Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Vahabi etiqadının yeni təhlili

Vahabi etiqadının yeni təhlili(4)

Bismillahir Rəhmanir Rəhim

DÖRDÜNCÜ SÖHBƏT

Şiə və Vahabiçilik etiqadı əsasında təvəssül, ölüm və şəfaət

Vahabiçilik və təvəssül

Bu fəsldə vahabi nəzərincə təvəssül məsələsi araşdırılacaqdır. Bu firqənin alimləri deyirlər:

“Allahdan qeyrisinə təvəssül etmək, insanın hansısa bir qəbirlə üzbəüz dayanıb namaz qılması Rübubi Tovhidlə uyğun gəlmir”. Onların nəzərincə Tovhidin tələb etdiyi şey Allahdan başqasına, hətta İslam Peyğəmbərinə (s) belə təvəssül olunmamasıdır. Çünki təvəssül, şəfaət bu kimi məfhumlar Peyğəmbər adəti salehlərin sünnəsi olmamaqla yanaşı Quran da belə bir əqidəni şirk hesab etmişdir.[1]

“Tovhid bil luğətil farsiyyə” kitabında yazılır:

“Allahdan başqa kimsədən kömək istəmək şirkdir. Ondan digərinə təvəssül edib ona pənah aparmaq belə şirk məsələsinə aiddir..... Allahın sözləri Onun eyni zatı kimi qədimdir (yəni məxluq deyil, yaradılmamışdır). Elə bu səbəbə görə o sözlərə sığınmaq pənah aparıb kömək istəmək olar. Qeyri surətdə şirk hesab olunur”.[2]

Həmən kitabda bu mövzunun ardınca deyilir:

“Mübarək “Cin” surəsinin 6-cı ayəsindən belə nəticəyə gəlmək olar ki, Allahdan başqa hətta cinlərdən belə kömək istəmək olmaz. Beləliklə, ilahi peyğəmbərlər belə qaydadan müstəsna olmamışlar. Yəni, onlardan da yardım istəmək olmaz”.[3]

Bu şübhəyə belə cavab vermək olar:

Birincisi, bu ayə cinlər barəsində nazil olmuşdur. Bu ayənin nazil olmasına səbəb olan məsələ o zaman cahil ərəblərin cinlərin biyabanlarda yaşadığını sanması idi. Onlar elə bilirdilər ki, şəhərdən çıxmaq üçün cinlərin başçısından kömək diləyib ona “Ey cinlərin padşahı, bizi cinlərin şərrindən xilas et bizi onlardan qoru” demək lazımdır.

Əlbəttə, şübhəsiz cindən yardım istəmək haramdır. Çünki, Allah birbaşa bu işi qadağan etmişdir. Bundan əlavə Allahı qəbul etməyən kəsdən yardım istəməyən kəsdən yardım diləməyin özü açıq-açkar xilafdır.

Ikincisi, Allahla birbaşa rabitədə olan, vəhyin nazil olma məkanı sayılan peyğəmbərlərlə Allahı tanımayan cinlərin çox fərqi vardır. Beləliklə də, İslam əqidəsi Mütəal Allahdan mədəd diləyib Ona yaxın olanları şəfaətverici kimi qəbul etməyi tələb edir.

Bundan öncə vahabi alimlərinin Allahdan qeyrisinə təvəssülün haram olması barəsində nəzəriyyələrini qeyd etmişdik. Indi isə onların bu barədə dəlillərini nəzərinizə çatdırırıq:

Birinci dəlil:

"قُلْ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِهِ فَلا يَمْلِكُونَ كَشْف الضُّرّ عَنْكُمْ وَ لَا تَحْوِيلَا * اُولئكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ اِلى رَبِّهِمْ الْوَسِيلَةَ أَيُّهُمُ أقْرَبُ وَ يَرْجُونَ رَحمَتَهُ وَ يَخَافُونَ عَذَابَهُ اِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُوراً"[4]

“Ey peyğəmbər! Allahdan başqasına etiqadı olanlara de: Onlar sizin çətinlik narahatçılığınıza çarə tapıb həll etməyə qadir deyildirlər. Bəli, bu şəxslər Allahın onlara daha yaxın olduğunu bilə-bilə Ondan qeyrisini Onunla özləri arasında vasitə edirlər. Allahın rəhmətinə ümidvar olduqları halda Onun əzabından qorxurlar (qorxmaları lazımdır). Çünki Onun əzabı qorxuludur”.

Onlar bu mübarək ayələrə istinad edərək Allahdan başqa heç bir kəsə təvəssül edib yardım istəməmək nəticəsinə gəlmişlər.

Bu ayələrin təhlili: Bu iki ayə digər ayələri nəzərdə tutmamaq onların zahiri ilə kifayətlənməmək şərti ilə vahabi alimlərinin sözünü təsdiqləyir. Çünki, Pərvərdigarın kəlamı əsasında insan Ona yaxınlaşmaqdan ötrü daha yaxın vasitəni qoyub zərəri uzaqlaşdırmağa qadir olmayan uzaq vasitəyə, yəni “min dunillah”a (Allahdan qeyrisinə) təvəssül edib Allahı unudarsa, Rübubi Şirk sərhədində dayanmışdır. Xatırlamaq lazımdır ki, Allahın izni ilə başqalarına da təvəssül etmək haqqında digər ayələr mövcuddur. Belə halda Allahın təsdiqlədiyi şəxslərdən kömək istəməklə yanaşı şirk məsələsinin meydana gəlməsinə heç bir şərait yaranmır. Əgər vahabi alimləri başqa ayələri nəzərə alsaydılar, heç vaxt belə bir böyük səhvə yol verməzdilər.

Zəifin güclüdən kömək istəməsi

Təvəssül yaranış aləminin qanunlarından olub məqsədə çatmaq üçün ən yüksək vasitədən kömək istəmək mənasını daşıyır. Təvəssülün bir nümunəsi hadisə zamanı körpə uşağın anasına təvəssül etməsidir. Bu məna bəşərin ictimai, siyasi, etiqadi, maddi mənəvi sahələrində işlənir. Allaha təvəssül etmək isə elə kamil qüdrət qüvvətə sığınmaqdır. Peyğəmbərlər övliyaullahlara təvəssül etmək zəiflərin güclüdən kömək istəməsidir. Bu cəhətdən peyğəmbərlər digər insanlara nisbətən üstündürlər. Beləliklə onlara təvəssül edib onların sünnə adlanan rəftar tərzlərini örnək kimi qəbul etmək olar.

Quranda təvəssül

Müxtəlif ayə rəvayətlər övliyalara təvəssül etmək mövzusuna toxunmuşdur. Nümunə olaraq Yəqub peyğəmbərin övladlarına aid olan ayəni qeyd etmək olar:

"يَا أَبَانَا أسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا انا كُنَّا خَاطِئِين * قَالَ سَوْفَ أسْتَغْفِرُ لَكُمْ رَبِّي إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيم"[5]

“Atacan, bizim üçün bağışlanmaq tələb et. Çünki biz xəta etmişik. Ataları (Yəqub) cavabında dedi: Sizin üçün bağışlanmaq (istiğfar) tələb edərəm ki, həqiqətən Pərvərdigar Bağışlayan Mehribandır”.

Bu ayədə Yəqubun övladları atalarına təvəssül edirlər. Onlar bir neçə xəta etmişdilər: Birincisi, Allahın iki peyğəmbərinə (Yəqub Yusuf) əziyyət edərək onları kədərləndirmiş, atalarına yalan söyləmişdilər. İkincisi, valideynləri əziyyətə salmamaq yalan danışmamaq barəsində Allahın fərmanından boyun qaçırmışdılar. Bu xətalar əfv olunmalı xəta olduqları üçün övladlar atalarını şəfaətverici seçirlər bu da Quran tərəfindən rədd yaxud inkar olunmamışdır.

Allah dərgahının ən yaxınları sayılan o iki nəfərə təvəssül edən Yəqubun övladlarını Pərvərdigarın bu işdən çəkindirməməsindən belə nəticəyə gəlmək olar ki, peyğəmbərlərdən kömək istəməyin heç bir eybi yoxdur. Çünki onların ülvi rütbələri əzəmətli məqamları heç kəsə gizli deyildir.

Bu mövzuda şahid gətirəcəyimiz digər ayə isə budur:

 

" وَ لَوْ أَنَّهُمْ إذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفِرُوا اللهَ وَاسْتَغَفَر لَهُمُ الرَّسُولُ لوجَدُوا الله تَوَّاباً رَحِيماً". [6]

“Əgər onlar özlərinə zülm etdikdən sonra sənin yanına gəlsəydilər Allahdan əfv tələb etsəydilər peyğəmbər (də) onların bağışlanması üçün xahiş etsəydi, yəqinliklə Allahı tövbələri qəbul edən Mehriban görərdilər”.

Bu ayədən alınan nəticə günahların bağışlanmasında Peyğəmbərə (s) təvəssül etməyin mümkün olmasıdır.

İlk ayə barəsində Yəqub peyğəmbərin övladlarının atalarına onun sağlığında təvəssül etdikləri iradı tutula bilər. Yəni, ölmüş insanlara deyil, diri adamlara təvəssül etmək olar. Bu xüsusda təbərrük mövzusunda söhbət açacayıq.

Ikinci ayədən alınan nəticəyə əsasən demək olar ki, Peyğəmbərə (s) təvəssül etmək ümumi küllidir. Yəni həm onun həyatı dövründə həm ölümündən sonrakı zamana şamil olur. Burada həyatı dövrünə aid olması barədə qeyd zikr olunmamışdır.

Bəzilərinin bu aşağıdakı ayəyə istinadı əsasında bütpərəstliyi pisləyib onun bir növ şirk olduğunu deyir, Allahdan qeyrisinə təvəssülü azğınlıq hesab etmələri imkanı da vardır:

"وَ قَالُوا لا تذرُنَّ آلِهَتَكُمْ وَ لا تَذرُنَّ وَدّاً وَ لا سُواعاً وَ لا يَغُوثَ وَ يَعُوقَ وَ نَسْراً * وَ قَدْ اضَلُّوا كَثِيراً وَ لا تزد الظَّالِمِينَ الا ضَلَالاً"[7]

“Dedilər məbada öz allahlarınızı, “Vəddəni”, “Sovanı” , “Yəğusu” “Yəuqu” əldən buraxmayın. bir çoxlarını yolundan azdırdılar. (İlahi) zülmkarların azğınlığını çox et”.

Onlara cavabında deyirik: Əgər Allahdan qeyrisi dedikdə bütlər nəzərdə tutularsa, bu sözə irad tutmaq olmaz. Ancaq əgər Allahdan qeyrisi dedikdə ilahi övliyalar peyğəmbərlər nəzərdə tutlarsa, problemlə rastlaşarıq. Çünki, bu şəxslər Allahın etimadlı kəsləri “Xəlifətullah”dırlar. Bundan əlavə bütlər Allahla paralel bir cərgədə, Haqq həzrətlərinin qarşısında nəzərdə tutulur. Lakin övliyalar Ondan sonrakı cərgədə (elə həmən sırada), Onun feyz vasitəçiləridirlər. Həmçinin bütlər Hagg yolundan azdıran, peyğəmbərlər isə yolgöstərici sadiqlik simvoludurlar. Peyğəmbərlərə bütlərə təvəssül etməyi müqayisəsi fərqlilik müqayisəsi olaraq batildir.

Başqa bir məsələ isə bütlərin Allaha yaxınlaşmaq vasitəsi deyil, ibadətin əsl mövzusu olmasıdır. Allaha yaxınlaşmaq vasitələri iki növdür: Peyğəmbərlər və övliyalar hesab olunan şəri, dinin insanlara qadağan etdiyi büt kimi qeyri-şəri növü.

Vahabilərin nəzərincə ölüm nə deməkdir?

Ölüm haqqında müxtəlif versiyalar irəli sürülmüşdür. Biz isə burada vahabilərin bu barədə fikirlərini nəzərinizə çatdırmaq istəyirik. Ibn Qəyyim Covzidən belə nəql olunur:

“İslam Peyğəmbəri (s) olmuş olsa da belə meyitə təvəssül etmək çirkdir. Ona görə ki, Quranın buyurduğuna əsasən meyit puç olmuş hesab olunur.

"اِنَّكَ مَيِّتُ وَ اِنَّهُمْ مَيِّتُونَ" [8]

“Sən ey peyğəmbər, vəfat edəcəksən, onlar da vəfat edəcəklər”.

Sonra sözünün davamında belə deyir:

“Ölülərdən yardım diləyib, “ya seyyidi” (ey mənim ağam), “ya rəsulallah unsurni” (ey rəsulallah mənə kömək et) “ya seyyidi Əli ibn Əbi Talib əğisni” (ey mənim ağam Əli ibn Əbi Talib mənə yardım et) bu kimi sözləri dilə gətirmək şirkdir”.[9]

Çox maraqlıdır ki, İbn Qəyyim vahabilər Quranın Bərzəx əhli üçün onların diri olduqlarını təkid[10] etdiyi halda belə necə Bərzəx həyatına inanmır ölülərin digər adamlarla ruhi mənəvi rabitədə olmadıqlarını güman edirlər?! Ya da Quranın şəhidlər barəsində “Allah yolunda öldürülmüşləri ölü hesab etməyin. Əslində onlar sağdırlar Pərvərdigarları tərəfindən ruzilənirlər”[11]dediyini bildikləri halda belə necə şəhidlərin ölü olduğunu sanırlar.

Şeyx Məhəmməd bin Əbdül Vəhhab Qurani Kərimin

"فَكَشَفْنَا عَنْكَ غطَاءَكَ فَبَصَرُكَ الْيَوْم حَدِيد"[12]

“Və biz sənin (gözlərin önündən) pərdəni götürdük bu gün baxışın itidir”.

Ya digər yerdə:

"وَ لَهُمْ رِزْقُهُمْ فِيهَا بكرة وَ عَشِيّاً"[13]

“Onların ruziləri (Bərzəx əhlinin) səhər axşam orada hazırdır” buyurduğunu bilə-bilə necə “ölən hər kəs puç olur” deyə fikirləşə bilirlər?!

Bu ayələrə diqqətlə nəzər saldıqda Bərzəx dünyasında gecə-gündüzün olduğu üçün dünyadan köçmüşlər ruzilənirlər buna görə o aləm (Bərzəx) sakinlərini puç hesab etmək olmaz. Əlbəttə, gecə gündüz Bərzəx əhlinə aiddir. Çünki Qiyamətdə bu versiyaların təsəvvürü üçün Günəş yoxdur. Bununla da belə nəticəyə gəlirik ki, ölüm puçluğa qovuşmaq deyildir vahabilərin bu barədə nəzəriyyəsi isə özü-özlüyündə batildir.

Müqəddəs vücudlara təvəssül etmək izni

Qurani Kərim bu ayədə İlahi dərgaha yaxınlaşmaq üçün Haqq həzrətlərinin seçilmişlərinə təvəssül edib onlara pənah aparmağı rəva bilərək izn vermişdir:

"يَا اَيُهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللهَ وَابْتَغُوا اِلَيْهِ الْوَسِيلَة وَ جَاهِدُوا فِى سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ"[14]

“Ey iman gətirən şəxslər, Allahdan qorxun Ona (təvəssül edib) yaxınlaşmağa çalışın Onun yolunda cihad edin, bəlkə xilas olasınız”.

Bu ayədə vasitələrlə təvəssül cəhd etmək ümumi halda deyildiyinə baxmayaraq, Quran ayələrində rəvayətlərdə qeyd olunan digər analogiyaya əsasən demək olar ki, bu vasitələrin ən aşkar nümunəsi peyğəmbərlər övliyalardır. Ayənin məfhumunu nəzərə alaraq belə bəyan etmək olar:

Allaha sığınmağın özünün feyzin nəticəsi olduğunu nəzərdə tutaraq kamilliklə təqvaya riayət edin. İxlas təqva nəticəsində məqamlar əldə edən, təvəssül olunan şəxslərin müstəqil olmaması mümkündür. Lakin sizin təvəssül etmək üçün təqvaya riayət etməniz lazımdır.



[1] “Fəthul-Məcid”, səh. 98.

[2] Səh. 140.

[3] و انَّهُ كَانَ رِجَالُ مِنَ الإنْس يَعُوذُونَ بِرِجَال مِنَ الْجِنِّ فَزادُوهُمْ رَهْقاً"

[4] İsra (17), 56 və 57-ci ayələr.

[5] Yusuf (12), 97 və 98-ci ayələr.

[6] Nisa (4), 64-cü ayə.

[7] Nuh (71), 23 və 24-cü ayələr.

[8] Zümər (39), 30-cu ayə.

[9] “Fəthul-Məcid”, səh. 197.

[10] Mömin (40), 46-cı ayə.

[11] Ali-İmran (3), 169-cu ayə.

[12] Qaf (50), 22-ci ayə.

[13] Məryəm (19), 35-ci ayə.

[14] Qaf (50), 22-ci ayə.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment