Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

TÖVHID VӘ TӘVӘSSÜLLӘR

TÖVHID VӘ TӘVӘSSÜLLӘR

Dediklərimizdən ibadətdə tövhid barəsində ali və mühüm bir nöqtə əldə edilir. Allah övliyalarına təvəssül edərək onlardan şəfaət istəyəndə onun, Allahın vasitə etdiklərindən olmasına diqqət etmək lazımdır. Qur`ani-kərim belə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ

«Ey iman gətirənlər! Allahdan qorxun. Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) yol axtarın...» (Maidə-35).

Ümumiyyətlə səbəbi yaradan, onu səbəb edən və bizdən səbəb və vasitələrdən istifadə etməyimizi istəyən Allah-taalanın Özü olduğu üçün səbəb və vasitələrə üz tutaraq onlara sığınmaq şirk deyil, eynilə tövhiddir. Bu baxımdan maddi, ruhi, zahiri, mə`nəvi, dünya və axirət səbəbləri arasında heç bir fərq yoxdur. Amma maddi səbəbləri elmi-təcrübi yolla araşdırmaq və nədən ibarət olmasını bilmək olar. Mə`nəvi səbəbləri isə yalnız dini üsullarla, yə`ni vəhy, Qur`an və sünnə yolu ilə aşkar etmək lazımdır.

Digər bir məsələ də budur ki, insan kiməsə sığınaraq ona yalvaranda və ya ondan şəfaət etməsini istəyəndə ilk növbədə Allaha üz tutmalı, sonra Allahdan vasitə və şəfaətçiyə tərəf gəlməlidir. Çünki dediyimiz kimi, həqiqi şəfaət, yanında şəfaət edilənin şəfaətçini həmin məqsədlə işə salmasıdır ki, şəfaətçi Allah istədiyi və razı olduğu üçün də şəfaət edir. Batil şəfaətdə isə yanında şəfaət edilənə tə`sir etmək üçün əsas diqqət şəfaətçiyədir. Buna görə də həmin vaxt günahkarın bütün diqqəti şəfaətçidə olur ki, gedib tərəf müqabilin yanında olan nüfuz və qüdrətindən istifadə edlərək onu razı salsın. Deməli, əsas diqqətin şəfaətçiyə olması və Allaha diqqət edilməməsi ibadətdə şirkdir.

Allahın işləri qanunauyğunluq əsasındadır. Kiminsə yaradılış aləminə diqqət etmək istəməməsi azğınlıqdır. Buna görə də Allah-taala günahkarları Peyğəmbərin (s) qapısına getməyə istiqamətləndirib və ondarın özlərinin bağışlanma istəmələrindən əlavə, o həzrətin də onlar üçün bağışlanma istəməsini bildirib. Qur`ani-kərim belə buyurur:

وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا

«Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər». (Nisa-64).

Bəli, Peyğəmbərin (s) ömrünün son günlərində buyurduğu kimi, təkcə saleh əməl və təqvaya arxalanmaq olmaz. «Әməl və Allahın rəhmətindən başqa heç bir nicat verən yoxdur.»

IRADLARA CAVAB

Bağışlanma növlü şəfaətə verdiyimiz izahlarla şəfaət barəsindəki iradların cavabı aşağıdakı kimi olur.

1. Şəfaət nə ibadət və nə də zati tövhidlə təzad təşkil etmir, çünki şəfaətçinin rəhməti Allahın rəhmət nurundan başqa bir şey deyil, şəfaət və rəhmətin yayılması da Allah tərəfindəndir. (Birinci və ikinci iradların cavabıdır.)

2.Günahların bağışlanmasına inam məsələsi insanın günah etmək cür`əti əldə etməsinə səbəb olmadığı və yalnız ümidvarlıq yaratdığı kimi, şəfaət inamı da insanın günaha təşviq edilməsi deyil. Bağışlanma və şəfaətin insana şamil olmasının şərtinin Allahın iradə və razılığının mövcudluğu olmasını nəzərə alanda, bu inam hissinin tə`sirinin qəlbləri mə`yusluq və ümidsizlikdən qurtarmaq və onu həmişə qorxu və ümid içində saxlamaq səviyyəsində olması aydınlaşır. (Üçüncü irada cavab.)

3. Şəfaət iki növə ayrılır və onlardan biri düzgün, digəri isə səhv şəfaətdir. Şəfaətin Qur`anın bə`zi ayələrində rədd edilməsi, bə`zi ayələrində isə təsdiqlənməsinin səbəbi, iki növ şəfaətin təsəvvür edilməsidir. Qur`an zehnləri batil və səhv şəfaətdən düzgün şəfaətə tərəf cəlb etəmək istəyib. (Dördüncü iradın cavabı.)

4. Şəfaət, əməlin əsaslığı nəzəriyyəsi ilə də zidd deyil. Çünki əməl qəbul edən səbəb, Allahın rəhməti isə faili səbəb yerindədir. (Beşinci irada cavab.)

5. Düzgün şəfaətdə Allahın hansısa tə`sir altına düşməsi təsəvvürü yoxdur, çünki o, yuxarıdan aşağı olan bir axındır. (Altıncı iradın cavabı.)

6. Şəfaətdə və habelə bağışlamada istisna və ədalətsizlik yoxdur. Allahın rəhməti hədsizdir və kim bu rəhmətdən məhrumdursa, qabiliyyət və ləyaqətini əldən verdiyi üçündür, yə`ni məhrumluğun səbəbi qəbul edənin naqisliyidir. (Yeddinci irada cavab.)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NAMAZ VAXTLARI
AVESTA
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri

 
user comment