Azəri
Saturday 20th of April 2024
0
نفر 0

İmamın isməti (günahlardan uzaq olması)

İmamın isməti (günahlardan uzaq olması)

İmamın mühüm səciyyələrindən və imamətin əsaslı şərtlərindən biri də ismətdən ibarətdir. İsmət dedikdə məqsəd elm, və güclü iradədən irəli gələn bir səciyyədir. İmam bu ikisindən bəhrələndiyinə görə hər növ günah və xətadan uzaqdır. İmam həm din məarifini öyrənib bəyan etməkdə, həm ona əməl etməkdə, həm də islam cəmiyyətinin xeyrini və zərərini ayırd etməkdə xəta və sapmalardan amanda olmalıdır.

İmamın ismətini göstərən çoxlu əqli və nəqli dəlillər (Qur`an və rəvayət) mövcuddur. Əqli dəlillərin ən mühümü aşağıdakılardır:

a) Dinin dindarlıq hüdudlarının qorunub-saxlanması imamın mə`sum (günah, xəta və s. dən uzaq) olmasına bağlıdır. Çünki imam dinin təhriflərdən qorunub-saxlanması və insanların dini cəhətdən düz yola hidayət olunması məs`uliyyətini öhdəsinə alır. Onun təkcə sözləri deyil, həm də rəftarı, başqalarının əməlini görüb təsdiqləməsi və başqalarının əməllərinin qarşısında əks-reyaksiya göstərməməsi islam cəmiyyətinin rəftar və davranışında tə`sir göstərir. Deməli imam dinin dərk olunmasında və ona əməl edilməsində hər növ xəta vəsapmadan uzaq olmalıdır ki, öz ardıcıllarını düzgün şəkildə hidayət edə bilsin.

b). Cəmiyyətin imama olan ehtiyacının dəlillərindən biri də budur ki, adi insanlar dinin tanınması və onun qayda-qanunlarının icra edilməsində xətadan amanda deyillər. Belə olan təqdirdə, əgər camaatın rəhbəri də belə olsa necə e`timad edilən bir şəxs sayıla bilər?! Başqa sözlə desək, əgər imam mə`sum olmazsa, camaat ona tabe olmaqda və onun göstərişlərini yerinə yetirməkdə şəkk-şübhəyə düçar olacaqlar.[1]

Qur`anın bə`zi ayələri imamın ismətinin lazım və zəruri olmasını göstərir. Onlardan biri də «bəqərə» surəsinin 124-cü ayəsidir. Bu şərif ayədə qeyd olunur ki, Allah təala nübüvvət məqamından sonra yüksək imamət məqamını da həzrət İbrahimə (ə) əta etmişdir. İbrahim (ə) Allahdan imamət məqamını onun nəslində qərar verməsini istədik də Allah təala buyurdu: «Mənim əhdim (imamət) zalımlara çatmaz», yə`ni imamət məqamı İbrahimin nəslindən olan yalnız o şəxslərə məxsusdur ki, zülm etməmiş olsunlar. Qur`anın Allah təalaya şərik qoşmağı böyük bir zülm hesab etməsinə, ilahi göstərişlərin hüdudunu aşmağı (günahı) insanın özünə zülm etməsi hesab etdiyinə diqqət yetirməklə mə`lum olur ki, hər kəs öz həyatının müəyyən hissəsində müəyyən bir günaha mürtəkib olduğu üçün zalım hesab olunur və heç vaxt imamət məqamına layiq görülmür.

Başqa sözlə desək, şübhəsiz, Həzrəti İbarahim (ə) imamət məqamını öz nəslindən bütün ömrü boyu günahkar olan, yaxud əvvəldə yaxşı əməl sahibi olsa da sonradan pis əməllərə düşənlər üçün istəməmişdir. Buna əsasən, iki dəstə qalır:

1- O kəslər ki, əvvəldə günahkar olub sonradan tövbə edərək yaxşı əməl sahibi olsunlar;

2- O kəslər ki, ümumiyyətlə günaha mürtəkib olmayıblar.

Allah təala Öz kəlamında birinci dəstəni istisna etmişdir. Belə nəticə alırıq ki, imamət məqamı yalnız ikinci dəstədən olanlara məxsusdur.

İmamın ictimai idarəçiliyi

İnsan ictimai bir varlıq olduğuna, cəmiyyətində onun ruhu`əməl və rəftarına çoxlu tə`sir qoyduğuna görə gərək onun İlahi dərgaha yaxınlaşmaq və mə`nəvi məqamlara nail olması istiqamətində düzgün tərbiyəsi və inkişafı üçün münasib ictimai şəraitlər yaransı. Bu da yalnız ilahi hökumətin təşkil olunması sayəsində mümkün ola bilər. Buna əsasən, imam və insanların mə`nəvi rəhbəri cəmiyyətin işlərini idarə etməsi qüdrətinə malik olmalı, dini tə`limlərdən, Qur`an və Peyğəmbər sünnəsindən istifadə etməklə, tə`sirli vasitələrdən faydalanmaqla islam hökumətini bərqərar etsin.

Əxlaqi kamallara və səciyyələrə malik olmaq

Cəmiyyətin rəhbəri olan bir imam gərək bütün pis və mənfur  xislətlərdən, əxlaqi rəzilliklərdən uzaq olsun və bunun müqabilində bütün insani keyfiyyətlərə və əxlaqi kamallara özünün ən yüksək həddində malik olsun. Çünki o, kamil bir insan ünvanı ilə, öz ardıcılları üçün ən yaxşı bir nümunə örnək, hesab olunmalıdır. İmam Riza (ə) buyurur: «İmamın müəyyən əlamət və nişanələri vardır, o cümlədən o, insanlar arasında ən bilikli... ən təqvalı, ən səbirli, ən şücaətli, ən səxavətli, və ən abid (ən çox ibadət edən) şəxs olmalıdır.»[2]

Bundan əlavə, o, Peyğəmbərin (s) canişinliyi məqamında insanların tə`lim tərbiyəsi ilə məşğul olmalıdır. Buna görə də, onun özü hamıdan artıq və camaatdan öncə ilahi əxlaqla zinətlənməlidir.

İmam Əli (ə) buyurur: «(Allahın əmri ilə) özünü camaatın imamı qərar verən bir şəxs gərək başqalarına tə`limləndirməyə öncə özünə tə`lim verməsinə sə`y göstərməli, başqalarını sözlə tərbiyə etməzdən öncə, öz rəftar və əməli ilə tərbiyə etməlidir.»[3]

İmam Allah tərəfindən tə`yin olunur

Şiələrin nəzərinə görə, peyğəmbərin canişini olan imam yalnız Allahın göstərişi və onun tərəfindən tə`yin olunma əsasında baş verir, və məhz bundan sonra Peyğəmbər imamı camaata tanıtdırır. Buna əsasən, heç bir fərd, yaxud qrupun bu işə dəxalət etməyə haqqı yoxdur.

İmamın Allah tərəfindən tə`yin olunmasının zəruri bir məsələ olmasının müxtəlif dəlilləri vardır, o cümlədən aşağıdakıları qeyd edirik:

a) Qur`anın buyurduğuna əsasən Allah təala bütün varlıqlara mütləq bir hakimdir və hamı yalnız Ona itaət etməlidir. Aydındır ki, bu hakimiyyət Allah tərəfindən ləyaqət və məsləhətinə uyğun olaraq hər bir şəxsə verilə bilər. Buna əsasən, Peyğəmbər Allah tərəfindən tə`yin olunduğu kimi, İmam da Allah tərəfindən tə`yin olunma yolu ilə camaata vilayət haqqına malik olur.

b) Yuxarıda, imam üçün ismət, elm və sair kimi xüsusiyyətləri bəyan etdik. Aydındır ki, bu sifətlərə malik olan bir şəxsi özünün ən yüksək səviyyəsində tanımaq aşkar və gizlininə agah olan Allahın vasitəsi ilə mümkün ola bilər. Belə ki, Allah təala Qur`ani kərimdə həzrəti İbrahimə buyurur: «Mən səni, camaata imam qərar verdim.»[4]

Hərtərəfli və gözəl bir bəyan

Bu bəhsin sonunda yaxşı olardı ki, 8-ci islam rəhbəri İmam Riza (ə)–ın imamətin yüksək məqamı və xüsusiyyətləri barəsində bəyan etdiyi kəlamı qeyd edək:

«Onlar (ki, imamət məsələsində ixtilaf edərək imamətin seçki yolu ilə olmasına inanandılar) nadanlıq etdilər...

Məgər camaat imamətin ümmət arasındakı məqam və mənzilətini bilirlərmi ki, onların öz ixtiyarlarına həvalə edilmiş olsun?!

Həqiqətən imamətin qədir qiyməti o qədər yüksək və o qədər böyük, mənziləti o qədər ali, məqamı o qədər uca, ənginliyi o qədər əlçatmazdır ki, camaat öz əqli ilə ona çata, öz rə`yləri ilə onu dərk edə bilməzlər...

Həqiqətən imamət elə bir məqamdır ki, Allah təala nübüvvət və xüllət məqamından sonra üçüncü mərhələdə onu İbrahim (ə)-ə məxsus etmişdir...

İmamət Allahın və Peyğəmbəri Əkrəmin xilafəti, Əmirəl-mö`mininin məqamı, Həsən və Hüseynin mirasıdır. Həqiqətən imamət dinin rəhbərliyi, müsəlmanların (ictimai) quruluşunun qalıb davam etməsi, mö`minlərin dünyalarının islah olunması və izzətə çatmaları səbəbidir... Namazın, orucun, həccin, cihadın kamil olması... Eləcə də sərhədlərin qorunub-saxlanması imamın vasitəsi (və vilayət maqamının qəbul edilməsi) ilədir. İmam Allahın halalını halal, haramını haram edir (Allahın gerçək höümlərinə müvafiq olaraq hökm verir), ilahi həddi-hüdudu bərqərar edir, Allahın dinini himayə edir, hikmət və gözəl möv`izələrlə, dolğun (insanı hədəfə çatdıran) dəlillərlə insanları Allahın yoluna də`vət edir.

İmam üfiqdəki günəş kimi nur saçır, onun nurnu bütün aləmləri əhatə edir, özü də elə bir vəziyyətdədir ki, əllər və gözlər onu (dərk etməyə) qabil deyildir. İmam parlaq işıq saçan çıraq, parlayan bir nur, yol göstərən bir ulduz kimidir ki, zülmətli qaranlıqlarda, şəhərlərin yollarında, səhralarda, bataqlıqlarda və dəryalarda (insanları müxtəlif fitnələrdən və nadanlıqlardan) xilas edəndir...

İmam insanla yanaşı olan munis, mehriban ata, doğma qardaş, körpə övladına nəvaziş edən ana, bəndələrin böyük müsibətlərdə sıcınacağıdır. İmam günahlardan pak-pakizə, eyblərdən uzaqdır. O özünün məxsus elmi, təqvası və helmi ilə tanınır... İmam özünün dövründə yeganə bir şəxsdir və) heç bir şəxs onun məqamına yaxınlaşa və heç bir alim onunla müqayisə oluna bilməz. Nə bir kəs onun yerini tuta (onu əvəz edə) bilər, nə də onun üçün bir oxşar və tay tapıla bilər... Belə isə, körəsən kim imamı tanıya bilər, yaxud imamı seçmək kim üçün mümkün ola bilər?! Çox uzaqdır, heyhat! Burada əqilər heyran və sərgərdan qalır. Burada gözlərin nuru gedir, böyüklər kiçilir, hikmət sahibləri heyrətə düşür... İmamın fəzilət və xüsusiyyətlərindən (hətta) birini  (belə) təqdim etməkdə elm sahibləri aciz qalmış hamılıqla özlərinin acizlik və bacarıqsızlıqlarını e`tiraf etmişlər!»[5]



[1] Bundan əlavə, əgər imam xətadan uzaq olmazsa, ondan camaat başqa bir imam axtarmalıdır ki, onların ehtiyacına cavab verə bilsin. Əgər o da xətadan amanda olmazsa, digər bir imam lazım gəlir və bu ehtiyaclar silsiləsi sonsuzluğa qədər davam edir. Belə bir məsələ də fəlsəfi cəhətdən batil sayılır.

[2] Məanil-əxbar, 4-cü cild, səh. 102

[3] Mizanul-hikmət, 147 –ci bab, hədis 850

[4] Bəqərə, 124

[5] Kafi, 1-ci cild, 15 bab, 1-ci hədis, səh. 255

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment