Azəri
Friday 19th of April 2024
0
نفر 0

MƏTLƏBLƏRİN XÜLASƏSİ

MƏTLƏBLƏRİN XÜLASƏSİ

1. Qur᾽an ayələri nəinki mö᾽cüzəni inkar etmir, hətta onları sübuta belə yetirir;

2. Mö᾽cüzə, peyğəmbərin ixtiyarından xaric bir işdir. Belə ki, o yalnız Allahın istək və iradəsilə mö᾽cüzə göstərə bilər;

3. Peyğəmbərlik iddiası edən şəxs iddiasını sübuta yetirmək üçün mö᾽cüzə göstərməlidir. Lakin, Allah-taala bundan artıq nə ona mö᾽cüzə izni verməli, nə də özü mö᾽cüzə göstərməlidir. İnsanların bütün istəklərinə, o cümlədən onların hər dəfə mö᾽cüzə istəyinə müsbət cavab vermək düzgün təvəqqö deyildir.

4. Mö᾽cüzə inkar və təkzib olunduğu zaman insanların əzab və fəlakəti ilə nəticələnir. Lakin müşriklər bu qəbildən olan mö᾽cüzələri istədilərsə də, müsəlman ümməti belə bir fəlakətə düçar olmadı;

5. Əbədi olan yeganə mö᾽cüzə, Allah tərəfindən peyğəmbərlərin sonuncusu olan həzrət Məhəmmədə (s) nazil olmuş Qur᾽ani-Kərimdir. Məhəmməd (s), qiyamət gününədək qalacaq bu ilahi mö᾽cüzə ilə müşrikləri mübarizə meydanına, ona iman gətirmiş şəxsləri isə haqq-ədalətə də᾽vət edirdi;

6. Məhəmmədin (s) mö᾽cüzələri mütəvatir olaraq sübuta yetməklə yanaşı, Tövrat və İncildə də o həzrətin zühur edəcəyi haqda əvvəlcədən xəbər verilmişdir;

7. Məhmmədin (s) mö᾽cüzələri çox olsa da, Qur᾽andan başqa onların hamısı yaşadığı zaman və məkana aid olmuşdur. Bu mö᾽cüzələrin heç biri keçmiş peyğəmbərlərin mö᾽cüzələri kimi əbədi olmamışdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment