubə və Həmmad ibni Səlmə və başqaları Bəsrədə, Ovzai Şamda elm yazmağa başladılar, Malik Mədinədə «Müvəttə» kitabını qələmə aldı, Ibni Ishaq «Məğazili» yazmağa başladı, Müəmmər Yəməndə, Əbu Hənifə və başqaları da Kufədə fiqh və rə`yi yazmağa başladılar, Süfyan Suri «Came» kitabını yazdı, az müddətdən sonra Həşim öz kitablarını yazmağa başladı. Leys Misirdə, Ibni Ləhiə və ondan sonra ibni Mübarək, Əbu Yusif, Ibni Vəhəb elm yazıb təsnif etməyə başladılar. Bu yolla ədəbiyyat, lüğət, tarix, sirə kitabları artmağa başladı. Bu dövrandan başqa sair rəhbərlər ya öz hafizələrindən deyirdilər, yaxud da elmləri tərtibə salınmamış, amma düzgün olan yazılar üzündən rəvayət edirdilər. Allaha həmd olsun ki, elmi əldə etmək bir qədər asanlaşdı, hafizəyə e`timad tədriclə azaldı. Hər bir şey Allaha məxsusdur!»[16]
«Movsuətül-fiqhil-islami» kitabında (1-ci cild, səh.47) belə qeyd olunur: «Mənsur 143-cü hicri ilində həccə gedən zaman Maliki «Müvəttə» kitabını yazmağa təşviq etdi. Eləcə də öz işciləri ilə sair alimləri də kitab yazmağa rəğbətləndirdi. Ibni Cərih, ibni Ərubə, Ibni Üyeynə və başqa şəhərlərin fəqihləri və onların səhabələri də kitab yazmağa başladılar.»[17]
Müəllif: Bizim burda qeyd etdiklərimizin «bu dövrandan qabaq da hədis kitabları mövcud olmuşdur» – deyə nəql olunan sözlə ziddiyyəti yoxdur. Çünki misal üçün, «Əbdüllah ibni Əmr ibni As səhabə «Səhifeyi-Sadiqə»yə malik olmuşdur, tabeindən olan Zəhri hədislərin yazıldığı kitablarına malik olmuşdur» – deyilirsə, bilməliyik ki, bu kimi yazılmış iki kitab və digər kitabların adları da yalnız hədis yazılan əsrdə alimlərin əlinə çatmışdır və ondan sonra xüləfa məktəbinin alimləri Peyğəmbəri Əkrəm ¡-in sünnəsindən əzbərləyib hifz etdiklərindən yaymağa başlamış, bununla yanaşı, xəlifələrin Peyğəmbər ¡ sünnəsi qarşısında ictihad etmələrini (öz şəxsi rə`yini irəli keçirmələrini) təsdiq edən rəvayətləri də bir yerə yığmış, bə`zən onunla birlikdə Israil tipli hədisləri də yazmışdılar[18]. Həmçinin, bu kitabların yazıldığı əsrdə Peyğəmbər ¡ sünnəsinin böyük qisminin təhrif edilməsi və ya gizlədilməsi üçün hazırlıq da həmin dövrdə baş vermişdi ki, biz onun on növünü vəsiyyət bölməsində araşdırmışdıq. Bir-biri ilə ziddiyyət təşkil edən hədislər isə aşağıda qeyd olunur:
Bir-birinə zidd olan hədislərin yaranmasI
Bəlkə də Müaviyənin dövründə düzəldilərək yayılan, həzrət Peyğəmbər ¡-in sünnəsi sırasında qeyd olunan hədislərdən bir qismi aşağıdakılardır: «Səhihi-Müslüm», «Sünəni Darəmi», «Müsnədi Əhməd»də qeyd olunur ki, Peyğəmbər ¡ belə buyurmuşdur: "Mənim sözlərimi yazmayın; hər kəs mənim sözümü – Qur`andan başqa – yazsa, o yazı məhv edilməlidir!"[19]
Digər bir rəvayətdə isə belə deyilir: «Onlar Peyğəmbərdən icazə istədilər ki, onun sözlərini yazsınlar, lakin o, icazə vermədi.»[20]
«Müsnədi Əhməd» və «Sünəni Əbu Davud» kitablarında Zeyd ibni Sabitdən belə nəql olunur: «Peyğəmbər onun sözlərindən bir şey yazmağımızı nəhy etdi və onları (yazılanları) məhv etdi.»[21]
«Müsnədi Əhməd» kitabında Əbu Hüreyrədən belə nəql olunur: Biz oturmuşduq və Peyğəmbər ¡-dən nə eşitsəydik, yazırdıq. O həzrət bizim yanımıza gəlib buyurdu: «Bu nədir yazırsınız?» Dedik ki, sizdən hər nəyi eşidiriksə, yazırıq.» Buyurdu: «Allahın Kitabı ilə yanaşı digər bir kitab da vardırmı?!» Dedik: «Hər nə eşidiriksə...» Buyurdu: «Allahın Kitabını yazın, yalnız Allahın Kitabını! Allahın Kitabından başqa bir kitab da vardırmı?! Yalnız Allahın Kitabını yazın!» O deyir: «Biz də yazdıqlarımızın hamısını bir yerə yığıb, sonra yandırdıq!»[22]
Doğrusu, əgər bu rəvayətlər səhih olsa onda müsəlman bir şəxsin vəzifəsi nədir?! Belə olan təqdirdə, Peyğəmbər ¡-in hədislərini əhatə edən bütün mənbələri, kitabları, bütün səhihləri, müsnədləri, sirə və təfsir kitablarını bir yerə toplayıb yandırmaq, yaxud dəryaya tökməkdən başqa bir yol qalırmı?! Əgər belə edərək Peyğəmbər sünnəsinin bütün mənbələrini dəryaya töksək, Islam şəriətində nə qalar?! Xeyr! Peyğəmbər ¡ heç vaxt belə sözlər deməmişdir, bunun əksini bəyan etmişdir və Həccətül-vidada buyurmuşdur:
نَضَرَ اللّهُ عَبْدًا سَمِعَ مَقَالَتِي هذِهِ فَبَلَّغَهَا، فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرُ فَقِيهٍ، وَرُبَّ حَامِلِ فِقْهٍ اِلَى مَنْ هُوَ اَفْقَهُ مِنْهُ.
"Allah o bəndəni sevindirsin ki, mənim sözlərimi eşidib hifz eləsin və onu eşitməyənlərə çatdırsın. Çox hallarda fiqhi daşıyan elə bir şəxs var ki, fiqhi özündən daha artıq fəqih olan bir şəxsə çatdırar..."[23]
Digər bir hədisdə buyurdu:
فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرُ فَقِيهٍ، وَرُبَّ حَامِلِ فِقْهٍ اِلىَ مَنْ هُوَ اَفْقَهُ مِنْهُ
"Nə çox fiqh daşıyanlar var ki, fəqih deyildir, nə çox fiqhi daşıyanlar var ki, fiqhi özündən daha artıq fəqih olan şəxsə çatdırar."[24]
Digər bir rəvayətdə isə buyurdu:
نَضَرَ اللّهُ امْرَءً سَمِعَ مِنَّا حَدِيثًا فَاَدَّاهُ كَمَا يَسْمَعُ، فَرُبَّ مُبَلِّغٍ اَوْعَى مِنْ سَامِعٍ
«Allah o kəsi sevindirsin ki, mənim sözlərimi eşitsin, eşitdiyi kimi də onu başqalarına çatdırsın. Çünki çox hallarda sözü əxz edən eşidəndən daha çox qoruyub saxlayır."[25]
Digər bir hədisdə isə belə buyurdu:
لِيُبَلِّغِ الشَّاهِدُ الْغَائِبَ، فَاِنَّ الشَّاهِدَ عَسَى اَنْ يُبَلِّغَ مَنْ هُوَ اَوْعَى لَهُ مِنْهُ
"Burada iştirak edənlər qaiblərə çatdırsınlar: şahid olan şəxs elə bir kəsə çatdıra bilər ki, onun özündən daha yaxşı qoruyub-saxlamış olsun."[26]
Yenə buyurdu:
اَللَّهُمَّ ارْحَمْ خُلَفَائِي... قَالَ K اَلَّذِينَ يَاْتُونَ بَعْدِي يَرْوُونَ حَدِيثِي وَسُنَّتِي
"Pərvərdigara, mənim canişinlərimi bağışla!" Bu duanı üç dəfə etdikdə, soruşdular ki, «ya Rəsuləllah, sizin canişinləriniz kimdir?» Buyurdu: "O kəslərdir ki, məndən sonra gəlib mənim sözlərimi və sünnəmi rəvayət edərlər."[27]
«Səhihi-Buxari»də deyilir: Yəmən əhalisindən bir kişi Peyğəmbərin sözlərini eşidib dedi: «Ya Rəsuləllah, mənim üçün yaz!» Peyğəmbər ¡ buyurdu: «Əbu filan üçün yazın!»[28]
Rəvayət olunmuşdur ki, ənsardan bir nəfər Peyğəmbər ¡-in yanında oturmuşdu. O həzrətin sözlərinin bə`zilərini eşidib heyrətlənir, amma onu hifz edə bilmirdi. Özünün bu bacarıqsızlığından Peyğəmbər ¡-ə şikayət etdikdə həzrət buyurdu: "Əllərindən kömək al!" Bu zaman onun əllərinə işarə etdi, yə`ni «bu sözləri yaz!»[29]
Əmr ibni Şüeyb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbərə dedim: «Ya Rəsuləllah! Sizdən eşitdiyim hər bir şeyi yazımmı?» Buyurdu: «Bəli.» Dedim: «Həm qəzəb, həm də sevinc halında (buyurduqlarını da yazımmı)?» Buyurdu: "Bəli, çünki bütün bu hallarda haqdan başqa bir şey demirəm."
Digər rəvayətə görə belə dedi: «Mən sizdən eşitdiklərimi yazımı?» Buyurdu: «Bəli.»[30]
Əbdüllah ibni Əmr deyir: Mən Peyğəmbərdən eşitdiyim hər bir şeyi yazır və onu qoruyub-saxlayırdım. Nəhayət Qüreyş məni bu işdən çəkindirib dedilər: «Peyğəmbərdən eşitdiyin hər bir şeyi yazırsan! Halbuki, Peyğəmbər də bəşərdir: həm qəzəb, həm də razılıq halında danışır!» Mən yazmağı saxladım və məsələni Peyğəmbər ¡ üçün dedim. O həzrət barmağı ilə mübarək ağzına işarə edərək buyurdu:
اُكْتُبْ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ مَا خَرَجَ مِنْهُ اِلاَّ حَقٌّ
"Yaz, çünki canım əlində olan Allaha and olsun ki, buradan haqqdan başqa bir söz çıxmır!"[31]
Digər rəvayətdə yuxarıda qeyd olunanlardan sonra belə deyilir: Peyğəmbərin yanına gəlib dedim: «Ya Rəsuləllah! Mən sizin sözlərinizdən sirab olmuram; əgər icazə versəniz, onları yazmaq üçün əlimdə qələm tutum.» Buyurdu: «Əgər mənim sözlərimdirsə, əlini qələmlə yanaşı et!»[32]
Əmr ibni Şüeyb atasından, o da babasından nəql edir ki, mən dedim: «Ya Rəsuləllah! Biz sizdən bə`zi özləri eşidirik, amma onları əzbərləyə bilmirik. Onları yazaqmı?!» Həzrət buyurdu: «Əlbəttə ki, onları yazın!»[33]
***
Bəli, sonuncu səhih hədislərdən gördüyünüz kimi, Peyğəmbər ¡ səhabələri öz sözlərini yazıb yaymağa təşviq edir və bu işə fərman verirdi. Indi görək, yuxarıda qeyd olunan «Peyğəmbər ¡ öz sözünün yazılmasını qadağan etdi» - kimi hədislər necə və haradan rəvayət olunmuşdur?!
Cavab: Gördüyümüz kimi, Qüreyş, yə`ni müacir səhabələr Peyğəmbərin öz həyatında onun sözlərinin yazılmasının qarşısını alırdılar, həm də o həzrətin vəfatından əvvəl vəsiyyətinin yazılmasına maneçilik törətdilər, Peyğəmbərin vəfatından sonra da Qüreyş xəlifəsi Ömər var-gücü ilə Peyğəmbərin sözlərinin yazılmasını qadağan etdi, yazılı halda gördüyü hər bir şeyi tutub yandırdı və onların yayılmasının qabağını aldı, öz müxaliflərini isə Mədinədə nəzarət altında saxladı. Üçüncü xəlifə Osman da onun yolunu davam etdirdi. Təbii haldır ki, səhabələrdən bir qrupu da hakim dairələrin yollarını getdilər!
Digər tərəfdən, bu üslubla müxalifət edən, Peyğəmbər ¡-in sözlərinin yayılmasına sə`y göstərən Əbuzər kimi səhabələrdən bə`ziləri ağır müsibətlərə və çətinliklərə düçar oldular. Gələcəkdə qeyd edəcəyimiz kimi, Imam Əli ™ onlara təskinlik verirdi. Təbii haldır ki, Imam Əli ™ öz xilafəti dövründə bu təskinlik verməni davam etdirmişdi. Buna görə də o həzrət ibadət mehrabında şəhadətə çatdıqdan, hökumət Müaviyənin əlinə düşdükdən sonra Müaviyə çox sadəliklə Peyğəmbər ¡ hədisinin yayılmasının qarşısını ala bilməzdi. O bu işi görmək üçün özünə bir əsas tapmalı idi. Buna görə də «Peyğəmbər ¡ hədis yazmağı qadağan etmişdir» - kimi saxta hədislər onun dövründə düzəldilib yayılmağa başladı. Nəticəsi də bu oldu ki, indi Peyğəmbər ¡ hədislərində aşağıda qeyd edəcəyimiz ziddiyyətləri görürük: Peyğəmbərdən bə`zi rəvayətlərdə: «Mənim sözlərimi yazın.", bə`zi hədislərdə isə: «Mənim sözlərimi yazmayın!» - deyə rəvayət olunur. Buna görə də Peyğəmbəri Əkrəm ¡-dən nəql olunan rəvayətlər arasında bir-birinə zidd olan hədislər tapılır.
Deməli, biz hər vaxt ziddiyyətli hədislərlə qarşılaşsaq, yaxşı olar ki, əsrlər boyu hakim dairələrin nəzəriyyələrinə müvafiq olan hədisləri boşlayaq və onları bir tərəfə ataq!
Bəhsin sonunda bunu da unutmayaq ki, hədis yazılmasının qadağan edilməsində əsas hədəf Imam Əli ™-ın müsəlmanlar arasında olan fəzilətlərinin yayılmasının qarşısını almaq idi. Xüsusilə, bu mübarizə Müaviyənin hakimiyyəti dövründə özünün son həddinə çatmışdı: o fərman vermişdi ki, hər bir cümə namazının xütbələrində minbərdə müsəlmanları Imam Əlini lə`n etməyə vadar etsinlər. Belə ki, bunun nümunəsi birinci cilddə «Imam Əli ™ fəzilətlərinin gizlədilməsi» fəslində qeyd olundu.
Yuxarıda Müaviyənin siyasətlərinin bir qisminə işarə etmişdik. O siyasət camaatı Əhli-beyt ¢ məktəbindən uzaqlaşdırmağa və xüləfa məktəbinə doğru cəlb etməyə ciddi sə`y göstərirdi. Bundan əlavə, Müaviyə müsəlmanların öz imamlarına qarşı olan nəzərlərini dəyişdirməyə ciddi şəkildə ehtiyac duyurdu. Çünki müsəlmanların ilk Islam hakimi, yə`ni Peyğəmbəri Əkrəm ¡ barəsində malik olduqları nəzəriyyə kamil bir insanın aydın nümunəsi idi. O, nə günah edir, nə də həvayi-nəfsinə tabe olurdu.
Bu nəzər, şübhəsiz, pak fitrətli və Islam ümmətinin hələ yolunu azmamış fərdlərini Müaviyənin yoluna getməkdən, daim şərab içən və fasiq Yəzid kimi vəli-əhdi qəbul etməkdən saxlayırdı. Buna görə də Müaviyə qərara aldı ki, saxta hədislər düzəltməklə müsəlmanların, islamiyyət və insaniyyətin ən yüksək nümunəsi olan Peyğəmbəri Əkrəm ¡ barəsindəki nəzərini dəyişdirsin və o həzrəti, Yəzid və Müaviyə həddə olan, özünün nəfsani istəklərinin ardınca düşən bir adam kimi təqdim etsin. O, elə hədislər düzəltmişdi ki, bə`ziləri Peyğəmbərin zövcələri olan Ümmül-mö`mininlərin tərəfindən, bə`ziləri isə o həzrətin səhabələrinin adından rəvayət olunurdu.[34]
Həmçinin, əvvəlki peyğəmbərlərə mənsub edilən Israil hədisləri (kitab əhlinin alimləri onları müsəlmanların arasında yayırdılar) əslində nalayiq və yalan nisbətlərdən ibarət idi ki, Müaviyənin bu siyasi istəklərini dəstəkləyirdi. Bu sahəyə daha artıq zərbələr vuran şey isə Peyğəmbərin hədislərinin yazılmasının qadağan edilməsi, ravilərin öz hafizəsinə, yazılmayan hədislərə və sənədsiz mənbələrə e`timad etmələri idi ki, bu da yaxşı ilə pisi bir-birinə qatmış, kitab əhlinin nəql etdiyi israiliyyatları müsəlmanların mənbələrində nəql olunanlara qoşmuşdu!
Bütün bunlar Müaviyənin dövründə xüləfa məktəbinin islami təfəkkürünü onun istədiyi şəkildə tənzim etdi, bu xüsusi və qeyri-adi təfəkkür tərzi də Müaviyənin dövründən sonra «rəsmi Islam» hesab olundu, onunla müxalif olan hər bir şey tərk edildi. Müaviyənin formalaşmasında irəli sürdüyü təfəkkür və onun istəyi əsasında olan bu «rəsmi Islam» bu günkü günə kimi qalmaqdadır. Yalnız Imam Hüseyn ™ və onun Əhli-beyt və köməkçilərinin şəhadəti ilə Müaviyədən sonra inhirafın sərhədləri tə`yin edildi, Yəzid kimi xəlifənin həqiqi və mənfur siması aydınlaşdı, xilafət məqamı onun ətrafına çəkilən müqqədəs sərhəddən ayrıldı və bundan sonra hakim dairələr bir tərəfdə, dini mərcəiyyət isə digər bir tərəfdə qərarlaşdı.
Bu, xüləfa məktəbinin Peyğəmbər ¡ hədisi barəsində olan nəzəriyyələri idi. Əhli-beyt məktəbinin Peyğəmbər ¡ hədisi barəsindəki nəzərlərini isə «iki məktəbin fiqh və ictihad barəsindəki nəzərləri» bəhsindən sonra araşdıracağıq.
[1] Təmim Dari adı ilə məşhur olan Əbu Rüqəymə Təmim ibni Ovs Dari məsihi alimlərindən və öz zəmanəsinin abid rahiblərindən olub Fələstində yaşayırdı. Təbuk müharibəsindən sonra Mədinəyə gəlmiş, etdiyi oğurluğa görə islamı qəbul etmişdi ki, onun acınacaqlı bəlalarından amanda qalsın. Hadisə belə olmuşdu: Iki nəfərlə birlikdə Şama ticarətə getdilər. Onlardan biri öldü və öləndə vəsiyyət etdi ki, onun sərmayəsini ailəsinə qaytarsınlar. Sonra vəsiyyətini yazdığı kağızı mal-dövlətinin arasında gizlətdi. O iki nəfər də onun qiymətli mal-dövlətlərini, o cümlədən qızıl suyu ilə işlənmiş gümüş qabını özlərinə götürdülər, qalanını isə vərəsələrinə verdilər. Vərəsələr mal-dövlətin az olduğunu gördükdə, vəsiyyətnaməni tapıb ona baxdılar. Vəsiyyətnamədə bütün mal-dövlətin siyahısı qeyd olunmuş və deyilmişdi ki, onların heç biri satılmamış və yaxud bir kəsə hədiyyə edilməmişdir. Peyğəmbərə şikayət etdikdə, o həzrət əsr namazından sonra minbərin yanında o ikisini and içdirdi. Onlar da and içib dedilər ki, xəyanət etməmişlər. Peyğəmbər onları buraxdı. Sonra həmin qiymətli qabı Təmim Darinin əlində gördülər, yenidən o ikisini Peyğəmbərin yanına gətirdilər və bu zaman aşağıdakı ayə nazil oldu: "Ya əyühəlləzinə amənu şəhadətə bəynikum... Vərəsələr and içdilər ki, o qab onların qohum-əqrəbalarının malındandır və Təmim Dari onu başqa mal-dövlətlərlə birlikdə özünə götürmüşdür. Təmim xəyanətini e`tiraf etdi və Peyğəmbər ona buyurdu: «Vay olsun sənə, ey Təmim! Islamı qəbul et ki, Allah sənin günahından keçsin!» O islamı qəbul etdi və Ömərin xilafəti dövrünə qədər Mədinədə yaşadı. Ömər onu çox əzizləyir və onun barəsində deyirdi: «O, Mədinə əhlinin ən yaxşısıdır.» O, beytul-maldan verilən aylıq maaşda onu Bədr əhli ilə bir hesab edirdi. Ömər mübarək Ramazan ayının gecəsinə məxsus olan namazı sünnə (əslində bid`ət) qərar verdikdə Übeyy ibni Kə`bi ona imam tə`yin etdi. Təmim Osmanın qətlindən sonra Şama getdi, Müaviyənin himayəsində yaşamağa başladı və 40-cı hicri ilində dünyadan getdi. Təmimin hadisəsi və onun tərcümeyi-halını «Tarixu hədis» kitabında (hədisin sərgüzəşti) qeyd etmişik. Bunun ətraflı izahını və mənbələrini orada tapa bilərsiniz.
[2] Əbu Ishaq Kə`b ibni Maye` kitab əhlinin böyük alimlərindən və Yəmənin yəhudi əhbarlarından biri idi. O, Ömərin xilafəti dövründə Mədinəyə gələrək Islamı (zahirdə) qəbul etmiş, Ömərin istəyi ilə orada qalmış, Osmanın əleyhinə qiyam başlanan zaman Şama getmiş, Müaviyənin himayəsində yaşamış və 34-cü ildə 104 yaşında dünyadan getmişdir. O, bə`zilərinin yanlış təsəvvürünə görə səhabə-tabeinlərə tə`sir qoyan saxta şəxsiyyət – Əbdüllah ibni Səba deyil, islam təfəkkürünün bə`zi nahiyələrinə tə`sir qoyan və vəziyyyəti mə`lum olan yəhudi alimi Kə`bdir. Daha ətraflı mə`lumat almaq üçün «Əbdüllah ibni Səba» kitabına müraciət edə bilərsiniz.
[3] Əbu Hüreyrə Dusi. Onun adı və əsil-nəsəbində ixtilaf vardır. Ondan 5374 hədis rəvayət olunmuşdur. 57, yaxud 58-ci hicri ilində dünyadan getmişdir. Onun tərcümeyi-halı «Cəvamiüs-sirə», səh.276 və Misir alimi Şeyx Məhmud Əbu Riyənin «Şeyxu Məzirə» adlı kitabında da qeyd olunmuşdur.
[4] Sərcun ibni Mənsur Rumi. «Tarixi Təbəri», 2-ci cild, səh.205; «Tarixi Ibni Əsir», 4-cü cild, səh.7-də deyilir: «O, Müaviyənin katibi və sirdaşı, Müaviyədən sonra da onun oğlu Yezidin katibi və müşaviri idi.» «Əğani» kitabının 16-cı cildinin 68-ci səhifəsində deyilir: «Yezid şərab içən zaman məsihi Sərcunu özünün piyalə yoldaşı seçirdi.» «Tarixi Təbəri», 2-ci cild, səh.228, 239 və «Tarixi Ibni Əsir», 4-cü cild, səh.17-də deyilir: «O, həmin şəxs idi ki, Müslüm ibni Əqilin xəbəri Yezidə çatanda belə təklif irəli sürdü ki, Ibni Ziyadı Kufəyə hakim tə`yin etsin.» Məs`udini «Ət-tənbihu vəl-işraf» kitabının 261-ci səhifəsində və Məqrizinin «Xütət» kitabının 1-ci cildinin 159-cu səhifəsində nəql olunanlara əsasən, Sərcunun oğlu da Əbdül-Məlik Mərvanın katibi olmuşdur.
[5] Müaviyə, oğlu Yezid üçün bey`ət almaq qərarına gələndə başa düşdü ki, Şam camaatı Əbdür-Rəhman ibni Xalid ibni Vəlidə meyl edirlər. Öz təbibi Ibni Əsala göstəriş verdi ki, Əbdür-Rəhmanı zəhərləsin. Ona və`də vermişdi ki, onun bir illik vergilərini güzəştə gedəcək. Bundan sonra onu Həmsin vergi işlərinə mə`mur tə`yin etdi. O bu işi yerinə yetirdikdə Müaviyə də öz və`dəsinə əməl etdi, sonra Əbdür-Rəhmanın oğlu Xalid, yaxud onun qardaşı oğlu Mühacir onu qətlə yetirdi. «Əğani», 15-ci cild, səh.12-13; «Tarixi Təbəri», 2-ci cild, səh.82-83, «Tairixi ibni Əsir», 2-ci cild, səh.378; «Tarixi Yə`qubi» 2-ci cild, səh.223.
[6] Əbu Malik Qiyas ibni Ğovs Əxtəl – Təğlibin məsihilərindən idi və Ömərin xilafətinin əvvəllərində dünyaya gəlmiş, 59-cu hicri ilində dünyadan getmişdir. Cahiz də «Əl-Bəyanu vət-tənbih» kitabında (1-ci cild, səh.86) onun əməvilərə yaxınlaşmasının səbəbini qeyd edərək yazır: «Müaviyə istəyirdi ki, ənsarı həcv və eyblərini aşkar etsin. Çünki onların əksəriyyəti Əli ibni Əbi Talibin köməkçiləri idi. Onlar Müaviyənin xilafət barəsindəki nəzəriyyəsini qəbul etmirdilər. Buna görə də oğlu Yezid Kə`b ibni Cəildən istədi ki, Ənsarı həcv etsin, lakin o qəbul etməyib dedi: «Mən özümüzdən olan cavan bir məsihini sənə tanıtdırıram ki, onun dili qovğa edir və onları həcv etməkdən heç bir qorxusu yoxdur.» Bundan sonra Əxtəli ona tanıtdırdı. «Əğani» kitabında (13-cü cild, səh.142) Kə`b ibni Cəilin dilindən deyilir: «Yəzid ibni Müaviyə mənə dedi: Həssanın oğlu həm Əbdür-Rəhman ibni Həkəmi, həm də bizi rüsvay etmişdir. Çünki o, Ibni Həkəmin zövcəsi ilə qanunsuz əlaqədə olmuşdur. Sən də Ənsarı həcv et!» Mən dedim: «Məni şirkə qaytarır və istəyirsən ki, Peyğəmbərə kömək edib, onu öz pənahlarında saxlayan bir qövmü həcv edim?! (Yox!) Lakin özümüzdən olan məsihi bir cavanı sənə tanıtdıraram...» Digər bir rəvayətdə isə deyir: «Müaviyə gizlində Kə`bdən istədi ki, Ənsarı həcv etsin. O isə Əxtəli ona tanıtdırdı. Əxtəl onları həcv etdi və şe`rində belə dedi:
"Qüreyş bütün üstünlükləri və yaxşı xasiyyətləri özlərinə məxsus etdilər,
Bütün pisliklər də Ənsarın əmmamələrinin altındadır.»
147-ci səhifədə deyir: Ənsar Müaviyədən istədi ki, Əxtəli onlara təhvil versin, o isə dedi: «Dili sizin ixtiyarınızda olsun, amma oğlum Yezid ona aman vermişdir!» Gizlində isə Yezidə belə dedi: «Mən bu qövmə filan-filan sözləri demişəm. Sən isə ona pənah ver!» 8-ci cildin 299-cu səhifəsində deyir: «Onun barəsində demişlər: Kafir bir məsihi idi ki, müsəlmanları həcv edirdi. O, xəzdən olan paltar geymiş, boynuna qızıldan olan bir xaç asmışdı, sinəsi və saqqalı şəraba aludə olmuş halda saraya daxil olur, icazəsiz Əbdül-Məlik Mərvanın yanına gedirdi.» 16-cı cildin 68-ci səhifəsində deyir: «O, Yezidin şərabda piyalə yoldaşı idi.»
[7] «Ayişənin islam tarixindəki rolu»; «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, Misir çapı, 1-ci cild, səh.159-160.
[8] «Əğani», Darul-kütüb çapı, 2-ci cild, səh.241-251-də deyilir: «Mərvan Müaviyə tərəfindən Mədinənin hakimi olan zaman Əbdür-Rəhman ibni Ərtata (o, cahiliyyət dövründə Müaviyənin babası Hərbin həmpeymanı idi) hədd vurdu. Müaviyə ona yazdı: «Əmma bə`d. Sən Hərbin həmpeymanını camaatın gözləri qabağında cəzalandırıb ona 80 zərbə vurmusan! Əgər o sənin atan Həkəmin həmpeymanı olsaydı, onu rüsvay etməzdin! Indi bil ki, Allaha and olsun! Ya gərək bu həddi batil edəsən və öz səhvinə yol verdiyini bildirib nəticədə öz e`tibarını geri qaytaracaqsan, ya da mən sənin həddini batil edər və fərman verərəm ki, qisas ünvanı ilə sənə 80 zərbə vursunlar!» Mərvan Müaviyənin fərmanını icra etdi.
Digər nümunə isə Ziyad ibni Əbihi öz atası Əbu Süfyana mənsub etməsi idi ki, bu da islama müxalif olan cahiliyyət adət-ən`ənələrinə əsaslanırdı! Islam övladı izdivaca məxsus edir və zinakarı daş-qalağa layiq görür! Bu hadisənin ətraflı izahını «Ayişənin islam tarixindəki rolu» və «Əbdüllah ibni Səba» kitablarında oxuya bilərsiniz.
«Əqdül-Fərid» kitabında (3-cü cild, səh.413) deyilir: «Müaviyə, Əhnəf ibni Qeysi və Səmrət ibni Cindəbi çağırıb dedi: «Belə görürəm ki, bu qeyri-ərəb qırmızı üzlülər artmışdır və bizim keçmiş ata-babalarımıza eyb tuturlar. Sanki görürəm ki, onlar ərəblərə və hökumətə qarşı qiyam etmişlər. Indi bu nəticəyə çatmışam ki, onlardan bir qrupunu öldürəm, bir qrupunu isə iş bazarını tə`min etmək və yolları düzəltmək üçün azad qoyam! Əhnəf onunla müxalifət etdi və Səmrət dedi: «Ey Əmir! Onları mənə tapşır, işlərini bitirim! Sənin istəyini yerinə yetirərəm!» Müaviyə onları öldürmək barəsindəki nəzərindən döndü.
[9] Səmrət ibni Cindəb ibni Hilal Fəzari. Anası onu, öz ərinin vəfatından sonra Mədinəyə gətirmiş və özü də Şeyban ibni Sə`ləbə ilə izdivac etmişdi. Səmrət də Ənsarın həmpeymanı oldu. Peyğəmbər ¡ Səmrətin də iştirak etdiyi səhabələrdən bir neçəsinə buyurdu: «Sizdən axırıncı ölən cəhənnəm odundadır!» Səmrət onların içərisində axırıncı ölən şəxs idi ki, 59-cu ildə Bəsrədə dünyadan getmişdi. Onun tərcümeyi-halı «Usdul-ğabə», «Siyəru ə`lamin-nübəla» kitablarında qeyd olunmuşdur. Bütün «Sihah» müəllifləri onun hədisini rəvayət etmişlər. Onun Müaviyə ilə yoldaş olaraq onun üçün hədis düzəltməsi «Ayişənin islam tarixindəki rolu» kitabında qeyd edilmişdir.
[10] «Nəhcül bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 203-cü xütbə, 3-cü cild, səh.15-16, «Fəcrül-islam», Əhməd Əmin, səh.275
[11] Yenə orada, 1-ci cild, səh.358
[12] «Ayişənin islam tarixindəki rolu», Müaviyə ilə birlikdə babı.
[13] Xətib Bağdadi öz «Tarix» kitabında (14-cü cild, səh.7) belə rəvayət edir: Harun ər-Rəşidin yanında Qüreyş böyüklərindən birinin iştirak etdiyi zaman Əbu Hüreyrənin dediyi bu hədisdən söhbət açıldı: «Musa Adəmlə görüşdü və dedi: Sən bizi behiştdən çıxaran həmin Adəmsən?» Qüreyşli kişi dedi: «Musa Adəmlə harada görüşdü?» Ravi deyir: Harun ər-Rəşid qəzəblənib dedi: «Qılıncı və ölüm döşəyini gətirin, Allaha and olsun bu dinsiz Peyğəmbər hədisinə eyb tutur!» Bu hadisəni rəvayət edən Əbu Müaviyə onu təmkinli olmağa çağıraraq deyirdi: «Ya əmirəl-mö`minin! Ağzından bir şey çıxdı və başa düşmədi!» Nəhayət onu aram etdi.
[14] «Fəthül-Bari», 1-ci cild, səh.218, «kitabətül-elm» babı.
[15] «Təhzibut-təhzib», 12-ci cild, səh.39.
[16] «Tarixül Islam», Zəhəb, i 6-cı cild, səh.6; «Tarixi xüləfa», Suyuti, səh.261
[17] «Məvsuətil-fiqhil-islamiyy» Qahirə çapı, 1386-cı il, 1-ci cild, səh.47, tə`lif hey`ətinin müqəddiməsi.
[18] «Imamların dinin dirçəldilməsindəki rolları», 11 və 12-ci cild.
[19] «Səhihi-Müslüm», zöhd babı, 4-cü cild, səh.97; «Sünəni Darəmi», kitabın müqəddiməsi, 1-ci cild, səh.119; «Müsnədi Əhməd», 3-cü cild, səh.12, 39, 56.
[20] «Sünəni Darəmi», 1-ci cild, səh.119,
[21] «Müsnədi Əhməd», 5-ci cild, səh.182; «Sünəni Əbu Davud», 3-cü cild, səh.319.
[22] Yenə orada, 3-cü cild, səh.12-13.
[23] Kitabın əvvəlindəki beş istilahın tə`rifinə müraciət edə bilərsiniz.
[24] Həmin mənbə.
[25] Yenə orada.
[26] «Səhihi-Buxari», 1-ci cild, səh.24; «Sünəni ibni Macə», 1-ci cild, səh.85; «Kənzül-Ümmal», 2-ci cild, səh.1126; «Biharul-ənvar», 1-ci cild, səh.152.
[27] Əhli-beyt ¢ mənbəsindən: «Məanil-əxbar», səh.374-375: «Üyunul-əxbar», Nəcəf çapı, 1-ci cild, səh.36; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.420; «Biharul-ənvar», 2-ci cild, səh.145.
Xüləfa məktəbinin mənbələrindən: «Qəvaidüt-təhrir», Qasimi, 2-ci çap, səh.48; «Şərəfu əshabil-hədis», Xətib Bağdadi, səh.30; «Camiu bəyanil-elm», ibni Əbdül-Birr, 2-ci cild, səh.55; «Əxbari Isfəhan», Əbu Nəim, 2-ci cild, səh.81; «Əl-fəthul-kəbir», Suyuti, 1-ci cild, səh.233; «Kənzül-Ümmal», 2-ci çap, 20-ci cild, səh.128, 133, 13-cü cild, səh.181 və «Əl-Ilma», Qazi Əyaz, səh.11.
[28] «Səhihi-Buxari», 1-ci cild, səh.22; «Sünəni Termizi»də qeyd olunduğu kimi (10-cu cild, səh.135) «Əbu Filan» dedikdə məqsəd Əbu Şatdır.
[29] «Sünəni Termizi», elm kitabı, 10-cu cild, səh.134.
[30] «Müsnədi Əhməd», 2-ci cild, səh.215.
[31] Bu rəvayətin mənbələri də «iki məktəbin Peyğəmbər hədisinin yayılması barədə nəzəri» bölməsində qeyd edildi.
[32] «Sünəni Darəmi», kitabın müqəddiməsi, 1-ci cild, səh.125-126.
[33] «Müsnədi Əhməd», 2-ci cild, səh.215.
[34] Həmin kitabın 1-ci cildi, «Peyğəmbərin sifətləri ətrafında ixtilafın mənşəyi» bölməsinə baxa bilərsiniz ki, xüləfa məktəbinin Həzrət Xatəmul-ənbiya ¡ barəsində təqdim etdiyi sima ilə tanış olasınız. Bizim nəzərimizcə, o hədislər Müaviyənin dövründə və elə onun göstərişləri ilə yazılıb yayılırdı.