Azəri
Thursday 18th of April 2024
0
نفر 0

PEYĞƏMBƏR¡-iN ƏSRINDƏ XÜMSÜN MƏQAMINI BƏYAN EDƏN VAHID RƏVAYƏT

PEYĞƏMBƏR¡-iN ƏSRINDƏ XÜMSÜN MƏQAMINI BƏYAN EDƏN VAHID RƏVAYƏT

«Sünəni Əbu Davud», «Müsnədi Əhməd», «Təfsiri Təbəri», «Sünəni Nəsai» və «Səhihi Buxari» kitablarında Cübeyr ibni Müt`imdən belə nəql edilmişdir: «Peyğəmbər ¡ Xey‌bərin fəth olunması zamanı «zil-qurba» payını Bəni Haşim və Bəni Müttəlib üçün ayırdı, Bəni Nofəl və Bəni Əbdüş-şəmsi isə ondan məhrum etdi. Mən və Osman ibni Əffan Pey‌ğəmbərin yanına gedib dedik: «Ya Rəsuləllah! Biz sizinlə ya‌xın‌lıq cəhətindən Bəni Haşimin fəzilətini inkar et‌mirik, amma nə olmuşdur ki, Əbdül-Müttəlib övladlarını da bəhrələndirmisiniz və yalnız bizi və bizim qohum-əqrəbamızı məhrum etmisiniz?» Peyğəmbər buyurdu: «Mən və Bəni Əbdül-Müttəlib bir-birimizdən ayrılmırıq. (Nəsainin rəvayətində: Bəni Müttəlib məndən ayrılmır) nə cahiliyyət dövründə, nə də Islam dövründə. Biz və onlar bu yolla (bu zaman barmaq‌la‌rı‌nı bir-birinə keçirib göstərdi) bir-birimizlə qovuşmuşuq və birik..[1]

Əhməd ibni Hənbəlin özünün «Müsnəd» kitabında nəql et‌diyi başqa bir rəvayətdə deyilir ki, bu hadisə «Hüneyn» müha‌ri‌bə‌sində baş vermişdi.[2]

Əbu Davudun «Sünən»ində, Nəsainin «Sünən»ində və «Müs‌nə‌di Əhməd»də üçüncü bir rəvayət o qəzvəni tə`yin etmə‌miş‌dir.[3]

Osmanla Cübeyrin sualı və Peyğəmbəri Əkrəm ¡-in on‌lara cavabı buna görə olmuşdur ki, Əbdü Mənafın dörd oğul var idi:

1-Haşim, onun adı Əmr idi;

2-Müttəlib;

3-Əbdüş-Şəms;

4-Novfəl.[4]

Bu sülalədən Bəni Haşimlə Bəni Müttəlib Peyğəmbəri Ək‌rəm ¡-ə kömək etməkdə əlbir olmuşdular. Qüreyş də ha‌mı‌lıqla onlara qarşı müharibəyə başlamış, onlarla bütün əla‌qələrin kəsilməsinə dair əhdnamə yazmışdılar. Peyğəmbəri Ək‌rəm ¡ və onun köməkçiləri çarəsizlik üzündən «Əbu Ta‌lib» dərəsinə gedərək 3 il orada qalıb onlarla əla‌qələ‌ri‌ni kəsdilər. Əbdüş-şəms və Novfəlin övladları da onların ək‌si‌nə olaraq Qüreyşlə əlbir olmuşdular.

Ibni Əbil Hədid bu barədə belə yazır: «Bəni Novfəlin Islama meyl etməməsi və bu yolda tə`xirə yol vermələrinin səbəblərindən biri Əbdüş-şəms övladlarının tə`xirə yol vermələri idi. Onlardan heç bir şəxs belə, Peyğəmbərə kömək etməmiş, onun «Kərimə məşahidində» hazır olmamışdılar. Halbuki, Əbdül-Müttəlibin övladları Bəni Haşimi sevməklə yanaşı, Peyğəmbərin yolunun aydın olduğunu, müxaliflərin tədbirlərinin də kin-küdurət və həsəddən irəli gəldiyini bilir, amma bundan başqa heç bir şeyi islama meyl etmək qarşısında maneə hesab etmirdilər. Haris ibni Əbdül-Müttəlibin övladları – Übeydə, Tüfeyl və Hüseyn, Ibad ibni Müttəlibin övladı olan Müstəh ibni Əsasə ilə birlikdə Bədr müharibəsində iştirak etmişdilər. Əbu Talib Qüreyşin Peyğəmbər əleyhinə əlbir olduğu zaman Müt`əm ibni Ədi ibni Novfələ dedi:

جزى اللّه عنا عبد شمس ونوفل        اجزاء مسي ء عاجلا غير آجل

"Allah bizim əvəzimizə Əbdüş-şəms və Novfəl şaxəsinə cəza versin.

Elə bir cəza ki, pis adamlara verər, sür`ətli və möhlətsiz!"[5]

Cübeyr ibni Müt`im bu rəvayətdə xatırladır ki, Peyğəm‌bə‌ri Əkrəm ¡ «zil-qurba» payını Bəni Haşimlə Bəni Müt‌təlib arasında bölmüşdür. Bizim nəzərimizə görə, bu hə‌di‌sin ravisinin gördüyü şey bu idi ki, Peyğəmbəri Əkrəm ¡ xüms səhmlərindən onlara vermişdi və Bəni Üməyyə və Bəni Novfələ onlardan heç nə verməmişdi. Amma Peyğəm‌bə‌ri Əkrəm ¡-in onlara verdiyi payın (zil-qurba payı‌nın) ayırd edilməsinə gəldikdə isə, bunu ravi özündən qu‌raş‌dırmış və öz təsəvvürü əsasında demişdi. Amma bunu qeyd etməmişdi ki, Peyğəmbəri Əkrəm ¡ bunu buyurmuş ol‌sun. Buna görə də mümkündür ki, Peyğəmbər Allahın və özü‌nün səhminin bir qismini onlara bağışlamış olsun. Çünki qeyd olunduğu kimi, Peyğəmbərin onu məsləhət gördüyü hər bir şəkildə məsrəf etməyə haqqı var idi. Bəlkə də miskin səhmlərindən bə`zilərini onlara vermişdi, çünki sədəqə onların fəqirlərinə haram idi.

SƏDƏQəNIN PEYĞƏMBƏRƏ VƏ ONUN QOHUMLARINA HARAM EDILMƏSI

Bu barədə hədislər olduqca çoxdur. O cümlədən, «Səhihi Müs‌lüm» kitabında deyilir: «Hər vaxt Peyğəmbər üçün yemək gətir‌səydilər, onun vəziyyətindən soruşardı. Əgər «hədiyyədir» - deyilsəydi, onu qəbul edib yeyər, əgər «sədəqədir» – deyil‌səydi, onu yeməzdi.»[6]

Həmçinin «Səhihi Buxari», «Səhihi Müslüm», «Sünəni Əbi Davud» və «Sünəni Darəmi» kitablarında deyilir: Pey‌ğəm‌bəri Əkrəm ¡ yolda bir xurma dənəsini görüb buyur‌du: «Əgər sədəqə əmvalından olmasaydı, onu yeyərdim.»

Həsən ibni Əli bir dəfə sədəqə xurmalarından olan bir də‌nə xurmanı götürdü və onu ağzına qoyduqda, Peyğəmbər bu‌yur‌du: "Onu çıxart! Bilmirsənmi ki, biz sədəqə yemirik?!" Başqa bir rəva‌yətdə isə "sədəqə bizə halal deyildir" - deyə buyurmuşdu.[7]

Peyğəmbər ¡ Bəni Haşim qəbiləsindən olan‌ları sə‌də‌qə‌nin bir yerə toplanmasına mütəvəlli (cavabdeh, başçı, məs`u‌liyyətçi) etməyi və onları «amilinə əleyha» (sədəqəni yığanlar) səhmindən bəhrələnməkdən çəkindirmişdir. Belə ki, Müslüm, Əhməd, Əbu Davud, Nəsai, Termizi, Əbu Übeydə və başqaları da belə rəvayət edirlər:

Rəbiət ibni Haris ibni Əbdül-Müttəlib və Abbas ibni Əbdül-Müttəlib bir-birinə dedilər: «Allaha and olsun, yaxşı olar ki, bu iki cavanı-Əbdül-Müttəlib ibni Rəbiə və Fəzl ibni Abbası Peyğəmbərin yanına göndərək ki, ondan istə‌sin‌lər, bu iki şəxsi sədəqələrin toplanmasına mə`mur etsin, cama‌atın verdiyi şeyləri versinlər, onların bəhrələndikləri şey‌lərdən də bəhrələnsinlər.»

Ravi deyir: Həmin halda Əli ibni Əbi Talib gəlib çatdı və o iki nəfərin yanında dayandı, məsələni onun üçün bəyan et‌dik‌də, Əli ibni Əbi Talib buyurdu: «Belə bir iş görməyin, çün‌ki... Allaha and olsun ki, o, bu işi görməyəcək!» Rəbiə ona dedi: «Allaha and olsun, bu sözü paxıllıq üzündən deyir‌sən, halbuki, sən Peyğəmbərin kürəkəni olmaq məqamına çatmı‌san, biz isə sənə paxıllıq etmədik.»

Əli dedi: «Onda isə, onları göndərin.» Özü isə yat‌dı. Rəvayətdə qeyd olunur ki, Əli öz ridasını yerə salıb onun üstündə yatdı və dedi: «Mən rə`yi möhkəm olan Əbul-Həsə‌nəm. Allaha and olsun, sizin oğlanlarınız əli boş qayı‌dana qədər mən yerimdən qalxmayacağam.»

Əbdül-Müttəlib ibni Rəbiə dedi: – Peyğəmbəri Əkrəm ¡ zöhr namazını qılıb qurtaran zaman ondan qabaq otağa tərəf getdik və onun yanında oturduq. Nəhayət o gəldi və bizim yanaqlarımızdan öpüb buyurdu: «Çantanızda nə var‌dı‌sa, çıxarın.» Sonra daxil oldu, biz də daxil olduq. O gün Pey‌ğəm‌bər Zeynəb binti Cəhşin evində idi. Hər birimiz da‌nış‌mağı digərin öhdəsinə atdıq, axırda birimiz dedik: «Ya Rəsu‌ləllah! Sən camaatın ən yaxşısısan, sileyi-rəhim etmək‌də onların hamısından öndəsən. Bizim hər ikimiz izdivac həd‌dinə çatmışıq və gəlmişik ki, bizi bu sədəqələrdən bə`‌zi‌lərinin toplanmasına mə`mur edəsən, onu sair camaat kimi sə‌nin yanına yığıb gətirək və onlar kimi bu işdən (bağdan) bəh‌rələnək.» Peyğəmbər bir qədər sükut etdi. Biz qərara aldıq ki, yenidən onunla bu barədə danışaq. Bu zaman Zeynəb pərdə‌nin arxasından bizə işarə etdi ki, belə bir söz deməyin, son‌ra Peyğəmbər buyurdu: «Sədəqə Ali-Mühəmməd üçün layiq de‌yil‌dir, çünki o, camaatın çirkləridir. Mühəmiyyəni mənim yanı‌ma çağırın.»

O, Novfəl ibni Haris ibni Əbdül-Müttəliblə xüms işini öh‌dəsinə almışdı. O deyir: Bu iki nəfər gəldikdə Pey‌ğəm‌bər ¡ Mühəmiyyəyə buyurdu: «Öz qızını bu oğlanın (Fəzl ib‌ni Abbasa işarə edirdi) əqdinə keçir.» Novfəl ibni Ha‌ris ibni Əbdül-Müttəlibə isə belə buyurdu: «Qızını bu oğla‌na – Əbdül-Müttəlib ibni Rəbiəyə – ver.» Onu mənim əqdimə keçir‌di və Peyğəmbər ¡ Mühəmiyyəyə buyurdu: «Onların mehriyyəsini xümsdan filan qədər ver.»[8]

Beləliklə, Peyğəmbəri Əkrəm ¡ Bəni Haşimdən bir kə‌si sədəqənin toplanmasına mə`mur etməkdən çəkindi. Bura‌dan aydın olur ki, Peyğəmbəri Əkrəm ¡-in Əli -ı sə‌də‌qələri toplamaq üçün Yəmənə göndərməsini güman edənlər ya‌nıl‌mışlar. O sözün düzgünü Ibni Qəyyim Covziyyənin sözü‌dür. O, özünün «Zadul-məad» kitabında «Peyğəmbəri Əkrəm ¡-in əmrləri» fəslində deyir: «Və Əli ibni Əbi Tali‌bi xümsü toplamaq və qəzavət işlərini yerinə yetirmək üçün Yə‌mə‌nə göndərdi.»[9] Ondan öncəki fəsildə – «Həzrətin pad‌şah‌lara göndərdiyi səfirlər və məktublar» fəslində deyir: «Əbu Musa Əş`əri və Məaz ibni Cəbəli Təbukdan qayıtmazdan əvvəl Yəmənə göndərdi.» Deyilmişdir ki, əksinə, hicrətin 10-cu ilinin Rəbiul-əvvəl ayında göndərdi ki, onları Islam dininə də`vət etsinlər, oranın ümumxalq kütlələri könüllü şəkildə və heç bir çarpışma olmadan Islamı qəbul etdilər. Sonra Əli ibni Əbi Talibi oraya göndərdi və o, Məkkədə «Həccətül-vida»da onlara (Peyğəmbər və səhabələrə) qovuşdu.»[10]

Bəlkə də bə`zilərinin səhvinin səbəbi budur ki, Peyğəm‌bər‌dən sonra iki xəlifə xüms fərizəsini camaatın arasından yı‌ğış‌dırdılar. Bundan sonra artıq vacib sədəqəni müsəl‌man‌lar‌dan almaqdan başqa bir şey qalmamışdı və onlar da Pey‌ğəm‌bər dövrünü öz dövrləri kimi təsəvvür edərək güman edir‌di‌lər ki, Peyğəmbəri Əkrəm ¡ Əlini sədəqələri top‌la‌maq üçün Yəmənə göndərmişdi. Amma unutmuşdular ki, Pey‌ğəm‌bər ¡ hətta öz xidmətçisini belə sədəqə top‌l‌a‌ma tədbirlərində iştirak etməkdən çəkindirmişdi. In‌di öz əmi oğlusu və itrətinin atasını necə göndərə bilər‌di?!

Əbu Davud, Nəsai və Termizi öz «Sünən» kitablarında rə‌va‌yət etmişlər ki, Peyğəmbəri Əkrəm ¡ bir nəfəri sə‌də‌qə almaq üçün Bəni Məhrum qəbiləsinə göndərdi. Ter‌mizi deyir: Onun adı Ərqəm ibni Ərqəm idi və Əbu Ra‌feyə belə dedi: «Mənimlə birlikdə gəl, sənin də ondan bir pa‌yın olsun.» O dedi: «Xeyr! Əvvəlcə Peyğəmbərin yanına ge‌dib ondan soruşmalıyam.» Sonra Peyğəmbərin yanına gedib so‌ruş‌du və o həzrət buyurdu: «Bir qövmün xidmətçisi onların özün‌dəndir və sədəqə bizim üçün halal deyildir.»[11]

Bəli, Peyğəmbəri Əkrəm ¡ məhz buna görə Əbu Rafe‌ni sədəqə toplayanlarla birlikdə getməkdən saxladı ki, «ami‌li‌nə əleyha» payı ona çatmasın. Çünki o, həzrətin xidmətçisi idi. Əhli-beyt imamları ¢ da Peyğəmbər ¡-dən son‌ra belə edərək, onu almaqdan imtina etmiş və bütünlükdə Bə‌ni Haşimi onu almaqdan çəkindirmişlər.

«Dəaimul-Islam» kitabında deyilir: Imam Sadiq -a de‌di‌lər: «Indi ki, xümsdan məhrum olmusunuz, sədəqə sizə ha‌lal olurmu?» Həzrət buyurdu: "Xeyr! Allaha and olsun ki, Allah onu bizə haram etmişdir. Zalımların bizim haqqımızı qəsb etməsinə görə bizə halal olmaz. Allahın bizə halal etdiyi şeylərə nail ol‌maqdan onların bizi məhrum etmələri Allahın bizə haram etdiyi şeyin halal olma‌sına səbəb olmaz.[12]

Səduq özünün «Xisal» kitabında Imam Sadiq -ın öz atasından belə buyurduğunu rəvayət edir:

لاَتَحِلُّ الصَّدَقَةُ لِبَنِي هَاشِمٍ اِلاَّفِي وَجْهَيْنِKاِنْ كاَنُوا عِطَاشَى وَاَصَابُوا مَاءً شَرِبُوا،وَصَدَقَةُ بَعْضِهِمْ عَلَى بَعْضٍ

"Sədəqə Bəni Haşim üçün halal deyildir. Yalnız iki halda halaldır: Birincisi budur ki, susuz olsun və (sədəqə alaraq) suya çatıb onu içsinlər. Digəri də onların özlərindən olan bir şəxsin digərinə sədəqə verməsidir."[13]

Buradan aydın olur ki, Əhli-beyt imamlarının öz dövr‌lə‌ri‌nin hakimlərindən beytül-mal əmvalından qəbul etdikləri şey‌ləri bə`zilərinin təsəvvür etdiyi kimi vacib sədəqə ünva‌nı ilə deyil, özlərinin fey`, ənfal, zimmə əhlinin cizyəsi və fəth olunan qənimətlərin xümsündan olan hüquqlarının bir qis‌mi olması ünvanı ilə qəbul etmişlər.

Amma içməli axar sulara gəldikdə isə, onların əksə‌riy‌yə‌ti vəqf olunmuşdur ki, sahibləri onları ümum müsəl‌man‌la‌rın bəhrələnməsi üçün vəqf etmişlər, onların vəziyyəti mü‌səl‌manların yolları arasında böyük dayanacaqlar və onların məs‌cidləri kimidir ki, əgər «qürbətən iləllah» niyyəti ilə tikil‌miş olsa və həmin münasibətlə onlara sədəqə deyilsə də, onlar bizim bəhs etdiyimiz vacib sədəqə növündən deyildir ki, onlardan bəhrələnmək qeyri-fəqirlər üçün qadağan olsun; əksinə, onlar bütün müsəlmanların mənfəət aparması üçündür, fəqir-varlı, əmir-mə`mur, Haşimi və qeyri-Haşimi onlardan bəhrələnməkdə eyni səviyyədədirlər. Məhz buna görə də bizim bəhs etdiyimiz növdən xaricdir.

Bura qədər Islam mənbələrində xüms və onun səhmlərinin sahiblərinin (Peyğəmbər dövründə) qeyd olunduğu mənbələri bə‌yan etdik. Həmçinin, sədəqənin Bəni Haşimə, onların xid‌mət‌çilərinə və onlara bağlı olanlara haram olmasında; onla‌rın Peyğəmbər dövründə və ondan sonra sədəqənin qəbul etmə‌lə‌ri‌nin qadağan olunmasını və sair kimi məsələləri bəyan et‌dik. Amma xəlifələrin xüms fərizəsi barəsində, eləcə də on‌la‌rın bu barədə ictihadının necəliyi və Peyğəmbərin qı‌zı‌nın haqqında xüsusi bir şəkildə rəftar etmələrinə gəl‌dik‌də isə, bu işlərin dərk olunması üçün gərək əvvəlcə Pey‌ğəm‌bərin mirası və özündən sonra tərk etdiyi şeyləri, bundan son‌ra xəlifələr tərəfindən Fatimeyi-Zəhra -a varid edilən müsibətlər, o həzrətin şikayətləri və sair kimi məsə‌lələri araşdıraq:

PEYĞƏMBƏRI-ƏKRƏM ¡-IN MIRASI VƏ TƏRK ETDIYI ŞEYLƏR

Qazi Mavərdi (450-ci ildə vəfat edib) və Qazi Əbu Yə`la (458-ci ildə vəfat edib) demişlər: «Peyğəmbəri Əkrəm ¡-in iki haqqı var idi: Birincisi xüms haqqı, yə`ni «fey`» və qənimətlərin beşdə biri, digəri isə Allahın «fey`»‌dən Peyğəmbərə qaytardığı və müsəlmanların heç bir müha‌ri‌bə olmadan fəth etdikləri şeylərin beşdə dördündən ibarət‌dir. (Nəhayət axırda deyirlər:) Amma Peyğəmbərin sədəqələrinə gəl‌dikdə isə o, səkkiz yerdə idi:

1-Peyğəmbəri Əkrəm ¡-in yəhudi Müxeyriqin vəsiyyəti əsa‌sında malik olduğu yeddi bağ.

2-Mədinədə Bəni-nəzir tayfasından o həzrətə çatan torpaq sahəsi.

3-4-5-Xeybərdəki üç qala.

6-Fədəkin yarısı.

7-Vadil-qura ölkəsinin üçdə biri.

8-Mədinənin «Məhruz» adlı bazar yeri.[14]

Qazi Əyaz (544-cü ildə vəfat edib) deyir: «Bu sədəqələr o Həz‌rətə üç yolla çatmışdı: Hibə və hədiyyə yolu ilə; misal üçün yəhudi Müxeyriq islamı qəbul edən zaman – Ühüddə və‌siy‌yət etmişdi. O, özünün Bəni-nəzir tayfasında olan yeddi ba‌ğı‌nı Peyğəmbər ¡-ə hədiyyə etmişdi. Ənsarın öz yer‌lərindən o həzrətə verdiyi hədiyyələr, su çıxmayan torpaq sahələri də o həzrətin mülkündə idi.

Ikincisi, o həzrətin Bəni-nəzir torpaqlarından, onların köç edib getdikləri zaman «fey`» haqqı idi ki, o həzrətin «xas‌sə»‌si və «xalisə»si adlandırılırdı. Çünki müsəlmanlar onu əldə etmək üçün heç bir döyüş aparmamışdılar. Amma Bə‌ni-nəzirin «mənqul» mal-dövlətinə gəldikdə isə, onlar öz mal‌larını bacardıqları qədər dəvələrə yükləyib apardılar. Yal‌nız silahlarını aparmadılar ki, bu da müqavilə əsasında idi və o həzrət yerdə qalan şeyləri müsəlmanların arasında bö‌lüş‌dürdü, onlardan qalan torpaq sahələri onun özünə məxsus ol‌du və onu müsəlmanların çətinliklərinin həll olunması məq‌sə‌dilə sərf etdi.

Həmçinin, «Fədək» torpaqlarının yarısı da ona hədiyyə olun‌muşdu. Belə ki, Xeybər qalası fəth olunduqdan sonra onun sahibləri ilə müsalihə etdi və bu da o həzrətin xali‌sə‌sin‌dən sayılırdı.

Eləcə də «Vadil-qura» ölkəsinin üçdə biri; belə ki, ora‌nı, onun yəhudi sahibləri ilə müsalihədə əldə etmişdi. Həm‌çinin, Xeybər qalalarından «vətih» və «səlalim» də müsa‌lihə yolu ilə o həzrətin ixtiyarına keçmişdi.

Üçüncüsü, o həzrətin Xeybər xümsündan, eləcə də qələbə gü‌n‌ündə nəsibi olduğu şeylərin xümsü; belə ki, onların hamı‌sı Peyğəmbəri Əkrəm ¡-in xüsusi mülkiyyətində idi və heç kəsin onda haqqı yox idi.[15]

Indi isə bu üç qazinin sözlərini şərh edirik:

a) Onların dediyi «Peyğəmbərin sədəqələri» sözünə gəldik‌də isə, bu, xüləfa məktəbinin alimləri-mühəddisləri, tarix‌çi‌ləri, fəqihləri və lüğətçiləri arasında məşhur olan bir is‌ti‌lahdır və bu, Peyğəmbərin qeyri-mənqul mirası üçün düzəl‌dilmişdir. Onların istinad etdikləri şey, yalnız Əbu Bək‌rin rəvayətidir ki, onun ravisi də yalnız onun özüdür. O de‌yir ki, Peyğəmbər buyurmuşdur: «Bizim qoyduğumuz hər bir şey sədəqədir.»

b) Peyğəmbəri Əkrəm ¡-in əmlakının şərhi və onun öz mülkiyyətinə necə keçirməsi də aşağıda qeyd olunacaqdır:



[1] «Sünəni Əbi Davud», 2-ci cild, səh.50; «Təfsiri Təbəri», 10-cu cild, səh.50; «Müsnədi Əhməd», 4-cü cild, səh.81; «Səhihi Buxari», 3-cü cild, səh.36-də başqa ibarətlə; «Sünəni Nəsai», 2-ci cild, səh.178; «Sünəni ibni Macə», səh.961; «Məğaziyi Vaqidi», səh.696; «Əl-əmval», Əbu Übeyd, səh.331.

[2] «Müsnədi Əhməd», 4-cü cild, səh.85.

[3] «Sünəni Əbi Davud», 3-cü cild, səh.51-52; «Sünəni Nəsai», 2-ci cild, səh.178; «Müsnədi Əhməd», 4-cü cild, səh.83.

[4] «Cəmhərəyi ibni Həzm», səh.14.

[5] «Nəhcül-bəlağə»nin şərhi, 3-cü cild, səh.486. Biz onun xülasəsini qeyd etdik.

[6] «Səhihi Müslüm», 3-cü cild, səh.121; «Məcməüz-zəvaid», 3-cü cild, səh.90.

[7] «Səhihi Buxari», 1-ci cild, səh.181; «Səhihi Müslüm», 3-cü cild, səh.117; «Sünəni Əbi Davud», 1-ci cild, səh.212; «Sünəni Darəmi», 1-ci cild, səh.383 və 373; «Məcməüz-zəvaid», 3-cü cild, səh.89; «Dəaimul-islam», səh.246; «Bihalur-ənvar», 96-cı cild, səh.76; «Hörmətüz-zəkat əla Bəni Haşim» babı.

[8] «Səhihi Müslüm», «təhrimuz-zəkat əla Ain-Nəbi» babı, 3-cü cild, səh.118; «Müsnədi Əhməd», 4-cü cild, səh.166; «Sünəni Nəsai», 1-ci cild, səh.365; «Sünəni Əbi Davud», 2-ci cild, səh.52, hədis:2985; «Daru ehyais-sünnə» çapı, 3-cü cild, səh.147-148; «Əl-əmval», Əbu Übeyd, səh.329; «Məcməüz-zəvaid», 3-cü cild, səh.91; «Usdul-ğabə», Əbdül-Müttəlib ibni Rəbiə və Novfəl ibni Haris və Mühəmiyyənin tərcümeyi-halı; «Təfsiri Əyyaşi», 3-cü cild, səh.93; «Məğaziyi Vaqidi», səh.696.

[9] «Zadul-məad», 1-ci cild, səh.47, Misrin «Hələbi» çapı, səh.1290-cı il.

[10] Yenə orada, 1-ci cild, səh.46. Həmçinin bax: «Sünəni Əbi Davud», «əqziyə» kitabı, 3-cü cild, səh.127.

[11] «Sünəni Əbi Davud», «zəkat» kitabı, 1-ci cild, səh.212; «Sünəni Nəsai», 1-ci cild, səh.366; «Sünəni Termizi», 3-cü cild, səh.159; «Məcməüz-zəvaid», 3-cü cild, səh.90-91; «Kənzül-ümmal», 6-cı cild, səh.252, 256; «Əmaliyi Tusi», 2-ci cild, səh.17; «Biharul-ənvar», 96-cı cild, səh.57. Rəvayətlərin sözlərində azacıq ixtilaf vardır. «Sünəni Beyhəqi», 7-ci cild, səh.32.

[12] «Dəaimul-islam», səh.246; «Biharul-ənvar», 96-cı cild, səh.76.

[13] «Xisal», 1-ci cild, səh.32; «Biharul-ənvar», 96-cı cild, səh.76.

[14] «Əl-əhkamus-sultaniyyə», Mavərdi, səh.168-171; «Əl-əhkamus-sultaniyyə», Əbu Yə`la, səh.181-185.

[15] Nüvəvinin «Səhihi-Müslüm»ə yazdığı şərh, «cihad» kitabı; «hökmül-fey» bölümü, 12-ci cild, səh.82; Qazi Əyaz Əbül-fəzl ibni Musa ibni Əyaz Yəhsəbi Sibti məşhur məğribli alim, öz əsrinin mühəddislərinin imamı və məşhur kitabların sahibidir ki, onlardan biri də öz əlyazması olan Müslümün «Səhih» kitabına şərhdən ibarətdir. Bəlkə də Nüvəvinin burada qeyd etdikləri bu nüsxədə olsun. 544-cü hicri ilində Mərakeşdə vəfat etmişdir. Onun tərcümeyi-halı «Vəfəyatul-ə`yan» və «Əl-ə`lam» kitablarında qeyd olunmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi
Londonda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 12 nəfərə ...
İraq ordusu Dəclə çayının şərq ətrafında nəzarəti bərpa etdi
Nigeriyanın bir neçə şəhəri ayağa qalxdı, Şeyx Zəkzəkiyə Azadlıq!

 
user comment