Azəri
Thursday 25th of April 2024
0
نفر 0

KITAB VƏ SÜNNƏDƏ XÜMSÜN MƏQAMI

KITAB VƏ SÜNNƏDƏ XÜMSÜN MƏQAMI

1-Qur`ani Kərimdə

Xüms ayəsi aşkar şəkildə göstərir ki, xüms Allahın, Pey‌ğəmbərin, zil-qurbanın, yetimlərin, miskinlərin və yolda qa‌lan‌ların haqqıdır. Indi belə bir sual yaranır: Bu ayədə Zil-qurba və zil-qurbadan sonra qeyd olunan şəxslər kim‌lərdir?

a) Zil-qurba

Ərəb kəlamında zil-qurba, qurba və ulul-qurba (qohum-əqrə‌ba) kəlmələrinin şə`ni zəmirin qayıtdığı yer və zahir isim ba‌xı‌‌mından «valideyn»in şə`ni kimidir. Yə`ni hər yerdə «vali‌deyn» kəlməsi gəldikdə, ondan əvvəl zəmirlə, yaxud müqəddər şəkil‌də təqdim olunan şəxslərin valideyni nəzərdə tutulur, ona görə də qurba, ulul-qurba, zəvil-qurba kəlmələri də eynilə belədir. Bunun aşkar nümunələri Qur`ani Kərimin «Tövbə» surəsinin 113-cü ayəsində belə buyurur:

مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُواْ أَن يَسْتَغْفِرُواْ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُواْ أُوْلِي قُرْبَى

"Peyğəmbər və mö`minlər müşriklər üçün heç vaxt istiğfar etməməlidirlər, hətta onların ən yaxnı adamlarından olsa belə."

Burada «uli qurba» (yaxınlar) dedikdə, məqsəd Peyğəmbərin və mö`minlərin yaxın adamlarıdır ki, ayənin əvvəlində aşkar şə‌kildə qeyd olunmuşdur.

Onun zəmir şəklində gətirilməsi isə «Ən`am» surəsinin 152-ci ayəsindədir:

وَإِذَا قُلْتُمْ فَاعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَى

"Bir söz deyəndə, ədalətli olun, hətta əgər öz yaxınlarınız barə‌sində olsa belə."

Burada «za-qurba» kəlməsindən məqsəd «qultum» kəlməsin‌də‌ki zəmirin qayıtdığı yerdir, yə`ni sizin yaxın qohum-əqrə‌ba‌nız.

Onun müqəddər forması isə «Nisa» surəsinin 8-ci ayəsi‌dir:

وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُوْلُواْ الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُم مِّنْهُ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا

"Əgər meyyitin mirası (irsi) bölüşdürülən zaman qohumları da hazır olarsa..."

Burada «ulul-qurba»dan məqsəd o meyyitin qohum-əqrə‌ba‌larıdır ki, bu cümlədə müqəddər formada gəlmişdir və əv‌və‌lki ayədə aşkar qeyd edilmişdir. Qur`ani Kərimdə «zil-qur‌ba» və «ulul-qurba» ilə əlaqədar gələnlərin hamısı da eynilə belə‌dir.

Allah-taala iki yerdə də valideyni və «zil-qurba»nı bir-bi‌ri‌lə yanaşı qərar vermişdir. Belə ki, «Bəqərə» surəsinin 83-cü ayəsində buyurulur:

وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِين

"Ata-ananıza və qohum-əqrəbalarınıza ehsan edin."

«Nisa» surəsinin 36-cı ayəsində buyurulur:

وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى ...

"...Valideynlərinizə və yaxın qohum-əqrəbalarınıza yaxşılıq edin."

Birinci ayədə Bəni-Israil qövmünün ata-anası və qohum-əqrə‌basından söhbət açılır ki, bundan əvvəl aşkar şəkildə qeyd olunmuşdur.

Ikinci ayədə isə ata-ana və qohum-əqrəbadan zəmir qayıt‌dı‌ğı mərcə "və`budullahə vəla tuşriku..." kəlmələridir ki, bu ümmə‌tin mö`minlərindən ibarətdir.

Indi bizim dediyimiz «Allah-taala xüms ayəsində "və`ləmu ənnə‌ma ğənimtum min şəy`in fə innə lillahi xumusəhu və lir-Rəsuli və li-zil-qurba" - deyə buyurduqda məqsədi hökmən «zil-qurba» de‌dik‌də, Peyğəmbəri Əkrəm ¡-in qohum-əqrəbaları nəzərdə tu‌tul‌malıdır ki, onun adı bundan öncə, heç bir fasilə olma‌dan zikr olunmuşdur. Əks halda, əgər belə olmazsa, belə sual yara‌nır ki, görəsən, Allah-taalanın bu ayədə zil-qurba dedik‌də məqsədi kimlərdir?

Həmçinin «Həşr» surəsinin 7-ci ayəsindəki «zil-qurba»‌nın vəziyyəti də eynilə belədir:

مَا أَفَاء اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى

"Allahın bu abadlıqların əhlindən Öz Rəsuluna qaytardığı şeylər Allaha, Peyğəmbərə və qohum-əqrəbasına məxsusdur."

Burada məqsəd Peyğəmbərin qohum-əqrəbalarıdır ki, onun adı bundan öncə aşkar şəkildə qeyd olunmuşdur.

Həmçinin «Şura» surəsinin 23-cü ayəsində

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

"Ey Peyğəmbər, de: Mən sizdən yalnız qohum-əqrəbama məhəbbətdən başqa heç bir muzd və zəhmət haqqı istəmirəm."

«Qurba» sözündən məqsəd «Əs`əlukum» kəlməsindəki fail zəmi‌rinin (əvəzliyinin) qohum-əqrəbasına işarədir.[1]

b) Yetim – atasını əldən verən və hələ həddi-büluğa çat‌ma‌yan səğir uşağa deyilir.

v) Miskin – o ehtiyaclıya deyilir ki, onun ehtiyacları onu biçarə etmişdir.

q) Ibni səbil – öz səfərində yolda qalan müsafirə deyilir.[2]

«Xüms» ayəsinin düzümü dəlalət edir ki, yetimlər, miskin‌lər və yolda qalanlardan məqsəd Peyğəmbərin qohum-əqrəba‌la‌rı‌dır. Bu ayədə həmin sözlərin şə`ni ilə əlaqədar demək la‌zım‌dır ki, onlar «zil-qurba»dan ibarətdir ki, onlardan qabaq qeyd olunur.

Xüsusilə bunu qeyd edək ki, Allah-taala Bəni Haşimdən qeyri-miskinlər və yolda qalanlar üçün «sədəqat»da xüsusi bir pay qərar vermişdir. Belə ki, «Tövbə» surəsinin 60-cı ayəsin‌də sədəqənin xərclənmə yerlərini bəyan edərək buyurur:

إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاء وَالْمَسَاكِينِ .... وَابْنِ السَّبِيلِ

"Onların sədəqələri fəqirlərə, miskinlərə... və yolda qalanlara məx‌susdur." Və bu sədəqə Bəni-Haşimdən olan fəqir və mis‌kin‌lə‌rə haramdır. Allah-taala onun əvəzi olaraq xümsü onlar üçün qərar vermişdir.

2-SÜNNƏDƏ VƏ MÜSƏLMANLARIN NƏZƏRINDƏ

Peyğəmbər ¡-in həyatı dövründə xüms altı yerə bölü‌nür‌dü: Iki pay Allaha və Onun Rəsuluna, bir pay Peyğəmbəri Əkrəm ¡-in qohumlarına və... Bu, Peyğəmbər ¡-in və‌fat etdiyi vaxta qədər bu minvalla davam etmişdir.[3]

Əbu Aliyə Riyahidən rəvayət olunur ki, belə demişdir: «Hər vaxt bir qəniməti Peyğəmbərin yanına gətirsəydilər, onu beş yerə bölür və beşdə dörd hissəsini mücahidlərə verirdi. Son‌ra onun xümsünü götürürdü, daha sonra ondan bir ovuc götü‌rüb Kə`bə üçün qərar verirdi və o da Allahın payı idi. Son‌ra yerdə qalanlarını beş yerə bölüşdürürdü: Bir pay Pey‌ğəm‌bəri Əkrəm ¡ üçün, bir pay «zil-qurba» üçün, bir pay ye‌tim‌lər üçün, bir pay miskinlər üçün, bir pay da yolda qalan‌lar üçün.» O belə deyir: «Kə`bə üçün qərar verdiyi şey elə Alla‌hın payı idi.»[4]

Bu iki rəvayətdə aşkar şəkildə qeyd olunur ki, xüms altı yerə bölünürdü və bu tamamilə düzgündür. Çünki «xüms» ayəsi‌nin aşkar buyruğu ilə tam uyğundur. Əbu Aliyənin rəvayə‌tin‌də də qeyd olunduğu kimi, Peyğəmbəri Əkrəm ¡ Al‌la‌hın səhmini Kə`bə üçün qərar verirdi. Bəlkə də bu iş bir də‌fə baş vermiş olsun. Bizim nəzərimizə görə bu barədə düz‌gün söz budur ki, Əta ibni Əbi Ribah onu nəql etmişdir. O deyir: «Allahın və Peyğəmbərin xümsü bir idi və Peyğəmbər onu istədiyi və bəyəndiyi kimi məsrəf edirdi.»[5]

Eynilə bunun oxşarı Ibni Cərihin rəvayətidir. O deyir: «...Onun beşdə dördü müharibədə iştirak edən mücahidlərə məx‌sus idi, yerdə qalan beşdə biri isə Allahın və Peyğəm‌bə‌rin payı idi ki, Peyğəmbər istədiyi kimi onu məsrəf edirdi. Həm‌çinin, «zilqurba»nın və... payı.»[6]

Əbu Aliyənin və Ibni Cərihin rəvayətlərində düzgün şey bu‌dur: «Allahın və Peyğəmbərin xümsdan olan payı Pey‌ğəm‌bə‌rin ixtiyarında idi və o həzrət istədiyi kimi məsrəf edir‌‌di.» Amma bu iki rəvayətdən belə aydın olur ki, «Allahın və Peyğəmbərin payı birdir.» Bu mə`na isə xüms ayəsinin zahiri ilə müxalifdir. Çünki Allah-taala xümsü bu ayədə altı yerə bölmüşdür. Yalnız bu halda düzgün ola bilər ki, o iki səhmin məsrəf olunma yerini bir hesab edək, nəinki hər iki səhm bir səhm olmuş olsun.

Həmçinin Qutadənin rəvayətini qeyd etmək olar ki, ayənin za‌hiri ilə uyğun gəlmir. Çünki o belə deyir: «Peyğəmbəri Ək‌rəm ¡ hər vaxt bir qənimət əldə etsəydi, onu beş yerə bö‌lüb onun xümsünü Allaha və Peyğəmbərə məxsus edər, qala‌nı‌nı isə müsəlmanların arasında bölüşdürərdi. Allahın və Pey‌ğəm‌bərin səhmi olan xümsü Peyğəmbərin özü, onun qohum‌ları, yetimlər, miskinlər və yolda qalanlar üçün qərar verər‌di. Və bu xüms beş hissəyə bölünürdü: Bir hissə Peyğəmbərə və...»[7]

Ibni Abbasın nəql etdiyi rəvayətdən aydın olur ki, o, iki səhmin bir səhmə çevrilməsi Peyğəmbərin vəfatından sonra baş vermişdir. O deyir: «Allahın və Peyğəmbərin səhmi birdir; «zil-qurba» da bir səhmə malik idi ki, bu iki səhm silah və minik üçün məxsus edilmişdi.»[8]

Təbəri Mücahiddən nəqlən belə deyir: «Sədəqə Ali-Peyğəmbərə halal olmadığına görə də xümsün beşdə biri onlara məxsus edilmişdi.»[9]

Başqa yerdə deyir: «Allah-taala bilirdi ki, Bəni Haşimdə də fəqirlər olacaqdır, buna görə də xümsü onlar üçün sədəqə əvəzi qərar vermişdir.»[10]

Yenə deyir: «Bunlar Allah Peyğəmbərinin qohumlarıdır; o kəslərdir ki, sədəqə onlara rəva deyildir.»[11]

Imam Əli ibni Hüseyn şamlı bir kişiyə belə buyurdu: «Məgər «Ənfal» surəsinin bu ayəsini oxumamısanmı?:

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى

O dedi: «Əlbəttə, oxumuşam, məgər siz onlardansınızmı?»

Imam buyurdu: «Bəli.»[12]

Bu, «xüms» ayəsində və başqa yerlərdə «zil-qurba» sözünün təf‌sirindən ibarət idi. Amma yetimlərə və miskinlərə gəl‌dik‌də isə, Nişapuri bu ayənin təfsirində deyir: Əli ibni Hüseyn‌dən rəvayət olunur ki, o həzrətə deyildi: Allah-taala bu‌yurmuşdur: «Vəl-yətama vəl-məsakin.» Həzrət buyurdu: "Yetim‌lər və miskinlər dedikdə, bizim (yə`ni Bəni-haşimin) yetimlərimiz və mis‌kinlərimiz nəzərdə tutulur."[13]

Təbəri Minhal ibni Ömərdən nəqlən belə yazır: «Əbdül‌lah ibni Məhəmməd ibni Əli və Əli ibni Hüseyndən xüms ba‌rə‌sində soruşdum. Dedilər: «Xüms bizə məxsusdur.» Mən Əli‌yə dedim: Allah-taala "vəl-yətama vəl-məsakinə vəbnissəbil" - deyə buyurur. Onlar dedilər: «Bizim (yə`ni Bəni-haşimin) miskinlər və bizim yetimlərimizdirlər.»[14]

Bura qədər xüləfa məktəbinin təfsir, hədis və sirə kitab‌la‌rında xüms bəhsini qeyd etdik. Sonrakı bəhsdə isə Əhli-beyt məktəbində xümsün məsrəf olunma yerlərini araş‌dıra‌ca‌ğıq.

Əhli-beyt imamlarından ¢ mütəvatir şəkildə nəql olu‌nan rəvayətlər göstərir ki, xüms altı yerə bölünür; Alla‌hın payı, Peyğəmbərin payı, «zil-qurba»nın payı. Peyğəmbərin həya‌tında və ondan sonra «zil-qurba» payı Əhli-beytə məxsus idi və ondan sonra sair Əhli-beyt imamlarına verilirdi. Al‌la‌hın və Peyğəmbərin, «zil-qurba»nın payından ibarət olan həmin pay bu ünvan altındadır və bu ünvana məxsusdur, yə`ni Alla‌hın payı Peyğəmbərin ixtiyarındadır ki, onu istədiyi yerdə məs‌rəf edə bilər. Peyğəmbərin vəfatından sonra da Peyğəm‌bə‌rin və Allahın payı onun canişini olan imamın ixtiya‌rın‌da olacaqdır. Deməli, xümsün yarısı bizim əsrimizdə tama‌mi‌lə Imam Əsr -a məxsusdur: iki pay Peyğəmbərin varisi ol‌maq cəhətindən, bir pay isə «zil-qurba» payından ibarət olan Ilahi bölgü yolu ilə. Bu üç pay imamət yolu ilə Imam Za‌man -a çatır. Digər üç pay isə Bəni Haşimdən Peyğəm‌bə‌rin qohumları olan yetimlər, miskinlər və yolda qalanlara məx‌sus‌dur. Həmin şəxslər ki, Allah-taala «Şüəra» ayəsinin 214-cü ayəsində onları xatırladaraq buyurmuşdur: "Və ənzir əşirətəkəl-əqrəbin" - "Öz yaxın qohum-əqrəbanı Ilahi əzabdan qorxut!" Belə ki, onlar Əbdül-Müttəlibin övladları – onların qa‌dın‌ları və kişiləridir və onlar da Əhli-beyt ¢-dan ta‌ma‌milə ayrıdırlar. Onların bu üç qrupda xümsa layiq görül‌mələri (müstəhəq olmaları) me`yarı iki şeydir:

a) Peyğəmbəri Əkrəm ¡-lə qohum olmaq.

b) Məişət xərclərini ödəmək üçün xüms almağa olan ehti‌yac.

Halbuki, əvvəldəki üç qrupun – pay sahiblərinin müstəhəq ol‌ma‌sı-yə`ni Allah, Peyğəmbər və «zil-qurba» - yalnız ehtiyaca görə deyil, ünvana görə olmuşdur.

Xümsün bu yarısı yalnız həyat və məişət xərclərinin tə`‌min olunacağı miqdarda Bəni Haşimdən olan bu üç qrup ara‌sın‌da bölüşdürülür. O miqdar verilir ki, onların bir illik eh‌ti‌yaclarını tə`min etsin. Əgər ondan bir şey artıq qalarsa, şəri‌ət hakiminin ixtiyarına verilməlidir. Əgər ehtiyac‌la‌rı‌nı tə`min edəcək miqdarda olmazsa və onları ehtiyacsız et‌məz‌sə, hakimə vacibdir ki, maldan onları ehtiyacsız edəcək miq‌darda mal onların ixtiyarlarına versin. Bu iş onların öh‌də‌sinədir, artıq olan miqdar da yenidən onun ixtiyarına ve‌ri‌lir.

Bu üç qrup ata tərəfdən Əbdül-Müttəlibə gedib çatmalı‌dır‌lar. Əgər yalnız ana tərəfdən ona mənsub edilərsə, onlara xüms‌dan bir şey verilməyəcək və sədəqə onlara halal ola‌caq‌dır. Çünki mütəal Allah «Əhzab» surəsinin 33-cü ayəsində buyu‌rur: «Ud`uhum li-abaihim» - «onları atalarının adları ilə çağırın.»

Imam Sadiq -ın belə buyurduğu nəql olunur: "Əbdül-Müt‌təlibin nəvələri də haşimilərlə xüms səhmində şərikdirlər."

Digər bir hədisdə isə belə buyurulur: "Əgər ədalət icra olun‌saydı, Haşimidən, yaxud Müttəlibidən heç bir şəxs sədəqəyə ehti‌yac‌lı olmazdı. Çünki Allah-taala Öz kitabında onlar üçün elə bir şey müqəd‌dər etmişdir ki, onunla əlləri açıq olsun."

Sonra buyurdu: "Insan yeməyə heç bir şey tapmadıqda, ölü (murdar olmuş) heyvan ona halal olur; sədəqə onlardan hər hansı bir şəxs üçün yalnız o vaxt rəva olur ki, bir şeyi olmasın və ölü heyvanı yeməyə icazə verildiyi şəxslərdən olsun."

Həmçinin, bu üç qrupdan hər hansı bir şəxsin xümsdan al‌dığı və malik olduğu şeylərin onun vəfatından sonra va‌ris‌lərinə nəql olunması da səhihdir. Eləcə də Peyğəmbər, ya‌xud imamdan fövtə gedən şeylər üç qrupun payından əldə olu‌nur və malik olur, o malda onun vəfatından sonra xüms ayə‌sinin yox, «irs» ayəsinin tələbinə əsasən onun varisinə ça‌tır.[15]



[1] Mümkündür ki, gələcək alimlər «zil-qurba» və sair ilə əlaqədar apardığımız bəhsləri «gün kimi aydın olan şeylərin yenidən izah edilməsi» qəbilindən hesab etsinlər və desinlər ki, onun şərh olunmasına vaxt sərf etmək layiq deyildir. Əlbəttə, onlar bilmirlər ki, biz bu əsrin yeni rə`ylərini-islam istilahlarının əqaid və əhkamının başa düşülməsi ilə əlaqədar nələr çəkirik! Bu da bizi bu qədər ətraflı izahlar verməyə vadar edir.

[2] «Məcməül-bəyan» təfsirində «xums» ayəsinin təfsirinə; «Müfrədati Rağib» kitabında «sübül» maddəsinə baxa bilərsiniz.

[3] «Təfsiri Nişapuri», «Təfsiri Təbəri»nin haşiyəsində, 10-cu cild, səh.40.

[4] Əbu Übeydin «Əl-əmval» kitabı, səh.325 və 14; «Təfsiri Təbəri», 10-cu cild, səh.40; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.60, onun xülasəsi 61-ci səhifədə. Əbu Aliyə, Rəfi ibni Mehran 90-cı ildə, yaxud ondan sonra vəfat etmişdir. «Sihah» müəllifləri onun hədisini rəvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 1-ci cild, səh.252.

[5] Yenə orada, səh.14. Əta ibni Əbi Ribah 114-cü hicri qəməri ilində vəfat etmişdir. Onun hədisini «Sihah» müəllifləri rəvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 2-ci cild, səh.22.

[6] «Təfsiri Təbəri», 10-cu cild, səh.5, iki sənədlə. Ibni Cərih Əbdül-məlik ibni Əbdül-Əziz Məkki də Bəni Üməyyənin həmpeymanı idi ki, 150-ci hicri ilində, yaxud ondan sonra vəfat etmişdir. «Sihah» müəllifləri onun hədisini rəvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 1-ci cild, səh.520.

[7] «Təfsiri Təbəri», 10-cu cild, səh.40.

[8] Yenə orada, 10-cu cild, səh.5.

[9] Yenə orada.

[10] Yenə orada.

[11] Yenə orada.

[12] Yenə orada.

[13] «Təfsiri Nişapuri», «Təfsiri Təbəri»nin haşiyəsində; «Təfsiri Təbəri»nin özündə, 10-cu cild, səh.7.

Imam Əli ibni Hüseyn Zeynül-abidin 94-cü hicri ilində vəfat etmişdir. Onun hədisini «Sihah» müəllifləri də rəvvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 2-ci cild, səh.35.

[14] Minhal ibni Ömər Kufə məvalilərindən və beşinci təbəqədən olan ravi‌lər‌dən‌dir. «Sihah» müəllifləri Müslümdən başqa onun rəvayətlərini nəql etmişlər. Bax: «Təh‌zibut-təhzib», 2-ci cild, səh.278.

[15] Bu bəhsdə, hədis:məcmuələrinə müraciət etməkdən əlavə, Hacı Ağa Rza Həmə‌da‌ni‌nin «Misbahul-fəqih» kitabının «xums» bölməsinin 144-cü səhifəsinə də müraciət et‌dik və istinad olunan hədislərin mətnini xülasə şəkildə gətirdik.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Suriyada 700-ə yaxın yaraqlı silahı yerə qoydu
Azərbaycan Xalqının Tarixini məhv edən rejimdə Rəsulzadənin Stalini gizlətdiyi ...
Tale Bağırzadə: O kitabçanın mənə aidiyyatı yoxdur
Vəhhabilər Nigeriyada Məscid partladılıb, 22 nəfər həlak olub
XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI
Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən ...
Libiya höküməti sələfi terrorçuları ilə müharibədə
Xəlifə sülaləsinin muzdlu qüvvələri yaxın məsafədən qadına atəş açdılar
Mö᾽minin mö᾽minlə əlaqəsi İNSANLARIN MÜNASİBƏTİNDƏ BƏ᾽Zİ İNCƏLİKLƏR

 
user comment