Azəri
Friday 26th of April 2024
0
نفر 0

MÖ᾽CÜZƏNİ TANIMAQ

MÖ᾽CÜZƏNİ TANIMAQ

Mö᾽cüzənin mə᾽nası:

Mö᾽cüzə – «e᾽caz» kəlməsindən götürülmüşdür və e᾽caz kəlməsinin özünün bir neçə mə᾽nası vardır:

1. Nəyi isə əldən vermək; Məsələn, ərəblər bir şeyi əldən verdikdə deyirlər «ə᾽cəzəhul əmrul fulani» yə᾽ni, filankəs bu işi əldən verdi.

2. Bir başqasının acizliyini və ya çarəsizliyini hiss etmək; Məsələn, əgər Əhməd hər hansı bir işin müqabilində aciz qalarsa, bu halda deyilir: «ə᾽cəztu Əhməda» yə᾽ni, Əhmədin aciz və çarəsiz qaldığını gördüm.

3. Bir başqasını görülən iş və deyilən ifadələrlə heyrətə gətirərək aciz etmək; Burada artıq, e᾽caz kəlməsi «tə᾽ciz» mə᾽nasını daşıyır (təc᾽iz – yə᾽ni kimisə aciz etmək). Məsələn, əgər bir şəxs Əhmədi acizliyə vadar edərsə, bu halda deyəcəkdir: «ə᾽cəztu Əhmədən» yə᾽ni, Əhmədi aciz və çarəsiz etdim.

Kəlam alimləri isə bu kəlməni tam başqa mə᾽nada işlədirlər. Onlar mö᾽cüzəni tə᾽rif edərək deyirlər: Allah-taala tərəfindən peyğəmbərliyə tə᾽yin olunmasını iddia edən şəxs, gərək öz sözlərinin həqiqətini sübuta yetirmək üçün zahirdə xilqət qanunlarının ziddinə olan və adi insanların icra etməkdə aciz qaldıqları qeyri-təbii və qeyri-adi işlər görsün. Belə bir xariqul᾽adə iş mö᾽cüzə adlanır və bu işin icrası isə e᾽caz sayılır.

MÖ᾽CÜZƏ HANSI ŞƏRAİTDƏ YERİNƏ YETİRİLMƏLİDİR

Mö᾽cüzəyə lazım olan şərtlər:

Xariqul᾽adə iş yalnız o zaman mö᾽cüzə adlana bilər ki, aşağıdakı xüsusiyyətlərə malik olsun:

1. Peyğəmbərlik iddiası edən şəxs həmin əməli öz risalətinin haqq olmasını sübuta yetirmək üçün həyata keçirməlidir;

2. İddia etdiyi şey, bəşər əqli baxımından qəbul ediləsi bir iş olmalıdır. Əgər onun müddəasını əqli yolla inkar və ya təkzib etmək mümkün olsa, gördüyü xariqul᾽adə işlərin düzlüyünə e᾽tibar etmək olmaz və bu işə başqaları qadir olmasalar da belə, onu mö᾽cüzə adlandırmaq olmaz;

Məsələn, Allahlıq iddiası edən şəxsin dedikləri təbii ki, yalan və iftira olmalıdır. Çünki belə bir iddianı təkzib edəcək kifayət qədər əqli dəlillər vardır. Demək, onun irəli sürdüyü iddia tamamilə yalandır.

3. İrəli sürdüyü iddia şəriət baxımından da məqbul olmalıdır. Yə᾽ni, əgər onun müddəası şər᾽i dəlillərlə təkzib olunsa, yerinə yetirdiyi xariqul᾽adə işlər onun sözlərinin həqiqətini sübuta yetirməyəcək və gördüyü işlər də mö᾽cüzə adlandırılmayacaq. Məsələn, bir şəxs həzrət Məhəmməddən (s) sonra peyğəmbərlik iddiası edir. Təbii ki, onun iddiası tamamilə batil və əsassızdır. Çünki həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu təsdiqləyəcək kifayət qədər Qur᾽an ayələri və o həzrətin özündən və mə᾽sum imamlardan nəql olunmuş hədislər vardır. Peyğəmbərlik həzrət Məhəmmədlə (s) başa çatmış və ondan sonra bəşəriyyətə peyğəmbər göndərilməyəcəkdir. İrəli sürülən iddia əql və sənəd yolu ilə batil olunarsa, daha iddia edən şəxsin gətirdiyi dəlil və sübutlara heç bir ehtiyac qalmayacaqdır. Və belə olduqda, Allah-taalanın onun əməllərini batil etməyə heç bir ehtiyac duyulmayacaqdır.

4. Mö᾽cüzənin digər şərtlərindən biri də, göstərilən mö᾽cüzənin iddia olunan məsələni təsdiq etməsidir. Belə ki, peyğəmbərlik iddiası edən şəxsin göstərdiyi mö᾽cüzələr bu ilahi məqamı (peyğəmbərliyini) təkzib etməməlidir. Əgər təkzib edərsə, artıq biz onu mö᾽cüzə adlandırmamalıyıq. Məsələn, Peyğəmbərlik iddiası edən Museyləmə adlı bir şəxs mö᾽cüzə göstərmək məqsədilə, suyu azalmış quyunun suyunu çoxaltmaq üçün oraya tüpürür, amma gözlənilən nəticənin tam əksinə olaraq, quyunun suyu tamamilə quruyur. Amma bütün bunlara baxmayaraq o, yenə də peyğəmbərlik iddiası edir və yaxın qəbilələri özünə cəlb etməyə çalışır. O, günlərin bir günündə Hənifə qəbiləsinin yanına gəlir və əlini onların uşaqlarının başına çəkir. Bu uşaqların bir qismi keçəl xəstəliyinə tutuldu, digər bir qisminin isə dilində pəltəklik yarandı. (İbni Əsir, 2-ci cild, 138-ci səh).

Belə bir halda Allah-talanının onun gördüyü işlərin batil olmasını başqa yollarla aşkara çıxarmağa heç bir ehtiyac qalmır.

5. Mö᾽cüzə bəşəriyyətə mə᾽lum olan elmi anlayışlar vasitəsilə həyata keçirilməməli və eyni zamanda öyrədib-öyrəniləsi olmamalıdır. Əgər bir şəxs müxtəlif elmlərdən istifadə edərək, (hətta başqaları buna qadir olmasalar da belə) qeyri-adi işlər görərsə, bunu mö᾽cüzə adlandırmaq olmaz.

Sehirbaz və cadugərlərin müxtəlif elm və fənlərə yiyələnərək göstərdikləri bir çox qeyri-adi işlərini dediklərimizə misal çəkmək olar. Onların gördükləri bu kimi işləri mö᾽cüzə adlandırmaq olmaz və onların əməllərinin Allah-taala tərəfindən batil olunmasına heç bir lüzum da yoxdur. Allah, öz batil iddialarını sübuta yetirmək üçün müxtəlif elm və fənlərdən istifadə edən şəxslərin niyyətlərini batil, özlərini isə xar və rüsvay edər. Çünki onlar bütün bunları dəqiq elmi qanunlardan istifadə edərək həyata keçirirlər. Və mə᾽lum məsələdir ki, bu işlərə yiyələnən və təcrübə halında həyata keçirən hər bir şəxs belə bir nəticələrə nail olacaqdır.

Təbabət elmi ilə məşğul olan bə᾽zi alimləri buna misal çəkmək olar. Onların təbabət haqda olan bə᾽zi mə᾽lumatları təkcə adi insanlara deyil, hətta bir çox həkimlərə də namə᾽lumdur. Amma buna baxmayaraq biz onların məharətini mö᾽cüzə adlandıra bilmərik.

Hətta, əgər Allah-taala insanlardan yalnız birini, tövbənin sirlərindən və elmi qanunlardan agah edərsə və bundan sui-istifadə olunmadığı təqdirdə Allah-taalanın yaradılış qanununa heç bir eyb və nöqsan tutmaq olmaz. Çünki bütün bunlar mö᾽cüzə deyil və eyni zamanda irəli sürülən iddia üçün də dəlil hesab olunmayır.

Mö᾽cüzənin hər hansı bir yalançı şəxs tərəfindən göstərilməsi və batil iddianın sübuta yetirilməsi isə qeyri-mümkündür. Belə olduqda insanlar haqq yoldan azır və cəmiyyətdəki hərc-mərclik birə on artmağa başlayır. Bu isə Allah-taalanın müqəddəs zatından uzaq və münəzzəhdir.

«Allah onların dediklərindən çox uca və çox yüksəkdir».

MÖ᾽CÜZƏ, PEYĞƏMBƏRLİYİ TƏSDİQ EDƏN AMİLDİR

Mö᾽cüzənin vacibliyi:

Əqli və fitri dəlillərlə mə᾽lum oldu ki, Allah-taala bəşəriyyəti əbədi səadətə çatdırmaq üçün onların qarşısında müəyyən həyati proqram və vəzifələr qoymuş və bununla da insanın, müəyyən mərhələləri qət etmədən kamal və səadətə nail olmasını qeyri-mümkün hesab etmişdir.

Bəşəriyyəti kamal və səadətə çatdıran qanunlar olmadıqda isə, Allah-taalanın bəşəriyyətin ehtiyaclarından xəbərsiz olduğunu güman etmək olar. Bu isə bir qədər əvvəl qeyd etdiyimiz kimi, Onun müqəddəs Zatından uzaq və münəzzəhdir.

Allah-taalanın bəşəriyyəti xoşbəxt etmək istəməsi və ya istəyib tə᾽min edə bilməməsi də qeyri-mümkündür. Çünki bu iki mənfi xislət (paxıllıq və acizlik) də Allah-taalaya xas olmayan xüsusiyyətlərdəndir.

Demək, Allah-taala bəşəriyyətin xoşbəxt həyat qanunlarını tə᾽yin etməklə yanaşı, onları bütün bu mə᾽lumatlarla da agah etməlidir. Bir qədər əvvəl qeyd etdik ki, bəşəriyyətin xoşbəxt həyatının tə᾽min olunması və haqqa hidayət olmaları üçün Allah tərəfindən lazımı qanun və vəzifələr tə᾽yin olunmalı və bundan sonra, onun bəşəriyyətə çatdırılması üçün kimlərsə müəyyənləşməlidir. Öz iman və davranışları ilə başqalarından fərqlənən bu şəxslər, «peyğəmbər» adlanır. Peyğəmbərin əsas vəzifəsi, bəşəriyyəti haqqa hidayət etmək və onları tək olan Allaha ibadət etməyə sövq etdirməkdir. Onlar bununla da öhdələrinə düşən məs᾽uliyyəti yerinə yetirmiş olurlar. İnsanlar isə öz ixtiyarları ilə ya haqqı seçir, ya da batilə meyllənərək özlərini əbədi fəlakətə düçar edirlər.

وَلَكِن لِّيَقْضِيَ اللّهُ أَمْراً كَانَ مَفْعُولاً لِّيَهْلِكَ مَنْ هَلَكَ عَن بَيِّنَةٍ وَيَحْيَى مَنْ حَيَّ عَن بَيِّنَةٍ وَإِنَّ اللّهَ لَسَمِيعٌ عَلِيمٌ

«Lakin, Allah olacaq işi [mö᾽minlərin qələbəsini, kafirlərin məğlubiyyətini] yerinə yetirmək üçün belə etdi ki, həlak olan, aşkar bir mö᾽cüzə ilə [dəlillə] həlak olsun, sağ qalan da aşkar bir mö᾽cüzə ilə sağ qalsın». (8/42).

Bu uca və ilahi məqam olan peyğəmbərliyə gəldikdə isə, qeyd etməliyik ki, bu mənsəbə nail olmaq üçün çoxları yalan və hiyləyə əl atmış və bu yolda heç bir şeydən çəkinməmişlər.

Bu səbəbdən də, Allah tərəfindən peyğəmbərliyə tə᾽yin olunmuş şəxslər, iddialarının sübuta yetirilməsi və başqalarının bundan sui-istifadə etməməsi üçün, kimsənin qadir olmadığı mö᾽cüzələri göstərməli və tutarlı dəlillər gətirməlidirlər. Belə ki, onun gördüyü xariqul᾽adə işlər adi təbii qanunlardan fərqli olmalı və qeyd etdiyimiz kimi, adi insanların iste᾽dad və bacarığından xaric olmalıdır. Yalnız belə olduqda, peyğəmbərliyin yeganə dəlili olan bu qeyri-adi işləri «mö᾽cüzə», onun icrasını isə e᾽caz adlandırırıq.

MÖ᾽CÜZƏNİN PEYĞƏMBƏRLİYİN SÜBUTUNDA QOYDUĞU TƏ᾽SİR

Mö᾽cüzə təbiət qanunlarından xaric olduğu üçün yalnız Allahın izn və qüdrətilə həyata keçirilə bilər. Yə᾽ni, qeyb aləmindən ilham almayınca, kimsənin mö᾽cüzə iddia etməsi qeyri-mümkündür.

Demək, peyğəmbərlik iddiası edən şəxsin mö᾽cüzə yolu ilə Allah tərəfindən himayə olunması və onun öz mövqeyindən istifadə edərək insanları haqq yoldan azdırması Allah-taalanın müqəddəs Zatına zidd olan xüsusiyyətlərdəndir. Bu nəticəyə gəlirik ki, peyğəmbərlərin mö᾽cüzə göstərməsi yalnız Allahın izn və qüdrəti ilə müyəssər ola bilər. Bu müddəa ümumi bir qanun və nəzər sahibləri tərəfindən təsdiq olunan bir həqiqətdir.

Məsələn, camaat padşah və ya soltan tərəfindən rə᾽iyyətin işlərini idarə etmək üçün tə᾽yin olunmuş şəxsin tutduğu mövqeyə şəkk və tərəddüdlə yanaşsalar, onlar tutduğu vəzifəni sübuta yetirmək üçün padşah tərəfindən tutarlı sənəd və dəlillər gətirməlidirlər. Rəislik iddiası edən şəxs padşahın, onun digər rəislər kimi mükafatlandırılacağını iddia edərsə və padşah da onu nəzərdə tutulan hədiyyələrlə mükafatlandırarsa, bunu həmin şəxsin padşahın nəzərində e᾽tibarlı olduğuna sübut kimi göstərmək olar. Çünki əzəmətli və haqsevər padşahın, yalançı və fırıldaqçı bir şəxsi ona xidmət edəcək bir vəzifəyə və rəislik məqamına tə᾽yin etməsi və onu müxtəlif hədiyyələrlə mükafatlandırması qeyri-mümkündür.

Demək, adi insan üçün təsəvvür etmək mümkün olmayan bir şeyi (mənfi xüsusiyyəti) aləmlərin Rəbbinə və elmi hər şeyi əhatə edən bir varlıq üçün də təsəvvür etmək qeyri-mümkündür.

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ

«Əgər o, [peyğəmbər] özündən bə᾽zi sözlər uydurub Bizə istinad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq.» (Əl-haqqə, 69-44/46).

Yə᾽ni, «Məhəmmədi» peyğəmbərliyə seçərək bir çox mö᾽cüzələri ixtiyarına qoysaq da, o istədiyi şeyləri Bizim adımızdan bəyan edə bilməz. Belə bir şey fərz olunduqda, Biz bu itaətsizliyin əvəzini çıxar və onu şiddətlə cəzalandırarıq (şah damarını qırarıq). Çünki din və şəriətin həqiqi qoruyucusu və haqq ilə batili bir-birindən ayıran da Bizik.

ƏŞ᾽ƏRİLƏRİN NƏZƏRİYYƏSİ

Diqqət yetirmək lazımdır ki, mö᾽cüzəni peyğəmbərliyin sübutu kimi qəbul edən şəxslər, əqlin yaxşı və pisi ayırd etmək qəbiliyyətinə malik olmasına e᾽tiqadlı olmalıdırlar ki, bu mərhələdə də əqlin hakimliyini qəbul edə bilsinlər.

Əş᾽ərilər isə bu həqiqəti qətiyyətlə rədd edir və bəşər əqlini pisi-yaxşıdan ayıran əsas me᾽yar hesab etmirlər. Bu səbəbdən də peyğəmbərliyin sübutu məsələsi hələ də onlar üçün qaranlıq olaraq qalmışdır.

Çünki mö᾽cüzənin peyğəmbərin haqq olmasını sübuta yetirməsi, insanın mö᾽cüzəni dərk etməsi və bunun yalançı iddiaçılar tərəfindən mümkün olmadığına yəqinlik hasil etməsindən irəli gəlir. İnsan hansı işlərin Allaha aid olub-olmamasını ayırd etmədikdə təbii ki, kimin haqq, kimin nahaq olmasını dərk edə bilməyəcəkdir.

Əqlin yaxşını-pisdən ayıra bilməməsi nəzəriyyəsi «peyğəmbər tanıma» (həqiqətlə yalan arasında fərq qoyma) məsələsində böyük çətinliklər meydana gətirir.

Fəzl ibni Ruzbəhan, Əş᾽ərilərin əql haqda irəli sürdükləri nəzəriyyəyə bir neçə əsaslı irad tutmuşdur. O, verdiyi cavabların birində deyir: Xoşagəlməz işləri Allah-taala üçün fərz etmək qeyri-mümkün olmasa da, bunu bilmək lazımdır ki, O, mö᾽cüzəni daim haqq peyğəmbərlərin ixtiyarına qoyur və belə bir mühüm işi heç vaxt yalançı və fırıldaqçı adamlara həvalə etməz. Demək peyğəmbərlərin, haqla batilin yalançı şəxslər tərəfindən tanınıb üzə çıxarılması hətta əş᾽ərilər üçün də qaranlıq qalmayacaqdır.

Ruzbəhanın verdiyi bu cavaba isə bir neçə nöqsan və irad tutulmuşdur:

1. Ruzbəhanın burada Allah-taalaya nisbət verdiyi işlər heç bir hiss orqanı ilə dərk olunmayır. Bunu yalnız əql və şüur yolu ilə dərk etmək olar və bu yolu isə, Əş᾽ərilər öz üzlərinə bağlamışlar.

Çünki əgər əql yaxşı ilə pisi ayırd etməyə qadir olmasa, onda Allahın da verdiyi və᾽dlərə əməl etməməsinə heç də qeyri-adi hal kimi baxılmayacaqdır.

2. Bütün bunlarla yanaşı Ruzbəhan, keçmiş peyğəmbərlərin hamılıqla mö᾽cüzəyə malik olduqlarına əsaslanaraq mö᾽cüzənin iftiraçı şəxslər tərəfindən həyata keçə bilməməsini bəyan edir.

Amma bu məsələyə tərəddüdlə yanaşan şəxslər Allahın, mö᾽cüzənin əməli-saleh və sadiq insanlar vasitəsilə həyata keçirməsinə qətiyyətlə inanmırlar. Nəticədə onlar mö᾽cüzəni, peyğəmbərliyi sübuta yetirən me᾽yar kimi qəbul etmirlər.

3. Ruzbəhan deyir: Əgər əql baxımından hər hansı bir işin görülməsi və ya tərk olunması eyni səviyyədə olarsa və əql onlardan hansının yaxşı və ya pis olduğunu dərk etməyə qadir olmazsa, hər şeyə qadir olan və görəcəyi işlər üçün məs᾽uliyyət daşımayan (kimsə tərəfindən nəzərdə olmayan) bir varlıq, (Allah) öz adətini dəyişərək mö᾽cüzəni əməli-saleh insanların ixtiyarına qoyduğu kimi, onu yalançı və fırıldaqçı şəxslərin də ixtiyarına qoya bilər.

4. Adət dəfələrlə təkrar olunan işlərin nəticəsində meydana gəlir. Və təkrar olaraq baş verən işlərin də təbii ki, müəyyən zamana ehtiyacı vardır. Belə olduğu bir halda, iş və hadisələr adət halını almazdan əvvəl ilk peyğəmbərin həqqaniyyətini hansı dəlillərlə sübuta yetirmək olar?

Gələcək fəsillərdə Əş᾽ərilər və onların bu barədə irəli sürdükləri nəzəriyyələr haqda söhbət açacağıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment