Azəri
Sunday 7th of March 2021
99
0
نفر 0
0% این مطلب را پسندیده اند

ALLAHIN TӘQDIRINӘ RAZILIQ

ALLAHIN TӘQDIRINӘ RAZILIQ

Ilahi təqdirə razılıq və Allah istəyən şeyə şad olmaq sifəti bəlaların dəyərli faydalarını nəzərə alanda yaranır.

`di belə deyir:

Şe`rin məzmunu belədir: Dar düşüncəlilər həmişə rahatlıq axtararlar, arif bəla istəyir ki, bəlanın özü onun üçün rahatlıqdır; başının üstünü ölüm kəsdirmiş bu beş günlük ömürdə hər nəyin varsa qoy keç ki, heç nə yoxdur; eşq qılıncı ilə öldürülən insana zaval yoxdur; Allahdan gələn hər bir şey gözəldir; Sə`di, Allah razılığı olan yerdə öz razılığını istəmə.

Nəql edilmiş duaların bə`zilərində belə deyilir:

«Ilahi, mənə, Sənə şükr edənlərin səbrini əta etməyini istəyirəm.»

Şükr edənlərin səbri acı deyil, bal kimi şirin bir səbrdir. Bəlaların insan ruhunu tərbiyə etməsini bilənlər, bəlalardan razı qalmaqdan əlavə, onların qarşısına açıq ürəklə çıxırlar və hətta bə`zən özlərini bəlanın çənginə atır və özləri üçün hadisə yaradırlar. Onlar üzərək özlərini püxtələşdirmək üçün dərya və burulğan yaradırlar.

Mövləvi bir az öncə nəql etdiyimiz şe`rinin davamında belə deyir:

Şe`rin məzmunu belədir: Bəlanın dalınca şirinlik gəldiyi üçün bəla ona şirin gəlir, xəstəliyin dalınca sağlamlıq gəldiyi üçün dərman acı olmur; Həmin fikirli adam ölümdən qorxmur və ölümü özünə çox rahat bilir.

`di isə belə bir şe`r deyib:

Şe`rin məzmunu belədir: Mirvarini köpək balığının ağzından çıxardırlar, canından qorxan dənizə getməz.

BӘLA VӘ NE`MӘT NISBIDIR

Bu nöqtəni yaddan çıxarmaq lazım deyil ki, insan bəla və müsibətlərdən istifadə etdiyi və çətinlik yaradan bəlalarla qarşılaşaraq səbr öz ruhunu kamilləşdirdiyi təqdirdə ne`mətdirlər. Amma əgər insan, çətinliklər müqabilində qaçmaq yolunu seçsə və nalə edərək şikayətlənsə, həmin bəla onun üçün doğrudan da bəladır.

Həqiqət budur ki, dünyanın ne`mətləri də onun bəlaları kimi səadət, tərəqqi və həm də bədbəxtlik və fəlakət mənbəyi ola bilər. Nə yoxsulluq mütləq bədbəxtlikdir və nə də varlılıq mütləq xoşbəxtlik! Insanların tərbiyə və kamilliyinə səbəb olmuş yoxsulluqlar və həmçinin bədbəxtlik və fəlakətinə cəbəb olmuş sərvətlər çoxdur. Təhlükəsizlik və təhlükə də belədir. Bə`zi şəxs və ya xalqlar təhlükəsizlik və rifah halında olanda əyyaşlıqla məşğul olur və düşkün həyat keçirirlər və nəticədə xarlıq və zillət uçurumuna aşırlar. Amma bir çox xalqlar bədbəxtlik və aclıq qamçısı nəticəsində hərəkətə gəlir, izzət və ağalığa çatırlar. Bu qanun sağlamlıq və xəstəlik, izzət və xarlıq və digər təbii ne`mət və bəlalara da şamildir. Ne`mətlər və həmçinin bəla və çətinliklər də bəxşişdirlər. Çünki, onların hər birindən həm ali dərəcədə istifadə etmək olar və həm də onların hər biri bəla və bədbəxtlik sayıla bilərlər. Səbəb budur ki, onların hər biri tənəzzül və bədbəxtlik mənşəyi ola bilər. Həm yoxsulluq, həm də sərvət yolu ilə səadətə çatmaq mümkündür və insan bu iki yolun hər biri ilə bədbəxtliyə də çata bilər.

Buna görə də hər hansı bir şeyin ne`mət olması, insanın ona verdiyi reaksiyadan və həmin ne`mət müqabilində şükür edən, yaxud naşükür olmasından asılıdır. Həmçinin, bəlanın bəla olması da, insanın onun müqabilindəki əks əməli, səbirli və təmkinli və ya süst və iradəsizliyindən asılıdır. Buna görə də bir şey iki şəxsə nisbət verilməsi baxımından müxtəlif şəkillərə düşür, yə`ni bir şey birinə nisbət veriləndə ne`mət, digərinə nisbətdə isə bəla olur. Buna görə də biz ne`mət və bəlaların nisbi olmasını deyirik.

Ilahi və mə`nəvi cəza olan şeyləri, yə`ni insanın əməlinin pis tə`sirlərini bəla adlandırmaq lazımdır. Bunlar birincisi insanın iradə və ixtiyarının nəticə və məhsulu olduqları, ikincisi isə heç bir xeyir və kamalın müqəddiməsi olmadıqları üçün həqiqi bəla və müsibətdirlər. Aşağıdakı rəvayətdə deyildiyi kimi, məsələn qəlbin qəsavəti və daş ürəklilik insan üçün bəladır.

«Allah-taala heç bir bəndəsini daşürəklilikdən yüksək bəlaya düçar etməyib.»

Peyğəmbərlərin əhvalatında deyilir: Bir kişi Şueyb peyğəmbərin yanına gələrək ona deyir ki, Allah nə üçün məni bu qədər günah etməyimə baxmayaraq cəzalandırmır? Ona cavab gəlir ki, sən ən pis cəzalara düçar olmusan, amma xəbərin yoxdur.

Mövləvi bu dastanı belə bəyan edir:

Məzmunu belədir: Şueybin zamanında biri deyirdi ki, Allah məndən çoxlu eyb görüb; Allah məndən çoxlu günah və cinayət görməsinə baxmayaraq, kərəmini məndən əsirgəmir; Allah Şueybin qulağına dedi ki, ona başa sal ki, ey səfeh, sənin, «nə qədər günah edirəmsə, Allah kərəmini məndən əsirgəmir» deməyin tamamilə tərsinədir; Hər neçə vaxtdan bir səni tuturam və sən bundan xəbərsizsən, başdan ayağa kimi zəncirlənmisən; ey qara qazan, sənin hisin öz əleyhinədir və o, sənin batini simanı məhv edib; sənin ürəyində pas üstündən pas bağlanıb və onlar hamısı bir-birinin üstünə yığılıb və səni sirləri görməkdən məhrum edib.

`ni sən tərsinə fikirləşirsən. Sən elə bilirsən ki, Allahın səni cəzalandırması səni hiss etdiyin aşkar cəzaya düçar etməsidir, halbuki sən belə bir cəza almağa layiq olsaydın o, cəza deyil, lütf və rəhmət olardı. Çünki o sənin qəflətdən oyanmağına səbəb ola bilərdi. Amma indi düçar olduğun cəza, sənin əməllərinin ayrılmaz hissəsi olan və yüz faiz cəza olan bir cəzaya düçar olmusan.

Həqiqi bədbəxtlik və fəlakətlər insan əməllərinin nəticə və izləridir və Qur`anın aşağıdakı ayəsi həmin nəticə və cəzalar barəsindədir.

وَمَا ظَلَمْنَاهُمْ وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ

«...Biz (bunları haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə zülm edirdilər...» (Nəhl-118).

Russonun «Emil» adında maraqlı bir kitabı var ki, o həmin kitabı uşaqların tərbiyə üsulu barəsində yazıb. Emil fərzi və əfsanəvi uşağın adıdır ki, Russo onu öz kitabında tərbiyə edir və onun ruhi və cismi cəhətlərinin hamısının formalaşmasına diqqət yetirir. Russonun bütün arzusu Emilin, təbiəti təcrübə etmək yolu və onunla pəncə-pəncəyə dayanaraq çətinliklər qoynunda formalaşmasıdır.

Russonun fikrincə ən bədbəxt uşaqlar, valideynləri onları naz-ne`mət içində yetişdirən və dünyanın isti-soyuğunu dadmağa və eniş-yoxuşunu duymağa qoymayan uşaqlardır. Həmin uşaqlar çətinliklər müqabilində həssas, ləzzətlər müqabilində isə e`tinasız olurlar. Onlar kiçik bir ağacın budağı kimi, hər bir mehin müqabilində titrəyir və hər bir kiçik pis hadisə onları narahat edir. Hətta kiçik bir hadisə onları intihar etmək fikrinə salır. Digər tərəfdən onlara nə qədər ləzzət almaq şəraiti yaradılırsa, həyəcanlanmır və sevinmirlər. Bu cür insanlar heç vaxt ne`mətin dadını dərk etmir, aclıq görmədikləri üçün yeməyin ləzzətini duymurlar. Әn yaxşı yeməklər onlar üçün kəndli uşağın yediyi arpa çörəyindən ləzzətsiz və dadsızdır.

Sadiq Hidayət nə üçün intihar etdi? Onun intihar etməsinin səbəblərindən biri əşrəfzadə və aristokrat olması idi. Onun pulu həddindən artıq çox, normal düşüncəsi isə yox idi. O, iman ne`mətindən məhrum idi və dünyanı özü kimi şəhvətpərəst, puç və mə`nasız hesab edirdi. Onun tanış olduğu ləzzətlər ən çirkin ləzzətlər idilər və həmin qism ləzzətlərdən maraqlı bir şey qalmamışdı ki, varlıq və həyat, onun intizarını çəkmək dəyərinə malik olsun. O artıq həyatdan ləzzət ala bilmirdi. Onun kimi düzgün təfəkkürə malik olmayan və iman ne`mətindən məhrum olanlar çox idilər, amma onların heç biri onun kimi tox və əşrafzadə deyildi və həyat onlar üçün hələ ki, maraqlı idi. Buna görə də başqaları intihara əl atmadılar.

Әgər Hidayət kimilər dünyadan şikayətlənir və onu çirkin adlandırırlarsa, onların bundan başqa yolları da yoxdur. Çünki, onların naz-ne`mət içində böyümələri bunu tələb edir. Onlar ilahi ne`mətlərin xoşagələn tamlarını hiss edə bilmirlər. Әgər Sadiq Hidayəti bir kəndə apararaq ona öküz dalında xış çəkdirsəydilər, aclıq və çılpaqlığı daddırsaydılar, hərdənbir kürəyinə bir qamçı da vursaydılar və çox acanda qabağına bir parça çörək atsaydılar, həyatın mə`nasını yaxşı başa düşər və dünyanın su, çörək və digər maddi-mə`nəvi ne`mətləri onun gözündə çox dəyər və qiymətli olardı.

`di, «Gülüstan» kitabının birinci fəslində belə bir dastan nəql edir:

«Bir dəfə bir ağa, öz nökəri ilə gəmiyə minir. Dəniz görməmiş nökəri vəhşət bürüyür və o, səbirsizlik göstərməyə başlayır. Hətta iş o yerə çatır ki, onun keçirdiyi gərginlik, gəminin digər sərnişinlərini də narahat edir. Gəmidə olan bir həkim deyir ki, mən onun dərdini bilirəm. Oradakılara göstəriş verir ki, nökəri dənizə atsınlar. Özünü coşqun və rəhimsiz ləpələr üstündə ölümlə üz-üzə görən nökər, çox çalışaraq gəmiyə çatmağa və batmaqdan qurtarmağa çalışır. O, bir müddət nəticəsiz təlaşdan sonra, batmaq istəyəndə həkim onu sudan çıxarmaq göstərişi verir. Nökər bu hadisədən sonra sakitləşir və əvvəlki kimi səs-küy salmır. Həkimdən məsələnin sirrini soruşurlar. O deyir ki, nökərin, gəminin qədrini bilməsi üçün dənizə düşməsi lazım idi.»

Bəli, ləzzətlərdən istifadə etməyin şərti, çətinliklərlə tanış olmaq, onları dadmaqdır. Dərənin dibinə düşməyən şəxs, dağın əzəmətini dərk edə bilməz. Rifahı yaxşı olan sinif arasında intiharın çox olmasının səbəblərindən biri, onlarda adətən imansızlığın çox olması, digəri isə həmin təbəqənin həyatın ləzzət və dəyərini dərk etməmələri, dünyanın gözəlliyini hiss etməmələri və həyatın mə`nasını başa düşməmələridir. Həddindən artıq olan rifah və ləzzət insanı hiss və duyğusuz edərək axmaq və ağılsız bir varlıq şəklinə salır. Belə bir insan, kiçik bir məsələ üstündə intihar edir. Qərb dünyasında puçluğun səbəblərindən biri imanın əldən verilməsi, digəri isə rifahın həddindən artıq yüksək olmasıdır. Qərb, şərqin süfrəsinin başında oturaraq onun qanını sovurur, belə olan halda nə üçün də puçluq və nihilizmdən dəm vurmasın?

Intiharı həssaslığın üstünə yıxanlar, həmin həssaslığın han-sı növ həssaslıq olmasını bilməlidirlər. Onların həssaslıqları zövq və dərk etmə həssaslığı deyil, həmin həssaslığın mə`nası onlar daha incə düşüncəyə malik olmaları və başqalarının dərk etmədikləri şeyləri başa düşmələri deyil. Onların həssas-lıqlarının mə`nası budur ki, onlar dünyanın gözəllikləri müqabilində hissiz və sarsaq, çətinliklərin müqabilində isə tez inciyən və müqavimətsizdirlər. Belə adamlar elə intihar etməlidir və onların intihar etmələri daha yaxşıdır. Onlar bəşəriyyət üçün ardırlar və bəşəriyyət onların vücudlarının murdarlığından təmizlənməlidir.

Bir vaxtlar, bir tanışımız var idi və elə bilirdik ki, o, dünyanın ən xoşbəxt insanlarındandır. Həyat üçün lazım olan hər bir maddi imkana malik idi. Pul, sərvət, vəzifə, məqam, ad-san, bir sözlə hər şeyi var idi. Bir dəfə övlad olmasından söz düşdü. O dedi ki, mən istəmirdim və istəmirəm ki, uşağım olsun. Ondan səbəbini soruşdum. Dedi ki, mən özüm bu dünyaya gəlmişəm bəsdir, nə üçün digər bir varlığın da əziyyətə düşməsinə səbəb olum və o da mənim çəkdiyim çətinlikləri çəksin? Әvvəlcə təəccübləndim, amma sonra onun ruh və düşüncəsi ilə bir az yaxindan tanış olandan sonra, gördüm ki, yazıq düz deyir, o, bu qədər naz-ne`mət içində əziyyətdən başqa bir şey görmür. Adətən bizim bütün çətinlikləri özlərindən uzaqlaşdırdıqlarını güman etdiyimiz şəxslər, hamıdan çox əzab çəkirlər.

Bəli, bəla və müsibətlər böyük ne`mətdir və onlara görə Allaha şükr etmək lazımdır. Bə`zən qəzəb, lütf formasında göründüyü kimi, ne`mətlər də bə`zi vaxtlar qəzəb libasında zahir olurlar. Bu qəzəblərə görə şükr etmək lazımdır. Amma hər halda bu məsələni yaddan çıxarmaq lazım deyil ki, ne`mətin ne`mət və bəlanın da bəla olması, bizim ona verdiyimiz reaksiyadan asılıdır. Biz bütün müsibətləri ne`mətə və həmçinin bütün ne`mətləri bəla və müsibətə çevirə bilərik. Indi əgər bütün bunlar bizdən asılıdırsa, onda gör biz ne`mət libasında olan ne`mətlərin ne`mətə, bəla və müsibət formasında olan müsibətlərin isə bəlaya çevrilməsində nələr edə bilərik?

99
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
SƏHİFEYİ-SƏCCADİYYƏ DUALARI
İBADƏTİN FƏLSƏFƏSİ
Kovsər hovuzu nədir?
Bütün təqva Allah Təalanın bir ayəsində
Ən bilikli adam kimdir?
Bilal haqqında
Vacibə (Tanrıya) aid bilik və bu biliyə aid məsələlər haqqındadır
Vahabi etiqadının yeni təhlili
BƏNİ-İSRAİL QÖVMÜ

 
user comment