Azəri
Saturday 20th of April 2024
0
نفر 0

KEYFIYYӘT, YOXSA KӘMIYYӘT?

KEYFIYYӘT, YOXSA KӘMIYYӘT?

Keçən bəhsimizdən maraqlı bir nəticə əldə edilir və o da budur ki, Allahın nəzərində əməllərə dəyər verən onların kəmiyyəti deyil, keyfiyyətidir. Bu nöqtəyə diqqət etməmək camaatın bir qrupunun Allah övliyalarının həddindən artıq çox dəyərə malik olan əməllərinin ictimai tutumunu az gördükləri üçün onların barəsində əfsanələr düzəltməyə başlayıblar. Məsələn, Әmirəl-mö`minin (ə) rüku halında yoxsula verdiyi və haqqında ayə nazil olan üzük barəsində deyirlər ki, onun dəyəri Suriya və Şamın xəracı qədər olub. Onlar camaatın bu sözlərə inanması üçün onu rəvayət halına da salıblar. Onların fikrincə, sadə bir üzüyün yoxsula verilməsi ilə Qur`anın əzəmətli bir ayəsinin nazil olması çox təəccüblüdür. Bəli, onlar bu məsələyə inana bilmədikləri üçün əfsanə qoşaraq üzüyün maddi dəyərini həddindən artıq çoxaldıblar. Amma fikirləşməyiblər ki, maddi dəyəri Suriya və Şam xəracı qədər olan üzük, yoxsul və biçarə Әlinin barmağında ola bilməzdi. Әgər Әlinin əlində elə bir üzük olsaydı, o həmin üzüyü bir dilənçiyə verməzdi, onunla Mədinəni abadlaşdırar və şəhərin bütün səfillərini ağır vəziyyətdən xilas edərdi.

Әfsanə quraşdıranlar bu məsələni dərk etməyiblər ki, Allah yanında böyük əməl maddi hesablarla müəyyənləşdirilmir. Onlar belə güman ediblər ki, üzüyün çox qiymətli olması Allahı heyrətləndirib və O da ayə nazil etməklə ona öz minnətdarlığını bildirmək istəyib.

Mən bu dar fikirlilərin Әli və onun ailəsinin infaq etdikləri və barəsində «Həl əta» surəsi nazil olan arpa çörəkləri barəsindəki nəzərlərinin nə olmasını bilmirəm. Yəqin onlar həmin hadisə barəsində də belə deyirlər ki, həmin çörəyin unu arpadan deyil, məsələn qızıldan olub.

Xeyir, məsələ belə deyil. Әli (ə) və onun ailəsinin əməllərinin əhəmiyyəti bizim diqqətimizi cəlb edən maddi cəhətdən deyil. Onların əməllərinin əhəmiyyəti əməlin bizim təsəvvür edə bilməyəcəyimiz dərəcədə saf, pak və Allaha görə olmasıdır. O elə bir saflıqdır ki, mələkut aləmində əks olunaraq tə`rif və yüksək qiymətləndirmə əks-əməli yaradıb. Şeyx Әttar Nişapurinin sözü ilə desək:

Məzmunu: Onun vəsf və sənası bu dünyanı keçib və üç dənə çörəyinin vəsfi o dünyaya çatıb.

Onların əməllərinin əhəmiyyəti Qur`anın nəql etdiyi bu nöqtədə olub:

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا

«...Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik». (Dəhr-9).

Bu, onların ürəklərində olan niyyətdir ki, Allah-taala onu faş edib, yə`ni onlar həmin fədakarlıq və güzəştlə Allahdan, Onun Özündən başqa bir şey istəmirdilər.

Qur`ani-kərimin kafirlərin əməllərini ilğım kimi puç bir şey adlandırmasının səbəbi, onların əməllərinin aldadıcı zahirə malik olmasıdır ki, həmin əməllər Allaha görə deyil, alçaq maddi hədəflər üçün yerinə yetirildiyindən mələkuti simaya malik deyil.

Harun Әr-Rəşidin arvadı Zübeydə Məkkədə bir arx çəkdirib ki, o vaxtdan indiyə kimi Allah evinin zəvvarları ondan istifadə edirlər. Bu iş zahirdə çox yaxşı bir işdir. Zübeydənin himməti bu arxı Taif ilə Məkkə arasındakı daşlıqlardan, susuz Məkkə torpaqlarına axıdıb və təqribən on iki əsrdir ki, hacılar ondan istifadə edirlər.

Bu iş maddi baxımdan çox böyük bir işdir. Amma mələkuti baxımdan necə? Görəsən mələklər də bizim kimi fikirləşirlər? Onlar da gözlərini bu xeyriyyə işinin zahiri həcminə dikirlər?

Xeyr! Onlar başqa cür hesablayırlar. Onlar ilahi me`yarlarla işin başqa cəhətlərini ölçürlər. Onlar Zübeydənin bu pulu haradan gətirməsini hesablayırlar. Zübeydə Harun Әr-rəşid adlı zalım və müsəlmanların Beytul-malı ixtiyarında olan və onu istədiyi kimi xərcləyən bir kişinin arvadı idi. Zübeydənin özünün malı yox idi və o, bu xeyir işə öz malını sərf etməyib. O, xalqın öz malını xalqın özünə sərf edib. Zübeydənin onun məqamında olan arvadlarla fərqi bu idi ki, başqaları xalqın malını öz şəhvətləri yolunda xərcləyirdilər, o isə həmin malın bir hissəsini ümumi işlərə sərf edib. Zübeydənin bu işdən məqsədi nə olub? O, adının tarixdə qalmasını istəyirmiş, yoxsa doğrudan da Allahın razılığını nəzərdə tutubmuş? Bunu ancaq Allah bilir.

Buna görə də deyirlər ki, Zübeydəni yuxuda görüb ondan «Allah səninlə çəkdirdiyin arxa görə necə rəftar etdi?» deyə soruşublar və o, cavab verib ki, Allah onun savablarının hamısını pulların əsl sahiblərinə verdi.

BӘHLULUN MӘSCIDI

Deyirlər ki, bir gün bir dəstə adam məscid tikirmiş. Bəhlul onların yanına gəlib soruşur ki, nə edirsiniz? Cavab verirlər ki, məscid tikirik. Soruşur ki, nə üçün? Deyirlər ki, necə yə`ni nə üçün, Allahın razılığı üçün!

Bəhlul məscidi tikdirənlərin niyyətlərinin saflığını onlara başa salmaq üçün gizlincə bir daş sifariş verir və deyir ki, həmin daşın üstündə «Bəhlulun məscidi» kəlməsini yazsınlar. Gecə gəlib həmin daşı məscidin əsas qapısının üstünə vurur. Məscidi tikənlər səhər gəlib görürlər ki, məscidin qapısının üstündə «Bəhlulun məscidi» kəlməsi yazılıb. Narahat olurlar və Bəhlulu tapıb döyməyə başlayırlar ki, başqalarının zəhmətini öz adına çıxırsan?! Bəhlul deyir ki, məgər siz məscidi Allaha görə tikdiyinizi demədiniz? Әgər elədirsə, camaat səhv edərək məscidi mənim tikməyimi güman etsə də, Allah səhv etməyəcək.

Çox işlər var ki, bizim gözümüzdə çox böyük görünür, amma Allah yanında bir qara pul qədər də dəyərə malik deyildir. Böyük binalar, məscid, mə`bəd, ziyarətgah, xəstəxana, körpü, karvansara, məktəb və sairənin belə aqibətə düçar olması mümkündür. Onların hamısının hesabı Allaha aiddir.

ALLAH VӘ AXIRӘTӘ IMAN

Dünya ilə axirətin bir-birinə nisbəti bədənin ruha, yə`ni zahirin batinə nisbəti kimidir. Dünya ilə axirət bir-birindən tamamilə ayrı olan şeylər deyildirlər. Dünya ilə axirət, başqa sözlə desək, mülklə mələkut iki səhifəsi olan vərəq və ya iki üzü olan pul kimi bir şeydir. Dünyada olan yer, mələkuti çöhrə ilə axirətdə də olacaqdır. Dünyanın cansız əşya və bitgiləri mələkuti çöhrə ilə axirətdə zahir olacaqlar. Ümumiyyətlə axirət, dünyanın mələkuti çöhrəsidir.

Hər hansı bir əməlin yaxşı mələkuti forma almasının şərti, onun Allahı nəzər almaqla və mələkut aləminə yüksəlməklə yerinə yetirilməsidir. Qiyamətə inanmayan və Allahı nəzərə almayan şəxsin əməli mələkuti çöhrəyə malik olmayacaq, başqa sözlə desək, yuxarı aləmə qalxmayacaqdır. Әməlin mələkuti çöhrəsi onun yuxarı siması, mülki çöhrəsi isə aşağıdakı simasıdır. Әməl niyyət, əqidə və iman baxımından nuranilik əldə etməyincə, uca mələkuta çatmır. Mələkuta ruhu olan əməl çatır və əməlin ruhu onun axirət və mələkuti nəsibidir.

Qur`ani-kərim necə də gözəl buyurub:

يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ

«...Pak (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar...» (Fatir 10).

Bu ayə iki cür təfsir edilə bilər və təfsir kitablarında onların hər ikisi qeyd edilib. Həmin təfsirlərdən biri budur ki, ləyaqətli və yaxşı rəftarı, pak söz və pak e`tiqad yuxarı aparır və mələkuti edir. Digər təfsir isə budur ki, pak söz və pak e`tiqadı layiqli və yaxşı rəftar yuxarı apararaq mələkuti edir. Hər ikisi düz olan və hər ikisinin nəzərdə tutulmasına heç bir mane olmayan bu iki təfsir, bu mətləbi bəyan edir ki, iman əməlin qəbul edilməsində və yuxarı qalxmasında, əməl isə imanın dolğunlaşaraq dərəcəsinin yüksəlməsində tə`sirlidir. Bu, İslam maarifində qəti və danılmaz prinsiplərdən biridir. Dediyimiz kimi, ayənin eyni zamanda hər iki mə`nanı verməsinin düz olmasına baxmayaraq, biz onun ikinci təfsirinə istinad etmək istəyirik.

Hər halda Allaha və qiyamət gününə imanı olmayan şəxsin əməlinin Allaha tərəf getməsi və ali məqamda yerləşməsini güman etmək səhvdir.

Әgər bizə, bir nəfərin Tehranın şimal istiqamətinə doğru səfərə çıxaraq bir neçə gün öz yolunu davam etdirməsini desələr, biz həmin şəxsin Qum, Isfahan və Şiraza çatmasını təsəvvür edə bilmərik. Biz belə ehtimal verən şəxsə gülər və əgər o həmin şəhərlərə çatmaq istəyirdisə, Tehranın cənub yolu ilə hərəkət edərək səfərini davam etdirməli idi, deyərik.

Türküstana tərəf hərəkət edən şəxsin Kə`bəyə çatması qeyri-mümkündür.

Cənnətlə cəhənnəm insanın mə`nəvi seyrlərdir. O dünyada hər kəs özünü öz hədəfinin sonunda görəcək, biri aşağıda, digəri isə yuxarıda, biri lap ali və yüksək, digəri isə ən aşağı məqamda olacaq.

كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ ... كَلَّا إِنَّ كِتَابَ الفُجَّارِ لَفِي سِجِّينٍ

Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö`minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) «Illiyyun»dadır. Şübhəsiz ki, pis əməllərə uyanların əməl dəftəri şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) «Siccin»dədir.»

Müəyyən məqsədə doğru hərəkət etməyən və ya həmin məqsədin əksi istiqamətdə hərəkət edən şəxsin həmin məqsədə çatması necə mümkün ola bilər? «Illiyyun»a doğru hərəkət, ona çatmaq istəyində olmaqdan sonrakı mərhələdir. Iradə və istək isə bir tərəfdən mə`rifət və e`tiqad, digər tərəfdən isə imkan və təslim olmaqdan asılıdır. Belə məqsədə e`tiqadı və ya ona imkanı, rəğbğti olmayan və ora çatmaq üçün kiçicik bir hərəkət etməyən şəxsin orada olmasını necə təsəvvür etmək olar? Şübhəsiz ki, hər bir yol öz məqsədində sona çatır və məqsəd Allah olmasa, o, Allaha çata bilməz.

Qur`ani-kərim belə buyurur:

مَّن كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاء لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلاهَا مَذْمُومًا مَّدْحُورًا (18) وَمَنْ أَرَادَ الآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا

«Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz ne`məti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, Cəhənnəmə qınanmış və (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar. `min olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar». (Isra 18-19).

`ni, təfəkkür səviyyəsi dünyadan üstün olmayan və ondan yüksək hədəfə malik olmayan şəxsin ali axirət hədəfinə çatması qeyri-mümkündür. Amma bizim Allahlıq lütfümüz onu, istədiyi dünyəvi hədəflərdən bəhrələndirməyi tələb edir.

Burada digər bir nöqtə var. Dünya təbiət və maddə, amil və səbəblər aləmidir və dünyəvi səbəblər bir-birləri ilə çarpışma və mübarizədədirlər. Bu dünyada «məcburiyyət» də mövcuddur. Buna görə də hədəfi dünya olanın məqsədinə yüz faiz çatacağına heç bir zəmanət yoxdur. Qur`ani-kərimin bu nöqtəni başa salmaq üçün seçdiyi ibarət budur:

«Nə qədər istəsək istədiyimiz şəxsə veririk.»

Amma ruhi cəhətdən ali hədəfə malik olan, kiçik hədəflərə ürək bağlamayan, ilahi hədəf istiqamətində addımlayan və imanla irəliləyən şəxs, mütləq hədəfinə çatacaqdır, çünki Allah-taala işləri qiymətləndirəndir, Ona təqdim edilən yaxşı işi qəbul edərək mükafatlandırandır.

Burada sə`y və cəhd də şərt kimi qeyd edilib, çünki kiminsə addımlamadan irəliləyərək hədəfə çatması qeyri-mümkündür.

Bunun ardınca gələn ayədə belə buyurur:

كُلاًّ نُّمِدُّ هَـؤُلاء وَهَـؤُلاء مِنْ عَطَاء رَبِّكَ وَمَا كَانَ عَطَاء رَبِّكَ مَحْظُورًا

«Onların və bunların hər birinə Rəbbinin ne`mətindən verərik. Rəbbinin ne`məti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir». (Isra-20).

`ni Biz, mütləq formada feyz bəxş edənik və dünyanı fəaliyyət göstərmək imkanına malik yaratmışıq. Kim nə əksə, onu da biçəcəkdir, kim hansı hədəfə doğru irəliləsə, onu həmin hədəfinə çatdıracağıq.

Islam filosofları deyirlər ki, zati cəhətdən vacib olan varlıq bütün cəhət və heysiyyətlərdən vacibdir. Buna görə də kim nə istəsə, Allah ona həmin hədəfində kömək edir. Biri dünyanı istəyəndə, Allah ona «sən azğınsan, bizim hidayətimizin əksinə hərəkət edirsən, buna görə də biz sənin əməlini təsdiq eləmirik» sözlərini demir. Xeyr, belə deyil. Dünyapərəst də öz dünyatələbliyində bu səbəb, maneçilik və çarpışma dünyasının icazə verdiyi çərçivədə ilahi himayə və yardımlardan istifadə edir və Onun sonsuz lütf və mərhəmətlərindən bəhrələnir.

Başqa sözlə desək, dünya əkin, biçin və inkişaf üçün münasib yerdir. Bütün bunlar insanın əkib-becərmək üçün hansı toxumu seçməsindən və nə məhsulu əldə etmək istəməsindən asılıdır. O, hansı toxumu seçsə, münasib dünya tarlasında eynilə həmin toxum yetişdiriləcəkdir.

Bəli, həqiqət əhli üçün xüsusi bir himayə də var ki, o, rəhimlik rəhməti adlanır. Dünyapərəstlər bu rəhmətdən məhrumdurlar, çünki onlar onu istəmirlər. Amma Allahın həmin rəhimlilik rəhməti bütün insanlar barəsində və bütün yollarda bərabər formada mövcuddur.

`dinin dili ilə desək:

Məzmunu: Yer üzü onun ümumi süfrəsidir; bu süfrədə dost-düşmən ayrı-seçkiliyi yoxdur.

Bu fəsildə edilən söhbətdən, barəsində danışdığımız məsələlərin bə`ziləri həll edilir.

Biz burada fe`li yaxşılığın əməlin axirət mükafatına layiq görülməsi üçün kifayət etməməsini və bunun üçün faili yaxşılığın da lazım olmasını aydınlaşdırdıq. Fe`li yaxşılıq bədən, faili yaxşılıq isə ruh və həyat misalındadır. Həmçinin Allaha və qiyamət gününə imanın faili yaxşılıq üçün əsas və lazımı şərt olmasını və onun şərti deyil, hər bir yolun müəyyən məqsədə çatmaq üçün zati və təkvini şərtləşmə yolu ilə olmasını bəyan etdik.

Burada yalnız bir nöqtəyə işarə etmək lazımdır. Kimsə belə bir fikir irəli sürə bilər ki, faili yaxşılıq üçün iş görən şəxsin ancaq Allaha yaxınlaşmaq niyyətində olması zəruri deyil və əgər kimsə xeyir işi vicdanla və qəlbinə hakim olan mərhəmət və rəhmət hissi ilə yerinə yetirsə, əməlin faili yaxşılıq olması üçün kifayətdir. Insanın məqsədi «özü» olmayanda, onun işi faili yaxşılıq hesab olunur, indi məqsədi istər «Allah», istərsə də «insanlıq» olsun!

Bu nöqtə fikirləşmək tələb edən bir məsələdir. Hər halda mən insanın məqsədinin Allah və ya insanlıq olmasının digərlərindən fərqli olmamasını təsdiq etmirəm və indi bu barədə dərin bəhsə də girişə bilmərəm. Amma eyni halda bu məsələyə də çox inanıram ki, xalqa xidmət və insanlıq üçün yerinə yetirilən əməl, insanın yalnız özünü düşünərək etdiyi əməllə bir sırada durmur. Әlbəttə, Allah-taala belə insanları mükafatsız qoymayacaqdır. Bə`zi hədislərdə deyilir ki, Hatəm kimi müşrik olmuş şəxslər, müşrik olmalarına baxmayaraq, dünyada gördükləri xeyirli işlərə görə əzaba düçar olmayacaqlar və ya onlara verilən əzab yüngülləşdiriləcəkdir.

Әlimizdə olan çoxlu hədislərdən belə bir nəticəyə gəlmək olar. Misal olaraq aşağıdakı rəvayətlərə nəzər salmaq kifayətdir:

1. Әllamə Məclisi Şeyx Səduqun «Səvabul-ə`mal» kitabından, Әli ibni Yəqtindən və o da imam Musa Kazimdən (ə) o həzrətin belə buyurduğunu nəql edib:

«Bəni Israildə mö`min bir kişinin kafir bir qonşusu var idi. Həmin kafir şəxs həmişə öz mö`min qonşusu ilə xoş və mehriban davranırdı. O öləndə Allah cəhənnəm odunun ona yetişməsinə mane olmaq üçün gildən bir ev tikdi və ruzisi onun ətrafında olan alov mühitindən kənardan gəlirdi. Ona dedilər: Bu sənin mö`min qonşunla xoş və mehriban rəftarına görədir. «(Biharul-ənvar; 3-cü cild; səh. 377.)

Mərhum Məclisi bu rəvayəti nəql etdikdən sonra belə deyir: Bu rəvayət və buna bənzər digər rəvayətlər cəhənnəm əhli olan bə`zi kafirlərdən yaxşı əməllərinə görə əzabın götürüləcəyinə dəlildir və kafirlərin əzablarının yüngülləşdirilməyəcəyini bildirən ayələr bu cür xeyir işlər görməyən kafirlərə aiddir.

2. O, həmçinin imam Məhəmməd Baqirdən (ə) nəql edir:

«Zalım bir şahın hakim olduğu ölkədə mö`min bir şəxs yaşayırdı. Həmin zalım şah bir gün həmin mö`minə zülm etmək fikrinə düşdü və mö`min müsəlman olmayan ölkələrdən birinə qaçaraq müşrik bir şəxsin yanına getdi. Həmin müşrik öz yanında bu mö`minə yer verərək ona qulluq etdi. Həmin şəxs ölən kimi ona belə xitab edildi: Izzət və cəlalıma and olsun ki, əgər cənnətdə müşrikə yer olsaydı, sənə orada yer verərdim; ey atəş! Onu qorxut amma ziyan vurma.»

Imam bu mətləbi deyəndən sonra buyurdu ki, hər səhər və axşam həmin şəxsə yerləşdiyi mühitin xaricindən ruzi gətirilir. O həzrətdən soruşdular: Cənnətdən? Imam cavabında dedi ki, Allahın Özü istədiyi yerdən. (Әvvəlki mənbə, səh.382).

3. Peyğəmbər (s) cahillik dövrünün məşhur kafirlərindən və Qureyş qəbiləsinin başçılarından olmuş Abdullah ibni Cəd`an barəsində belə buyurub:

«Cəhənnəmin ən yüngül əzablısı Abdullah ibni Cəd`andır.» O həzrətdən bunun səbəbini soruşurlar. Cavabında buyurur: «Çünki o, camaatın qarnını doyuzdururdu.» (Әvvəlki mənbə; səh. 382).

O həzrət həmçinin cahillik dövrünün bir neçə nəfəri barəsində belə buyurub:

«Hacıları qovan Qəba və həsa sahibini və həmçinin pişiyi bağlayaraq ona nə özü yemək verən və nə də onu özü bir şey əldə etməsi üçün buraxan arvadı atəşdə gördüm və cənnətə daxil oldum və orada iti susuzluqdan qurtararaq doyuzduran kişini gördüm. (Әvvəlki mənbə və səhifə.)

Bütün zamanlarda az-çox tapılan bu cür insanlar barəsində bunu demək olar ki, onların əzabı ən azı yüngülləşdiriləcək və ya tamamilə götürüləcəkdir.

Məncə başqa insanlara və hətta insan və ya heyvanlığından asılı olmayaraq, hər hansı bir varlığa təmənnasız yardımlar edən və hətta vicdanının dərinliklərində belə, gördüyü işi özünü həmin məhrumun yerində təsəvvür etməsi və özünün də nə vaxtsa belə bir taleyə giriftar olmasını fikirləşməsindən yaranan qorxu hissinin təhriki ilə deyil, xidmət və yaxşılıq şövqündən heç bir mənfəət olmamasını, bir nəfərin belə həmin işdən xəbər tutmayacağını və heç kəsin ona «əhsən» deməyəcəyini biləndə, həmin işi yenə də edən, adət və sairə şeylərin tə`siri altına düşməyən insanların batinlərinin dərinliklərində ilahi mə`rifət və agahlıq nuru var. Onlar bu məsələni dilləri ilə inkar etsələr də, batinlərində onu iqrar edirlər və onların bu inkarları əslində Allah və həqiqi qiyamətin inkarı deyil, Allahın ya da Allaha doğru qayıdış və qiyamətin yerində təsəvvür etdikləri xəyali bir şeyin inkarıdır.

Xeyr, ədalət və yaxşılığa başqa şeyə görə deyil, yalnız onların özlərinə və xeyir, ədalət və yaxşılıq olmaları baxımından olan rəğbət zati, mütləq gözəllik olanın məhəbbətinin nişanəsidir. Buna görə də bu cür şəxslərin dildə kafir sayılmalarına baxmayaraq, həqiqət və əməldə kafirlərin içində olmamaları mümkün bir şeydir. Allah daha yaxşı bilir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment