Azəri
Wednesday 24th of April 2024
1
نفر 0

QURANDA NÜMUNƏVİQIZ VƏ OĞLAN

QURANDA NÜMUNƏVİ

QIZ VƏ OĞLAN

 

Ələddin məlikov

 

Səadətə çatmaq üçün ən mühüm meyarlardan biri yaşayışda münasib nümunələrin olması və onlardan istifadə etməkdir.

Şəksiz cavanlar özünəməxsus bir mərhələdə olduqları üçün, öz həyatlarını idealların rəftar və davranışları ilə uzlaşdırmaq məqsədi ilə özlərinə ideal şəxsiyyət tapmaq niyyətindədirlər.

Məhz buna görə Quran kərim insanların həyatında qurucu nümunələrinin roluna vararaq, bəzi yüksək əxlaqa malik olan nümunələri qeyd etmişdir. O cümlədən “İsmayıl”ın Həmçinin “Safuranın” dastanlarını nümunə kimi göstərmək olar.

Bu əsər sadə nəsrlə amma tərbiyət və mistik baxımdan bu dastanların dərin mənalarını araşdırır.

“Rasixun” nəşriyyatı İsmayıla bənzər cavanların fədakarlığı və şəhid olmaqları naminə; müsəlman qızların Safura kimi paklığı, iffəti və əxlaqi dəyərləri qorumaqları məqsədi ilə bu dəyərli əsəri bütün cavan və gənc nəsilə təqdim edir.

 

Özünü islahetmədə örnəyin rolu.

İstər fərdi tərbiyədə, istər ictimayi tərbiyələrdə praktiki nümunə mühüm rol oynayır. Məqsədimiz vahid məktəb və məramın kamilləşmiş və armanını təcəssüm etdirən nümunələrdir. Quran ədəbiyyatında bu növ kamillik nümunələrindən və təbiyət örnəklərindən “Üsvə” adı ilə yad edilir.

Həm Həzrəti İbrahim (ə) özünün tövhid mübarizələrində təkAllahlıların nümunəsi və həm Həzrəti Məhəmməd (s) əxlaq və davranış sahələrində müsəlmanların üsvəsi kimi hesab olunubdur.

Bu Quranın qabarıq və ləyaqətli insanların və qəhrəmanların nümunəvi rəftar və atributlarının öz ardıcıllarının rəftarlarına təsir etməsinə aid diqqətini göstərir.

Tərbiyəvi və əxlaqi bəhslərdə bəzən nəzəri əxlaq şəkilində din təlimlərini açıqlamaq lazımdır. Bəzəndə praktiki əxlaq şəkilinə salmaq lazımdır.

Din alimləri hər iki vasitədən istifadə etmişlər. Hər iki yol faydalı və səmərəlidir. Amma daha tez və qurucu rol oynayan praktiki və əməli metodların nümunəvi insanlar tərəfindən göstərilməsidir. Çünki bunlar bir növ tərəzi hesablanırlar. Məhz buna görə bu kitabda Quranda mövcud olan nümunələrin bir qismini gənclərə çatdırırıq.

Bağışlayan və mehriban Allahın adı ilə

Bütün əsrlərdə məxsusən hazırki əsrdə mühüm və əhəmiyyətli mövzulardan biri cavan və gənc nəslin məsələsidir.

Bu məsələnin həyatı əhəmiyyəti o dərəcədədir ki müxtəlif təbəqələrin və tayfaların düşüncələrini hətta elmi mərkəzlərin diqqətini belə, özünə cəlb etmişdir. Digər tərəfdən ata-anaları nigaran etmişdir. Başqa nəzər nöqtəsindən isə xeyrxahları, univeristet müəllimləri və ictimaiyyət tərbiyəçilərini özünə məşğul etmişdir. Müxtəlif ölkələrdə hökumətləri belə problemlə üzbəüz etmişdir. Çünki ümumi əmn-amanlığı aradan qaldırır və ictimaiyyətin özünü nigaran və narahat edir.

Bu həqiqət hazırki vaxtda tamamilə aydındır. Cavanların məsələsi problemli bir mövzu kimi zərif və problemli bir hala çevirilib. Azlı çoxlu bütün cəmiyyətlərdə bu problemlə üzləşirlər. Hətta İslam ölkələri bu nigarançılıqdan amanda deyil. Hamı cavanların işlərinin necə olacağını fikirləşir. Cəmiyyət çox çətin iztirab içində yaşayır. Bilmirlər necə bu cür ayağa qalxmış və tüğyan etmiş yeni gəncləri kontrol etməliyik. Nəhayət hazırki gənc nəslin fikri və əməli hadisələri haraya gətirib çıxaracaq.

Əlbəttə məzhəb və dinə inanan təbəqələr arasında spesifik olaraq Şiə məzhəbində təbiyələnərək, inkşaf edən şəxslərdə bu növ nigarançılıq, təşviş və iztirab daha çox müşahidə olunur. Çünki onlar dini məsuliyyət də daşıyırlar və uca Allah ilk növbədə cavan və gənclərin islah və düzəlməsini onlara tapşırıb və onlardan ciddi şəkildə istəyib ki övladlarının inkşafı, islahı və səadəti yolunda çalışsınlar.

1
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...

 
user comment

Celina
That's 2 cleevr by half and 2x2 clever 4 me. Thanks!
پاسخ
0     0
2011-06-22 17:37:49