Azəri
Thursday 25th of April 2024
0
نفر 0

ƏBDÜLLAH IBNI ÖMƏRIN IBNI ABBASLA IXTILAFI

11-ƏBDÜLLAH IBNI ÖMƏRIN IBNI ABBASLA IXTILAFI

Əbdüllah ibni Ömərdən müvəqqəti evlənmə ilə əlaqədar nəql ounan rəvayətlər müxtəlifdir. Onların bə`zilərində deyi‌lir:

«Əhməd ibni Hənbəl öz «Müsnəd» kitabında Əbdür-Rəhman ibni Nəim Ə`rəcidən rəvayət edir ki, o, belə demişdir: Ibni Ömə‌rin yanında idim ki, bir nəfər ondan müvəqqəti izdivac barə‌sində soruşdu, Əbdüllah qəzəblənib dedi: «Allaha and olsun, biz Peyğəmbərin dövründə zinakar deyildik!»[1]

Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında deyilir: «Ibni Ömə‌rə deyildi: «Ibni Abbas müvəqqəti evlənməyə icazə verir.» O dedi: «Güman etmirəm ki, Ibni Abbas belə bir söz demiş ola.» Dedilər: «Bəli, Allaha and olsun ki, belə deyir.» Əb‌dül‌lah dedi: «Agah olun! Allaha and olsun, o, Ömərin dövründə də belə söz deyə bilməzdi. Ömər sizi bu işdən şiddətlə çə‌kin‌‌dirmişdi, mən də onu zinadan başqa bir şey hesab etmi‌rəm!»[2]

Ibni Əbi Şeybənin «Müsənnəf» və Süyutinin «Durrul-mən‌sur» kitablarında belə nəql olunur: Əbdüllah ibni Ömər‌dən müvəqqəti izdivac barəsində soruşduqda, dedi: «Haram‌dır!» Ona deyildi ki, axı Ibni Abbas onun halallığına dair fət‌va vermişdir. Dedi: «Onda nə üçün Ömərin dövründə onu züm‌zümə etmirdi?!»[3]

«Sünəni Beyhəqi» kitabında «haramdır!» - ibarəsindən son‌ra deyilir: Ömər ibni Xəttab əgər bir kəsi ona görə tut‌say‌dı, onu daş-qalaq edərdi.»[4]

12-MÜT`Ə BARƏSINDƏ XÜLƏFA MƏKTƏBININ ARDICILLARININ SONRAKI TƏDBIRLƏRI

Gördüyümüz kimi, xüləfa məktəbinin müvəqqəti izdivacı qa‌da‌ğan etmək barəsindəki məntiqləri Ibni Zübeyrin haki‌miy‌yə‌ti dövrünə qədər zorakılıq və qüdrət mehvərində dolanırdı. Bu məktəbin ardıcılları ondan sonra mövqelərini dəyiş‌di‌lər, hədis qondarma və təhrif etmə məqamına gəldilər ki, onla‌rın nümunələrini qeyd edirik:

a) «Sünəni Beyhəqi» kitabında deyilir: «Ibni Abbas müvəq‌qə‌ti izdivacın halal olmasına dair fətva verir və elm əhli onu görməməzliyə vururdular. Ibni Abbas bu işdən çəkin‌mir‌di, nəhayət şairlərdən biri onun fətvası barəsində belə bir şe`r oxudu:

يَا صَاحِ هَلْ لَكَ فِي فَتْيَا ابْنِ عَبَّاسٍ                   هَلْ لَكَ فِي نَاعِم خُودٍ مُبْتَلَةٍ

تَكُونُ مَثْوَاكَ حَتَّى مَصْدَرِ النَّاسِ .

"Ey dad! Bilirsinizmi ki, Ibni Abbasın fətvası nə idi?!

Bilirsiniz ki, sənin nazlı qızını hara aparırlar?!

O yerə aparırlar ki, mənzilinin bucaqları kişilərin mehman qəbul edəni olsun."

Deyir: «Elm əhli bu şe`rləri eşitdikdən sonra müt`əyə şid‌dətlə nifrət etdilər və onu xoşlamadılar.»[5]

Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında Zəhridən belə rəva‌yət olunur: Şair bu şe`rləri – "ya sahə həl ləkə fi fətya Ib‌ni Abbas" şe`rini oxuyan zaman alimlər müvəqqəti izdi‌vacı çirkin iş hesab etdilər.[6]

Bu rəvayətdə qeyd olunur ki, Ibni Abbas heç vaxt müvəqqə‌ti izdivacın halal olması fətvasından geri çəkilməmişdir, alim‌lərin bu barədə e`tinasız yanaşmaları və şairlərin həcv şe`rləri onu bu işdən çəkindirə bilməmişdir.

b) Səid ibni Cübeyrin əvvəlki rəvayətini təhrif etmiş və onu belə rəvayət etmişlər: Ibni Abbasa dedim: «Bilirsənmi nə etmisən və nə fətvalar vermisən? Sənin fətvanı süvarilər uzaq məntəqələrə aparmış, şairlər onun barəsində şe`rlər qoşmuşlar?!» O dedi: «Nə demişlər?» Dedim: Belə demişlər:

اَقُولُ لِلشَّيْخِ لَمَّا طَالَ مَجْلِسُهُ               يَا صَاحِ هَلْ لَكَ فِي فَتْيَا ابْنِ عَبَّاسٍ

يَا صَاحِ هَلْ لَكَ فِي بَيْضَاءَ بَهْكَنَة                    تَكُونُ مَثْوَاكَ حَتَّى مَصْدَرِ النَّاسِ

Ibni Abbas dedi: «Inna lillah və inna iləyhi raciun! Alla‌ha and olsun, mən buna dair fətva verməmişəm və bunu nəzər‌də tutmamışam. Mən müt`ədən yalnız Allah-taalanın zəru‌rət halında meytə, qan və donuz ətinin yeyilməsi miq‌da‌rın‌da fətva vermişəm.»[7]

Ibni Qüdamənin «Muğni» kitabında deyilir: O, ayağa qal‌xıb dedi: «Müvəqqəti evlənmə eynilə murdar olmuş heyvan, qan və donuz əti kimidir. Amma Peyğəmbərin bunun halal olma‌sı‌na dair icazəsinə gəldikdə isə, şübhəsiz, o, qüvvədən düş‌müş‌dür.»[8]

BU RƏVAYƏTIN IRADI

Müt`ənin halal olmasına müxalif olanlar bu rəvayəti Sə‌id ibni Cübeyrin dilindən nəql edərkən unutmuşlar ki, Səid ibni Cübeyr həmin kəsdir ki, Məkkədə[9] müt`ə edirdi. Həmçi‌nin, bunu da unutmuşlar ki, Ibni Abbasın səhabələri – məkkəlilər və yəmənlilər hamılıqla Ibni Abbasın məzhəbinə əsasən müvəqqəti izdivacı halal hesab edirdilər.[10] Əgər Ibni Abbas öz fətvasından geri çəkilsəydi, onda Əta, Tavus və başqa səhabələr həmin əsasda qalmazdılar.[11]

Heysəmi «Məcməüz-zəvaid» kitabında bu hədisin səhih olmadığını faş edərək deyir: «Bu hədisin sənədində Həccac ibni Ərtat kimi hiyləgər adam vardır.»[12]

Onun «Təhzibut-təhzib» kitabındakı tərcümeyi-halında deyi‌lir: «O, Yəhya ibni Əbi Kənir və Məkhuldan bir şey eşit‌mədən rəvayət nəql edir, buna görə də hədisşünaslar onu müdəl‌lis və hiyləgər adlandırmışlar. Çünki ondan artırılmadan salamat qalan bir hədis tapılmamışdır.»

Ibni Mübarək deyir: «Həccac hiyləgərlik edir və bizim üçün Əmr ibni Şüeybdən, o da Əzrəmidən tərk olunmuş hə‌dis‌‌lər deyirdi.»

Yə`qub ibni Əbi Şeybə deyir: «Onun (Həccacın) hədisləri süst və qarışıqdır.»[13]

v) Termizi və Beyhəqi Musa ibni Übeydədən, o da Məhəm‌məd ibni Kə`bdən, o da Ibni Abbasdan rəvayət edirlər ki, belə demişdir: «Müvəqqəti izdivac Islamın əvvəllərində var idi. Belə ki, tanınmaz ölkəyə daxil olan bir kişi iqamət qəs‌di etdiyi müddətdə bir qadınla evlənir və o qadın onun mal-dövlətini saxlayır, həyatını tənzim edirdi. Nəhayət "illa əla əzvacihim – yə`ni öz arvadları və kənizlərindən başqa – ayəsi na‌zil olduqda Ibni Abbas dedi: «Bu iki qrupdan başqa ayrı‌la‌rı ilə izdivac etmək haramdır.»[14]

BU HƏDISIN IRADI

Bu hədisin sənədində Musa ibni Übeydə adlı bir kəs var‌dır ki, «Təhzibut-təhzib» kitabında onun barəsində deyi‌lir: Əh‌məd demişdir: «Onun hədisi münkər və tanın‌maz‌dır. Mə‌nim nəzərimə görə onun rəvayəti caiz deyildir. O, xoşagəlməz hə‌dis‌ləri rəvayət etmişdir.»[15]

Müəllif: Bu hədisin mətnində qeyd olunur ki, müvəqqəti ev‌lənmə Islamın əvvəllərində var idi. Nəhayət "illa əla əzva‌cihim..." ayəsi nazil oldu. Bu ayədə qeyd olunan iki şəxsdən baş‌qa‌ları ilə evlənmək haramdır.

Mən bunu başa düşə bilmirəm... Əgər bu, Ibni Abbasın sözüdürsə, onda nə üçün bu ayənin nazil olmasından yarım əsr keçdikdən sonra Əbdüllah ibni Zübeyrlə müxalifətə qalxır və müvəqqəti izdivacın halal olmasına dair israr edir?! Bundan əlavə, məgər müvəqqəti evlənmə, evlənmənin növlərindən de‌yil‌dirmi? Həmçinin, əgər bu rəvayət səhih olsa və Ibni Abbas öz fətvasını – bu ayənin nazil olmasından sonra – Peyğəmbəri Əkrəm ¡-in dövründə boşlamışsa, onda imam Əli ona müt`ə barəsində mülayimlik göstərirdi ki,nə vaxt «sən özünüsevən bir adamsan!» - deyə buyurmuşdur![16]

q) Cabir ibni Əbdüllahdan nəql etmişlər ki, o demişdir: «Mü‌vəq‌qəti izdivac etdiyimiz qadınlarla birlikdə çölə çıx‌dıq ki, Peyğəmbəri Əkrəm ¡ buyurdu: «Bunlar Qiya‌mə‌tə qədər haramdır.» Bundan sonra onlar bizimlə vidalaşdı və ona görə də ora «ayrılıq yeri» adlandırıldı. Halbuki, on‌dan əvvəllər «vüsal yeri» idi.[17]

BU HƏDISIN IradLARI

Heysəmi deyir: «Bu rəvayəti Təbərani «Ovsət» kitabında gə‌‌tir‌‌mişdir. Onun sənədində Sədəqət (Ibni Əbdüllah) adlı adam vardır ki, Əhməd ibni Hənbəl onun barəsində deyir: «Onun heç bir dəyəri yoxdur. Onun hədisi münkər və tanın‌maz‌‌dır.» Müslüm («Səhihi Müslüm» kitabının müəllifi) onun barəsində demişdir: «Onun hədisi münkərdir.»[18]

Müəllif: Hədisin mətnində qeyd olunur ki, Cabir Peyğəmbərdən rəvayət edərək o həzrətin «Bunlar Qiyamətə qədər haramdırlar» - buyurduğunu demişdir. Halbuki, Cabir səhih və mütəvatir hədislərdə rəvayət edərək deyir: «Biz Pey‌ğəm‌bərin dövründə, Əbu Bəkrlə Ömərin dövründə müvəqqəti iz‌di‌vac edirdik. Nəhayət Ömər onu Əmr ibni Hərisin gördüyü işə görə qadağan etdi.

ğ) Beyhəqi «Sünən» kitabında və Heysəmi «Məcməüz-zəvaid» kitabında Əbu Hüreyrədən rəvayət edirlər ki, belə demişdir: Peyğəmbərlə birlikdə Təbuk müharibəsinə doğru yola düşdük. Sənyətul-vidada düşərgə saldıq. Peyğəmbər ağlayan bir neçə qadını gördükdə, buyurdu: «Nə üçün ağlayırlar?» Deyildi ki, bu qadınların ərləri onlarla müvəqqəti evlənmiş, sonra onlardan ayrılmışlar. Peyğəmbər ¡ buyurdu:

حَرَّمَ اَوْ هَدَمَ الْمُتْعَةَ النِّكَاحُ وَالطَّلاَقُ وَالْعِدَّةُ وَالْمِيرَاثُ

«Yə`ni: evlənmək, təlaq, iddə və miras müt`əni haram (yaxud məhv) etmişdir.»

Bu rəvayət «Məcməüz-zəvaid» kitabında belə qeyd olunur: «Pey‌ğəmbər ¡ bir çıraq gördü və ağlayan qadınları müşahidə etdi.»[19]

BU HƏDISIN IRADLARI

Bu hədisin sənədində Müəmməl ibni Ismail, Əbu Əbdür-Rəhman Ədvi adlı iki adam vardır ki, 205, yaxud 206-cı ildə vəfat etmişdir. «Təhzibut-təhzib» kitabında deyilir: «Buxari demişdir ki, onun hədisi münkər və tanınmazdır.»

Digəri demişdir: «O, kitablarını dəfn etdi, sonra (yaz‌ma‌dan) rəvayət etməyə başlamışdı. Buna görə də xatası və səhv‌ləri çox oldu. Belə ki, hətta bə`zi vaxtlar onun hədi‌si‌nin müqabilində dayanmaq elm əhlinə vacibdir. Çünki o, mün‌kər və tanınmaz rəvayətləri mö`təbər və e`timadlı şeyxlərin di‌‌lindən nəql edir (onların adına yazır) və bu da çox pis bir işdir. Çünki əgər bu münkər və tanınmaz rəvayəti zəif ra‌vi‌lərin dilindən desəydilər, onun üçün müəyyən bəhanə gəti‌rərdik.»[20]

Müəllif: Hədisin mətnində qeyd olunur ki, onlar Sənyətul-vi‌da‌da düşərgə saldılar. «Mö`cəmül-büldan» kitabında qeyd olun‌‌duğu kimi, Sənyətül-vida Mədinəyə açılan bir çınqıllı yer‌dir ki, hər kəs Mədinəyə tərəf gedərsə, oradan keçməli olur. O deyir: Səhih budur ki, bu, cahiliyyət dövrünə (Islam‌dan əvvəlki dövrə) məxsus olan qədimi bir addır. Buranın be‌lə adlandırılmasının səbəbi bu idi ki, müsafirlər orada vida‌laşır‌dılar.[21]

Bunun dəlili də budur ki, Peyğəmbəri Əkrəm ¡ Mək‌kədən Mədinəyə hicrət etdiyi zaman ənsar qadınları o həzrə‌tin pişvazına çıxıb dedilər:

طَلَعَ الْبَدْرُ عَلَيْنَا مِنْ ثَنْيَاتِ الْودَاعِ

"Ay Sənyətül-vidada bizim üzümüzə saçdı."[22]

Buna əsasən, Sənyətül-vida cahiliyyət dövrlərindən e`ti‌ba‌rən müsafirlərin görüşüb ayrıldığı yerin adıdır. Bu da Is‌lam‌dan sonra deyil, Islamdan qabaqkı dövrlə əlaqədar ad qoy‌madır.

Bundan əlavə, görəsən, nə üçün təkcə müvəqqəti izdivacla əq‌də keçirilən qadınlar sağollaşmaq üçün evdən çıxmalı, dai‌mi qadınlar isə gəlməməlidirlər?! Onların ağlamağının səbə‌bi nə idi? Onların ərləri qayıdışı olmayan bir səfərə get‌mir‌dilər ki?!

ə) Beyhəqi Əli ibni Əbi Talibin belə dediyini nəql edir: Peyğəmbər ¡ müt`əni qadağan edərək deyirdi: «Müvəqqəti evlənmə o kəs üçündür ki, (daim arvad) tapa bilməsin; və evlənmə, təlaq, iddə, mirasın hökmləri nazil olduğu zaman müt`ə hökmü qüvvədən düşdü.»[23]

BU HƏDISIN IRADI

Bu hədisin sənədində Musa ibni Əyyub vardır ki, Əqili onu zəiflər cərgəsində qeyd etmiş, Yəhya ibni Muin və Saci onu münkirul-hədis (hədisi inkar olunan) adlandırmışlar.[24]

Müəllif: Bu hədisin mətnində Əli -ın adından deyilir ki, o həzrət guya belə buyurmuşdur: «Peyğəmbəri Ək‌rəm müt`əni qadağan etmişdir.» Halbuki, o həzrətin özü buyurur: "Əgər Ömərin keçmiş rə`yi olmasaydı, fərman verərdim ki, müt`ə etsinlər. Bundan sonra bədbəxtdən başqa heç kəs zina etməzdi."

ç) Beyhəqi Əbdüllah ibni Məs`uddan rəvayət edir ki, belə de‌mişdir: «Müt`ə qüvvədən düşmüşdür: təlaq, mehriyyə, iddə və miras onu nəsx etmişdir.»[25]

BU HƏDISIN IradI

Bu ünvanda olan hədislərin ravilərindən biri Həccac ibni Ərtatdır ki, Həkəmdən və o da Əbdüllahın səha‌bə‌lə‌rin‌dən rəvayət edir. Belə ki, onun təqdimatı əvvəldə qeyd olundu. Onun barəsində demişlər: «Yalançı, (hiyləgər), mətrukdur və hədislərə özündən bə`zi şeylər artırır.» Bundan əlavə biz Həkəmin Əbdüllahın səhabələrinin hansı birindən rəvayət etdiyini bilmirik.

Digər bir rəvayətdə deyilir: «Bizim səhabələrdən bə`ziləri Həkəm ibni Üteybədən, o da Əbdüllah ibni Məs`uddan rəvayət etmişlər.» Biz bilmirik ki, «bə`zi səhabələr» - dedikdə məq‌səd kimlərdir. Əgər 113-cü ildə, yaxud ondan sonra dünyadan ge‌dən və altmışdan yuxarı yaşı olan Həkəm ibni Üteybəni deyir‌sə, onda otuz ikinci ildə vəfat edən Əbdüllah ibni Məs`‌uddan necə rəvayət nəql edə bilər?![26]

Bundan əlavə, hədisin mətni Əbdüllah ibni Məs`udun müt`ənin halal olması barəsindəki danılmaz rə`yi, eləcə də «fəməstəmtə`tum bi minhunnə ila əcəlin» - kimi qiraət və təfsir etməsi ilə aşkar ziddiyyətdədir.[27]

Yuxarıdakı üç hədisdə qeyd olunur: «Nikah, təlaq, iddə və miras müt`əni haram və məhv edir.» Bunun mə`nası odur ki, müvəqqəti evlənmə daimi izdivac və onunla əlaqədar işlərdən öncə qanun halına salınmışdır. Əgər «Müvəqqəti izdivac daimi izdivacın qanun halına salındığı vaxta qədər olmuş və bundan sonra nəsx edilmişdir» - deyilsə, bundan belə çıxır ki, Peyğəmbərin və səhabələrin əvvəldəki izdivac‌ları‌nın hamısı – daimi izdivacın hökmü nazil olduğu vaxta qə‌dər müvəqqəti evlənmə olmuşdur!!

s) «Məcməüz-zəvaid» kitabında Zeyd ibni Xalid Cəhənidən belə rəvayət olunur: «Dostumla birlikdə bir qadınla müvəq‌qəti evlənmə barəsində söhbət edirdik ki, bir nəfər gəldi və bizə dedi: «Peyğəmbəri Əkrəm ¡ müvəqqəti izdivacı, həm‌çinin, hər bir caynaqlı vəhşi heyvanın ətini və əhli‌ləşmiş uzunqulağın ətini haram etmişdir.»[28]

BU HƏDISIN IRADI

Heysəmi demişdir: «Bu hədisi Təbərani rəvayət etmişdir ki, onun da sənədində Musa ibni Übeydə Rəbəzi adlı şəxs zəif‌‌dir.[29] Bizim onun zəifliyi barəsindəki nəzərimiz yuxarıda qeyd olundu.

Bu hədisin mətnindən belə çıxır ki, onun ravisi Məkkə‌nin fəthində Səbrə Cühənənin rəvayəti ilə Xeybər barəsin‌də‌ki digər bir rəvayəti birlikdə nəql etmiş, caynaqlı heyvan‌la‌rın ətinin yeyilməsinin haramlığını ona artırmış və ha‌mı‌‌sını vahid bir sənəd və vahid tərkiblə rəvayət etmişdir.

d) «Məcməüz-zəvaid» kitabında Haris ibni Əziyyədən rə‌va‌yət olunur: Məkkə fəth olunan zaman Peyğəmbər ilk dəfə dedi: « Müvəqqəti evlənmə haramdır.»[30]

BU HƏDISIN IRADI

Heysəmi demişdir: Təbərani onu rəvayət etmişdir, halbu‌ki, onun sənədində Ishaq ibni Əbdüllah ibni Əbi Fərvə var‌dır.[31]

Digər alimlər də onun barəsində demişlər: «O, münkər və tanın‌maz hədisləri rəvayət edir, onun hədisinə istinad olun‌mur. Onu boşlamışlar, ondan rəvayət nəql etmək caiz deyil‌dir, onun hədisi yazılmır və s.»[32]

e) «Məcməuz-zəvaid» kitabında Kə`b ibni Malikdən belə rə‌vayət olunur: Peyğəmbər qadınlarla müvəqqəti evlənməyi qa‌da‌ğan etmişdir.

Heysəmi deyir: Təbərani onu rəvayət etmişdir, halbuki, onun rəvayətində Yəhya ibni Ənisə vardır.[33] Alimlər onun ba‌rə‌sində demişlər: «O zəifdir, hədis əhli onun rəvayətlərini yazmırlar. O yalançıdır, onun hədisi mətrukdur.»[34]

ə) Beyhəqi «Sünəni-kubra» kitabında Əbdüllah ibni Ömər‌dən belə rəvayət edir: Ömər minbərdə Allaha həmd-səna etdik‌dən sonra belə dedi: «Nə olub ki, bə`zi adamlar müt`ə ilə ev‌lə‌nirlər, halbuki, Peyğəmbər onu qadağan etmişdir?! Agah olun! Hər müt`ə edən bir şəxsi mənim yanıma gətirsələr, hökmən onu daş-qalaq edəcəyəm!»[35]

BU HƏDISIN IŞKALI

Bu hədisin sənədində Mənsur ibni Dinar adlı bir şəxs var‌dır. Yəhya ibni Muin onun barəsində deyir: «Hədisi zəif‌dir.» Nəsai deyir: «Onun hədisi güclü deyildir.» Buxari deyir: «Onun hədisində münaqişəli məsələ çoxdur.» Əqili onu zəiflər cərgəsində hesab etmişdir.»[36]

Bura qədər rical elmi alimlərinin tə`rifinə uyğun olaraq sənə‌dində zəiflik və irad olan hədisləri qeyd etdik. Gələcək fəsildə alimlərin səhihliyi barəsində yekdil fikirdə olduq‌ları hədisləri qeyd edəcəyik. Çünki ya kitablarda «səhih» adı ilə gəlmiş, yaxud da onun sənədinin düzgün‌lüyündə işkal etmə‌mişlər:

Birinci hədis: «Səhihi Müslüm», «Sünəni Nəsai», «Sünəni Beyhə‌qi», Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında[37] Şəhab Zəhri‌dən, o da Məhəmməd ibni Əlinin oğlu Əbdüllah və Həsəndən, onlar da atalarından belə rəvayət edirlər ki, Əli ibni Əbi Talibin Ibni Abbasa belə dediyini eşitmişlər: «Sən özünü bəyə‌nən bir adamsan! Peyğəmbəri Əkrəm ¡ Xeybərin fət‌hin‌də onu (müvəqqəti evlənməni) və əhliləşmiş ulaq əti‌ni yeməyi qadağan etmişdir.»[38]

Bu rəvayət həmin sənədlə və azacıq fərqlə «Səhihi Buxa‌ri», «Sünəni Əbi Davud», «Sünəni ibni Macə», «Sünəni Ter‌mizi», «Sünəni Darəmi», «Müvəttəi Malik», Ibni Əbi Şey‌bənin «Müsənnəf», «Müsnədi Əhməd», «Müsnədi Təyalisi» ki‌tab‌larında və başqa yerlərdə qeyd olunmuşdur.[39]

Ikinci hədisdə Əbuzərdən belə nəql olunur: «Müvəqqəti evlənmə bizim üçün – Peyğəmbər səhabələri üçün yalnız üç gün halal idi və ondan sonra Peyğəmbər qadağan etdi.»[40]

Həmçinin dedi: «Müvəqqəti evlənmə bizim qorxumuz və müha‌ribəmiz üçündür.»[41]

Üçüncü hədis: «Səhihi Müslüm», «Sünəni Darəmi», «Sünə‌ni ibni Macə», «Sünəni Əbi Davud» və digər kitablarda Mək‌kənin fəthində Peyğəmbərlə birlikdə olan Səbrə Cəhəni‌dən rəvayət olunur ki, o belə demişdir: «On beş gün ərzində Məkkədə iqamət etdik. Peyğəmbəri Əkrəm ¡ bizə icazə verdi ki, müvəqqəti evlənək. Mən və qohumlarımızdan bir kişi birlikdə çölə çıxdıq. Mən bir qədər göyçək, dostum isə bədqiyafəli idi. Hər birimizdə bir ədəd bərd (rida) var idi. Mə‌nim bərdim köhnəlmişdi, əmi oğlumunku isə təzə idi. Mək‌kənin aşağısına çatmışdıq ki, cavan və uca boylu bir qa‌‌dınla qarşılaşdıq. Ona dedik ki, bizim ikimizdən biri‌miz‌lə müvəqqəti izdivac etməyə razısanmı? O dedi: «Mehriyyə ola‌raq nə verirsiniz?» Bizim hər birimiz öz bərdimizi açıb gös‌tərdik. O, yoxlamağa başladı. Dostum ona dedi: «Bunun bər‌di köhnə, mənimki isə təzədir.» Belə cavab eşitdik: «Bunun bərdinin heç bir eybi yoxdur.» Bunu da iki-üç dəfə tək‌rarladı. Sonra onunla müvəqqəti evləndim. Məkkədən çıx‌mamış Peyğəmbəri Əkrəm ¡ onu qadağan etdi.»[42]

Digər bir rəvayətdə deyir: Peyğəmbər ¡ bu‌yur‌du: «Ey camaat! Mən özüm sizə icazə verdim ki, müvəqqəti iz‌di‌vac edəsiniz. Indi Allah onu Qiyamətə qədər haram etmiş‌dir.»[43]

Başqa bir rəvayətdə deyilir: «Peyğəmbəri gördüm ki, Rükn ilə Məqam arasında dayanıb buyururdu.»[44]

Yenə bir rəvayətdə deyir: «Peyğəmbəri Əkrəm ¡ Mək‌kə‌nin fəth olunduğu ildə Məkkəyə daxil olduq. Bizə müvəq‌qəti izdivaca dair əmr etdi. Məkkədən çıxmamışdıq ki, onu qadağan etdi.»[45]

Yenə başqa bir rəvayətdə deyilir: «Mən Peyğəmbərin döv‌rün‌də Bəni Amirdən olan bir qadınla müvəqqəti evlən‌miş‌dim və iki qırmızı bordu mehriyyə vermişdim. Sonra Pey‌ğəm‌bər bizi müt`ədən çəkindirib bu işi qadağan etdi.»[46]

Daha başqa bir rəvayətdə deyilir: «Peyğəmbər ¡ Mək‌‌kənin fəthində qadınlarla müvəqqəti izdivacı qadağan etdi.»[47]

Başqa bir rəvayətdə: Peyğəmbər ¡ müt`əni qadağan edə‌‌rək buyurdu: «Müt`ə bu gündən e`tibarən Qiyamətə qədər haram‌dır.»[48]

«Sünəni Əbi Davud», «Sünəni Beyhəqi» və sair kitablarda Rəbi ibni Səbrədən rəvayət olunur ki, o demişdir: Mən özüm şahid idim ki, atam belə rəvayət edirdi: «Peyğəmbəri Əkrəm ¡ «Həccətül-vida»da müt`əni qadağan etdi.»[49]

Dördüncü hədis: «Səhihi Müslüm», Ibni Əbi Şeybənin «Müsənnəf», «Müsnədi Əhməd», kitablarında Səlmət ibni Əkvədən belə rəvayət olunur: «Peyğəmbəri Əkrəm ¡-in Ovtasın fəth olunduğu ildə müvəqqəti evlənməni üç gün azad qoydu, sonra onu qadağan etdi.»[50]



[1] «Müsnədi Əhməd», 2-ci cild, səh.95, hədis:5694, 2-ci cild, səh.104, hədis:5808; «Məc‌məüz-zəvaid», 7-ci cild, səh.332-333, 4-cü cild, səh.265. Ibni Ömərdən rəvayət edi‌lir ki, ondan müt`ə barəsində soruşduqda, o, qəzəblənib dedi: «Haramdır!» Dedilər: «Axı Ibni Abbas onu işkalsız hesab edir?!» O dedi: «Allaha and olsun, Ibni Abbas bi‌lir‌di ki, Peyğəmbəri Əkrəm Xeybərin fəthində onu qadağan etmişdir və biz də zina‌kar deyildik!» «Məcməüz-zəvaid» kitabının müəllifi yazır: Təbərani onu rəvayət etmiş‌dir ki, onun nəql olunduğu vasitələrdən Mənsur ibni Dinar zəif şəxsdir.

Müəllif: Aydındır ki, o, Ibni Ömərin hədisini təhrif etmişdir.

[2] «Müsənnəf», Əbdürrəzaq, 7-ci cild, səh.502.

[3] «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.293; «Təfsiri Süyuti», 2-ci cild, səh.140.

[4] «Sünəni Beyhəqi», 7-ci cild, səh.306.

[5] «Sünəni Beyhəqi», 7-ci cild, səh.205.

[6] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.503.

[7] «Sünəni Beyhəqi», 7-ci cild, səh.204.

[8] Ibni Qüdamənin «Muğni» kitabı, 7-ci cild, səh.573.

[9] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.496.

[10] «Təfsiri Qurtubi», 5-ci cild, səh.133.

[11] «Muğni», Ibni Qüdamə, 7-ci cild, səh.571.

[12] «Məcməüz-zəvaid», 4-cü cild, səh.265.

[13] «Təhzibut-təhzib», 3-cü cild, səh.196-198.

[14] «Sünəni Termizi», 5-ci cild, səh.50; «nikahul-müt`ə» babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.206.

[15] «Təhzibut-təhzib», 10-cu cild, səh.356-360.

[16] Bu rəvayəti tezliklə «Səhih hədislər» bölməsində qeyd edəcəyik.

[17] «Məcməüz-zəvaid», 4-cü cild, səh.264; «Fəthul-bari», 11-ci cild, səh.34.

[18] Əhmədin və Müslümün Sədəqətin tərcümeyi-halı barəsindəki nəzərlərini «Təhzibut-təhzib», 4-cü cild, səh.416-dan nəqlən qeyd etmişik.

[19] «Sünəni Beyhəqi», 7-ci cild, səh.207; «Məcməüz-zəvaid», 4-cü cild, səh.264; «Fəthul-bari», 11-ci cild, səh.73.

[20] «Təhzibut-təhzib», 10-cu cild, səh.380-381.

[21] Bax: «Mö`cəmül-büldan», «Sənyətül-vida» maddəsi.

[22] «Ərrovzul-mö`tar», Himyəri; «Sənyətül-vida» maddəsi.

[23] «Sünəni Beyhəqi», 7-ci cild, səh.207.

[24] «Təhzibut-təhzib», Musa ibni Əyyubun tərcümeyi-halı, 1-ci cild, səh.336.

[25] «Sünəni Beyhəqi», 7-ci cild.

[26] «Təqribut-təhzib», 1-ci cild, səh.192 və 459.

[27] «Ömərdən sonra müt`ənin halal olmasına dair israr edilməsi» bölməsinə müraciət edə bilərsiniz.

[28] «Məcməüz-zəvaid», 4-cü cild, səh.266.

[29] Yenə orada.

[30] Yenə orada.

[31] Yenə orada.

[32] «Təhzibut-təhzib», 1-ci cild, səh.240, Ishaqın tərcümeyi-halı.

[33] «Məcməüz-zəvaid», 4-cü cild, səh.266, ravinin adı ilə birlikdə.

[34] «Təhzibut-təhzib», 11-ci cild, səh.183-814. Yəhya ibni Ənisənin tərcümeyi-halı.

[35] «Sünəni Beyhəqi», 7-ci cild, səh.206.

[36] «Əl-cərhu vət-tə`dil», Razi, 4-cü cild, 1-ci hissə, səh.171; «Mizanul-e`tidal», 4-cü cild, səh.183; «Lisanul-mizan», 6-cı cild, səh.95.

[37] Mətnin ibarələri müəllifdəndir.

[38] «Səhihi Müslüm», səh.1027; «nikahul-müt`ə» babı; «Sünəni Nəsai», «təhrimul-müt`ə» babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.201; «Müsənnəfi Əbdür-Rəzzaq», 7-ci cild, səh.501; «Məcməüz-zəvaid», 4-cü cild, səh.265.

[39] «Səhihi Buxari», 3-cü cild, səh.36; «Xeybər qəzvəsi» babı, 3-cü cild, səh.164; «nəhyu Rəsulillah ən nikahil-müt`ə əxirən» babı; «lühumul-hümüril-insiyyə» babı, 3-cü cild, səh.208, 4-cü cil, səh.135; «əl-hiylətu finnikah» babı; «Sünəni Əbi Davud», 2-ci cild, səh.90; «Sünəni ibni Macə», 13-cu cild, hədis:1961; «Sünəni Termizi», 5-ci cild, səh.48-49; «Sünəni Darəmi», 2-ci cild, səh.140; «Müvəttəi Malik», səh.542, hədis:42; «ni‌kahul-müt`ə» babı; Ibni Əbi Şeybə, «Müsənnəf», 4-cü cild, səh.292; «Müsnədi Əhməd», 1-ci cild, səh.79, 130, 143; «Müsnədi Təyalisi», hədis:111; «Fəthül-bari», qeyd olunan bab‌larda.

[40] «Sünəni Beyhəqi», 7-ci cild, səh.207.

[41] Yenə orada.

[42] «Səhihi Müslüm», səh.1024; «nikahul-müt`ə» babı; «Məcməüz-zəvaid», 4-cü cild, səh.264; «Sünəni Beyhəqi», 7-ci cild, səh.202.

[43] «Səhihi Müslüm», səh.1025; «Sünəni Darəmi», 2-ci cild, səh.140; «Sünəni ibni Macə», səh.631, hədis:1962; «Təbəqati ibni Sə`d», 4-cü cild, səh.348.

[44] «Səhihi Müslüm», səh.1025; «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.292.

[45] «Səhihi Müslüm», səh.1025; «Sünəni Beyhəqi», 7-ci cild, səh.202 və 204.

[46] «Səhihi Müslüm», 1027; «Sünəni Beyhəqi», 7-ci cild, səh.205.

[47] «Səhihi Müslüm», səh.1028; «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.294.

[48] «Səhihi Müslüm», səh.1027. Artıq şərhlə Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında 4-cü cild, səh.506; «Sünəni Beyhəqi», 7-ci cild, səh.203.

[49] «Sünəni Əbi Davud», 2-ci cild, səh.227; «nikahul-müt`ə» babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.204-205; «Təbəqati ibni Sə`d», 4-cü cild, səh.348.

[50] «Səhihi Müslüm», səh.1023, hədis:1405; «Müsənnəf», Ibni Əbi Şeybə, 4-cü cild, səh.292; «Müsnədi Əhməd», 4-cü cild, səh.55; «Sünəni Beyhəqi», 7-ci cild, səh.204; «Fəthul-bari», 11-ci cild, səh.73.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BMT-nin 50 tonluq yardımı Səna Hava Limanına gətizdirildi
AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi
Suriyada 700-ə yaxın yaraqlı silahı yerə qoydu
Azərbaycan Xalqının Tarixini məhv edən rejimdə Rəsulzadənin Stalini gizlətdiyi ...
Tale Bağırzadə: O kitabçanın mənə aidiyyatı yoxdur
Vəhhabilər Nigeriyada Məscid partladılıb, 22 nəfər həlak olub
XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI
Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən ...
Libiya höküməti sələfi terrorçuları ilə müharibədə

 
user comment