Azəri
Tuesday 9th of August 2022
0
نفر 0

IBNI ABBASLA BAŞQALARI ARASINDA olan IXTILAF

10-IBNI ABBASLA BAŞQALARI ARASINDA olan IXTILAF

Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında deyilir: (Ibni) Səf‌van dedi: «Bu Ibni Abbas zinaya dair fətva verir.» Ibni Ab‌bas dedi: «Mən zinaya fətva vermirəm! Məgər (Ibni) Səfvan Üm‌mü Ərakəni unutmuşdurmu? Allaha and olsun ki, o qadı‌nın övladı müt`ədən dünyaya gəlmişdir! Məgər o zina etmiş‌dir‌mi? Bəni Cəməh qəbiləsindən bir kişi onunla müvəqqəti izdi‌vac etmişdi.»[1]

Başqa bir rəvayətdə Tavusun belə dediyi nəql olunur: «Ib‌ni Səfvan zinaya dair fətva vermişdir? Ravi deyir: Ibni Ab‌bas müt`ədən dünyaya gələn bir neçə adamın adını çəkdi. O de‌yir: Mən onları eşitdim, yalnız Mə`bəd ibni Üməyyənin adı‌nı xatırlayıram.»[2]

Mə`bəd ibni Səlmə ibni Üməyyə Kimdir?

Rəvayətlərin birində qeyd olunduğu kimi Ibni Abbas demişdir: Ümmü Ərakədən başqa bir kəs mö`minlərin əmiri Öməri bu cür reaksiya göstərməyə vadar etməmişdi. O, hamilə halında çölə çıxdı və Ömər bunun səbəbini soruşduqda, belə cavab dedi: «Səlmət ibni Üməyyə ibni Xələf məni müvəqqəti olaraq əqdinə keçirmişdir.» Buna görə də Ibni Səfvan Ibni Abbasın nəzərini xoşagəlməz sayanda Ibni Abbas ona dedi: «Öz əmindən soruş!»[3]

«Cəmhərətul-ənsab» kitabında Ibni Həzm yazır: Üməyyə ibni Xələf Cəməhinin Əli, Səfvan, Rəbiə, Məs`ud və Səlmət adlı övladları var idi ki, Mə`bəd ibni Səlmət həmin Səlmət ibni Üməyyə ibni Xələfin oğludur. Onun anası da Ümmü Ərakə olmuşdur. Səlmə Ömərin, yaxud Əbu Bəkrin xilafəti dövründə onunla müvəqqəti evlənmiş və Mə`bəd ibni Səlmə də bu izdivacdan dünyaya gəlmişdir.»[4]

Müəllif: Bizim nəzərimizcə, Səfvan ibni Üməyyə elə Ibni Səfvanın atasıdır. Səfvan Səlmət ibni Üməyyənin qardaşı olduğuna görə Ibni Abbas ona demişdir ki, «əmindən soruş!» Həmçinin, demişdir: «Ümmü Ərakəni unutmusanmı? Allaha and olsun, onun övladı-yə`ni Mə`bəd ibni Səlmət Ibni Səf‌vanın əmisi-müvəqqəti evlənmədən dünyaya gətirdiyi övladdır. O zina etmişdirmi?» Müt`ə yolu ilə dünyaya gələn övladları saydıqda, bu Mə`bədi də onlardan biri hesab etmişdir.



[1] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.498; «müt`ə» babı. Ibni Abbasın Cəməh‌dən bir kişi dedikdə məqsədi Səlmət ibni Üməyyədir. Mətnin ibarələrində Səfvan qeyd olunur ki, onu əsli Ibni Səfvan olmalıdır. Ikinci rəvayətdə də belə qeyd olu‌nur. Çünki Səfvan əvvəlcə Məkkədə vəfat etmişdi. Ibni Abbasın müt`ə barəsindəki mü‌na‌‌qişəsi isə Əbdüllah ibni Zübeyrin hakimiyyəti dövründə olmuşdur.

[2] «Müsənnəf» Əbdür-Rəzzaq», 7-ci cild, səh.499.

[3] Yenə orada.

[4] «Cəmhərətul-ənsab», Ibni Həzm, səh.159-160.

273
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:
لینک کوتاه

latest article

Nardaranda öldürülən polislər dindar idi''
Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Yəmənə təcavüz edən Səudiyyə rejiminin Rəbuə şəhəri süqut etdi
İmam Həsən Əskəri əleyhissəlamın təhlükəsizlik təbdirləri
Suriya Hələbin azadlığı uğrunda genişmiqyaslı quru əməliyyatlarına başladı
Ruhullah Axundzadənin səhhəti pisləşib
Qum tələbələri Xocalı faciəsinin 26-cı ildönümünü andılar
İran məclisi ABŞ-ın müzakirələrdəki fitnələri qarşısında susmayacaq
ON ÜÇÜNCÜ HEKAYƏT
IMAM ƏLI ™-IN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

 
user comment