Azəri
Thursday 25th of April 2024
0
نفر 0

XÜLƏFA MƏKTƏBININ ALIMLƏRININ XÜMS BARƏSINDƏKI NƏZƏRLƏRI

XÜLƏFA MƏKTƏBININ ALIMLƏRININ XÜMS BARƏSINDƏKI NƏZƏRLƏRI

Bura qədərki bəhsdə xüləfa məktəbinin xüms barəsindəki nə‌‌zər‌ləri, eləcə də onların biri digərindən sonra gördüyü təd‌‌birləri bəyan etdik, onların bir-birilə aşkar zid‌diyyət‌lə‌ri‌‌ni müşahidə etdik. Xüləfa məktəbinin alimlərinin xüms ba‌‌rə‌‌sindəki nəzəri elə xəlifələrin tədbirlərinin davamıdır. Be‌‌lə ki:

Ibni Rüşd yazır: «Alimlər xüms barəsində ixtilafa dü‌çar olaraq dörd məşhur yola ayrılmışlar:

Şafei deyir: «Xüms şərif ayənin aşkar buyurduğuna əsa‌sən, 5 yerə bölünməlidir.»

Digəri deyir: «Xüms 4 yerə bölünməlidir.»

Üçüncü bir nəfər deyir: «Hal-hazırda üç yerə bölünür. Çünki Peyğəmbərin və «zil-qurba»nın payı Peyğəmbərin vəfa‌tı ilə qüvvədən düşmüşdür.»

Dördüncü dəstə deyir: «Xüms eynilə «fey`» kimidir ki, həm fə‌qirə, həm də varlıya verilməlidir.»

Dörd, yaxud beş yerə bölünməsini deyənlər Peyğəmbərin və «zə‌‌vil-qurba» payının onun vəfatından sonra harada xərc‌lən‌mə‌si barədə ixtilafa düşmüşlər. Onlardan bə`ziləri demiş‌lər ki, haqq sahibi olan digər siniflərə qaytarılacaqdır. Di‌‌‌gər‌‌ləri demişlər ki, əksinə, ordunun qalanlarına veril‌mə‌lidir. Başqa biri isə demişdir: Peyğəmbərin payı ima‌ma məx‌susdur, «zəvil-qurba» payı isə imamın qohum-əqrə‌basına ça‌tır. Digər bir qrupun nəzərinə görə bu iki səhm silah alın‌masına və ordunun təchiz edilməsinə sərf olunur. Həmçinin, «zəvil-qurba», Peyğəmbərin qohumları və onların kim olması barəsində də ixtilaf etmişlər.»[1]

Ibni Qudamə «Muğni» kitabında Əbu Bəkrin xümsü üç ye‌rə bölməsini rəvayət etdikdən sonra deyir: Bu, rə`y səhabə‌lə‌ri‌nin – Əbu Hənifə və onun ardıcıllarının nəzəridir ki, de‌yir‌lər: Xüms üç yerə bölünməlidir: Yetimlərə, miskinlərə və «ib‌ni səbil»ə (yolda qalanlara). Peyğəmbərin və onun qohum‌la‌rı‌nın səhmi də o həzrətin vəfatı ilə qüvvədən düşdü.

Malik deyir: «fey`» və xüms birdir və beytül-malda qərar ve‌ril‌məlidir.» Süfyan Suri və Həsən Bəsri deyir: «Imam onu Allah-taalanın buyurduğu yerdə xərcləyir.»

Həmçinin deyir: Əbu Hənifənin nəzərinə gəldikdə isə, o, xüms ayəsinin zahiri mə`nası ilə müxalifdir. Çünki mütəal Al‌lah Peyğəmbərin və onun qohumlarının adlarını çəkmiş və onlar üçün də yerdə qalan üç qrup kimi, haqq ayırmışdır. O həzrətlə müxalifət edən şəxs də Qur`anın aşkar buyruğu ilə müxalifət etmiş olur. Əbu Bəkr və Ömərin «zil-qurba» pa‌yı‌nı Allah yolunda sərf etmələrinə gəldikdə isə, onu Əh‌mə‌din (Ibni Hənbəlin) yanında xatırlatdığı zaman sükut edərək başını yelləmiş, onu qəbul etməmiş və belə nəzər vermişdir ki, Ibni Abbas və onun müvafiqlərinin sözü daha layiq‌lidir. Çünki bu, Allahın Kitabı və Peyğəmbərin sünnə‌si ilə uyğun gəlir.»[2]

Əbu Yə`la və Mavərdi belə nəzər vermişlər: «Xümsün sərf olun‌ma yerinin tə`yin olunması xüləfanın ictihadına bağ‌lı‌dır.»[3]

Indi ki, bizim sözümüz xüləfanın xüms və Peyğəmbərin qı‌zı‌nın haqqı barəsindəki ictihadları genişləndi, məsə‌lənin daha ətraflı dərk olunması və nəticə alınması üçün bu bəhsi yekunlaşdırıb onu xülasə şəkildə izah edirik.

KEÇƏN BƏHSIN XÜLASƏSI

Xüləfanın xüms və Peyğəmbər qızının haqqı barəsindəki ictihadlarının dərinliklərini dərk etmək üçün (bu, uzun əsr‌lər boyu müəmmalı və mürəkkəb şəkildə qalmışdır), hök‌mən əvvəlcə islami istilahlar olan zəkat, sədəqə, fey, sə‌fiyy, ənfal, qənimət və xüms kəlmələrini araşdırır və aşa‌ğı‌dakı‌ları əldə edirik:

1-Zəkat dedikdə Islam şəriətində Allah-taalanın əmvalda olan tamam haqqı nəzərdə tutulur.

2-Sədəqə də nəqdeyndən (qızıl və gümüşdən), taxıldan və hey‌vanlardan – əgər nisab həddinə çatarsa, – ayrılaraq lazım olan yerə veriləcək miqdarın adıdır. Fitr bayramı günündə ve‌rilənə də zəkat sədəqəsi deyilir. Bizim dəlillərimizdən biri də budur ki, xüms, sədəqə və səfiyy Peyğəmbər ¡-in zə‌ka‌tın növlərini bəyan etmək məqsədilə yazdığı məktublarda qeyd olunmuşdur. Buna əsasən, sədəqə zəkatla eyni səviyyədə de‌yil, əksinə, zəkatın növlərindən biridir. Bundan əlavə, biz de‌‌yi‌rik ki, necə olar ki, zəkat sədəqə mə`nasına gəlsin, hal‌bu‌ki, zəkat Qur`anın Məkki ayələrindəndir və Mədinədə sədə‌qə hökmü nazil olmazdan qabaq gəlmişdir?![4]

Deməli, yuxarıda qeyd olunanların əsasında bu şərif hə‌dis‌də qeyd olunan zəkatın «əgər malının zəkatını verdinsə, ma‌lında olan Allah haqqını yerinə yetirmiş olursan» - təf‌siri və izahı belə olar: Əgər mal-dövlətinin barəsində sə‌nə va‌cib olan şeyləri ödəmiş olsan, Allahın haqqını yeri‌nə ye‌tir‌miş olarsan.» Amma ondan başqalarının verilməsi vacib haqq deyildir, sadəcə müstəhəbdir. Həmçinin, «hər kəs bir ma‌lı əldə etsə, ilin axırına qədər onun zəkatı yoxdur» – hə‌di‌si bu mə`nayadır ki, Allah-taalanın ilin axırına qədər onun malında heç bir haqqı yoxdur. Həmçinin, bu iki hədisin oxşar‌ları da eynilədir. Amma qeyd etdiyimiz yerlərdə «sədəqə» kəlməsi, eləcə də insanın Allah dərgahına yaxınlaşmaq – «qür‌bətən iləllah» niyyəti ilə verdiyinə gəldikdə isə, müstəhəb və vaciblərdə müştərəkdir, onların arasında fərq bundan ibarətdir ki, əgər Islam hakimi qızıl, gümüş, taxıl və heyvanlardan olan vacib haqqı zorla alsa, vacib sədəqə və zəkat hesab olunur. Amma insanın «qürbətən iləllah» məqsədi ilə verdiyi sədəqə yox!

3-«Fey`»: Müharibə olmadan kafirlərdən əldə olunan mal-dövlətə deyilir. Müsəlmanların fikir birliyində olduğu mə‌sələ budur ki, Bəni-nəzir əmvalı «fey`»in bir hissəsidir və Pey‌ğəmbərin ondan təsərrüf etməsi malikin öz şəxsi mül‌kiyyətində təsərrüf etməsi kimi olmuşdur.

4-Ənfal «hibə» və «hədiyyə» mə`nasına olan «nəfl» sözünün cəm formasıdır, nəfl isə vacib miqdara artırılan əlavə his‌səyə deyilir. Ənfal Qur`ani Kərimdə Bədr müharibəsi zama‌nı işlənmişdir ki, Allah-taala müsəlmanları müharibə ol‌ma‌‌dan müşriklərdən əldə etdikləri şeyləri öz mül‌kiyyət‌lə‌ri‌nə keçirmələrindən saxlamışdı. Eləcə də sahibləri müharibə ol‌ma‌dan köçüb gedənlərin mal-dövləti, əmlakı, eləcə də pad‌şahların mülkiyyətində olanlar, seyrək və sıx meşələr, bataq‌lıqlar və xam torpaq sahələri və sair də eynilə belədir.

5-Qənimət və məğnəm həm cahiliyyət dövrünün ərəbləri ara‌sında, həm də Islam dövründə zəhmət və əzab-əziyyəti olma‌dan əldə olunan şeylərə deyilirdi. Iğtinam, yə`ni qənimətin in‌tizarında olmaq və qənimət malı barəsində fikirləşmək.

Bir kəsin silahı, miniyi, yaxud paltarı müharibə və düş‌mən‌çilik nəticəsində ondan alınsa, onu «səlb» adlan‌dırır‌lar, amma əgər onun malının hamısı alınsa, ona «hərb» deyi‌lir. «Nəhibət» və «nuhba» kəlmələri də həm cahiliyyət döv‌rü‌nün ərəbləri, həm də islam əsrindəki qənimət və məğnəm kəl‌mə‌lərinin sinonimi kimi işlənirdi. Qur`ani Kərimdə «ğə‌nəm» kəlməsinin mütləq şəkildə mal-dövlət əldə edilməsi üçün – asan şəkildə əldə edilməsi nəzərdə alınmadan – iş‌lə‌‌dildiyi ilk yer Bədr müharibəsində müşriklərin mal-dövlə‌ti‌nin toplanması ilə əlaqədar idi ki, Allah-taala onun mül‌kiy‌yətini həmin şəxslərdən aldığı zaman ənfal adlandırdı və onu Allah və Rəsulu üçün qərar verdi. Bundan sonra ğəna‌imi başqa şəxslərə məxsus etdi və onun mütləqinin beşdə bi‌rinin verilməsini Allaha, Peyğəmbərə və o həzrətin qohum-əqrə‌balarına (yetimlərinə, miskinlərinə və yolda qalanlarına) ve‌rilməsini qanun halına saldı. Bundan sonra əxz edilmə halı‌nı mütləq şəkildə qənimətlərə və əldə olunan şeylərə doğru ümumiləşdirdi. Halbuki, cahiliyyət dövründə qənimət‌lə‌r‌in dörddə biri qəbilə rəisinə məxsus idi. Allah-taala dördə birin yerinə beşdə biri vacib etdi və rəisə məxsus olan pay yerinə onu altı dəstəyə bölüşdürdü.

Xümsün mütləq şəkildə qənimətlərdən və əldə olunan hər bir şeydən verilməsinin vacibliyinin dəlili-yuxarıda qeyd olu‌nanlardan əlavə, müsəlmanların bu barədə fikir birliyinə çat‌masıdır ki, Peyğəmbər ¡ yerdən çıxarılan mal-döv‌lət‌dən-mə`dən və xəzinədən də xüms alırdı. Bu, elə bir şey deyildir ki, müsəlmanlar müharibə ilə onu əldə etmiş olsun‌lar.

Digər bir dəlil də Peyğəmbəri Əkrəm ¡-in sünnə‌sin‌dən əldə olunurdu: Peyğəmbəri Əkrəm ¡ Əbdül-qeys qəbi‌ləsinin nümayəndə hey`ətinə qənimətin xümsünün verilməsi ba‌rəsində fərman verdi. Onlar Həzrətdən istəmişdilər ki, Is‌lam hökmlərini onlara öyrətsin, nəticədə bu hökmləri bil‌sin‌lər və öz qəbilələrinə öyrətsinlər. Çünki Müzər qəbi‌ləsi‌nin qorxusundan yalnız haram aylarda öz sərhədlərindən xaric ola bilirdilər. Bu qəbilənin cəngavər bir qəbilə olmasını təsəvvür etmək də olmaz ki, məğnəm və qənimət bu fərmanda müharibə qənimətləri hesab edilsin. Deməli, hökmən kəsb olunan mütləq mal-dövlətə məğnəm deyilir.

Peyğəmbər ¡-in Islamı qəbul edən sair ərəb qəbilə‌lə‌rinə yazdığı məktubların məzmunu da eynilə belədir. O həz‌rətin öz valilərinə, o cümlədən Yəməndəki valilərinə ver‌di‌yi göstərişdə belə qeyd olunur: «Vali gərək qənimətin xüm‌sünü, həmçinin, mö`minlərə vacib olan sədəqələri də alsın.»

Peyğəmbəri Əkrəm ¡-in Sə`d qəbiləsinə yazdığı mək‌tub‌da deyilir ki, «gərək xümsü və sədəqəni o həzrətin nüma‌yən‌dəsinə versinlər.» Bu qəbilə heç bir müharibədə iştirak etməmişdi ki, Peyğəmbər müharibə qənimətlərini onlardan tə‌ləb etsin. Yalnız belə hökm olunur ki, o həzrət vacib sədə‌qələri, onların kəsb, ticarət və qazanclarının xümsünü ver‌məyi onlardan tələb edirdi.

Peyğəmbər ¡-in müsəlman olan sair ərəb qə‌bi‌lələri‌nə yazdığı məktublarda da «qənimətin xümsü» de‌dikdə, onla‌rın kəsb, ticarət və qazanclarının xümsü nəzərdə tutulurdu.

Bizim müddəamızı təsdiq edən şey budur ki, Islamda mü‌ha‌ribə hökmü cahiliyyət ərəblərinin müharibələri ilə müxa‌lif idi. Çünki cahiliyyət dövründə hər bir qəbilənin haqqı var idi ki, öz həmpeymanlarından başqalarına yürüş edərək on‌la‌rın mal-dövlətlərini qarət etsinlər. Onlar yürüş zamanı qa‌rət etdikləri hər şeyin sahibi olurdular, qarət etdikləri şey‌lərin dördə birini də qəbilə başçısına verməkdən başqa bir vəzifələri yox idi. Amma Islamda belə bir qanun yox idi ki, Peyğəmbər də onların müharibə qənimətlərinin beşdə biri‌ni–xümsünü qəbilə rəislərinin tələb etdiyi dörddə bir yerinə götürmüş olsun. Xeyr! Islam rəhbəri elə bir şəxsdir ki, müharibəni Islam qanunları əsasında aparır və müsəl‌manlar onun göstərişlərini icra edirdilər. Qələbədən sonra qənimətləri ixtiyarına alan məhz hakimin şəxsən özü, yaxud nümayəndəsidir, cəngavərlərdən heç biri-öldürdüyü adamın şəxsi əmlakından başqa bir şeyə malik olmur. Əksinə, hər kəs hər nə əldə edirdisə, hətta iynə və sap olsa belə, təhvil verməlidir. Əks halda, xəyanətkar hesab olunur, qəbiləsinə ar qazanır, Qiyamət günü isə atəşi özünə almış olur. Sonra həmin hakim qənimətin xümsünü götürür, yerdə qalanını isə ordunun əsgərləri arasında bölüşdürürdü.

Deməli, Islamda yalnız hakim müharibə e`lan edə bilər və qənimətləri ixtiyarına keçirərək onun xümsünü götürə, yerdə qalanlarını isə cəngavərlərin arasında bölüşdürə bilər.

Deməli, Islamda cihad e`lan edən və qənimətləri ixtiya‌rı‌na keçirərək onun xümsünü götürüb yerdə qalanlarını isə bö‌lüş‌dürən yalnız Islam hakimidir. Halbuki, Islamın əvvəl‌lə‌rində onların tutduğu üslub belədir: Peyğəmbərin dövründə mü‌ha‌ribə qənimətlərinin xümsünü ayırmaq o həzrətin bu üm‌mət arasındakı işlərindən biri idi. Onda nə üçün Peyğəm‌bə‌ri Əkrəm ¡ özünün biri digərindən sonra yazdığı mək‌tub‌larında camaatdan istəyir ki, öz xümslarını versinlər? Cavab‌da yalnız belə deyə bilərik: Xüms da vacib sədəqə və ma‌liy‌yətlər kimi elə vacibatlardan idi ki, məktubların din‌lə‌yi‌ciləri onu öz mallarından verməli idilər və bu, təkcə mü‌ha‌ribə qənimətlərinə aid deyildi!

Deməli, Peyğəmbər ¡ Islamı qəbul edən hər bir şəxs‌dən istəyirdi ki, vacibi sədəqələrdən əlavə əldə etdiyi şey‌lərin xümsünü da versin və o dövrdə qənimət və «ğənaim» söz‌lərinin məfhumu ümumi şəkildə əldə olunan mal ilə bə‌ra‌bər idi. Sonralar geniş fəthlər baş verdi və xəlifələr xüm‌sü onun öz sahiblərinə verməkdən imtina etdikləri dövr‌də, eləcə də müsəlmanların bu hökmü unutduqları bir zaman bu kəlmənin məfhumunda dəyişiklik icad edildi.

Amma şərif ayədəki xümsün məfhumunun məqamına gəl‌dik‌də isə, aşkar şəkildə deyilir ki, xüms Allaha, Peyğəm‌bər ¡-ə, o həzrətin qohum-əqrəbalarından olan yetimlərə, miskinlərə və onların arasında yolda qalanlara məxsusdur. Bu hesabla, xüms altı yerə bölünməlidir. Bə`zi rəvayətlərin de‌diyi: «Allahın və Peyğəmbərin payı birdir» - sözünə gəl‌dikdə isə, əgər məqsəd onların bir yolda istifadə edilməsi olarsa və Peyğəmbər də hər ikisindən eyni səviyyədə istifadə edərsə, bu düzgündür. Əks halda ayənin zahiri mə`nası ilə müxalifət edəcəkdir.

Əhli-beyt imamlarından ¢ mütəvatir şəkildə nəql olu‌nan rəvayətdə deyilir: «Zil-qurba payı Peyğəmbəri Əkrəm ¡-in dövründə onun Əhli-beytinə məxsus idi və o həz‌rətdən sonra sair Əhli-beyt imamlarının payı olmalıdır. Üç‌lük təşkil edən-Allahın, Peyğəmbərin və «zil-qurba»nın pa‌yı qeyd olunan ünvana şamildir. Çünki Allahın payı Pey‌ğəm‌bərin ixtiyarına verilirdi ki, istədiyi yerdə sərf etsin, bu iki pay da Peyğəmbərdən sonra onun haqq canişinləri olan imam‌lara məxsusdur. Buna görə də xümsün yarısı hazırkı dövr‌də imam Zaman -a, onun imamətinə görə verilir, di‌gər yarısı isə Peyğəmbərin qohum-əqrəbasının – o həzrətin Əhli-beytindən əlavə – yə`ni Peyğəmbər ¡-in qohumla‌rın‌dan olan yetimlər, miskinlər və yolda qalanların payıdır ki, Peyğəmbəri Əkrəm ¡-lə ata tərəfdən qohumluq əla‌qə‌lə‌rinə malik olduqlarına görə xümsü əxz etmək və öz eh‌tiyaclarını tə`min etmək üçün layiqdirlər. Belə ki, əgər artıq qalarsa, hakimin ixtiyarına verilir, az gələrsə, valiyə və hakimə vacibdir ki, onun ehtiyacını tə`min etsin. Onlar‌dan hər birinin aldığı və malik olduğu xüms ölü‌mündən son‌ra onun varislərinə və Peyğəmbərin Əhli-beytindən əlavə olan qohumlarına, yə`ni fəqirlik səbəbilə xümsün yarısına la‌yiq olanlara nəql olunur ki, onlar Əbdül-Müttəlibin oğlan öv‌lad‌larıdırlar. Onlar həmin kəslərdir ki, sədəqə onlara ha‌ram‌dır və Peyğəmbər ¡ onların heç birinə, hətta xid‌mət‌çilərinə belə, sədəqə işinə mütəvəlli olaraq, "amilinə əley‌ha" – yə`ni xüms işinə baxanlar – payından bəhrələnməyə ica‌‌zə verməmişdir. O həzrət hətta öz xidmətçisini belə, sə‌də‌qə işinə baxanlarla şərik olmaqdan çəkindirmişdir ki, sə‌də‌qədən bir şey ona çatmasın.[5] Əhli-beyt də o həzrətə tabe olur‌dular.

Bu bəyanla Ibni Hişam kimi, Peyğəmbəri-Əkrəm ¡-in öz əmi oğlusu Əlini sədəqə almaq üçün Yəmənə göndə‌r‌di‌yi‌ni güman edənlərin yol verdiyi səhv aşkar olur. Çünki onu zə‌kat üçün yox, başqalarının da aşkar şəkildə dediyi kimi, xüm‌sü almaq üçün göndərmişdi!

Ibni Hişam «sədəqə işçilərinin və əmirlərinin xürucu» bölü‌mündə deyir: Peyğəmbəri Əkrəm ¡ sədəqə əmirlərini və işçilərini göndərdi... Əli ibni Əbi Talibi Nəcrana gön‌dər‌di ki, onların sədəqələrini toplasın və onların cizyə‌sini alaraq Peyğəmbərin yanına qayıtsın.

Sonra «Əli -ın həcdə Peyğəmbəri Əkrəm ¡-lə müa‌fat etməsi» bölümündə deyir: Əli (rəziyəllahu ənh) Peyğəmbərlə görüşmək üçün Yəməndən Məkkəyə gəldiyi zaman onunla yanaşı olan yoldaşlarından bir nəfərini orduda canişin tə`yin etdi və çox sür`ətlə Peyğəmbərin yanına gəldi. Canişin tə`yin olunan o şəxs ordu üzvlərindən hər birinə Əlinin yanında olan sandıqdakı libaslardan geyindirdi, orduya doğru qayıdıb hillələri onların çiynində görən zaman dedi: «Vay olsun sənə, onları, Peyğəmbəri Əkrəm ¡-ə çatmazdan qabaq geri al!» Onları geri alıb sandığa qoydu və orduda olanlar ondan giley-güzar etdilər.

Ravi deyir: Camaat Əlidən şikayət etdilər və Peyğəmbəri Ək‌rəm ¡ ayağa qalxıb belə buyurdu: «Ey camaat! Əlidən şi‌kayət etməyin; çünki Allaha and olsun ki, o, Allahın işində, yaxud Allahın yolunda elə ciddidir ki, ondan şikayət edə bilməzsiniz!»[6]

«Qüvvələrin və xərac yığanların göndərilməsi» fəslində deyir: «Digəri də Əli ibni Əbi Talibin (rəziyəllahu ənh) Yə‌mən yolundakı qəzvəsidir ki, bu da iki dəfə baş vermişdir. Belə ki, Peyğəmbər ¡ Əli ibni Əbi Talibi Yəmənə gön‌dərdi və Xalid ibni Vəlidi də başqa bir ordu ilə həmin di‌yara doğru göndərdi və buyurdu: "Bir-birinizə çatdığınız za‌man hamının sərkərdəsi Əli ibni Əbi Talibdir."[7]

Qeyd olunan rəvayətlərdə göstərilir ki, imam Əli Yə‌mə‌nə də üç dəfə getmişdir. Iki dəfə müharibə üçün, bir də‌fə də sədəqələri toplamaq üçün. Bu səfərlərlə əlaqədar rəva‌yət‌lər alimlərə gizli qalırdı. Onlar səhvə yol verdik‌lərin‌dən, həqiqətin aşkar olması üçün onun xülasəsini bəyan edi‌rik:

«Səhihi Buxari» kitabında Bərra ibni Azibdən nəql olu‌nur ki, o, belə deyir: Peyğəmbəri Əkrəm ¡ bizi Xalid ibni Vəlidlə birlikdə Yəmənə göndərdi, sonra Əlini onun yerinə tə`yin edərək buyurdu: "Xalidlə gedənlərə de ki, onlardan hər biri istəsə, səninlə yoldaş ola bilər."[8]

Bu rəvayətin ətraflı izahını Beyhəqi Bərradan rəvayət edə‌rək deyir: «Rəsuli Əkrəm Xalid ibni Vəlidi Yəmənə gön‌dər‌di ki, onları Islama də`vət etsin. Mən Xalid ibni Vəli‌din dəstəsində idim və altı ay onun yanında qaldım. O, ca‌ma‌atı Islama də`vət etdi, amma onlar qəbul etmədilər. Sonra Peyğəmbər ¡ Əli ibni Əbi Talibi göndərdi və fərman verdi ki, Xalidin dəstəsini qaytarsın; yalnız əvvəldən Xa‌lid‌lə olub, indi isə Əli ilə olmaq istəyən şəxslər qala bilər‌lər və onlardan başqaları Əli ilə qalsınlar.

Bərra deyir: Mən Əli ilə qalanların cərgəsində idim. Yə‌mən‌lilərə yaxınlaşdığımız zaman onlar bizə tərəf gəldilər, Əli irəli çıxdı və bizimlə birlikdə namaz qıldı. Sonra ha‌mımızı bir cərgəyə düzdü, bizim qarşımızda qərar tutdu və Peyğəmbəri Əkrəm ¡-in məktubunu onlar üçün qiraət etdi. Həmdan qəbiləsi hamılıqla Islamı qəbul etdilər. Əli onlarla olan əhvalatı yazıb Peyğəmbərə xəbər verdi. O həz‌rət məktubu oxuyandan sonra səcdəyə düşdü, səcdədən qal‌xıb dedi: – "Salam olsun Həmdana! Salam olsun Həmdana!"[9]

«Üyunul-əsər» və «Əmtaul-əsma» kitablarında deyilir ki, Pey‌‌‌ğəmbər sonra üç dəfə buyurdu: "Salam olsun Həmdana!" Bundan son‌‌ra Yəmən əhalisi bir-birinin ardınca Islamı qəbul etdi‌lər.»[10]

Bu, Buxarinin natamam, başqalarının isə tamam şəkildə nəql etdiyi iki qəzvənin hadisəsidir. Çünki rəvayətin ar‌dın‌da qeyd olunanlar, Xalid ibni Vəlid kimi məşhur səhabənin mə‌qa‌mını Əli -ın məqam və ləyaqəti qarşısında aşağı gə‌ti‌rir. Mühəddislərin imamı Buxari səhabələrin qar‌şısında malik olduğu ifrat təəssüb və qeyrətə görə onların mə‌qamına azacıq xələl gətirən mə`lumatları bəyan etməkdən çəkin‌mişdir.

Ikinci qəzvənin rəvayətinin qısası (ikinci dedikdə onla‌rın tərtibi yox, sayı nəzərdə tutulur) belədir: Vaqidi, Məq‌rizi və Ibni Sidə belə qeyd etmişlər: Peyğəmbər ¡ Əlini üç min nəfərlə birlikdə Məzhəc adlı yerə göndərdi. Onun ordusu bu ölkəyə yollanan ilk ordu idi. O, əsgərlərini ətrafa göndərdi, onlar qənimət və əsirlərlə birlikdə qayıtdılar. Sonra Əli onlarla hərəkət edib bir qrupla qarşılaşdı və onları Islama də`vət etdi, amma onlar qəbul etmədilər və Həzrət Əlinin tərəfdarlarını oxa bağladılar. Bu‌na görə də Imam yürüş etdi və onların süvarilərindən 20 nə‌fəri qətlə yetirdi. Yerdə qalanlar qaçdılar. Həzrət onları tə`‌qib etmədi, onları yenidən Islama də`vət etdi, bu dəfə qə‌bul etdilər. Onların qəbilə başçılarından bir neçəsi Is‌la‌mı qəbul edərək onunla bey`ət etdi. Həzrət qənimətləri beş yerə böldü, dörd hissəsini ordu arasında böldü və sür`ətlə qayıtdı ki, Peyğəmbəri görsün. Əbu Rafeni öz canişini seçdi. Onlar Əbu Rafedən istədilər ki, onlara geyim üçün təzə paltarlar versin. O da hər birinə iki paltar geyindirdi. Əli qayıdıb onları gördüyü zaman paltarları onlardan aldı. Onlar bu işdən Peyğəmbərə şikayət etdilər.[11]

Qeyd olunanlar bu iki qəzvənin xülasəsi idi. Amma Əli -ın əmvalı toplamaq üçün göndərilməsinə gəldikdə isə, Bu‌xari və Ibni Qəyyim belə demişlər: «Bu səfər xümsün top‌lanması üçün idi.»[12]

Ibni Hişam və onun ardıcılları demişlər: Bu səfər Nəcran əhlindən sədəqə və cizyə toplamaq üçün olmuşdur.

Bu barədə digər rəvayətlər «Sihah», «Müsnəd», «Sirə» ki‌tab‌larında pərakəndə vəziyyətdə mövcuddur ki, Imam -ın Yəmə‌nə səfərindən xəbər verir. Amma onlar səfərin hansı məq‌sədlə olduğunu qeyd etməmişlər. Buxari, Müslüm, Nəsai və Əh‌mədin gətirdiyi rəvayəti qeyd edirik: «Yəməndə olarkən Əli bir qədər xalis olmayan qızılı Peyğəmbər üçün göndərdi.»[13]

Digər bir rəvayətdə isə belə yazırlar: Qızılları aşı‌lan‌mış dəridə yerləşdirdi, hələ onlar əridilib xalis edilmə‌miş‌di.[14]

Burada digər bir rəvayət də vardır ki, deyilir: «Peyğəmbər ¡ onu qəzavət və bə`zi hökmləri şərh etmək üçün Yəmə‌nə göndərdi.» «Müsnədi Əhməd» və «Sünəni Əbi Davud» ki‌tab‌larındakı iki rəvayətdə Əli -ın belə buyurduğu nəql olu‌nur: «Peyğəmbəri Əkrəm ¡ məni qəzavət üçün Yəmənə gön‌dərdi. Mən dedim: Ya Rəsuləllah! Məni elə bir qrupa tə‌rəf göndərirsən ki, onlar çarpışmadadır. Mən də qazilikdən hə‌lə bir şey bilmirəm.» Peyğəmbər buyurdu: "Allah-taala tez‌liklə sənin qəlbini hidayətə və dilini düzgün yola möhkəmlədəcəkdir."

«Müsnədi Əhməd» kitabında isə belə deyilir: «Sonra əli‌ni onun sinəsinə qoyaraq buyurdu: "Pərvərdigara! Sabit və möhkəm qə‌rar ver. Əgər iki nəfər sənin qarşında bir-birlərilə münaqişəyə baş‌layıb, haqqı istəsələr, (dərhal) qəzavət və mühakimə yürütmə, yalnız ikin‌ci şəxsin də sözlərini birinci şəxs kimi eşitdikdən sonra müha‌kimə yürüt. Bu qəzavət mövzusunun bəyan olunmasında sənin üçün da‌ha layiqdir." Əli deyir: "Bundan sonra heç vaxt qazilikdə şəkk-şüb‌həyə və tərəddüdə düçar olmadım."[15]

Ravilər o həzrətin Yəməndəki səfərində bə`zi qəzavətləri se‌çərək rəvayət etmişlər, o cümlədən bunu qeyd edirlər: «Yə‌mən əhalisindən üç nəfər bir qadınla, eyni bir paklıq müd‌dətində yaxınlıq etmişdilər. Ondan dünyaya gələn övlad barə‌sində münaqişəyə başlayıb Əli -ın yanına gəldilər. Həz‌rət onların ikisinə buyurdu: «Siz öz razılığınızla (övla‌dı) bu bir nəfərə tapşırın.» O iki şəxs qəbul etmədi, son‌ra onların ikisinə buyurdu: «Övladınızı razılıqla bu biri‌nə verin.» O iki şəxs yenə də qəbul etmədi. Həzrət buyurdu: «Siz davaçı şəriklərsiniz! Mən sizin aranızda püşk atıram, ki‌min adına çıxsa, övlad onundur, diyənin üçdə ikisi də qa‌lan iki yoldaşın xeyrinə olaraq onun üzərində olacaqdır.» Həz‌rət Əli püşk atdı və kimin adına çıxdısa, uşağı ona verdi. Bu xəbəri Peyğəmbər üçün nəql etdikləri zaman Pey‌ğəmbər o qədər sevinib güldü ki, hətta arxa dişləri də görün‌dü.[16]

Digər bir hadisə də Həzrət Əli -ın öz dilindən nəql olunmuşdur ki, onun xülasəsi belədir: Həzrət Əli deyir: Peyğəmbər ¡ məni Yəmənə göndərdi. Orada bir dəs‌tə adam şiri ovlamaq üçün bir çala qazmışdılar. Şir hə‌min çalaya düşdü. Camaat onun ətrafına yığışıb tamaşa et‌məyə başladılar ki, bu zaman bir nəfər həmin çalaya tərəf sürüşdü, yıxılmamaq üçün əlini başqasının ətəyinə atdı, o da ikinciyə, o da üçüncüyə, bu qayda ilə hamısı çalaya düşdü və şir onları yaraladı. Axırda bir nəfər silahla şiri öl‌dür‌dü. Yaralanmış dörd nəfərin hamısı da öldü. Bundan son‌ra ölənlərin adamları əlinə silah alıb bir-birilə vuruş‌ma‌ğa hazırlaşdılar. Amma Əli onları sakitləşdirdi və buyur‌du: «Peyğəmbərin sağlığında vuruşmaq istəyirsinizmi?» Digər bir rəvayətə əsasən belə buyurdu: «Istəyirsinizmi iki yüz nəfəri dörd nəfərin xatirinə öldürəsiniz?! Mən sizin ara‌nızda qəzavət edirəm, əgər bəyənsəniz, ona əməl edin, əgər bəyən‌məsəniz, bir-birinizdən aralanın və Peyğəmbərin yanına ge‌din, o, şəxsən sizin aranızda qəzavət etsin. Hər kəs onu qə‌bul etməsə, heç bir haqqı yoxdur. Indi bu çalanı qazan qə‌bi‌lələrdən diyənin dördə birini, üçdə birini, yarısını və bir ka‌mil diyəni alın; çünki birinci şəxsin qəyyumlarının payı dörd‌də birdir, çünki o, quyunun yuxarısında həlak olmuşdur. Ikin‌ci şəxsin payı üçdə bir diyədir, üçüncü şəxsin payı yarı diyə və dördüncü şəxsin diyəsi kamil bir diyədir. On‌lar qəbul etmədilər və Ibrahim məqamının kənarında Pey‌ğəm‌bər ¡-in yanına gəlib hadisəni dedilər: Həzrət buyurdu: «Mən sizin aranızda qəzavət edərəm.» Peyğəmbər ¡ hazırlaşan zaman onlardan biri dedi: «Əli bizim ara‌mızda qəzavət etmişdir.» Sonra baş verən hadisəni Pey‌ğəmbərə nəql etdikdə, həzrət onu təsdiqlədi.[17]

Bunlar həzrət Əli -ın Yəmənə göndərildiyi zaman baş verən hadisələrlə əlaqədar mətləblər idi ki, alimlər səh‌vən bu mə`muriyyətdə olan hadisələri ondan başqa yerlərə nisbət vermişlər. Onlardan bə`ziləri bu mə`muriyyətlər xəbə‌ri‌ni göstərən üç rəvayəti bir yerdə,[18] başqaları da iki fərqli yer‌də qeyd etmişlər.[19] Bu və bundan başqa məsələlərə görə də[20] bu mə`muriyyətlərin xəbərlərində müəmmaya və səhvlərə yol ver‌mişlər. Biz də ümidvarıq ki, rəvayətlərin içindən həqi‌qət‌ləri aşkar edək. Indi deyə bilərik ki, misal üçün, Məzhəc qəz‌vəsi imam Əli -ın Yəmənə doğru mə`muriyyətinin birin‌cisi, Həmdan qəzvəsi isə ikinci mə`muriyyətidir, onun üçün‌cü mə`muriyyəti isə hökumət və qəzavət işlərini qayda‌sına salmaq, xüms toplamaqdan ibarət idi. Çünki:

Əvvəla: Alimlər Məzhəc qəzvəsi barəsində demişlər ki: «Onun ordusu bu ölkəyə – Yəmənə daxil olan ilk ordu ol‌muş‌dur.»

Ikincisi: Məzhəc qəzvəsində müharibənin baş verməsidir, hal‌buki, Həmdan qəzvəsində müharibə olmamışdır. Bu müha‌ri‌bə də onların Islamı qəbul etməsindən öncə olmalıdır. Həm‌dan qəzvəsi barəsində deyilmişdir: «Həmdan qəbiləsi ha‌mı‌lıqla Islamı qəbul etdilər.» Həmçinin, deyilmişdir: «Son‌ra Yəmən əhalisi ardıcıl olaraq Islamı qəbul etdilər.» Bu‌na əsasən, ondan sonra Yəməndə heç bir müharibə olmamış və Peyğəmbər ¡ yalnız maliyyə işçilərini və vali‌lə‌rini, o cümlədən Həzrət Əli -ı Yəmənə göndərmişdi. Bu da Həzrət Əli -ın Yəmənə doğru üçüncü mə`muriyyəti idi ki, Peyğəmbər onu hökumət və qəzavət işlərini yerinə ye‌tir‌mək və xümsləri toplamaq üçün göndərmişdi. Bu dəfə də elə qə‌zavətlər etdi ki, ağılları heyran qoydu. Məhz həmin mər‌hə‌lə‌də qızıl qarışıq torpaqlar bağlamını Peyğəmbər üçün gön‌‌dərdi, bu da müharibə qənimətlərindən deyildi. Çün‌ki Yə‌mən əhli bundan öncə Islamı qəbul etmişdilər. Pey‌ğəm‌bər də onlar üçün maliyyət mə`murları, qazilər və valilər gön‌‌dər‌miş‌di. Müharibə qənimətlərini cihadda iştirak edən döyüş‌çü‌lər müharibənin sona çatmasından sonra özləri ilə Mədi‌nə‌yə aparırdılar, istər onda xüms payı olsun, istərsə də di‌gər qənimətlər. Bu halda malın, ordunun Mədinəyə qayıt‌ma‌sın‌‌dan əvvəl göndərilməsi mə`nasız idi; belə bir mal hakim tə‌‌rəfindən və vergi işçilərinin vasitəsilə göndərilməli idi.

Həmçinin qızıl qarışıq torpaq bağlamaları sədəqədən də de‌yildi. Çünki yuxarıda qeyd olundu ki, Peyğəmbər Imamı sə‌dəqə işinə baxmaq üçün göndərməmişdi. Bunu Əhli-beyt imam‌larının fiqhi hökmləri də təsdiqləyir. Belə ki, yalnız sik‌kəli qızıl və gümüş zəkat hökmünə daxildir.[21]

Həmçinin o bağlamalar Nəcran əhlinin verdiyi cizyələr də deyildi. Çünki onların cizyəsi qırx dirhəmlik min hül‌lə‌dən ibarət idi.[22] Deməli, o bağlamalar ya mə`dənlərin xümsü, yaxud da kəsb və ticarətdən əldə etdikləri şeyin xümsü idi.

Yuxarıda qeyd olunanlara əsasən, Peyğəmbər imam Əlini bu mə`muriyyətdə Yəməndən xüms almaq üçün göndərmişdi. Onun göndərdiyi digər iki nəfəri – Übeyy və Ənbəsəni də Hüzeym və Cəzam qəbilələrinə tərəf göndərmişdi ki, sədəqələrini və xümslarını alıb gətirsin.[23] Bəlkə də Peyğəmbəri Əkrəm ¡-in sədəqə işçiləri sırasında hesab olunan digər amilləri sədəqə toplamaqdan əlavə, xüms toplamağa da mə`mur olun‌muşdular və xümsü əlaqədar yerlərdən əxz edib Pey‌ğəm‌bərə çatdırırdılar. Peyğəmbərdən sonrakı xəlifələr xümsü ləğv etdiyinə görə[24] ravilər və işçilər də onu qeyd etməkdən çə‌kinmişlər. Çünki onun Islam xilafəti dövründə zikr olun‌ması xəlifələrin siyasəti ilə təzadlı idi! Əgər qeyd olu‌nanlarla birlikdə Ərəbistan yarımadasında sakin olan‌la‌rın o zamankı sərvət və imkanlarını da araşdırsaq, (belə ki, onun sərvətinin ən əsas və ümdə hissəsini mal-heyvan, bağ‌lar və əkin sahələri təşkil edirdi) onların hamısı xüm‌sün deyil, zəkatın təəllüq tapdığı hallardan olacaqdır. Mə‌di‌nə Islam ölkəsinin mərkəzi olmaqla belə, əkinçilik şəhə‌ri idi və əhalinin əsas sərvəti əkinçilik və heyvandarlıqdan iba‌rət idi. Ticarət isə Məkkə əhalisinə və bə`zi əhli-kitab qəbi‌lələrinə məxsus idi. Mədinə müsəlmanlarının Qüreyş, yəhu‌di və sair ərəb qəbilələrinə qarşı müharibə aparmasına gəl‌dikdə isə, (on il müddətində təqribən 80 səriyyə və qəzvə bər‌qərar etmişdilər; yə`ni hər ildə səkkiz müharibə və çar‌pışmadan ibarət idi) bunların da hamısı nəticə e`tibarı ilə Hicazın ticarət yollarının yürüş, müharibə və qarət‌çilik meydanına çevrilməsinə səbəb olmuşdu. Bu illər ticarəti sönüklüyə uğratdığına görə qazanc gətirən hallar sədəqədən başqa yerlərdə çox az idi.

Bütün bu amillər nəticəsində Peyğəmbəri Əkrəm ¡-in vasitəsilə kəsb və ticarət qazancından xüms alınmasına dəlalət edən rəvayətlər sirə və hədis kitablarında nəşr olunmadı. Amma xəzinə və mə`dəndən xümsün alınması, xüms işinin mütəvəllilərinin sədəqə mütəvəlliləri ilə birlikdə göndərilməsinə gəldikdə isə, onlar əlaqədar mənbələrdə – onların çox az hissəsi bizim əlimizdədir-qeyd etdik.



[1] «Bidayətül-müctehid», Ibni Rüşd, «xumsun hökmləri», 1-ci cild, səh.407.

[2] «Əl-muğni», Ibni Qudamə; «təsmiyətul-fey vəl-qənimət» babı, 7-ci cild, səh.301.

[3] «Əl-əhkamus-sultaniyyə», Mavərdi, səh.126; «Əl-əhkamus-sultaniyyə», Əbu Yə`la, səh.120.

[4] «Mö`minun» surəsinin 4-cü ayəsini qeyd etmək olar: "Vəlləzinə hum liz-zəkati failun.» - "O kəslər ki, zəkat verərlər.» Və «Ə`raf» surəsinin 156-cı ayəsi-"Və onu (rəhmətimi) təqva sahibləri və zəkat verənlər üçün müqəddər etmişəm.» «Məryəm» surəsinin 13, 31, 55; «Ən‌biya» surəsinin 73-cü ayələrini və s. qeyd etmək olar, halbuki sədəqə hicrətin 7-8, yaxud 9-cu illərində vacib edilmişdir.

[5] «Sireyi Ibni Hişam», 4-cü cild, səh.273-275; «Əmtaul-əsma», səh.509; Beyhəqi «Sü‌nə‌ni-kubra» kitabında rəvayət edir ki, Ümmü Külsüm öz xidmətçilərinə sədəqə veril‌mə‌sinin qarşısını alır və Peyğəmbəri Əkrəm ¡-dən rəvayət edirdi ki, o belə bu‌yur‌muşdur: "Biz Əhli-beytə sədəqə almaq qadağan olunmuşdur, bizim xidmətçilərimiz də biz‌dəndir.» Sonra demişdir: «Belə isə sədəqəni almayın.»

[6] Yenə orada, 4-cü cild, səh.275.

[7] Yenə orada, 4-cü cild, səh.319; «Tarixi ibni Kəsir», 7-ci cild, səz. 343; «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.169; «Üyunul-əsər», 2-ci cild, səh.271.

[8] «Səhihi Buxari», «məğazi» kitabı, 3-cü cild, səh.50.

[9] «Üyunul-əsər», «səriyyətu Əli ibni Əbi Talib» babı, 2-ci cild, səh.272; «Əmtaul-əsma», səh.510.

[10] Bu rəvayəti Ibni Kəsir öz «Tarix» kitabında, 5-ci cild, səh.105-də; «Irsalu Əli ibni Əbi Talib və Xalid ibni Vəlid» bölməsində qeyd etmişdir.

[11] «Məğaziyi Vaqidi», 3-cü cild, səh.1079-1081; «Əmtaul-əsma», səh.503-504; «Üyunul-əsər», 2-ci cild, səh.271-272.

[12] «Səhihi Buxari», «bə`su Əli və Xalid ila Yəmən» babı, 3-cü cild, səh.50; Ibni Qəy‌‌yimin «Məvahib»in şərhinə olan haşiyəsi, 1-ci cild, səh.121. «Peyğəmbərin əmrləri» fəs‌‌lində deyir: Əli ibni Əbi Talibi Yəməndə xumsu toplamaq və qəzavət işləri üçün gön‌‌dərmişdi.

[13] «Səhihi Buxari», «tovhid» kitabı, 4-cü cild, səh.188; «Sünəni Nəsai», 2-ci cild, səh. 359; «Müsnədi Əhməd», 3-cü cild, səh.68, 72-73. Bunun oxşarını «Səhihi Buxari», 2-ci cild, səh.154; «Səhihi Müslüm», «zəkat» kitabı, hədis:143; «Sünəni Əbi Davud», 3-cü cild, səh.301, 4-cü cild, səh.174; «təhrimud-dəm» babı və səh.243; «sünnə» kitabı; «qita‌lul-xəvaric» babı.

[14] Yenə orada; «məğazi» kitabı, 3-cü cild, səh.50; «Səhihi Müslüm», 2-ci cild, səh.741, hədis:143 və səh.743, hədis:144; «Müsnədi Əhməd», 3-cü cild, səh.4.

[15] «Sünəni Əbi Davud», 3-cü cild, səh.301, hədis:3582; «Sünəni ibni Macə», «əhkam» ki‌tabı, hədis:2310; «Müsnədi Əhməd», 1-ci cild, səh.149 və 111, hədis:882, səh.84, hədis:636, səh.88, hədis:666.

[16] «Sünəni ibni Macə», «əhkam» kitabı, hədis:2348; «Sünəni Əbi Davud», «mən qalə bil-qur`ə» babı, 2-ci cild, səh.281; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.107. Biz onun iba‌rələrini qısa şəkildə qeyd etdik. Zahirən, bu hadisə onların cahiliyyət dövründə baş vermiş və o qadın uşağı Islamı qəbul etdikdən sonra doğmuşdu. Bundan sonra on‌ların Həzrət Əli -ın yanındakı münaqişələri Islamı qəbul etdikləri halda baş vermişdi.

[17] «Müsnədi Əhməd», 1-ci cild, səh.77, hədis:573-574, səh.128, hədis:1064, səh.152, hədis; 1309; «Məcməüz-zəvaid», 6-cı cild, səh.287; «Əl-müntəqi», hədis:3994.

[18] Misal üçün: Ibni Kəsir öz tarixində bu mə`muriyyətlərin bütün xəbərlərini «bə`su Rəsulillah ¡ Əli ibni Əbi Talib və Xalid ibni Vəlid iləl-Yəmən» böl‌mə‌sin‌də qeyd etmişdir.

[19] Ibni Haşim və onun ardıcıllarını qeyd etmək olar ki, «10-cu hicri ilində sə‌‌dəqə işçilərinin və əmirlərinin xürucu» babında və «səriyyələrin və mə`muriyyət‌lə‌rin sayı» babında qeyd etmişdir.

[20] Imam Əli -ın bütün müsəlmanların minbərlərində, xüsusilə cümə namaz‌la‌rı‌‌nın xütbələrində lə`n edilməsi dövründə o Həzrətin fəzilət və məqamına dəlalət edən rəvayətlərin nəşr olunub yayılması qadağan edilmişdi. Şəhər valiləri, höku‌mə‌tin əli altında olan sərmayədarlar Müaviyənin dövründən başlamış, Abbasilərin əs‌ri‌‌nə qədər – Ömər ibni Əbdül-Əziz və Səffahın dövrü istisna olmaqla – Imam Əli -ın yaxşılıqla yad edən hər kəsi özlərindən qovurdular.

[21] Bax: Əhli-beyt ¢ məktəbinin fiqhi kitablarında nəqdeynin (qızıl-gümüşün) zəkatı babı; Fəqih Həmədaninin «Misbahul-fəqahət», səh.53; «zəkat» kitabından.

[22] «Əmtul-əsma», səh.502.

[23] Yenə orada, səh.102-103.

[24] Necə ki, Fatimeyi-Zəhra onun barəsində Əbu Bəkrlə mübahisəyə qalxmışdı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən ...
Libiya höküməti sələfi terrorçuları ilə müharibədə
Xəlifə sülaləsinin muzdlu qüvvələri yaxın məsafədən qadına atəş açdılar
Mö᾽minin mö᾽minlə əlaqəsi İNSANLARIN MÜNASİBƏTİNDƏ BƏ᾽Zİ İNCƏLİKLƏR
Ərəbistanın Yəmənə olan təcavüzləri 7400 can alıb
Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Nigeriya Şiələri Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyalarına davam ...
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Nigeriya rejimi Şeyx Zəkzəkiyə qarşı yeni təxribat hazırladı: Şeyx Zəkzəki ...

 
user comment