Azəri
Saturday 20th of April 2024
0
نفر 0

QUR᾽AN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI

QUR᾽AN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI

Bu barədə nəql olunmuş hədislər:

Qur᾽an bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini tə᾽min edən əbədi ilahi qanundur.

Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Hər kim bu iki dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Qur᾽anla ünsiyyətdə olmalı və onu özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını təzələməli və əhdinə vəfadar olmalıdır. Qur᾽anla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Qur᾽anla atar və gördükləri bütün işləri Qur᾽anla yerinə yetirərlər.

Qur᾽an tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql olunmuşdur. Biz burada onlardan yalnız bir neçəsini təqdim edirik.

İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Qur᾽an tilavətinin fəziləti haqda buyurmuşdur: «Hər axşam on ayə Qur᾽an oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan səmimi-qəlblə ibadətə qapılan və xalis bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə) ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.» (Üsuli-kafi, «Qur᾽anın fəziləti).

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Qur᾽an bəşəriyyətin səadət və xoşbəxtliyini tə᾽min edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Quranın fəziləti).

Yaxşı olar ki, hər bir tacir gecə evinə qayıdarkən yatmazdan əvvəl Qur᾽an ayələrindən birini tilavət etsin. Əgər belə edərsə, oxuduğu hər bir ayənin müqabilində əməl dəftərinə on savab iş yazılar və o miqdarda da günahlarından bağışlanar. (Üsuli-kafi, «Qur᾽anın fəziləti).

Qur᾽an oxumağı sizlərə tövsiyə edirəm. Bilin ki, cənnətin təbəqələri Qur᾽an ayələrinin sayı qədərdir. Qiyamət günü Qur᾽an qarilərinə Qur᾽an oxumaq əmr olunar. Onlar nə qədər çox oxuyarlarsa məqamları bir o qədər ucalar və öz əməllərinə layiq dərəcələrlə mükafatlanarlar. (Üsuli-kafi).

Bir çox hədis kitablarında, o cümlədən «Biharul-ənvar»ın 19-cu cildində Qur᾽an oxumağın fəzilətləri barəsində kifayət qədər hədis nəql olunmuşdur. Bu kitablarda Qur᾽an oxumağın fəzilətlərindən başqa digər mühüm mətləblərə də işarə olunmuşdur.

1. QUR᾽ANIN ÜZÜNDƏN OXuNMASI

Nəql olunmuş hədislərin bir qismi, Qur᾽anın üzündən oxunmasının onun əzbər oxunmasından daha fəzilətli olduğuna dəlalət edir. Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir: İshaq ibni Əmmar İmam Sadiq (ə)-dan soruşur: Mən Qur᾽anı artıq hifz etmişəm (əzbərləmişəm), onu əzbər olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: «Üzündən oxu, bunun savabı daha çoxdur. Və bil ki, Qur᾽anın yazılarına baxmaq özü bir ibadətdir.»

İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: «Qur᾽anı üzündən oxuyan şəxslərin gözləri də Qur᾽andan bəhrələnər. Ata-anası küfr ilə dünyadan köçsələr belə, günahlarindan azalar.»

Qur᾽anın üzündən oxunmasına müsəlmanların sövq etdirilməsinin bir neçə səbəb və sirri vardır.

1. Qur᾽an nüsxələri çoxalır və qədim nüsxələrin məhv olub aradan getməsinin qarşısı alınır. Əgər müsəlmanlar Qur᾽anı hifz edərək bu qayda ilə oxuyarlarsa, getdikcə Qur᾽an nüsxələrinə olan ehtiyac azalar və nəticədə Qur᾽an nadir nüsxələrdən birinə çevrilər.

2. Hədislərdə qeyd olunduğu kimi, Qur᾽anın üzündən oxunması insanın mə᾽nəviyyatına müsbət tə᾽sir göstərir. Eyni zamanda Qur᾽an yazılarına baxmaqdan ləzzət alır və bir çox hallarda göz ağrılarından amanda qalır.

3. Qur᾽anı üzündən oxumaq, oxucunun Qur᾽ana daha çox diqqət yetirməsinə səbəb olur. Belə olduqda, insan Qur᾽anın açılmayan sirr və incəlikləri barəsində daha çox araşdırmalar aparır. Belə ki, insan ürək açan mənzərəyə diqqətlə baxdıqda, ruhi cəhətdən arxayınlaşır və özündə mə᾽nəvi rahatlıq hiss edir.

Qur᾽an ayələrinə nəzər salaraq onun dərin mə᾽nalarını dərk etməyə çalışan oxucu, ondan vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mə᾽nəvi paklığa nail olur.

2. QUR᾽ANIN EVLƏRDƏ OXUNMASI

Bu məzmunda da bir neçə hədis və rəvayət nəql olunmuşdur. Hədislərin məzmununa diqqət yetirdikdə, müsəlmanların evlərdə Qur᾽an tilavət etmələrinə sövq olunmalarının bir neçə səbəbinin və onun bir neçə müsbət tə᾽sirinin şahidi oluruq.

1. Qur᾽anın evlərdə tilavət olunması, haqq kəlməsinin (İslam hökmləri və əxlaq normalarının) ev sakinləri tərəfindən dinlənərək qəbul olunmasına səbəb olur. Belə ki, ev sahibi vaxtaşırı Qur᾽an oxuyarsa, digər ev sakinləri də onun tə᾽siri altına düşərək bu gözəl adətə meyl edər və nəticədə Qur᾽an oxuyan şəxslərin sayı birə on artar. Əgər müsəlmanlar Qur᾽an tilavət etmək üçün müəyyən zaman və yer tə᾽yin edərlərsə, təbiidir ki, hamının eyni zamanda həmin yerdə Qur᾽an oxuması mümkün olmayacaqdır. Bu səbəbdən də Qur᾽anın evlərdə oxunması İslam hökmlərinin hamı tərəfindən rəğbətlə qəbul olunmasına səbəb olur.

2. Evlərdə Qur᾽an oxunarsa, səhər-axşam oradan Qur᾽an səsi ucalar və onu dinləyən şəxslərin qəlbləri bununla təskinlik tapar.

3. Qur᾽anın evlərdə oxunması, həmin evin daha da bərəkətli olmasına səbəb olur. Mələklər bu evlərə nazil olar, şeytanlar isə qorxuya düşərək oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü işıqlandırdıqları kimi, Qur᾽an oxunan evlər də səma əhlinə nur saçar. Qur᾽an oxunmayan evlərdə bərəkət olmaz, mələklər bu evlərə gəlməkdən çəkinər və oralar şeytanların daimi gediş-gəliş yerinə çevrilər. (Üsuli-kafi, 2-ci cild. «Qur᾽anın oxunma fəziləti).

 

QUR᾽AN TİLAVƏTİNİN FƏZİLƏTİ HAQDA UYDURULMUŞ HƏDİSLƏR

Bu məzmunda o qədər hədis nəql olunmuşdur ki, onun çoxluğu insanı heyrətə gətirir.

Biz onlardan bir neçəsinə işarə edəcəyik.

Peyğəmbər (s) buyurur: «Qur᾽andan bir hərf oxuyan şəxsin əməl dəftərinə bir xeyirli əməl yazılar və hər bir xeyirli əməl on bərabər savabla mükafatlandırılar.» Sonra əlavə edərək buyurur: Əlif, lam, mim»in bir hərf olduğunu deməyirəm. Bəlkə Əlif bir hərf, lam iki hərf, mim isə üç hərfdir.”

Bir çox əhli-sünnət alimləri bu hədisi öz kitablarında nəql etmişlər. Qurtubini, Termizini, İbni Məs᾽udu onlara misal çəkmək olar.

Mərhum Koleyni də öz kitabında bu məzmunda İmam Sadiq (ə)-dan hədis nəql etmişdir.

 Əbu İsmət Fərəc ibni Əbi Məryəm Məruzi, Məhəmməd ibni Əkaşə Kermani və Əhməd ibni Abdullah Cuveybari Qur᾽an fəziləti barəsində böyük saxtakarlıqlar göstərmiş hədis dəccallarındandırlar.

Hətta Əbu İsmət özü bu həqiqəti e᾽tiraf etmişdir. Ondan «Əkrəmənin müasiri olmadığın halda, onun Qur᾽anın bütün surələri haqda İbni Abbasdan hədis söylədiyini haradan bilirsən?» - deyə soruşduqda belə cavab vermişdi: Camaatın Qur᾽andan uzaqlaşıb Əbu Hənifənin fiqhinə və Məhəmməd ibni İshaqın «Məğazi» adlı kitabına üz tutduqlarını görüb, xalis niyyətlə özümdən bir neçə hədis uydurub onların ixtiyarına qoydum ki, bəlkə müsəlmanlar bu yolla Qur᾽an oxumağa meyl etsinlər.

Osman ibni Səlah, Ubəy ibni Kə᾽bin Peyğəmbər (s)-dan Qur᾽anın fəziləti barəsində nəql etdiyi məşhur hədis haqda deyir: «Bu hədis ətrafında kifayət qədər araşdırmalar aparılmışdır. Əldə olunan nəticə, onu nəql edən şəxsin dediyi bu sözlər olmuşdur: “Bu hədisi mən bir neçə nəfərlə həmkarlıq edərək özümdən uydurub camaatın ixtiyarına qoydum.”

Demək, Vahidi və digər müfəssirlər bu hədisi öz kitablarında nəql etməklə böyük bir səhvə yol vermişlər. (Təfsir Qurtubi, 1/18-19).

Allaha və Onun peyğəmbərinə iftira yaxan hədis dəccallarının gördükləri işlər insanda təəccüb doğurur. Bəli, şeytan onların gördükləri bu çirkin işləri, nəzərlərində xeyirxah işlər kimi cilvələndirmişdir.

«Müşriklərin etdikləri əməllər beləcə yaxşı göstərildi.»

QUR᾽AN AYƏLƏRİNİN MƏ᾽NALARINDA DİQQƏT VƏ TƏFƏKKÜR

Digər mövzularda olduğu kimi, bu mövzu ətrafında da kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.

Allah-taala Qur᾽ani-Kərimdə bu haqda buyurur:

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَى قُلُوبٍ أَقْفَالُهَا

«Onlar Qur᾽an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? [Yoxsa ürəklərinin öz kilidləri vardır?]»

Göründüyü kimi Qur᾽an ayələrinə olan diqqətsizlik, hətta Qur᾽anın özü tərəfindən qətiyyətlə tənqid olunmuşdur.

İbni Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir: «Qur᾽anı uca və açıq tərzdə oxuyun! Və onun sirr və qəribəliklərinə yol tapmağa çalışın.»

Əbu Əbdürrəhman deyir: Bizə Qur᾽anı tə᾽lim edən Peyğəmbər səhabələrindən biri deyərdi: «Səhabələr Qur᾽anı Peyğəmbərdən on ayə-on ayə öyrənirdilər. Peyğəmbər (s) ilk on ayəni tə᾽lim verər və onlar da bu on ayədə bəyan olunan şər᾽i qanunlara və əxlaq normalarına əməl etməyincə növbəti on ayənin izahını verməzdi.» (Biharul-ənvar, 19/27).

İbni Məs᾽ud, Osman və Ubeyddən nəql olunmuş rəvayətdə deyilir: «Peyğəmbər (s) səhabələrə on ayə tə᾽lim verər və onlar bu ayələri əməli olaraq icra etməyincə, növbəti ayələrə keçməzdi. O həzrət çalışırdı ki, səhabələr Qur᾽anı əməli olaraq öyrənsinlər.» (Təfsir Qurtubi, 1/9).

Günlərin bir günündə Əli (ə) ənsarla elmi mübahisə aparan Cabir ibni Abdullah Ənsariyə yaxınlaşıb ondan bə᾽zi elmi məsləhətlər verməsini istədi. Ənsardan biri Əli (ə)-ın bu xahişindən təəccüblənərək dedi: Ya Əmirəl-mö᾽minin! Malik olduğun elm və biliklə yenə də Cabirdən elmi məsləhətlər alırsanmı?! Buyurdu: Cabir bu tə᾽rifə layiqdir. Çünki o, bu ayənin təfsirini çox gözəl dərk etmişdir.

إِنَّ الَّذِي فَرَضَ عَلَيْكَ الْقُرْآنَ لَرَادُّكَ إِلَى مَعَادٍ

«[Ya Məhəmməd!] Qur᾽anı [oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi] sənə vacib buyuran Allah, qayıdacağın yerə [hicrət edərək çıxdığın Məkkəyə] səni yenə də qaytaracaqdır.» (Qəsəs-85).

Əllamə Məclisi bu məzmunda nəql olunmuş hədis və rəvayətləri toplamış və Biharul-ənvarda ayrıca fəsil ayırmışdır.

Qur᾽an bəşəriyyətin dünya və axirət həyatının səadət və xoşbəxtliyini tə᾽min etdiyi üçün hər zaman ona müraciət etməli və yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyl edir.

Zəhəri, İmam Səccad (ə)-dan nəql etdiyi hədisdə deyir: «Qur᾽anın hər bir ayəsi sənin üçün tükənməz bir xəzinədir. Qarşında açılan bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini dərk etməyə cəhd etməlisən.» (Üsuli-kafi, 2-ci cild, Qur᾽anın fəziləti fəsli).

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment