Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

bir MISAL VƏ ibrət

bir MISAL VƏ ibrət

Gördüyünüz kimi, təməttö ümrəsinə – bu qədər israr və ma‌ne‌çiliklərlə belə-nəhayət təqribən yetmiş min, yaxud yüz min nəfərin vasitəsilə və Peyğəmbəri Əkrəm ¡-lə birlikdə «Həccətül-vida»da əməl olundu və bu Nəbəvi sünnə‌sini bu qədər saya malik olan bu qrup Peyğəmbərdən rəvayət etdi‌lər. O kəslər ki, öz gözləri ilə görmüş, qəlbləri ilə onun əncamını müşahidə etmişdilər, eyni halda səhabə xə‌li‌fə olan Ömər ibni Xəttab müsəlmanları ondan çəkin‌dir‌miş və bunu yerinə yetirənləri cəzalandırmışdır.

Həmçinin, müsəlmanlar – istər səhabələr, istərsə də tabe‌in‌‌lər –bu hadisədə onu dəstəklədilər, onların bu işi dəs‌tə‌k‌‌ləyən əməllərindən biri də Peyğəmbəri Əkrəm ¡-dən hə‌dis rəvayət etmələri idi. Guya o həzrət ümrəni qadağan et‌miş‌‌di. Bu hadisədə müşahidə etdiyimiz digər bir hadisə və digər bir dastan da xəliflərin Allahın Kitabı, Peyğəm‌bə‌‌rin sünnəsi müqabilində ictihadları, müsəlmanların – sə‌habə, tabein və başqalarının ona tabe olmaları idi. Bu bizim üçün bir ibrət dərsidir: bilməliyik ki, onların Pey‌ğəm‌‌bəri Əkrəmlə Qədir-Xum günündəki hökmü ilə, eləcə də o həzrətin imam Əli -ın haqqında buyurduğu aşkar fər‌ma‌nı ilə (elə məhz həmin səfərdə baş vermişdi) və o həzrətin baş‌qa hədisləri ilə müxalifət etmələri qəribə bir iş de‌yil‌di, xüsusilə bunu nəzərə alaq ki, onların hökumət və ima‌mət ilə əlaqədar ictihadi məsələlərdə məqsədləri onla‌rın təməttö ümrəsini dəyişdirməklə əlaqədar məqsəd‌lərindən qat-qat güclü idi. Belə isə, ey ağıllılar, ibrət alın!

b) MÜT`ƏTUN-NISA, YAXUD MÜVƏQQƏTI IZDIVAC

Ömər ibni Xəttabdan mütəvatir şəkildə nəql olunmuşdur ki, o belə demişdir: «Peyğəmbərin dövründə iki növ müt`ə (ha‌‌lal şeydən bəhrələnmək) var idi ki, mən indi onları qa‌da‌‌ğan edirəm. Hər kəs onu yerinə yetirsə, cəzalandıracağam: Həcc müt`əsi və qadınlar müt`əsi.»[1]

Həcc müt`əsi, eləcə də xəlifə Ömərin onu qadağan etməsi ilə əlaqədar bəhslər yuxarıda qeyd olundu. Burada isə qadın‌la‌‌rın müt`əsi və onun Ömər tərəfindən qadağan olunmasının sə‌bə‌b‌lərini araşdıracaq, xəlifənin bu barədəki ictihadla‌rı‌nı bəyan edəcəyik:

1- XÜLƏFA MƏKTƏBININ MƏNBƏLƏRINDƏ MÜT`ƏTUN-NISA, YAXUD MÜVƏQQƏTI IZDIVAC

«Təfsiri Qurtubi» kitabında deyilir: Keçmişdəki və ha‌zır‌‌kı alimlər bu barədə yekdil nəzərdədirlər ki, müt`ə mü‌vəq‌‌qəti bir izdivacdır ki, onda irs yoxdur, ayrılması da tə‌laq‌‌sız baş verir və tə`yin olunmuş müddətin axırında bir-birindən ayrılırlar.

Ibni Ətiyyə deyir: «Müt`ə (müvəqqəti izdivac) odur ki, ki‌şi qadını iki şahidin hüzurunda və qadının vəlisinin ica‌‌zə‌si ilə müəyyən olunmuş müddətə qədər özünə arvad etsin. Bu şərtlə ki, bir-birindən irs aparmırlar, kişi də razı‌laş‌‌dıqları mehriyyəni ona verməlidir. Tə`yin olunmuş müd‌dət sona çatan zaman kişinin qadın üzərində heç bir haqqı yox‌‌dur; qadın aylıq adəti baş verib paklanana qədər iddə sax‌‌la‌malıdır, çünki (ehtimal olunan) övlad şəksiz o ikisinə mül‌‌həq olur və iddə saxlayıb hamilə olmadığına yəqin etdik‌dən sonra onun başqa kişilərlə izdivacı caizdir.[2]

«Səhihi Buxari» kitabında Peyğəmbər ¡-in belə bu‌yur‌duğu rəvayət olunur: "Hər kişi və qadın (müvəqqəti izd‌ivac‌da) razılığa gəlsələr, o ikisinin müvəqqədti həyatı üç ge‌cəyə qədər davam edir. Ondan sonra istəsələr, ya ona əla‌və edər‌lər, ya da bir-birində ayrılarlar."[3]

Ibni Əbi Şeybənin «Müsənnəf» kitabında Cabirdən belə rə‌va‌yət olunur: «Hər vaxt tə`yin olunmuş müddət sona çatsa və ye‌ni‌‌dən başlamaq istəsələr, gərək qadına digər bir mehriyyə ver‌‌sin.»

Ondan soruşdular: «Qadının iddəsi nə qədərdir?»

Dedi: «Bir heyz miqdarındadır ki, öz əri üçün saxla‌ma‌lı‌dır.»[4]

«Qurtubi təfsiri»ndə Ibni Abbasın belə dediyi rəvayət olu‌nur: «Qadının iddəsi bir heyz miqdarındadır.» Və demiş‌dir: «Bir-birindən irs aparmırlar.»[5]

Təbərinin təfsirində Sədidən nəql olunur ki, "fəməs‌təm‌tə`‌tum bihi minhunnə ila əcəlin müsəmmən fəatuhunnə" – ayəsi‌nin təf‌sirində deyir: Bu müt`ə belə bağlanır ki, kişi və qa‌dın bir müəyyən olunmuş müddət üçün iki şahidin hüzurunda və qa‌dı‌nın vəlisinin icazəsi ilə izdivac edirlər. Müddət so‌na çat‌dığı zaman kişinin qadın üzərində heç bir haqqı yox‌dur və qadın azaddır. Yalnız öz bətnini pak etməlidir (id‌də saxlamalıdır). Onlar bir-birindən irs aparmır.»[6]

Zəməxşəri özünün «Kəşşaf» təfsirində "fəməstəmtə`tum bi‌hi minhunnə..." - ayəsinin təfsirində demişdir ki, bu ayə üç gün‌‌lük müt`ə barəsində nazil olmuşdur və onun hökmü Alla‌hın Məkkəni Peyğəmbərin üzünə açdığı (fəth etdiyi) dövrə qə‌dər qalmışdır. Sonra nəsx olundu. O belə idi: Kişi qadı‌nı mə`lum bir müddətdə bir gecə, iki gecə-yeddi gecəyə qədər pal‌‌tar və ya başqa bir şey (mehriyyə ünvanı ilə) verməklə öz əq‌di‌nə keçirir və ondan ləzzət alır, sonra azad qoyur. Ona gö‌‌rə müt`ə (faydalanmaq) adlanır ki, kişi qadından ləzzət, ya‌xud qadın kişidən mehriyyə alır.»[7]

Bura qədər qeyd olunanlar xüləfa məktəbinin mənbələrində müt`ətun-nisa, yaxud müvəqqəti izdivacla əlaqədar idi. Onun imamiyyə fiqhindəki tə`rifi aşağıda qeyd olunacaq.

2-ƏHLI-BEYT ¢ FIQHINDƏ MÜVƏQQƏTI EVLƏNMƏ

«Müt`ətun-nisa», yaxud «müvəqqəti evlənmə» belədir ki, qa‌dın şəxsən, yaxud öz vəkilinin vasitəsilə özünü mə`lum bir müddət və tə`yin olunmuş mehriyyə ilə bir kişinin iz‌di‌va‌cı‌na keçirir. Əvvəlcədən də onunla izdivacına şər`i bir ma‌neə olmamalıdır. Şər`i maneə: nəsəbi qohumluq, səbəbi qo‌hum‌luq, süd vasitəsilə yaranan qohumluq, iddədə olmaq və ya ər‌də olmaq. Nəzərdə tutulmuş və mə`lum olunmuş müddət so‌na çatdığı, yaxud ər müddətin qalanını qadına bağış‌la‌dı‌ğı zaman bir-birindən ayrılırlar. Əgər yaxınlıq baş ver‌miş olsa, qadın iki (adət) müddətində iddə saxlamalıdır. Əgər aylıq adəti olmayan qadınlar sır‌asındadırsa və yai‌sə‌lik həddinə çatmayıbsa, qırx beş gün gözləməlidir. Amma əgər yaxınlıq baş verməmişsə, onda, düxuldan qabaq təlaq veril‌miş qadın kimidir və iddə saxlaması lazım deyil.

Müvəqqəti evlənmədən əmələ gələn övlad bütün şər`i hökm‌lərdə daim izdivacdan yaranan övladın hökmünə malik‌dir.[8]

3-ALLAHIN KITABINDA MÜVƏQQƏTI EVLƏNMƏ

Mütəal Allah buyurur:

فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا

"Ləzzət aldığınız qadınların mehriyyəsini onlara verin. Əgər müəy‌yən mehriyyədən sonra bir şeyə razılaşsanız, sizə qorxusu yoxdur, çünki Allah əlim (elmli) və həkimdir."[9]

XÜLƏFA MƏKTƏBINDƏKI RƏVAYƏTLƏRDƏ BU AYƏNIN TƏFSIRI

1. Əbdür-Rəzzaq özünün «Müsənnəf» kitabında Ətanın be‌lə dediyini nəql edir: Ibni Abbas bu ayəni qiraət edərək be‌lə təfsir edirdi:

فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ--- اِلَي اَجَلٍ مُسَمًّي ---فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً

Yə`ni "mə`lum bir müddət üçün ləzzət aldığınız qadınların meh‌riy‌yəsini onlara verin."[10]

2. «Təfsiri Təbəri» kitabında Həbib ibni Əbi Sabitin be‌‌lə dediyi nəql olunur: Ibni Abbas mənə bir Müshəf verdi və dedi: «Bu Qur`an Übeyyin qiraəti (və təfsiri) əsa‌sın‌da‌dır.» O deyir: Bu ayənin təfsiri o Müshəfdə belə idi:

فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ--- اِلَي اَجَلٍ مُسَمًّي

Yə`ni "mə`lum və tə`yin olunmuş müddətə qədər qadınlardan ləzzət alsanız..."[11]

3. «Təfsiri Təbəri»də Əbu Nəzrədən iki yolla belə rə‌vayət olunur: «Ibni Abbasdan «müt`ətün-nisa» barəsində so‌ruş‌dum. O dedi: «Məgər «Nisa» surəsini oxumamısanmı?» De‌dim: «Əlbəttə ki, oxumuşam!» O dedi: "Fəməstəmtə`tum bihi min‌hunnə ila əcəlin musəmma" - ayəsini oxumamısanmı? Dedim: «Əgər onu belə oxusaydım və öyrənsəydim, sizdən soruş‌maz‌dım.» O dedi: «(Necə ki, dedim) elədir»!

4. Həmçinin Əbu Nəzrədən belə rəvayət olunur: Bu ayəni Ib‌ni Abbasa qiraət etdim: "Fəməstəmtə`tum bihi minhunnə." Ib‌ni Abbas dedi: «Ila əcəlin musəmma», yə`ni mə`lum müddətə qədər. O deyir: «Mən dedim ki, mən bunu belə oxumamışdım və belə bilmirdim.» O dedi: «Allaha and olsun ki, Allah onu belə nazil etmişdir.» Və bu ayəni üç dəfə təkrarladı.

5. Ümeyr və Əbu Ishaqdan rəvayət edilir ki, ayəni belə qira‌ət (və təfsir) etmişdir: "Fəməstəmtə`tum bihi minhunnə ila əcə‌lin musəmma."

6. Mücahidin belə dediyi rəvayət olunur: "Fəməstəmtə`tum bi‌hi minhunnə", yə`ni müvəqqəti nikahdan ibarətdir.

7. Əmr ibni Mürrə rəvayət edir: Səid ibni Cübeyrdən eşit‌dim ki, ayəni belə qiraət (və təfsir) edirdi: "Fəməs‌təm‌tə`‌tum bihi minhunnə ila əcəlin musəmma."

8. Qütadə deyir: «Übeyy ibni Kə`bin qiraətində (və təfsi‌rin‌də) belə idi: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin mu‌səm‌ma."

9. Şö`bə ibni Həkəm rəvayət edir ki, belə demişdir: «On‌‌dan soruşdum ki, bu ayə qüvvədən salınıb nəsx edilmiş‌dir‌‌mi?» Dedi: «Xeyr!»[12]

10. Cəssasın «Əhkamul-Qur`an» kitabında Əbu Nəzrənin rəva‌yəti və Əbu Sabitin rəvayəti Ibni Abbasdan, Übeyy ibni Kə`‌bin qiraət hədisi də qeyd olunmuşdur.[13]

11. Beyhəqi özünün «Sünəni-kubra» kitabında Məhəmməd ib‌ni Sə`ddən rəvayət edir ki, Ibni Abbas dedi: Müt`ə (müvəq‌qə‌‌ti izdivac) Islamın əvvəllərində olmuşdur və müsəl‌man‌lar bu ayəni belə qiraət (və təfsir) edirdilər: "Fəməstəm‌tə`‌tum bihi minhunnə ila əcəlin musəmma."[14]

12. Nüvəvi özünün «Səhihi Müslüm» kitabında yazdığı şər‌hində deyir: Ibni Məs`udun qiraətində (təfsirində) ayə belədir: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin."[15]

13. Zəməxşəri öz təfsirində deyir: Ibni Abbasdan rəvayət olun‌muşdur ki, belə deyirmiş: «Bu ayə Qur`anın möhkəm ayə‌lə‌rindəndir, yə`ni nəsx olunmamışdır.» Onun özü də bu ayə‌ni həmişə belə qiraət (və təfsir) edərmiş: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin musəmma."[16]

14. Qurtubi deyir: «Alimlərin hamısı deyirlər ki, bu ayə‌dən məqsəd müt`ə nikahı (müvəqqəti izdivac)-dır ki, Isla‌mın əv‌vəl‌lərində olmuşdur. Ibni Abbas, Ibni Əbi Kə`b və Ibni Cü‌beyr ayəni belə qiraət (və təfsir) etmişlər: "Fəməstəm‌tə`‌tum bihi minhunnə ila əcəlin musəmma, fəatuhunnə ücurəhunnə." - Yə`‌ni müəyyən və tə`yin olunmuş müddət ərzində (əqdinizə keçirtdiyiniz müd‌dət‌də) ləzzət aldığınız qadınların mehriyyəsini onlara verin."[17]

15. Ibni Kəsirin təfsirində qeyd olunur: «Ibni Abbas, Übeyy ibni Kə`b, Səid ibni Cübeyr və Sədi ayəni belə qiraət (və təfsir) edirdilər: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin musəm‌ma, fəatuhunnə ücurəhunnə fərizətən."[18]

16. Süyutinin təfsirində Übeyy ibni Sabit, Əbu Nəzrənin hə‌‌disi, Qütadənin və Səid ibni Cübeyrin rəvayəti, Übeyy ibni Kə`‌‌bin qiraəti (və təfsiri) barəsindəki, eləcə də Müca‌hi‌din, Sədinin və Ətanın Ibni Abbasdan etdiyi rəvayətlərdə və Həkəmin hədisində deyilir: «Bu ayə nəsx olunmamışdır.» Əta‌‌nın Ibni Abbasdan nəql etdiyi rəvayətdə deyilir: «Həkəm «Ni‌‌sa» surəsindəki "Fəməstəmtə`tum bihi" - ayəsini müt`ənin ha‌lal olmasına hökm etmişdir.»

O deyir: «Onlar bir-birindən irs aparmır, əgər müəyyən olun‌‌muş müddətdən sonra izdivacı davam etdirmək istəsələr, çox yaxşı; amma əgər bir-birindən ayrılsalar, o da yaxşı‌dır.»[19]

Müəllif: Bütün bu müfəssirlər və onlardan başqaları bu ayə‌nin təfsirində qeyd olunanları nəql etmişlər. Gördüyünüz ki‌mi, Ibni Abbas, Übeyy ibni Kə`b, Səid ibni Cübeyr, Müca‌hid, Qütadə və onlardan başqaları[20] ondan rəvayət etmişlər ki, ayəni belə qiraət (və təfsir) etmişdir: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin musəmma." Yə`ni misal üçün: Übeyy ibni Kə`b ayəni belə qiraət və təfsir etdikdə məqsədi bu idi ki, bu təfsiri Peyğəmbərdən eşitmiş və Peyğəmbər də "ila əcə‌lin musəmma" - deyə buyurduqda, ayəni həmin cümlə ilə təfsir et‌mişdir.

4-SÜNNƏDƏ MÜVƏQQƏTI EVLƏNMƏ

a) «Səhihi Müslüm», «Səhihi Buxari», Əbdür-Rəzzaqın «Mü‌sən‌nəf», Ibni Əbi Şeybənin «Müsənnəf», «Müsnədi Əh‌məd», «Sünəni Beyhəqi» və digər kitablarda Əbdüllah ibni Məs‌`‌‌ud‌dan rəvayət olunur ki, o, belə demişdir: «Biz Peyğəm‌bə‌‌rin önündə cihad aparırdıq və həyat yoldaşımız yanı‌mız‌da deyildi. Dedik: «Yaxşı olmazmı ki, özümüzü axtalayaq?» Pey‌‌ğəm‌bər ¡ əvvəlcə bizi bu işdən çəkindirdi, sonra ica‌‌zə verdi ki, mehriyyə (paltar və sair kimi şeylər) ver‌mək‌lə dul qadınları müvəqqəti olaraq əqdlərinə keçir‌sin‌lər. Əbdüllah sonra bu ayəni («Maidə» surəsi, ayə:87) tilavət etdi:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ

"Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pakizə şeyləri ha‌ram etməyin və həddinizi aşmayın, çünki Allah hədlərini aşanları sev‌mir."[21]

b) «Səhihi Müslüm, «Səhihi Buxari», Əbdür-Rəzzaqın «Mü‌‌sən‌n‌əf» kitablarında Cabir ibni Əbdüllahdan və Səl‌mət ibni Əkvədən rəvayət edirlər ki, onlar belə deyir‌miş‌lər: Peyğəmbərin münadisi (carçısı) bizə tərəf gəlib de‌di: «Pey‌ğəmbər sizə icazə vermişdir ki, dul qadınlarla müt`ə edə‌siniz, yə`ni müvəqqəti olaraq evlənəsiniz.»[22]

ğ) «Səhihi Müslüm», «Müsnədi Əhməd» və «Sünəni Bey‌həqi» kitablarında Səbrət Cühənidən rəvayət edilir ki, belə de‌mişdir: «Peyğəmbər bizə müt`əni (müvəqqəti izdivacı) icazə ver‌di. Mən və başqa bir kişi Bəni Amir qəbiləsindən olan bir qadına elçi getdik. O, güclü və uca boylu bir qadın idi. Soruşdu: «Mehriyyə olaraq nə verirsiniz?» Mən dedim: «Ri‌damı.» Mənim yoldaşım da dedi: «Ridamı.» Yoldaşımın ri‌da‌sı mənim ridamdan yaxşı idi, lakin mən ondan cavan idim. Onun ridasına baxdığı zaman onu bəyəndi və mənə bax‌dığı zaman özümü bəyənib mənə dedi: «Sən və sənin ridan mə‌nə kifayətdir.» Onunla müvəqqəti olaraq evləndim və üç gün onunla birlikdə oldum. Sonra Peyğəmbər buyurdu: «Hər kəs bu qadınlarla müvəqqəti evlənibsə, onları azad burax‌sın.»[23]

q) «Müsnədi Təyalisi» kitabında Müslüm Qürəşidən rə‌vayət olunur ki, o, belə demişdir: «Əbu Bəkrin qızı Əsma‌nın yanına getdim və ondan müvəqqəti evlənmə barəsində soruşdum. O dedi: «Biz Peyğəmbərin vaxtında onu edirdik.»[24]

d) «Müsnədi Əhməd» və başqa kitablarda Əbu Səid Xid‌rinin dilindən belə nəql olunur. «Biz Peyğəmbərin dövründə müt`ə edir və paltarı mehriyyə kimi qərar verirdik.»[25]

ə) Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında deyilir: Biz‌lər‌dən bə`zilərimiz un ilə dolu olan bir qabla (mehriyyə qə‌rar verib) müt`ə edirdik.[26]

j) «Səhihi Müslüm», «Müsnədi Əhməd» və başqa kitab‌lar‌‌da Ətadan belə rəvayət olunur: «Cabir ibni Əbdüllah üm‌rə‌‌ni yerinə yetirmək üçün (Məkkəyə) gəldi və biz mənzildə onun görüşünə getdik. Camaatdan ondan bə`zi məsələləri soruş‌dular. Sonra müt`ə bəhsini irəli çəkdilər. Cabir dedi: «Bəli, biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müt`ə (müvəqqəti izdivac) edirdik.»[27]

«Müsnədi Əhməd» kitabında ondan sonra deyilir: «Bu iş Ömərin xilafətinin axırlarına qədər davam etdi.»

«Bidayətul-müctehid» kitabında deyilir: «Bu iş Ömərin xila‌fətinin ortalarına qədər davam etdi, sonra Ömər camaatı onu yerinə yetirməkdən çəkindirdi.»[28]



[1] «Təfsiri Qurtubi», 2-ci cild, səh.370; «Təfsiri Kəbir», 2-ci cild, səh.167, 201-202; «Kənzül-ümmal», 8-ci cild, səh.293-294; «Əl-bəyanu vət-təbyin», Cahiz, 3-cü cild, səh.223.

[2] «Təfsiri Qurtubi», 5-ci cild, səh.132.

[3] «Səhihi Buxari», 3-cü cild, səh.164; «nəhyu Rəsulillah ən nikahil-müt`əti əxirən» babı.

[4] «Əl-müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.499; «müt`ə» babı.

[5] «Təfsiri Qurtubi», 5-ci cild, səh.132; «Təfsiri Nişaburi», 5-ci cild, səh.17.

[6] «Təfsiri Qurtubi», 5-ci cild, səh.9.

[7] «Təfsiri Kəşşaf», 1-ci cild, səh.519.

[8] Imamiyyə fəqihlərinin əməli risalələrinə, eləcə də istidlali fiqh kitab‌ları‌na, «Şərhi-lüm`ə», «Şəraye» və sair kimi yerlərdə müt`ə nikahının hökmlərinə baxa bi‌lər‌‌siniz.

[9] «Nisa», surəsi, 24-cü ayə.

[10] «Əl-müsənnəf», 7-ci cild, səh.497-498; «müt`ə» babı. Əbdür-Rəzzaq ibni Hümam Sən`‌a‌ni‌nin kitabıdır ki, 126-cı ildə dünyaya gəlmiş, 211-ci ildə vəfat etmişdir. Beyru‌tun el‌mi məcmə nəşri, 1390-1392-ci ilin çapı. Onun hədisini altı «Sihah» müəllif‌lə‌ri‌nin hamısı rəvayət etmişlər. Onun tərcümeyi-halı «Əl-cəm`u beynə ricalis-səhi‌heyn», «Təq‌ribut-təhzib», «Bidayətul-müctehid», 2-ci cild, səh.63-də oxuya bilərsiniz.

[11] «Təfsiri Təbəri», 5-ci cild, səh.9.

[12] 2-9-cu rəvayətlər «Təfsiri Təbəri»dəndir. Biz onların bə`zilərini xülasə şəkildə qeyd etdik.

[13] «Əhkamul-Qur`an», 2-ci cild, səh.147.

[14] «Sünəni Beyhəqi», 7-ci cild, səh.205.

[15] «Şərhi Nüvəvi», «Səhihi Müslüm» kitabına yazdığı şərh, 9-cu cild, səh.179.

[16] «Təfsiri Kəşşaf», Zəməxşəri, 1-ci cild, səh.519.

[17] «Təfsiri Qurtubi», 5-ci cild, səh.130.

[18] «Təfsiri ibni Kəsir», 1-ci cild, səh.474.

[19] «Təfsiri Süyuti», 2-ci cild, səh.140-141. Ətanın rəvayəti Əbdür-Rəzzaqın «Müsən‌nəf» kitabında 7-ci cild, səh.49.-də mövcuddur. Həmçinin Ibni Rüşdün «Bidayətul-müc‌‌‌te‌hid» kitabının 2-ci cildinin 63-cü səhifəsinə baxa bilərsiniz.

[20] Məsələn, Qazi Əbu Bəkr Əndəlusi (542-ci ildə vəfat edib) «Əhkamul-Qur`an» kita‌bı, 1-ci cild, səh.163-də, Bəğəvi Şafei (510, yaxud 516-cı ildə vəfat edib) «Xazinə» yazdığı «Haşiyə təfsiri»ndə 1-ci cild, səh.423, Alusi (1379-cu ildə vəfat edib) öz təfsirində 5-ci cild, səh.5-də.

[21] «Səhihi Müslüm», «nikah» kitabı, hədis:1404, səh.1022, müxtəlif sənədlərlə; «Sə‌hi‌‌hi Buxari», 3-cü cild, səh.85; «Maidə» surəsinin təfsirində, «nikah» kitabı, 3-cü cild, səh.159; «ma yəkrəhu minət-təbəttuli» babında, ibarələrdə azacıq fərqlə; Əbdür-Rəz‌zaqın «Müsənnəf» kitabı, 7-ci cild, səh.506, hədisin axırına qədər əlavə izahatla; Ib‌‌ni Əbi Şeybənin «Müsənnəf» kitabı, 4-cü cild, səh.294; «Müsnədi Əhməd», 1-ci cild, səh.420 və onun haşiyəsində deyilir: Ibni Məs`ud bu hökmə əməl və müvəqqəti ev‌lən‌‌məni halal hesab edirdi, 432-ci səhifədə xülasəsini qeyd edib; «Sünəni Beyhəqi», 7-ci cild, səh.200-201; «Təfsiri ibni Kəsir», 2-ci cild, səh.87.

[22] «Səhihi Müslüm», səh.1022, hədis:1405; «Səhihi Buxari», 3-cü cild, səh.164; «nəhyu Rəsu‌‌lillah ən nikahil-mut`əti əxirən» babı. Buxarinin ibarələrində deyilir: «Biz bir or‌du‌‌da idik ki, Peyğəmbərin göndərdiyi adam yanımıza gəldi və...» «Müsnədi Əh‌məd» kita‌bında da belə qeyd olunur, 4-cü cild, səh.51, onun xülasəsi, səh.47; Əbdür-Rəzzaqın «Müsənnəf» kitabı, 7-ci cild, səh.498, azacıq fərqlə.

[23] «Səhihi Müslüm», «nikah» kitabı, səh.1024, hədis:1046; «Sünəni Beyhəqi», 7-ci cild, səh.202-203; «Müsnədi Əhməd», 3-cü cild, səh.405.

[24] «Müsnədi Təyalisi», hədis:1637.

[25] «Müsnədi Əhməd», 3-cü cild, səh.22; «Məcməüz-zəvaid», 4-cü cild, səh.265.

[26] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.458.

[27] «Səhihi Müslüm», «nikah» kitabı, səh.1023, hədis:1405; «Şərhi Nüvəvi», 9-cu cild, səh.183; «Müsnədi Əhməd», 3-cü cild, səh.380; «Ricali Əhməd», «Ricalus-səhiheyn», Əbu Davud; «sədaq» babında deyir: Peyğəmbərin, Əbu Bəkrin dövründə və Ömərin xila‌fə‌tinin yarısında müvəqqəti izdivac edirdik. Sonra Ömər onu qadağan etdi. Həmçinin «Ümdətul-qari», 8-ci cild, səh.310.

[28] Bidayətul-müctehid», Ibni Rüşd, 2-ci cild, səh.63.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ağaəli Yəhyayevin istintaq müddəti 5 ay artırıldı
Ruhullah Axundzadənin səhhəti pisləşib
Uşaq qatili olan yəhudilər südəmər Fələstinli uşağı qətlə yetirdilər
Məşəhd şəhərində İmam Hüseyn karvanının Kərbala çölünə daxli olmasının ...
ƏHLİ BEYT(Ə)-A MƏHƏBBƏT
Şeyx “Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqresində ...
İİR-ın Quran qarisi Məhdi Qulam Nijad, Rusiyada keçirilən Quran Müsabiqəsində ...
Fələstin-İsrail danışıqları oktyabrın sonuna təxirə salınıb
Həcc ziyarətini xərc itkisi hesab edən Banqladeş syasətçisi Abdulla Lətif Siddiqi ...
ləmma xələqtu biyədi «لما خلقت بیدی» ayəsinin təfsiri nədir? ...

 
user comment