Azəri
Friday 29th of March 2024
0
نفر 0

BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR

BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR

Pisliklərin gözəllikləri cilvələndirmək və ali bir toplum yaratmaqda mühüm rol oynamalarından əlavə, yaxşı və pisliklər barəsindəki mühüm mətləblərdən biri də budur ki, bizim bədbəxtlik və pislik, kamal və xoşbəxtlik adlandırdığımız şeylər arasında səbəb-nəticə əlaqəsi vardır. Pisliklər yaxşılıqların anası və onların yaradıcısıdır. Bu, pisliklərin üçüncü faydasıdır.

Onların birinci xeyirli əhəmiyyəti, pislik və çirkinliklərin mövcudluqlarının, dünyanın gözəl toplumunun yaranmasında zəruriliyi idi. Ikinci əhəmiyyəti bu idi ki, hətta gözəlliklər öz gözəlliklərini pisliklərdən alırlar və pislik və çirkinlik olmasaydı, gözəllik və yaxşılıq heç bir mə`na verməzdi. Belə ki, gözəlin gözəlliyinin hiss edilməsi çirkin və çirkinliklərin olmaları və onlar arasında müqayisənin yaranmasındadır.

Indi pislik və bədbəxtliklərin üçüncü tə`sirini çirkinliklərin gözəlliklərin müqəddimə və yaradıcısı olmaları adı altında izah edəcəyik. Bə`zən xoşbəxtliklərin daxilində bədbəxtliklər yarandığı kimi, çətinlik və bədbəxtliklərdə də səadət və xoşbəxtliklər yatır. Bu, dünyanın formuludur.

ذَلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

«...Necə ki, Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bə`zən insanlar daha çox ruzi qazana bilsinlər deyə, gecəni qısaldıb gündüzü uzadar, bəzən də onlar daha çox istirahət edib dincələ bilsinlər deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah (hər şeyi) eşidən və görəndir!» (Həcc-61).

«Zülmət gecənin sonu nurdur» məşhur atalar sözü əziyyətlərə qatlaşmaqla xoşbəxtliyə nail olmağın bir-birindən heç cür ayrılmazlığını bəyan edir. Pozulmuş şəraitlərdə ağlar qara istehsal etdiyi kimi, sanki ağlar da qaralardan doğulurlar.

On doqquzuncu əsrin məşhur alman filosofu Hegelin bu baxımdan diqqəti cəlb edən bir sözü var. O, bu barədə belə deyir:

«Mənfi işlər arasındakı çəkişmə və şər, xəyaldan yaranmayır, işlər tamamilə həqiqət və gerçəklik, hikmət baxımından xeyir və təkamülün pillələridirlər. Çəkişmə tərəqqinin qanunudur. Sifət və səciyyələr dünyanın hərc-mərclik savaşlarında və iğtişaşlarda kamilləşərək formalaşırlar və şəxs yalnız çətinlik, məs`uliyyət və iztirab yolu ilə ali şəxsiyyət dərəcəsinə çatır. Çətinlik həm əqli işdir, həm də həyat nişanəsi və islahat mühərrikidir. Әqli işlər arasında şəhvətlərin də öz yerləri vardır. Heç bir böyük iş, şəhvətsiz öz kamilliyinə çatmayıb və hətta Napalyonun şöhrətpərəstlik və eqoistliyi onun öz istəyi olmadan belə, xalqların inkişaf və tərəqqisinə kömək edib. Həyat xoşbəxtlik (asayiş və ondan yaranan razılıq) üçün deyil, təkamül üçündür. Dünya tarixi səadət və xoşbəxtlik səhnəsi deyil; xoşbəxtlik dövrləri onun ruhsuz səhifələrini təşkil edir. Çünki həmin dövrlər qarşılıqlı razılaşma dövrləri olub və belə ağır razılıq və qənaətlik kişiyə layiq bir şey deyil. Tarix, həqiqi aləmin ziddiyyətləri inkişaf və təkamül vasitəsi ilə həll edilən dövrlərdə düzəlib». (Fəlsəfə tarixi; Vill Dorant.)

Qur`ani-kərim çətinliklə asayişin ayrılmazlığını bəyan etmək üçün belə buyurur:

«Şübhəsiz ki, hər çətinlikdə bir asanlıq vardır!»

Həqiqətən, hər çətinlikdə bir asanlıq vardır!

Qur`an çətinlikdən sonra asanlıq və rahatlığın olmasını demir. Qur`anın tə`biri budur ki, çətinlikdə asanlıq var, yə`ni asanlıq çətinliyin batinində və onunla birlikdədir. Mövləvinin dili ilə desək «zidd ziddin içində gizlənib».

Zendəgi dər mordəno dər mohnətəst

Abe heyvan dər dərune zolmətəst.

`nası: Həyat ölüm və çətinlikdədir; dirilik gətirən su, zülmətdə (quyunun dibində)dir.

Burada incə bir nöqtə var ki, onun başa düşülməsi bu surənin bütün ayələrinin nəql edilməsindən asılıdır.

بسم الله الرحمن الرحيم أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ وَوَضَعْنَا عَنكَ وِزْرَكَ الَّذِي أَنقَضَ ظَهْرَكَ وَرَفَعْنَا لَكَ ذِكْرَكَ فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

«Bağışlayan və rəhm edən Allahın adı ilə. (Ya Peyğəmbər!) Məgər biz sənin köksünü açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?! Elə bir yük ki, sənin belini bükürdü. Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdə bir asanlıq vardır! Həqiqətən, hər çətinlikdə bir asanlıq vardır! (Ya Peyğəmbər!) Elə ki, (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx dua et! Və ancaq Rəbbinə yalvar!»

Peyğəmbərə (s) xitab olunan bu surə o həzrətin özünə məxsusdur.

Bu surə məhəbbət hissi ilə dolu ifadələrlə sanki, xoşagəlməz hallardan narahat olmuş Peyğəmbərin (s) şərəfli ruhunu nəvaziş edir və Allahın onun çiynində olan ağır yükü necə götürdüyünü və çətinlikləri asanlıqlara çevirdiyini xatırladır. Sonra dəqiq elmlərdə olan üslubla, baş vermiş və gerçək bir hadisədən belə nəticə alır: «Şübhəsiz ki, hər çətinlikdə bir asanlıq vardır`ni biz keçmişdə sənin çiynində olan ağır yükü götürmüşüksə, sənin adını ucaltmışıqsa və sənə səbr, dözüm qüdrəti vermişiksə, sən onlardan belə bir nəticəyə gəl ki, hər çətinlikdə bir asanlıq vardır!

Daha sonra nəticənin sabitləşməsi və onun qətiliyinə inandırmaq üçün bir daha təkrar edir: «Həqiqətən, hər çətinlikdə bir asanlıq vardır

Burada maraqlı nöqtə budur ki, həmin ümumi formuldan nəticə əldə etdikdən sonra gələcəkdəki hərəkət istiqaməti və davranış yolunu da müəyyənləşdirərək belə buyurur:

 فَإِذَا فَرَغْتَ فَانصَبْ وَإِلَى رَبِّكَ فَارْغَبْ

«Elə ki, (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx dua et!»

`ni asanlıq çətinliyin batinində yerləşdirildiyi üçün asudə olan kimi, bir daha özünü əziyyətə sal və yenidən çalışaraq sə`y göstərməyə başla. Çətinlik və giriftarçılıqların kamillik və tərəqqinin müqəddiməsi olması məsələsi canlı varlıqların, xüsusilə insanın xüsusiyyətlərindəndir. Zərbələr cansız varlıqları məhv edir və onların qüdrətini zəiflədir, amma canlı varlıqları təhrik edərək hərəkətə gətirir və gücləndirir. «Nə çox varlılıqlar ki, yoxsulluğun içindədir.»

Çətinlik və məşəqqətlər bəşəriyyətin təkamülü üçün zəruridir. Çətinlik və əziyyətlər olmasa, bəşəriyyət məhv olar. Qur`an bu barədə belə buyurur: «Biz insanı məşəqqətdə yaratdıq!...» (Bələd-4).

Insan, öz layiqli varlığını tapması üçün məşəqqətlərə dözərək çətinlik çəkməlidir.

Ziddiyyət və çəkişmə, təkamül qamçısıdır. Canlı varlıqlar kamilliyə doğru olan yollarını bu qamçı ilə qət edirlər. Bu qanun özünü bitgilər, heyvanlar, xüsusilə insanlar aləmində doğruldur.

Həzrət Әli (ə) özünün Bəsrədəki nümayəndəsi Osman ibni Huneyfə yazdığı məktubda, bu bioloji qanunu xatırladır ki, naz-ne`mət içində yaşamaq və çətinliklərdən qaçmaq, insanın zəif və acizliyinə, çətin və ağır şəraitdə yaşamaq isə güclü və qıvraq olmasına səbəb olur və onun varlığının gövhərini püxtələşdirərək qüdrətli edir. O həzrət həmin məktubda öz nümayəndəsini, imkanlıların gecə keçirdikləri məclisdə iştirak etdiyi və heç bir yoxsulun iştirak etmədiyi və ancaq varlıların çağrıldığı qonaqlığa ayaq basdığı üçün məzəmmət edir. Həzrət imam (ə) həmin münasibətlə öz sadə həyatını izah edərək ardıcılları, xüsusilə özünün dövlət adamlarından onun yolu ilə getmələrini istəyir.

Sonra bəhanə gətirilməsinin qarşısını almaq üçün bu məsələni izah edir ki, münasib olmayan şərait və sadə yemək insanın gücünü azaldaraq zəiflətmir. O, həmçinin, bağbanın daimi qulluğundan məhrum olan çöl ağaclarının daha möhkəm və davamlı gövdəyə malik olmalarını, həmişə qulluq edilən bağ ağaclarının gövdələrinin isə nazikqabıq və davamsız olmalarını xatırladır.

Allah-taala Qur`ani-kərimdə belə buyurur:

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ

«Әlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Məhəmməd! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!» (Bəqərə-155).

`ni bəla və çətinliklər müqavimət və dözümlülük göstərənlərə xeyirlidir və onlar həmin şəxsdə xeyirli izlər buraxırlar. Buna görə də həmin hallarda onlara müjdə vermək lazımdır.

Allah, insanların ruhlarını tərbiyə edərək formalaşdırmaq üçün şəriət və yaradılış proqramları qoyub və həmin iki proqramın hər birində çətinlik və əziyyətlərə yer ayırıb. Şəriət proqramında ibadəti vacib edib. Yaradılış proqramında isə, insanların yolları üstündə çətinliklər qoyub. Oruc, həcc, cihad, sədəqə və namaz şər`i vəzifə yolu ilə müəyyənləşdirilmiş çətinliklərdir və onların yerinə yetirilməsində səbr və dözümlülük göstərmək, ruhların kamilləşməsi və ali insani iste`dadların formalaşmasına səbəb olur. (Әlbətttə bu mətləb dində çətinlik və ağırlığın olmaması kimi qəti məsələ olan prinsiplə heç bir ziddiyyət daşımır. Çünki, çətinliyin rədd edilməsindən məqsəd, dində vəzifə və tapşırığın olmaması deyil, insanın inkişafına və onun düzgün fəaliyyətinə mane ola bilən hökmlərin mövcud olmamasıdır. Dini qanunlar elə hazırlanıb ki, onlar nə əl-ayağa dolaşan acizlər və nə də tənbəl insanlar yetişdirəndir.) Aclıq, qorxu, maddi ziyan və insan tələfatı yaradılış proqramında nəzərdə tutulmuş və insanı məcburi olaraq əhatə edən çətinliklərdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment