Azəri
Saturday 20th of April 2024
0
نفر 0

DÜNYA INSANLIQ MӘKTӘBIDIR!

DÜNYA INSANLIQ MӘKTӘBIDIR!

Dünya, insan üçün axirətə nisbətdə hazırlıq və təkmilləşmə məktəbidir. Dünya axirətə nisbətdə bir gənc üçün məktəb və universitet dövrü kimidir. Dünya doğrudan da məktəb və tərbiyə ocağıdır.

Nəhcül-bəlağənin qısa kəlmələr bölməsində deyilir ki, bir nəfər həzrət Әlinin (ə) yanına gəlir və dünyanı pisləməyə başlayaraq «dünya zalımdır, dünya insanı aldadır, dünya cinayətkar və hoqqabazdır» və bu kimi sözlər deyərək, gileylənməyə başlayır. Həmin şəxs böyük şəxsiyyətlərin dünyanı məzəmmət etdiklərini eşidib elə bilirmiş ki, dünyanı məzəmmət etməkdən məqsəd, onun həqiqətini məzəmmət etməkdir və dünya zati baxımdan pisdir. Amma əslində o, dünyapərəstliyin, insan və onun səadəti ilə bir araya sığmayan məhdud istək və baxışların pis olmasını bilmirdi. Әli (ə) ona belə deyir: «Dünya səni aldatmır, sən dünyaya aldanırsan; dünya sənə qarşı cinayət törətməyib, sən ona qarşı cinayət törətmisən.» O Həzrət söhbətinin davamında bu nöqtəyə çatır: «Dünya onunla sədaqətli olana qarşı sədaqətlidir, onu dərk edən üçün sağlamlıq mənbəyidir; dünya Allah dostlarının mə`bəd və ibadətgahı, Allah mələklərinin səcdəgah və namaz yeri, Allah vəhyinin nazil olduğu yer və Allah övliyalarının ticarətxanasıdır».

Şeyx Әttar bu dastanı nəzmə çəkərək belə deyib:

Məzmunu: Bir nəfər o ədalətli Allah şirinin yanında dünyanı pislədi; heydər ona dedi ki, dünya pis deyil, sən pissən, çünki ağıldan uzaqsan; dünya həm gecə və həm də gündüz işlənilməsi lazım olan əkin sahəsi kimidir ki, kim başında izzət və din havasını gəzdirirsə, bu dünyadan məhsul götürə bilər; bu gün əkdiyin toxum sabah bar verər, əgər bir şey əkməsən, sabah onun barı puç olar; belə olsa sən dünyadan bir bəhrə aparmayacaqsan və həyat görməmiş öləcəksən; sonra həmişə qəm-qüssə içində qalacaqsan, iş çətin, insan süst, yol isə uzaqdır.

Qur`ani-kərim buyurur:

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا

«Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur...» (Mulk-2).

`ni həyatla ölümün birləşməsi olan dünya, bəşəriyyətin xeyirxahlıq labarotoriyasıdır.

Bilmək lazımdır ki, Allahın imtahanları iste`dad və bacarıqları aşkar etmək üçündür və hər hansı bir iste`dadın üzə çıxarılması, onu inkişaf etdirmək və kamilləşdirməkdir. Bu imtahan və sınaq varlığın sirlərindən pərdə götürmək deyil, sirr kimi gizli iste`dadları üzə çıxarmaqdır. Burada pərdə götürmək yaratmaq istiqamətlidir. Ilahi sınaq və imtahan, insanın sifətlərini iste`dad və qüvvə xəlvətgahından fe`liyyət və kamal səhifəsinə çıxarır. Ilahi sınaq çəkini azaltmaq deyil, onu artırmaqdır.

Bu izahdan sonra mə`lum olur ki, qeyd etdiyimiz ayə dünyanı iste`dadların yetişdirilməsi və insanların tərbiyə ocağı olması həqiqətini açıqlayır.

E`TIRAZIN KÖKÜ

Ölümün mahiyyəti barəsindəki təfsirlə, e`tirazların əsassız olması aydınlaşır. Həmin e`tirazlar əslində insan və dünyanı tanımamaq, başqa sözlə desək, naqis və sonsuz dünya görüşündən yaranır.

Doğrudan da əgər ölüm dünyanın sonudursa, əbədi qalmaq meyl və arzusu həddindən artıq çox narahatedicidir və ölüm, işıqlı və gələcəyi görən düşüncədə, sonsuz dərəcədə vəhşət yaradandır.

`zilərinin, həyatı puç saymalarının səbəbi onların əbədi yaşamaq arzusuna malik olmaları və həmin arzunun gerçəkləşməsini qeyri-mümkün bir iş saymalarıdır. Әgər onlar əbədilik arzusuna malik olmasaydılar, həyat və yaşayışı hətta tam yoxluqla sona çatsa belə, puç sanmaz və onu heç olmasa müvəqqəti xoşbəxtlik və tez keçən dövlət adlandırardılar. Onlar həmin surətdə, heç vaxt yoxluğun bu cür varlıqdan yaxşı olmasını fikirləşməzdilər. Çünki, həmin şəraitdə, bu varlığın müddətinin qısa olması fərz edilir və onun dalınca yoxluğun gəlməsi ona eyb sayılır. Deməli, bütün eyb və iradlar yoxluq və müddətin qısalığı baxımındandır. Indi bəs, həmin qısa müddətli varlığın yerinə də, yoxluğun olması necə yaxşı ola bilər?!

Bəli, biz indi özümüzdə əbədilik arzusunu görürük və bu arzu, əbədiliyin özünün təsəvvür edilməsindən yaranır. Yə`ni biz əbədilik və onun gözəllik və cazibələri barəsində təsəvvürə malikik və həmin cazibələr bizdə həmişə olmaq və həyatın ne`mətlərindən həmişə istifadə etmək arzusu yaradır.

Zehnimizə bir sıra materialist fikirlər hücum edəndə və həmin fikir və arzuların boş olmasını və əbədiliyin olmamasını bizə təlqin edəndə, narahat olmağa və bizdə böyük əzab və vəhşət hissinin yaranmasına haqqımız var. Onda arzu edirik ki, kaş bu dünyaya gəlməyəydik, bu əzab və vəhşətlə üzləşməyəydik. Deməli, varlığın boş və puç olması fikri, zati istəklə sonradan qazanılmış təlqin arasındakı uyuşmazlığın nəticəsidir. Әgər həmin instinkt olmasaydı, hətta həmin səhv materialist fikirlər təlqin edilməsəydi də, bizdə belə bir təsəvvür yaranmazdı.

Insan və onun həqiqi və gizli quruluşu, onda iste`dadına malik olduğu kamala çatmaq üçün əbədilik arzusunu yaradıb. Bu quruluş və mövcud iste`dadlar, məhdud və bir neçə günlük dünya həyatından artıq olduğu üçün, yaşayışın, dünya həyatı ilə xülasə olunacağı şəraitdə həmin iste`dadların hamısı bihudə olmuş olur. Әbədi həyata imanı olmayan insan, öz quruluşu və arzu düşüncələri arasında uyuşmazlıq görür və dili ilə deyir ki, varlığın sonu yoxluqdur və bütün yollar fanilikdə bitir, bəs həyat və yaşayış puç və bihudədir! Amma o, daha geniş və yetərli olan iste`dadlar dili ilə belə deyir: Yoxluq yoxdur, qarşıda sonu olmayan bir yol var, əgər mənim həyatım məhdud olsaydı, mən əbədilik iste`dadi və arzusu ilə yaradılmazdım.

Buna görə də əvvəldə dediyimiz kimi, Qur`ani-kərim qiyamətin rədd edilməsi düşüncəsini, yaradılışı bihudə hesab etməklə bir hesab edir.

«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?» (Mu`minun-115).

Bəli, dünyanı «məktəb» və «təkmilləşmə ocağı» hesab edən və başqa həyat və dünyaya imanı olan şəxs, e`tiraz edərək «bizi ya gərək dünyaya gətirməyəydilər, ya da gətiriblərsə ölməməliyik» demir. Necə ki, birinin «uşaq, ya məktəbə getməməlidir, ya da əgər məktəbə gedirsə, heç vaxt məktəbi tərk etməməlidir» deməsi məntiqi deyil.

Xacə Nəsrəddin Tusinin ustadı olmuş Baba Әfzəl Kaşani çox ali bir rübaidə ölümün fəlsəfəsini bəyan edib:

Məzmunu belədir: Ruh gövhəri bədən sədəfinə birləşən kimi həyat suyundan insanın surəti formalaşdı; gövhər tamam olan və sədəf sınan kimi o, sultanın tacının üstündə oturdu.

Bu rübaidə cism, çox bahalı gövhər olan insan ruhunu öz batinində yetişdirən sədəfə bənzədilib. Gövhərin vücudu kamilləşəndə, onun öz alçaq yerindən insanın başındakı uca məqamına qalxması üçün həmin sədəfi sındırması zəruridir. Insan ölümünün fəlsəfəsi də onun, təbiət aləminin zindanından, genişliyi yer və göyün genişliyi qədər olan gözəl cənnətə köçürülməsi və yaxınlığında hər bir kamillik əldə edilən qüdrətli hökmdar və böyük Allahın ətrafında yer tutmasıdır.

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ فِي مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍ

«Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, haqq məclisində qadir hökmdar Allahın hüzurunda olacaqlar». (Qəmər 54-55). Bəqərə surəsinin 156-cı ayəsinin mə`nası da elə budur:

إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ

«...Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq...»

«Nə üçün ölürük?» iradı və onun cavabı çox gözəl şəkildə Məsnəvinin dastanlarının birində gəlib:

Məzmunu: Musa dedi ki, ey işləri hesaba əsaslanan Allah, nə üçün bir şeyin planın çəkir, sonra isə onu xarab edirsən? Kişi-arvad vasitəsi ilə onları artırır, sonra isə onları viran edirsən? Allah ona dedi ki, mən sənin bu sualının inkar, qəflət və nəfsani istəklərdən yaranmadığını bilirəm; əgər belə olmasaydı, səni ədəbləndirərək məzəmmət edər və bu sualına görə incidərdim; amma sən bizim işlərimizin hikmətini və məsələnin sirrini bilmək istəyirsən; sən bu məsələni öyrənərək camaatı ondan xəbərdar etmək və hər bir «çiyi» püxtələşdirmək istəyirsən; Allah sonra dedi ki, ey dərrakə sahibi, sualı soruşdun, indi cavabını eşit! Ya Musa! Torpaqda toxum ək ki, sən özün də həmin işin insaf olmasını e`tiraf edəsən; Musanın əkini bitəndən sonra sünbüllər yetişərək gözəl şəklə düşdü; o, əlinə oraq alaraq onların hamısını biçdi və qeybdən qulağına nida gəldi ki, nə üçün əkin əkərək onu yetişdirir, sonra isə onu biçirsən? Musa dedi ki, ey Rəbbim, mənim buranı dağıdaraq viran etməyimin səbəbi burada toxum və samanın olmasıdır; toxumun saman anbarında olması yaxşı deyil, həmçinin toxum anbarında samanın olması da pisdir; bunları bir-birinə qatmaq hikmətə uyğun deyil və aralarında fərq qoymaq vacibdir; Allah ondan soruşdu ki, bu biliyi hardan öyrənmisən? Bu şamın nurunu hardan alışdırmısan? Musa dedi ki, ey Allahım, bu ayırma qabiliyyətini Sən mənə vermisən, Allah ona dedi ki, bəs səncə mənim belə bir ayırma qabiliyyətim yoxdur? Məxluqat arasında pak və çirkin qara ruhlar var; bu sədəflər bir dərəcədə deyildirlər, onların arasında dürr və xalis olmayanı var; buğdanı samandan ayırmaq lazım olduğu kimi, bu yaxşıları da pislərdən ayırmaq lazımdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment