Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

Dövlət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş

Dövlət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sonuncu peyğəmbər, nur, ədalət və rəhmət elçisi Həzrət Muhəmməd Mustafanın (s) mübarək doğum günü, habelə Peyğəmbər ailəsinin “sadiq”i – imam Cəfər Sadiqin (ə) təvəllüdü münasibətilə hökumət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü. İslam İnqilabının Rəhbəri çıxışında İslam həqiqətlərinin öyrənilməsini və sonuncu Peyğəmbərin (s) təlimlərinə əməl olunmasını İslam ümmətinin başlıca və təxirəsalınmaz ehtiyacı adlandırdı. O qeyd etdi: “Müxtəlif müsəlman məzhəblərinin tərəfdarlarının bir yumruqda birləşməsi İslam dünyasının problemlərini həll edəcək, onu inkişaf və yüksəlişə doğru aparacaq yeganə amildir”.

Üçlü hakimiyyət qüvvələrinin başçılarının, Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın sədrinin, habelə “İslami birlik” konfransında iştirak edən müxtəlif qonaqların və alimlərin, müsəlman ölkələrinin səfirlərinin iştirak etdiyi bu görüşdə Həzrət Ayətullah Xamenei bütün İlahi fəzilətləri özündə cəmləşdirən, varlıq aləminin dühaları içərisində ən seçilmişi olan Həzrət Muhəmməd ibn Abdullahın (s) tarixdə dönüş nöqtəsi yaratmış bərəkətli təvəllüdü, həmçinin əziz İslam Peyğəmbərinin (s) həqiqi vəsisi, o Həzrətin (s) gətirdiyi əsl, xalis İslamın carçısı olan imam Cəfər Sadiqin (ə) doğum günü münasibətilə hamını səmimi-qəlbdən təbrik edərək əlavə etdi: “Bəşəriyyət yüksək insani keyfiyyətlərini və mənəvi-əxlaqi fəzilətlərini İslam Peyğəmbərinin (s) müqəddəs və nurani varlığının qatı cəhalət, pozğunluq və qəflət zülməti içərisində dünyaya gəlişinə borcludur”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, hazırda İslam ümməti sonuncu Peyğəmbərin (s) bəşəriyyətə göstərdiyi nurlu yol barədə dərindən düşünməyə, o Həzrətin (s) təlimlərindən ibrət almağa son dərəcə böyük ehtiyac duyur. Daha sonra o, dünya üzrə müsəlmanların sayca çoxluğuna, müsəlman ölkələrinin son dərəcə münasib coğrafi mövqeyinə, təbii resurslarına və istedadlı insan potensialına da toxunaraq belə bir prinsipial sualı ortaya qoydu: “Bu cür keyfiyyətlərə malik olan möhtəşəm bir toplum nəyə görə çaşqınlıq və sərgərdanlıq içərisindədir? Nə üçün belə bir əzəmətli toplum yoxsulluq, hüquqlarının tapdalanması, elm və sivilizasiya baxımından gerilik kimi problemlərin məngənəsində çapalayaraq dünyadakı hegemon qüvvələrin qarşısında öz hüquqlarını müdafiə edə bilmir?”

İslam İnqilabının Rəhbəri İslam dünyasının müsəlmanların hüquqlarını müdafiə etmək iqtidarında olmadığına sübut olaraq Fələstin məsələsini nümunə gətirərək qeyd etdi: “Müqəddəs və tarixi bir diyar olan Fələstinin qəsb edilməsi, cinayətkar sionistlərin məzlum Fələstin xalqını uzun müddətdir ki, məruz qoyduğu bitib-tükənmək bilməyən zülm, sözün həqiqi mənasında, İslam ümmətinin vahid orqanizminə vurulmuş, ona daim əziyyət verən böyük bir yaradır. Lakin bütövlükdə götürsək, müsəlman dünyası özünü elə aparır ki, sanki Fələstin probleminin ona heç bir aidiyyəti yoxdur”.

Qondarma sionist dövləti olan İsraili “təhlükəli xərçəng şişi” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu “öldürücü şiş”ə və onun havadarlarına qarşı yeganə mübarizə yolu İslama qayıdış və kəramətli İslam Peyğəmbərinin (s) təlimlərini rəhbər tutmaqdır”.

İslam dünyasının müsəlmanların hüquqlarını müdafiə etməkdə acizliyinin səbəblərini açıqlayan Ali Məqamlı Rəhbər eyni zamanda Amerika, İngiltərə və İslamın digər düşmənlərinin daim müsəlman ümmətinin içərisinə təfriqə salmağa cəhd göstərdiklərini deyərək təkidlə vurğuladı: “Bu işğalçı hegemonlar yaxşı bilirlər ki, ixtilaf və ikitirəlik İslam ümmətinin diqqətini olduqca əhəmiyyətli olan Fələstin problemindən yayındırır. Elə buna görə də onlar mümkün olan bütün vasitələrlə şiələrin, sünnilərin və digər məzhəblərin ardıcıllarının qəlbində etnik, məzhəb və coğrafi əsaslı qarşıdurmaların odunu körükləyirlər”.

İslam İnqilabının Rəhbəri birlik və həmrəyliyi böyük İslam ümmətinin ən mühüm ehtiyacı adlandıraraq, habelə müsəlman ölkələrinin administrasiyalarını, alim və ziyalılarını, siyasi-ictimai fəallarını müsəlman birliyinə nail olmaq işində öhdələrinə düşən vəzifəyə lazımınca əməl etməyə çağıraraq əlavə etdi: “Müsəlmanların oyanışı daha da genişlənərək dərinləşsə, onlar bir-birinə qəlbən daha da yaxın ola bilsələr, qarşılarında birgə əməkdaşlıq, inkişaf və yüksəliş üçün geniş yollar açılacaq və əlbəttə ki, İslam dünyasının bir çox problemləri, o cümlədən Fələstin məsələsi öz həllini tapacaq”.

İşğala məruz qalmış müsəlman torpaqlarının müdafiəsinin vacib olmasında İslamdakı bütün məzhəblərin həmrəyliyini xüsusilə qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu həmrəyliyə baxmayaraq, təəssüflər olsun ki, İslam dünyası hələ də ABŞ və İngiltərənin şiə, sünni və digər müsəlman məzhəbləri arasında təfriqə salmaq məqsədilə qurduğu məkrli planların təsiri altındadır”. 

İslam İnqilabının Rəhbəri müsəlmanların vəhdətinin və Fələstin məsələsində məzlum fələstinlilərin dəstəklənməsinin İran İslam Respublikasının prioritet hədəflərindən biri olduğunu deyərək, həmçinin imam Xomeyninin (r.ə) daim müsəlmanların birliyi və Fələstin məsələləri haqda söylədiklərini xatırladaraq əlavə etdi: “İslam Respublikası, bütün dövlət rəsmiləri və böyük İran xalqı bu prinsipial problemlərə şəriətin vacib hesab etdiyi məsələlər kimi yanaşır; onların bu barədə sözü və mövqeyi daim bir olub və bir olaraq da qalacaq!”   

Ali Məqamlı Rəhbər İslam ümmətinin günü-gündən artan oyanışını, xalqların “Fələstini müdafiə!” çağırışlarını İslam Respublikasının haqq sözünün müsəlman ictimaiyyətinin zehnində olduqca müsbət inikası kimi dəyərləndirərək əlavə etdi: “İslam dövlətləri də əziz İslam Peyğəmbərinin (s) yolunu davam etdirərək müsəlmanların vəhdəti və xüsusilə də “öldürücü xərçəng şişi” olan qəsbkar İsrailə və onun himayədarlarına qarşı mübarizədə hüquqlarının qorunması uğrunda var-qüvvələri ilə elə çalışmalıdırlar ki, İslam ümməti bu dünyada və axirətdə, Allahın yardımı ilə, tərəqqi, rifah və səadətə qovuşa bilsin”.

Görüşün əvvəlində İİR-nın prezidenti cənab Mahmud Əhmədi Nejad “sevgi və eşq Peyğəmbəri (s)”, “elm və hikmət elçisi” olan Həzrət Muhəmmədin (s) təvəllüdü münasibətilə iştirakçıları təbrik edərək dedi: “Bəşər cəmiyyəti bu gün “cəhalət və işğalçılığa”, “aqressiya və təhqirlərə”, “diskriminasiya və təzyiqlərə” son qoymaq, ədalət və monoteizmin bərqərar olması sayəsində insanların istedad və potensialını çiçəkləndirə bilmək üçün sonuncu Peyğəmbərin (s) məktəbinə və təlim etdiyi bilgilərə həmişəkindən daha artıq möhtacdır”.

Cənab Əhmədi Nejad İlahi peyğəmbərlərin sonuncusu olan Həzrət Muhəmməd Mustafanın (s) təvəllüdünün bəşəriyyətə səadət bəxş edəcək bir çox ismarışları ehtiva etdiyini deyərək əlavə etdi: “Əzəmətli İslam İnqilabının qələbəsi ilə imanlı və vüqarlı İran xalqı haqq-ədalətin, pak mənəviyyatın bayraqdarına çevrilib. Şübhəsiz ki, xalqımız bu müqəddəs yola birgə və həmrəy surətdə davam edəcəkdir!”

Görüşün axırında “İslami birlik” konfransının iştirakçısı olan alimlərdən bir qrupu Ali Məqamlı Rəhbərlə yaxından görüşüb səmimi söhbət etdilər.  

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ABŞ polisi öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəyəcək
Böhran Fransanı da çökdürür
İslam və çörək - ürəyi qoruyur, xərçəngin qarşısını alır
Məşhəd, İmam Rzanın (ə) ziyarət olunması təkid olunan gün
Qətərdə “Şeyx Ğanim” Quran müsabiqəsinin final mərhələsi keçirilir
Altı min nəfər Miyanmarlı müsəlman Taylanda sığınıb
Azərbaycan Respublikasının İslam partiyasının hicabın müdafiəsi və bərpası ...
Türkiyədə İslam Peyğəmbərinin (s) milad bayramı
“İslam dirçəliş dünyasının mükafatı” adlı festival keçiriləcək
İslam Həmkarlar təşkilatı Fələstini YUNESCO-ya üzv olması münasibətilə ...

 
user comment