Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

IXTILAFIN MƏNŞƏYI VƏ ONUN DƏF EDILMƏ YOLU

IXTILAFIN MƏNŞƏYI VƏ ONUN DƏF EDILMƏ YOLU

Müsəlmanlar Islamın əvvəllərində Peyğəmbərin mübarək ağzından elə sözlər eşidirdilər ki, onlara təməttö ümrəsinə-yə`ni həcc ilə ümrəni bir yerdə yerinə yetirməyə fərman ve‌rir‌di. Onlar bu sözü eşitdikləri kimi də rəvayət edirdi‌lər. Peyğəmbər ¡ öz sünnəsində təməttö ümrəsinin necə yeri‌nə yetirilməsini onlara öyrətmişdi, onlar da görüb eşitdik‌l‌əri kimi nəql etmişdilər. Elə həmin ilk dövrlərdən e`ti‌barən Peyğəmbərin təməttö ümrəsi barəsindəki hədis və sünnə‌si Islam cəmiyyətində özünə adi hal almışdı. Necə ki, səha‌bə Ömər ibni Xəttabın dövrünə qədər bu iş öz adi qayda‌sında cərəyan edirdi. O, bu sünnəni, yə`ni təməttö ümrəsinin yerinə yetirilməsini müsəlmanlara qadağan etdi. Sonra səhabə xəlifə Osman ibni Əffan onun yolunu getdi, daha sonra da Məkkənin hakimi Əbdüllah ibni Zübeyr və səhabə xəlifə Müaviyə ibni Əbi Süfyan onu davam etdirdilər. Ondan sonra da xüləfa məktəbinin ardıcıllarının bə`ziləri çoxlu hədis‌lər uyduraraq onu Peyğəmbər ¡-ə nisbət verirdilər ki, gu‌ya o həzrət təməttö ümrəsini-yə`ni həcc ilə ümrəni bir yer‌də yerinə yetirməyi qadağan etmişdir! Əlbəttə, bu hədisləri xe‌yir‌xahcasına və raşidin xəlifələrinin bə`zi siyasətlərini dəs‌təkləmək üçün quraşdırır və müsəlmanlar da (istər bilə‌rək‌dən, istərsə də bilməyə-bilməyə) onları yayırdılar. Axırda da bunlar tədrici olaraq ilk dövrlərdəki səhih hədislər məc‌muəsinə qoşuldu və əməvi xəlifəsi Ömər ibni Əbdül-Əziz hədis yazılmasına dair fərman verdiyi zaman bu iki məc‌muə – səhihlə qondarma rəvayətlər bir-birinə qarış‌dırı‌lıb Peyğəmbəri Əkrəm ¡-ə mənsub edildi, «sihah», «müs‌nəd» və «sünən» kitablarında, eləcə də xəlifə məktəbinin hədis kitablarında özünə yer aldı, hədislərin arasındakı ix‌ti‌laflar da məhz buradan qaynaqlandı. O da müsəlmanlar ara‌sın‌dakı boşluğun yaranmasına və ixtilafın dərinləşməsinə səbəb oldu. Iş o yerə çatdı ki, quraşdırılaraq Peyğəmbəri Ək‌rəm ¡-ə nisbət verilən hədislərin aradan qal‌dı‌rıl‌ması mümkün olmadı; yalnız belə mümkün ola bilərdi ki, hər hə‌dis Peyğəmbərin sünnəsi ilə müxalif olarsa, hətta səhih hə‌dis kitablarında qeyd olunmuş olsa belə, onu kənara qoyaq. Həm‌çinin, müsəlmanlar arasında yekdil nəzər icad edilməsi və ixtilafın aradan qaldırılması da eynilə bu yolla müm‌kündür. Yə`ni yalnız Peyğəmbər sünnəsinə müraciət və onun sün‌nəsi ilə müxalif olanları tərk etməklə mümkün ola bilər – hət‌ta raşidin xəlifələrinin sünnəsi olsa da belə!

“RAŞIDIN XƏLIFƏLƏRININ SÜNNƏSINƏ TABE OLMAQ” HƏDISI

Yuxarıda qeyd olunanlardan yəqin şəkildə anlamaq olar ki, «raşidin xəlifələrinin sünnəsinə tabe olmağın lüzumu» kimi məşhur bir hədis, hətta xüləfa məktəbinin səhih və müs‌nəd kitablarında nəql olunsa belə, düzgün deyildir. Çünki biz çox hallarda raşidin xəlifələrinin sünnələrinin Pey‌ğəm‌bər sünnəsi ilə müxalif olduğunu görür və bilirik ki, Pey‌ğəm‌bər ¡ öz sünnəsi ilə müxalif olan bir şeyə əməl etməyə heç vaxt əmr etməzdi. O hədisin mətni belədir: «Mə‌nim sünnəmə və hidayət olunmuş raşidin xəlifə‌lərinin sün‌nə‌sinə sarılın! Onu dişinizlə-dırnağınızla möhkəm tu‌tun!»[1]

BU HƏDISIN IRADLARI

Peyğəmbərə mənsub edilən bu hədis yuxarıda qeyd olu‌nan‌lar‌dan əlavə, aşağıdakı şərhlə qeyd olunacaq iradlara da malik‌dir:

a) «Imamət və xilafət bəhsinin istilahları»nda qeyd et‌di‌‌yi‌miz kimi, Islamın əvvəllərində-hətta ikinci xəlifənin döv‌‌ründə belə, xəlifə kəlməsi Qur`ani Kərimdə, şərif nəbəvi hə‌dis‌lərində, camaat arasında və hədislərdə müsəlmanların ümu‌mi hakimi mə`nasında – sonuncu əsrlərdə başa düşülən bir mə`nada – istifadə olunurdu. Qur`anda, hədisdə və müsəl‌man‌ların arasında işlənən xəlifə kəlməsi ikinci xəli‌fə‌nin dövrünə qədər onun lüğətdəki mə`nasında işlədilirdi və məq‌səd də «şəxsin xəlifəsi», yə`ni onun canişini nəzərdə tu‌tu‌lurdu. Belə ki, xəlifə kəlməsi müzaf və muzafun ileyh (iza‌‌fət) şəklində istifadə olunurdu. Deməli, biz hər vaxt Pey‌‌ğəmbərə mənsub edilən bir hədisdə, yaxud o dövrün adam‌la‌rı‌nın birinin dilində xəlifə kəlməsini «Islamın ümumi ha‌ki‌mi» mə`nasına görsək, onun düzgün olmadığına yəqinlik ta‌pa‌cağıq. Həmçinin, əvvəldəki dördlük təşkil edən xəli‌fə‌lə‌‌rin «raşidin xəlifələri» kimi vəsf edilməsi də eynilə be‌lə‌‌dir. Çünki bu ünvan bə`zi zalım əməvi və abbasi xəli‌fə‌lə‌rinin hakimiyyətə gəlişindən sonra qondarılmış və xü‌lə‌fa məktəbinin ardıcılları əvvəldəki dörd xəlifəni «ra‌şi‌din xəlifəsi» adlandırmışdılar. Indi aydın olur ki, hər bir hədisdə raşidin xəlifələri kəlməsi olarsa, o hədis‌lər əv‌vəlki xəlifələrin dövründən sonra quraşdırılaraq ya‌yıl‌ma‌ğa başlamışdır.

b) Bu hədis aşkar şəkildə göstərir ki, Peyğəmbər ¡ ra‌şi‌din xəlifələrinin sünnəsini Allahın Kitabı və Pey‌ğəm‌bər sünnəsinin müqabilində Islam şəriət mənbələrindən biri kimi qərar vermişdir! Peyğəmbəri Əkrəm ¡-in belə bir iş görməsi heç vaxt ağıla sığan bir iş deyildir!

v) Əgər Peyğəmbər ¡ raşidin xəlifələrinin sünnəsinə tabe olmağa əmr etsəydi, o fərmanın nəticəsi ziddiyyətdən ibarət olardı. Çünki Imam Əli onların arasındadır və o, əvvəlki iki xəlifə – Ömərlə Osmanın təməttö ümrəsi barəsindəki sünnəsi ilə müxalifət edərək onu yerinə yetirir və camaatı da bunu yerinə yetirməyə təşviq edirdi. Buna əsasən, Peyğəmbər ¡ həm bir şeyin yerinə yetirilməsinə fərman vermiş, həm də onu qadağan etmiş olur! Peyğəmbəri Əkrəm ¡-in belə bir iş görməsi doğrudan da ağlasığmazdır!

Buna görə də yuxarıda qeyd olunanlara diqqət yetirməklə, bizim nəzərimizə görə, bu hədis xüləfa siyasətlərini dəstək‌lə‌yən saxta hədislər sırasındadır.

Əvvəlki xəlifələr Müaviyənin və Əbdüllah ibni Zübeyrin dövrünə qədər Peyğəmbər səhabələrindən olduğuna, onlar da öz ic‌ti‌had və sünnələrində bir-birilə şiddətli ixtilaf törət‌dik‌lərinə görə xüləfa məktəbinin ardıcıllarının dediyi «səhabələrin hətta biri barəsində belə şəkk-şübhə etmək caiz deyil və şər`i hökmləri onların hamısından əxz etmək səhih‌dir» - sözü «səhabələrin ədaləti» bölməsində qeyd olun‌duğu kimi düzgün deyildir.

Həmçinin təməttö ümrəsi barəsindəki hadisələr imam Əli və Osman arasında araşdırdığımız zaman aydın olur ki, Əhli-beyt imamları həmişə Peyğəmbər sünnəsinə tabe olaraq bu işin yerinə yetirilməsinə fərman verir, bu yolda ciddi-cəhdlə çalışır və öz məktəbinin ardıcıllarını buna də`vət edirdilər.

Ibni Abbasla Ibni Zübeyr arasında baş verən həmin ha‌disə ilə əlaqədar məsələnin Əhli-beyt məktəbi ilə xüləfa mək‌təbi arasında çəkişməyə gətirib çıxardığından, aydın olur ki, onların münaqişəsi Əhli-beyt məktəbinin Peyğəmbər sün‌nə‌sinə tabe olmaqda iltizamlı olmasının, xüləfa mək‌təbi‌nin isə Peyğəmbər sünnəsi müqabilində şəxsi nəzər və icti‌hadlarına əməl etməsi müqabilində olmuşdur.

Keçən bəhslərdə bu iki məktəbin necə yaranması ilə tanış olduq və gördük ki, bir məktəb Peyğəmbər sünnəsini dişi-dırnağı ilə qoruyub-saxlayır və inanır ki, Peyğəmbər sünnəsi müqabilində heç kəsin ictihad etməyə haqqı yoxdur və onlar da bu barədə ciddi-cəhdlə çalışmışlar. Bu da Peyğəmbər Əhli-beytinin məktəbindən ibarətdir. Digər bir məktəb də var-qüvvəsi ilə bu əqidədədir ki, xəlifələrin və səhabələrdən olan qüdrət sahiblərinin, Peyğəmbər sünnəsinin müqabilində nəzər vermək üçün ictihad haqqı vardır. Onlar da bu kimi şəxslərin sünnəsini dişləri-dırnaqları ilə qoruyub-saxlayırlar, o da xüləfa məktəbidir.

Peyğəmbər sünnəsi ilə əlaqədar bu qədər ixtilaf və çəkişmələrin baş verdiyinə görə biz də naçar olaraq bu kitabın fəsillərini və digər bəhslərini – təqribən qırx ildən artıq bir müddətdə – Peyğəmbər sünnəsini paklamağa, ona nail olmağın yollarını araşdırmağa sərf etmişik ki, o «müctehidlərin» ictihadlarına qarışmayan səhih hədis və sirəni tanıyaq. Allah bizim dediyimizə şahid və vəkildir. Belə isə, məzəmmət edənlər bizi üzürlü saysınlar!



[1] «Müsnədi Əhməd», 4-cü cild, səh.126-127; «Sünəni Darəmi», «müqəddimə», 1-ci cild, səh.44-45; «Sünəni ibni Macə», «müqəddimə», 1-ci cild, səh.15-16; «Sünənin Əbi Davud», «sünnə» kitabı, hədis:4607; «Sünəni Termizi», «elm» kitabı, 10-cu cild, səh.144-145. «Müsnədi Əhməd» kitabından sonra qeyd olunan bu dörd hədis kitabı, xüləfa məktəbinin altılıq təşkil edən səhih kitablarındandır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Xamenei cənabları Ramazan ayı ilə əlaqədar gündəlik Quran məclisi keçirir
Sionist rejim bu gün ikinci dəfə Əqsa məscidinə hücum etdi
Pakistanda Ölümcül Hücum: Yüzlərlə ölü və yaralı / İŞİD: Hədəfimiz ...
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri ...
Nigeriya rejimi Şeyx Zəkzəkinin azadlığını tələb edən aksiya ...
Hizbullah Suriya sərhədində əməliyyatlara davam edir
İmаm Hüsеyn әlеyhissәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İmam Xamenei: Amerikanın regionla bağlı bir planı və İranla bağlı başqa bir ...
әmr bе mә᾽ruf vә nәhy әz münkәrin şәrtlәri
Suriya ordusu Hələbin Ramusa rayonunu azad etdi

 
user comment