Azəri
Thursday 28th of March 2024
0
نفر 0

QUR᾽ANIN UyĞUNLUQ E᾽CAZI

QUR᾽ANIN UyĞUNLUQ E᾽CAZI

Qur᾽anın bir neçə mö᾽cüzəvi xüsusiyyətləri haqda söhbət açdıq və bir qədər əvvəl, əql və fəlsəfi e᾽cazına da müxtəsər işarə etdik. Haqqında söhbət açmaq istədiyimiz mövzu, Qur᾽anın həmahəng və uyğunluq e᾽cazıdır. Yə᾽ni, Qur᾽an ayələrində azacıq da olsun ixtilaf və tərtib baxımından nöqsan nəzərə çarpmayır.

Hər bir normal insan əldə etdiyi həyati təcrübələrdən belə bir qənaətə gəlməlidir ki, yalan və iftira əsasında qurulan qanun və nizamnamələr çox keçmədən öz e᾽tibarını itirib aradan getməlidir. O ki, qaldı e᾽tiqadi və əxlaqi məsələlərə, burada bu məsələ daha qabarıq nəzərə çarpır. Yalançı şəxslər nə qədər sə᾽y etsələr də, öz ifadələrində ziddiyyət və nöqsanlara yol verməlidir. Necə deyərlər, «yalançının yaddaşı az olar».

Amma Qur᾽ani-Kərim, insanların həyatına daxil olmaqla onların ictimai, siyasi, dini və s. məsələlərinə toxunmuş, azacıq da olsun nöqsan və çatışmazlıqlara yol verməmişdir.

Allah-taala peyğəmbərlik, siyasət, ictimaiyyət, şəhər və ölkələrin idarəetmə üsulları, əxlaq və s. qanunlar haqda ətraflı mülahizələr aparmışdır. Burada astronomiya, tarix, müharibə və sülh qanun-qaydalarına ümumi şəkildə olsa da, toxunulur. Mələk və insanlar, heyvanlar, yağış, külək, bitkilər aləmi və bu kimi yer və səmavi varlıqlar haqda da maraqlı mə᾽lumatlar verilir. Bütün bunlarla yanaşı, Qur᾽anda, qiyamətin qorxunc səhnəsi, insanların məhşərdəki sorğu-sualı da öz əksini tapmış və qeyd etdiyimiz kimi, mövzu və qanunların heç birində ziddiyyət, nöqsan və çatışmazlıqlara yol verilməmişdir.

Qur᾽an bə᾽zən bir mövzu ətrafında iki dəfə və ya daha artıq söhbət açır, amma buna baxmayaraq onların heç birində çatışmazlıq nəzərə çarpmayır. Məsələn, götürək Musa (ə)-ın əhvalatını. Biz Qur᾽anda bu əhvalatla dəfələrlə qarşılaşsaq da, onların heç birində nöqsan və ziddiyyətlərlə qarşılaşmırıq. Növbəti ayə özündən əvvəlki ayələri təsdiqləyir və onu daha da təkmilləşdirir.

Qur᾽anın 23 il ərzində müxtəlif hadisə və münasibətlər əsasında nazil olduğunu nəzərə aldıqda, onun həqiqətən ilahi vəhy və insanın elm və qüdrətindən xaric olduğunu görürük. Qur᾽anın 23 il ərzində nazil olmasını yaranmış ictimai, siyasi, dini şərait tələb edirdi. Bu müqəddəs kitab, ayə-ayə nazil olmasına baxmayaraq, öz həmahəngliyini qoruyub saxlaya bilmişdir. Bu da Qur᾽anın mö᾽cüzəvi xüsusiyyətlərindən biridir.

أَفَلاَ يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرًا

«Onlar Qur᾽an barəsində [onun Allah kəlamı olması haqda] düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət [ixtilaf, uyğunsuzluq] tapardılar.»

Bu mübarək ayə insanı daxili və fitri mətləblərə də᾽vət edir. O da bundan ibarətdir ki, insan irəli sürdüyü iddia və söylədiyi ifadələrdə yalan və iftiraya əsaslanarsa, gec-tez söylədiyi ifadələrdə ziddiyyət və nöqsan yaranacaqdır. Lakin biz, Qur᾽anda bu kimi çatışmazlıqlarla qarşılaşmırıq.

Qur᾽anın nöqsan və çatışmamazlığını sübuta yetirmək üçün heç bir təsdiq və dəlilə ehtiyac duyulmayır. Bu həqiqəti hətta, o dövrün cahil ərəbləri də dərk edirdi. Fəsahət və bəlağət alimləri, görkəmli şe᾽r ustaları, ədəbiyyatşünaslar dəfələrlə bu mətləbə toxunmuş, Qur᾽anın əbədi və ilahi mö᾽cüzə olduğunu e᾽tiraf etmişlər.

Bir anlıq Vəlid ibni Müğeyrənin söylədiklərinə diqqət yetirin. Əbu Cəhl ondan Qur᾽an barəsində öz nəzərini bildirməsini istədikdə, bu sözləri demişdir:

«Mən Qur᾽an barəsində nə deyə bilərəm? And olsun Allaha! Sizin içərinizdə, məndən çox ərəb şe᾽r və qəsidələrini bilən yoxdur. Şe᾽rin sirlərində, fəsahət və bəlağət elminin dərinliklərində, rəcəz şe᾽rlərində məndən bilikliniz yoxdur. Mən şe᾽rin bütün növlərinə, hətta cinlərin şe᾽rlərinə belə agaham. Amma and olsun Allaha! Məhəmmədin söylədikləri bunların heç birinə bənzəməyir. Bəli! Məhəmmədin söylədiklərində özünəməxsus şirinlik vardır. Onun söylədiklərindən daha şirin və daha mə᾽nalı bir şey söyləmək mümkün deyildir. Məhəmmədin hər bir sözü, hər sözdən daha üstün və təsəvvür olunmazdır.

Əbu Cəhl dedi: And olsun Allaha! Əgər onun əleyhinə bir söz deməsən, qəbilə üzvləri səndən razı qalmayacaqdır.

Vəlid dedi: Elə isə bir qədər səbir edin, bir şey fikirləşim. Bir qədər fikirləşdikdən sonra dedi: Qur᾽an, Məhəmmədin sehrkarlardan öyrəndiyi sehrdir.» (Təfsiri Təbəri, 29/98).

Başqa bir yerdə Vəlidin verdiyi cavab bir qədər fərqli olaraq nəql olunur: «And olsun Allaha! Məhəmmədin söylədikləri nə insan sözüdür, nə də cin. Dediyi sözlərin özünəməxsus şirinliyi vardır. Heç kimsə bu vaxta qədər bu sözləri deməmiş və deməyə də qadir deyildir. İstifadə etdiyi hər bir ifadədə yenilik və cazibəlik hiss olunur.»

Əgər səmavi kitab adlanan Tövrat və İncili diqqətlə araşdırsanız, haqq və batili olduğu kimi dərk edib həqiqətə nail olacaqsınız.

İndi isə İncildəki bir neçə ziddiyyətli ayələrə diqqət yetirin:

1. Lukanın İncilində deyilir:

Məsih (ə) dedi:

«Mənimlə olmayanlar mənə müxalif olanlardır.» (Mətta, 12-ci fəsil. Luka, 11-ci fəsil).

Amma başqa bir yerdə (yenə də İncildə) oxuyuruq: «Bizimlə müxalif olmayanlar bizimlədirlər.» (Markos və Luka, 9-cu fəsil).

2. İncildə deyilir: «Məsih (ə)-ı saleh müəllim adlandırdıqda e᾽tiraz edərək dedi: Saleh?! Allahdan başqa kimsə saleh deyildir.» (Mətta, 19-cu fəsil. Markos, 10-cu fəsil).

Amma başqa bir yerdə bunun tam əksilə rastlaşırıq. «Mənəm saleh gözətçi. Sonra dedi: Saleh gözətçi mən özüməm.» (Yuhənna, 10-cu fəsil).

3. Məttanın İncilində deyilir:

«Həzrət Məsih ilə dar ağacına asılan oğruların hər ikisi onu danlayır, təhqiramiz sözlər deyirdilər.» (Mətta, 27-ci fəsil).

Başqa bir İncildə isə bunun tam əksi deyilir: «Oğrulardan biri Məsihə dedi: Əgər həqiqətən Məsihsənsə (Allah peyğəmbərisənsə), həm özünü, həm də bizi bu bəladan qurtar. Başqa birisi dedi: Məsihi danlamaqla Allahın əzabından qorxmursanmı?» (Luka, 5-ci fəsil).

4. Yuhənnanın İncilində deyilir:

«Əgər mən öz xeyrimə şəhadət verirəmsə, şəhadətim heç də düzgün olmayacaqdır.» (Yuhənna, 5-ci fəsil).

Amma həmin İncildə (başqa bir fəsildə) deyilir:

«İsa dedi: Əgər mən şəhadət verərəmsə, şəhadətim tamamilə düzgün olacaqdır.» (Yuhənna, 8-ci fəsil).

Bunlar həcm baxımından bir o qədər də böyük olmayan İncildən, bir-biri ilə fərqli və ziddiyyətli nümunələr idi. Amma nə qədər az olsa da, həqiqətsevər insanlara həqiqəti bilmək üçün kifayət qədər dəlil və sübut ola bilər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment