Azəri
Friday 29th of March 2024
0
نفر 0

ALLAHIN PEYĞƏMBƏRI ¡ VƏ QƏNIMƏTIN MƏSRƏF OLUNMASI

ALLAHIN PEYĞƏMBƏRI ¡ VƏ QƏNIMƏTIN MƏSRƏF OLUNMASI

Peyğəmbər ¡ öz qəzvələrində piyadaları və süva‌ri‌lə‌ri məsləhət gördüyü şəkildə qənimətlərdən bəh‌rə‌lən‌dirir.[1] Qə‌ni‌məti əldə edənlərlə əldə etməyənlər arasında heç bir fərq qoymurdu. Qadınlar üçün də az miqdarda pay ayı‌rır‌dı.

Bundan əlavə, o həzrət hətta müharibədə iştirak etməyən şəxs‌lər üçün də müəyyən pay ayırırdı, o cümlədən, Bədr müha‌ri‌bəsi qənimətlərindən Osmana verdi, Xeybərdəki qənimətləri Cə`‌fər ibni Əbi Talibin köməkçilərinə bağışladı. «Səhihi Buxari», «Müsnədi Təyalisi», «Müsnədi Əhməd» və «Təbəqati ibni Sə`d» kitablarında deyilir: «Peyğəmbəri Əkrəm ¡ Bədr müharibəsində Osmanı öz yerində saxladı ki, o, öz arvadına (o, Peyğəmbərin qızı idi) xəstə olduğuna görə baş çəksin. Peyğəmbər onun üçün də qənimətdən mücahidlərdən biri qədər pay nəzərdə tutdu.»[2]

«Səhihi Buxari»nin həmin səhifəsində Əbu Musadan belə nəql olunur: «Peyğəmbər ¡-in hicrət xəbərini eşit‌dik‌də Yəməndə olduğumuz halda əllidən artıq adamla hicrətə ha‌zır‌laşdıq. Biz gəmiyə oturduq. Bizi Nəcaşinin diyarı olan Hə‌bə‌şistana apardılar. Cə`fər ibni Əbi Talib və onun kö‌mək‌çiləri ilə yoldaş olduq, Peyğəmbərin yanına gələnə qədər ha‌mımız onunla birgə idik. Xeybərin fəth olunması vaxtı onun‌la görüşdük və o həzrət bizi, bizim köməkçilərimizi və Cə`‌fər ibni Əbi Talibi Xeybər qənimətlərində şərik etdi.[3]

Peyğəmbər ¡ həmçinin, Hüneyn müharibəsində əvvəl‌də qeyd olunduğu kimi, «müəllifətu qulubihim» olan şəxslərə mö`‌min mücahidlərdən artıq pay vermişdi.

Bəli, Islam dini müharibə qənimətlərinin bu şəkildə mül‌kiyyətə keçirilməsini mücahidlərə qadağan etmiş və onu Pey‌ğəmbəri Əkrəm ¡-in ixtiyarında qoymuşdur ki, onu məs‌ləhət gördüyü hər bir şəkildə məsrəf etsin. Bununla da əgər biz «Qənimətdən bir pay çatan şəxs müharibədə olub, ya‌xud olmamasından asılı olmayaraq onu məşəqqətsiz ələ gətir‌miş‌dir; çünki müharibə yolu ilə yox, Peyğəmbəri Əkrəm ¡-in əlindən almışdır,.» - desək, bu halda düzgün söz de‌miş olarıq. Bu tə`birlə biz bu mal-dövləti qənimət və məğ‌nəm qəbilindən əldə edilən mal-dövlət hesab edə bilərik. Hə‌min qənimət və məğnəm ki, ərəblərin arasında «məşəqqət və mü‌ha‌ribə olmadan əldə olunan mal» mə`nasındadır. Müharibə və döyüş yolu ilə əldə edilən malların başqa adları da var‌dır ki, yuxarıda onlara işarə olundu. Həmçinin, bu tə`birlə "və`‌ləmu ənnəma ğənimtum..." bu qəzvədə (Bədrdə), yaxud Ühüddə na‌zil olan «ənfal» ayəsinə əsasən, qənimət sözü özünə iki mə`na al‌dı:

1-Lüğətdəki mə`nası. O da bundan ibarətdir: «Məşəqqət və çə‌tin‌lik olmadan malı əldə etmək.» Bu, müharibə qə‌ni‌mət‌lərinə şamil olmurdu, çünki o qənimətlərin səlb, nəhb və hərb kimi xüsusi adları vardır.

2-Şəriətdəki mə`nası. O da bundan ibarətdir: «Müfrədati Ra‌ğib» kitabında qeyd olunduğu kimi, «istər müharibə, istərsə də başqa yollarla mal-dövləti mütləq şəkildə əldə etmək.» Be‌lə‌liklə də Islam məğnəmin xarici nümunələrindən olan mü‌ha‌ribə qənimətlərini onun nümunələrindən qərar ver‌mişdir.

Həmçinin mə`lum oldu ki, hədis və sirədə qənimət və məğ‌nəm kəlmələri bə`zən özünün lüğətdəki mə`nasında istifadə olu‌nur. Belə ki, hər bir kəlmə özünün həqiqi mə`nasında iş‌lə‌nir və heç bir qərinəyə ehtiyac duyulmur. Bə`zən də özünün şər`i mə`nasında, özü də kəlamdakı qərinənin varlığı ilə, yaxud danışıq zamanı mövcud halı nəzərə almaqla işlənir ki, bu da nəzərdə tutulan şər`i mə`nasına dəlalət edir.

Beləliklə, bu iki kəlmə xəlifə Ömərin dövründə fəth‌lə‌rin genişləndirilməsi və ondan sonrakı dövrlərə qədər «ha‌liy‌y‌ə», yaxud «məqaliyyə» qərinənin varlığı ilə, «ğənəm» kəl‌mə‌si‌ni müharibə qənimətlərində istifadə olunması həd‌din‌dən artıq idi və bu iki mə`nada-lüğətdəki və şəriətdəki mə`‌na‌sında istifadə olunurdu. Lüğət alimləri vücuda gəldikdən son‌ra öz əsrlərinin ərəbləri arasında və ondan başqa yerlər‌də «ğənəm» maddəsinin hansı yerlərdə istifadə olunmasını araş‌dırdılar və onun aşağıdakı mə`naya işləndiyini bil‌dilər:

a) «Əşya və mal-dövləti heç bir məşəqqət olmadan ələ ke‌çir‌mək» mə`nasındadır ki, bu mə`na cahiliyyət dövründə və Is‌la‌mın əvvəllərində bütün ərəblər arasında istifadə olu‌nur‌du.

b) «Düşmənin və başqalarının mal-dövlətinə, əşyalarına əl tapmaq» mə`nasındadır ki, bu mə`na xüms ayəsi nazil olduq‌dan sonra Peyğəmbər ¡ əsrinin müsəlmanları arasında – səhabə əsrinə qədər – istifadə olunurdu.

v) Özünün xüsusi mə`nasında: «Düşmənin mal-dövlətini və əş‌yalarını əldə etmək.» Bu mə`na fəthlər əsrində diqqət yeti‌rilmədiyi halda «haliyyə» qərinələrinin varlığı ilə iş‌lə‌nir‌di. Sonra tədrici olaraq lüğət alimlərinin əsrində, xü‌su‌silə islami cəmiyyətdə qərinə olmadan işlədildi. Alimlər lü‌ğət kitabları yazmağa başladıqları zaman «ğənəm» maddə‌si‌nin məfhumunun dəyişdirilməsinin, dəyişikliyə uğramasının fər‌qinə varmadılar. Nəticəsi bu oldu ki, onlardan bə`ziləri – Rağib Isfahani kimi – onun Mədinədə, xüms hökmünün qanu‌ni hala salınmasından sonra işlənməsini diqqət mər‌kəzində saxlamadılar və dedilər: «Bu kəlmə düşmənlərin və başqalarının mal-dövlətini hər növ əldə etmək barəsində işlə‌dilir.»

Ibni Mənzur və başqaları da bə`zən cahiliyyət dövründə işlə‌nən sözlərə diqqət yetirmiş və demişlər ki, «ğənəməş-şey`ə», yə`ni bir şeyi əldə etdi, iğtinam, yə`ni qənimətin in‌ti‌‌zarında olmaq. Bə`zən də onun fəthlər əsrində işlə‌dil‌mə‌si hə‌mişə qərinə ilə yanaşı olmuş və onlara gizli qal‌mış‌dır, sonralar da qərinəsiz olaraq istifadə edilmişdir. Onu diq‌qət mərkəzində saxlayaraq demişlər ki: «Qənimət o şeyə de‌yi‌lir ki, müharibə əhlinin mal-dövlətindən əldə edil‌miş olsun.»

«Qamus» kitabının müəllifi «ğənəm» maddəsində şəkk-şüb‌‌həyə düçar olmuş və demişdir: Görəsən «əldə etmək və fey[4] hər ikisidirmi? Yə`ni bu iki mə`na arasında müştə‌rək‌dir‌‌mi, yoxsa qənimət fey` mə`nasındadır və bu maddənin sair müş‌təqləri (ondan alınan sair kəlmələr) əşyaya əl tapmaq mə`‌na‌sındadır?[5] Beləliklə, «ğənəm» maddəsinin təfsirində müəy‌yən anlaşılmazlıq vücuda gəlmişdir. Düzgün yol bun‌dan ibarətdir ki, yuxarıda da qeyd olunduğu kimi, bu mad‌də‌nin məfhumunun dəyişilməsini diqqət mərkəzində saxlayaraq be‌lə deyək: «Ğənəm» maddəsinin dəyişilmə ardıcıllığı belə ol‌muş‌dur:

a) Cahiliyyət dövründən Islamın əvvəllərinə qədər özünün hə‌qi‌qi və lüğətdəki mə`nasında-məşəqqət olmadan şeyləri əl‌də etmək mə`nasında idi.

b) Xüms ayəsi nazil olduqdan sonra şər`i həqiqət mə`na‌sına-müharibə və qeyri-müharibə yolları ilə əldə edilən şey‌lər-mə`nasına oldu ki, o günlərə qədər unudulmadığı həqiqi lüğə‌tin yanında işlədilməyə başladı.

v) Lüğət kitablarının yazıldığı və onlardan sonrakı dövr‌lərdə özünə xüsusi mə`na aldı: «Onu həqiqəti-mütəşərriə ad‌lan‌dırdılar və yalnız «düşmən qənimətlərini əldə etmək» mə`na‌sında işləndi. Bu mə`na da özünün lüğəvi həqiqətinin yanın‌da işlənməyə başladı.

Buna əsasən, biz hər vaxt kökü bu maddə olan hər hansı bir kəlməni kəlamda görsək ki, Islamın əvvəllərində, yaxud on‌dan əvvəlki dövrlərdə işlənmiş olsa, layiqdir ki, onu özü‌nün xüsusi lüğətdəki mə`nasına, yə`ni məşəqqət olmadan əşyaları və qeyri-müharibə qənimətlərini əldə etmək mə`na‌sı‌na yozmalıyıq.

Islam şəriətində və xümsün qanuni hala salın‌ma‌sın‌dan sonra işləndiyini görsək, onda ya onu lüğətdəki mə`‌na‌sına, ya da şəriətdəki mə`nasına yozmalıyıq. Yə`ni: Müha‌ri‌bə və qeyri-müharibə mallarını əldə etmək. Bu zaman həm lü‌ğət‌dəki, həm də şəriətdəki mə`na arasında müştərək olacaq‌dır.

Hər vaxt lüğət kitablarının yazıldığı dövrdə və ondan son‌ra‌kı dövrlərdə işləndiyini görsək, yaxşıdır ki, onun hə‌min gündə məşhur olan mə`nasına yozaq, yə`ni: Yalnız düşmən mal-dövlətini əldə etmək.

Qeyd olunanlardan mə`lum olur ki, biz hər vaxt bu mad‌də‌nin müştəqlərindən birini hədisdə və başqa şeylərdə gör‌sək və bilsək ki, səhabə dövründə xümsün qanuni hala salın‌ma‌sın‌dan sonra işlədilmişdir, hökmən onu iki mə`nadan biri‌nə – ya lüğətdəki, ya da şəriətdəki mə`nasına yozmalıyıq. Be‌lə bir halda yaxşı olar ki, məqsədə dəlalət edən bir qəri‌nə‌ni də axtaraq.

Biz o dövrdə bu kəlmənin işlənmə yerləri ilə əlaqədar ax‌ta‌rış aparmağımızla bu nəticəyə çatmışıq ki, o dövrdə bu kəlmə əsas e`tibarı ilə şər`i mə`nasına dəlalət edən «ha‌liy‌yə», yaxud «məqaliyyə» qərinə ilə yanaşı olmuşdur. Əlbəttə, bir çox hallarda da özünün lüğətdəki mə`nasına və qərinə olma‌dan bu mə`naya işlənmişdir.

7-XüMS

Xüms lüğətdə «beşdə biri almaq» mə`nasındadır. Əgər bir şəxs «xəməstul-qovmə» desə, məqsədi budur ki, qövmün malı‌nın beşdə birini almışdır.

Amma onun şər`i mə`nasını dərk etmək üçün yaxşı olar ki, əvvəlcə cahiliyyət dövrünün ərəblərinin ürfünə müraciət edə‌rək, onların ictimai sisteminin necə olmasını, sonra Islam şəriət qanunçuluğuna qayıdaraq xümsü onda araş‌dıraq, bundan sonra isə onun Islam cəmiyyətindəki öt‌düyü yolları araşdıraq.

1-CAHILIYYƏT DÖVRÜNDƏ

Cahiliyyət dövründə belə bir qayda var idi ki, qövmün, ya‌xud qəbilənin rəisi qənimətin dörddə birini özünə götü‌rür‌dü. Bu zaman deyilirdi ki, «rəbəəl-qovmə», yə`ni qövmün mal-döv‌lətinin dörddə birini götürdü; və «rəbəəl-ceyşə», yə`ni qoşu‌nun mal-dövlətinin dörddə birini özünə məxsus etdi. Rəi‌sin malik olduğu dörddə birə «mirba» deyilir. Hədisdə qeyd olunur ki, Üdey ibni Hatəm Islamı qəbul etdikdən sonra Pey‌ğəmbəri Əkrəm ¡ ona buyurdu: «Sən mirba yeyirdin, hal‌buki, o, sənin dinində halal deyildir![6]

Şair belə deyir:

لك المرباع منها والصفايا     وحكمك والنشيطة والفضول

"Dörddə birlər və seçilmişlər sənə məxsusdur,

Hər nə hökm etsən və azlar və artıqlar arasında!"[7]

«Nihayətul-lüğət» kitabında deyilir: «Innə fulanən qəd ir‌təbəəl-qovmə», yə`ni filankəs bu qövmün rəisi olmaq inti‌za‌rın‌dadır ki, mallarının dörddə birini özünə götürsün. «Hü‌və əla ribaəti qövmihi», yə`ni o, öz qövmünün ağası, sərkər‌dəsi‌dir.»

Xüms maddəsi ilə əlaqədar deyilənlərdən biri də Ədi ib‌ni Hatəmin dediyi «rəbə`tu fil-cahiliyyəti və xəməstu fil-Is‌lam» sözüdür, yə`ni «cahiliyyət dövründə və Islamda qövmün rəi‌si və hakimi idim.» Çünki qövmün rəisi cahiliyyət dövrün‌də qənimətin dörddə birini alırdı, Islam gəldikdən sonra onu beşdə birə dəyişdirdi və onun üçün xüsusi sərf olunma yer‌ləri tə`yin etdi.[8]

2-ISLAM ƏSRINDƏ

Xüms Islam şəriətində kitab və sünnənin hər ikisində qeyd olunan vacib bir hökmdür:

a) Xüms Allahın Kitabı Qur`anda

Mütəal Allah «Ənfal» surəsinin 41-ci ayəsində buyurur:

﴿وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِن كُنتُمْ آمَنتُمْ بِاللّهِ وَمَا أَنزَلْنَا عَلَى عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

"Bilin ki, hər növ qənimət əldə etsəniz, onun beşdə biri Allaha və Peyğəm‌bərə, onun qohum-əqrəbasına, yetimlərə, miskinlərə, yolda qalanlara məx‌susdur. Əgər Allaha və Allahın ayrılıq günündə – iki qrupun qarşı‌laşdığı bir gündə – Öz bəndəsinə nazil etdiyimizə imanınız varsa. Allah hər bir şeyə qadirdir!"

Bu ayə xüsusi halda nazil olmasına baxmayaraq, ümumi bir hökmü e`lan edir ki, o da qənimətlərin və əldə olunan şeylərin xümsünün xüms sahiblərinə verilməsinin vacib‌liyin‌dən ibarətdir. Əgər bu ayənin məqsədi, yalnız müharibə qəni‌mət‌lərinin xümsünü verməyin bəyanı olsa idi, onda Allah-taala "və`‌ləmu ənnəma ğənimtum fil-hərb" (yə`ni: bilin ki, müharibədə qəni‌mət olaraq əldə etdiyiniz şeylərin xümsünü verin), qeydi ilə buyurardı, yaxud «və`ləmu ənnəma ğənimtum minəl-ədyi.» Am‌ma bu ayədə «min şəy`in», yə`ni əldə etdiyiniz hər bir şey‌dən» qeydi gətirilmişdir.

Islam bu qanunu qoymaqla rəyasətin payını dörddə birdən beş‌də birə qədər azaltdı, onu alanların isə sayını artırdı: Bir pay Allah üçün, bir pay Peyğəmbər ¡ üçün, bir pay Peyğəm‌bərin qohum-əqrəbası üçün, bir pay isə Peyğəmbərin qohum‌larından olan yetimlər, miskinlər və yolda qalan fəqirlərə aid oldu. Bu beşdə bir pay əldə olunan hər bir şeyə aid olunur və onu heç vaxt müharibə qənimətləri ilə məhdudlaşdırmır. Cahiliyyət dövründə «mirba» adlandırılan şeylər isə Islam dövründə xüms adlandırıldı.

Zəkatın da məfhumu yuxarıda qeyd olunduğu kimi, Allahın mal-dövlətdə olan haqqı mə`nasına olduğuna görə, Qur`anın hər yerində zəkat verilməsindən və ona təşviq edilməsindən söz açılırsa,[9] bu söz insanın əldə etdiyi hər bir şeydə vacib sə‌dəqə və vacib xümsün verilməsinə təşviq edir ki, Allah-taa‌la Özünün bu haqqını «sədəqə» və «xüms» ayəsində bəyan etmiş‌dir.

b) Xüms Peyğəmbər ¡ sünnəsində

Peyğəmbəri Əkrəm ¡ fərman vermişdi ki, istər mü‌ha‌‌ribə qənimətlərinin, istərsə də sair yollarla əldə edi‌lən qənimətlərin, o cümlədən, mə`dən və sair kimi şeylərin xümsünü ayırsınlar. Belə ki, Ibni Abbas, Əbu Hüreyrə, Cabir, Iba‌dət ibni Samit və Ənəs ibni Malikin hər biri onu belə rəva‌yət etmişlər.

«Müsnədi Əhməd» və «Sünəni ibni Macə» kitablarında Ibni Abbasdan belə nəql ounur: «Peyğəmbəri Əkrəm ¡ qı‌zıl və gümüş mə`dəni üçün xüms tə`yin etdi.»

«Səhihi Müslüm», «Səhihi Buxari», «Sünəni Əbi Davud», «Sü‌nəni Termizi», sünnəni ibni Macə», «Müvəttəi Malik» və Müs‌nədi Əhməd» kitablarında Əbu Hüreyrədən belə nəql olu‌nur: Peyğəmbəri Əkrəm ¡ belə buyurdu:

اَلْعَجْمَاءُ جَرْحُهَا جبَارٌ، وَالْمَعْدنُ جبَارٌ، وَفِي الرّكَازِ الْخُمُسُ

"Əcmaya (buraxılmış heyvana) dəyən xəsarət və mə`dənə vurulan xəsa‌rət hədərdir. Rəkazın, yə`ni qızıl və gümüş mə`dəninin xümsü vardır". «Müs‌nədi Əhməd»in bə`zi rəvayətlərində belə deyilir: «Bəhi‌mə‌nin (heyvanın) diyəsi hədərdir.»[10]

Əbu Yusif «Əl-xərac» kitabında bu hədisin şərhində de‌yir: «Cahiliyyət dövründə bir nəfər quyuya düşdüyü za‌man o quyunu onun qan bahası, bir kə‌sin heyvanını öldürürdülərsə, o heyvanı onun qan bahası və əgər mə`dən bir şəxsin başına uçurdusa, o mə`dəni onun qəraməti (cəriməsi) qərar verirdilər. Onların ba‌rə‌sində Peyğəmbər ¡-dən soruşduqda, Həzrət buyur‌du:

اَلْعَجْمَاءُ جبَارٌ، وَالْمَعْدنُ جبَارٌ، وَالْبِئْرُ جبَارٌ، وَفِي الرّكَازِ الْخُمُسُ فَقِيلَ لَهُ K مَا الرّكَازُ يَا رَسُولَ اللَّهِ؟ فَقاَلَK اَلذَّهَبُ وَالْفِضَّةُ الَّذِي خَلَقَهُ اللَّهُ فِي الْاَرْضِ يَوْمَ خُلِقَتْ

"Heyvanın xəsarəti və mə`dənin uçmasının qəraməti (cəriməsi) yox‌dur, rəkazın xümsü vardır."

Soruşdular ki, ya Rəsuləllah! Rəkaz nədir? Həzrət buyurdu: "Qı‌zıl və gümüşdür ki, Allah yerin xilqətinin əvvəlində xəlq etmiş‌dir."[11]

«Müsnədi Əhməd» kitabında Şə`bidən və Cabir ibni Əbdüllahdan nəqlən deyilir ki, Peyğəmbər ¡ buyurdu:

السائمة جبار، والجب جبار، والمعدن جبار، وفي الركاز الخمس. قال الشعبي K الركازK الكنز العادي.

"Saimədən (əhliləşmiş heyvandan) varid olan xəsarət hədərdir, quyu nahiyəsindən varid olan xəsarət hədərdir. Mə`dənə varid olan xəsarət hədərdir, qızıl və gümüş mə`dənlərinin xümsü vardır."[12]

Həmçinin «Müsnədi Əhməd» kitabında Übadət ibni Sa‌mit‌dən nəqlən belə deyilir: Peyğəmbəri Əkrəm ¡-in hökm‌lərindən biri də bu idi:

وَفِي مُسْنَدِ اَحْمَدَ عَنْ عبَادَةَ بْنِ الصَّامِتِ قَالَK مِنْ قَضَاءِ رَسُولِ اللّهِ (ص) اَنَّ الْمَعْدنَ جبار، والبئر جبار، والعجماء جرحها جبار والعجماءK البهيمة من الانعام وغيرها والجبار هو الهدر الذي لايغرم، وقضى في الركاز الخمس

"Mə`dəndən varid olan xəsarət hədərdir, quyudan varid olan xəsarət hədərdir, heyvandan dəyən xəsarət hədərdir, gümüş və qızıl mə`dəninin xümsü vacibdir."[13]

Həmçinin Malik ibni Ənəs deyir: Peyğəmbər ¡-lə birlikdə Xeybərə getmişdik, bizim yoldaşlardan bi‌ri qəzayi-hacət etmək üçün bir xarabaya getdi. Özünü pak‌la‌maq üçün kərpic parçası götürdü, bu zaman bir qədər qızıl tö‌kül‌dü və o, onları götürüb Peyğəmbər ¡-in yanına gəl‌di və məsələni bəyan etdi. Peyğəmbər ¡ buyurdu: «Gör çə‌ki‌si nə qədərdir?» O, qızılları çəkdi, iki yüz dirhəm qə‌də‌rində oldu. Həzrət buyurdu: «Bu, xəzinədir və xümsü var‌dır.»[14]

«Müsnədi Əhməd» kitabında deyilir: Məzinə qəbiləsindən bir nəfər Peyğəmbər ¡-dən bə`zi suallar soruş‌du ki, onlardan biri də bu idi: «Xaraba yerlərdə, «əram»ın al‌tın‌dan və əlamətləri olan daşların altından tapdığımız də‌fi‌nənin hökmü nədir?» Peyğəmbəri Əkrəm ¡ buyurdu: «Həm onların, həm də rəkaz, qızıl və gümüş mə`dənlərinin xümsü vardır.»[15]

«Nihayətul-lüğət», «Lisanul-ərəb» və «Tacül-ərus» kitab‌la‌rın‌da «sib» maddəsində, həmçinin «Nihayətul-irəb», «Əqdul-fə‌rid» və «Usdul-ğabə» kitablarında belə deyilir: Peyğəmbəri Ək‌rəm ¡-in Vail ibni Hicrə məktubunda deyilirdi: «Sü‌‌yub‌‌da xüms vardır.» Süyub – rəkaz, yə`ni qızıl və gümüş mə`‌‌d‌ə‌ninə deyilir. O deyir: Demişlər ki, süyub – mə`dəndə ta‌pı‌‌lan və zahir olan qızıl və gümüş parçalarıdır. Süyub bəx‌‌şiş və əta mə`nasına olan «seyb»in cəm formasıdır. On‌dan Rə‌suli Əkrəm ¡-in məqsədi, cahiliyyət dövründə dəfn olun‌muş mal-dövlət, yaxud mə`dəndən ibarətdir. Çünki bun‌lar Al‌lah-taalanın Öz bəndələrinə bəxşiş və fəzi‌lətidir.

Peyğəmbər ¡-in Vailə yazdığı məktubun ət‌raf‌lı iza‌hı Qəlqəşəndinin «Nihayətul-irəb» kitabında qeyd olunmuş‌dur.[16]



[1] «Səhihi Buxari», «Xeybər qəzvəsi» bölməsində deyilir: O Həzrət süvarilər üçün iki pay, piyadalar üçün bir pay qərar verirdi.

[2] «Səhihi Buxari», «cihad» kitabı, 2-ci cild, səh.131; «Müsnədi Təyalisi», hədis:1985; «Müsnədi Əhməd», 1-ci cild, səh.68, 75, 2-ci cild, səh.101-102; «Təbəqati ibni Sə`d», 3-cü cild, səh.56; «Bidayətul-müctəhid», «cihad» kitabı, 1-ci cild, səh.410-412.

[3] Yenə orada. (Biz onun xülasəsini qeyd etdik.)

[4] «Qamus»un müəllifi «fey`» maddəsində «fey`»i qənimət kimi təfsir etmişdir.

[5] «Qamusul-lüğət», «ğənəm» maddəsi.

[6] «Qamusul-lüğət», «Lisanul-ərəb», «Tacul-ərus», «Nihayətul-lüğət», «Sihahi Cövhəri», «rəbəə» maddəsi; «Sireyi Ibni Hişam», 4-cü cild, səh.294.

[7] «Nihayətul-lüğət», 2-ci cild, səh.62.

[8] Yenə orada, 1-ci cild, səh.321; «Müsnədi Əhməd», 4-cü cild, səh.257. Ədi ibni Ha‌təm 9-cu hicri ilində Islamı qəbul etmiş, Iraqın fəth olunmasında iştirak etmiş və həmçinin Cəməl, Siffeyn, Nəhrəvan müharibələrində Imam Əli -ın kömək‌çi‌lə‌rin‌dən olmuşdur. Siffeyn müharibəsində gözündən xəsarət almışdı. Mühəddislər on‌dan altmış altı hədis rəvayət emişlər. 68-ci hicri ilində Kufədə vəfat etmişir. Onun tərcümeyi-halı «Istiy`ab», «Usdul-ğabə» və «Təqribut-təhzib» kitablarında qeyd olun‌muşdur.

[9]«Mö`cəmül-müfəhres», «zəkat» maddəsi, bu barədə 30-dan artıq ayə qeyd olun‌muşdur.

[10] «Səhihi Müslüm», «hüdud» kitabı, 5-ci cild, səh.127; Səhihi Buxari», 1-ci cild, səh.182, 2-ci cild, səh.34; «Sünəni Əbu Davud», 2-ci cild, səh.354 və 70; «Sünəni Termizi», 3-cü cild, səh.138; «Sünəni ibni Macə», səh.83; «Müvəttə» (Malik), 1-ci cild, səh.244; «Müsnədi Əhməd», 2-ci cild, 228, 239, 254, 274, 285, 319, 382, 386, 404, 411, 415, 454, 456, 467, 475, 482, 493, 495, 499, 501, 507; «Əl-əmval», Əbu Übeyd, səh.336

[11] «Kitabul-xərac», Qahirə çapı, 1346-cı hicri ili, səh.26. Əbu Yusif Yə`qub ibni Ib‌ra‌him Ənsari 113-cü ildə Kufədə dünyaya gəlmiş, Əbu Hənifənin yanında tə`lim gör‌müşdür. O, ilk şəxsdir ki, Əbu Hənifənin rə`yi əsasında kitab yazmışdır. O, Məh‌di, Hadi və Harun ər-Rəşid Abbasinin dövründə Kufənin qazisi olmuş, 182-ci il‌də vəfat etmişdir. O bu kitabı öz dövrünün xəlifəsi Harunər-Rəşid üçün yazmışdı.

[12] «Müsnədi Əhməd», 3-cü cild, səh.335, 336, 353, 354, 356; «Məcməüz-zəvaid», 3-cü cild, səh.78; «Ənsabus-sən`ani», səh.336.

[13] Yenə orada, 5-ci cild, səh.326.

[14] Yenə orada, 3-cü cild, səh.128; «Məcməüz-zəvaid», 3-cü cild, səh.77; «Məğaziye Vaqidi», səh.682.

[15] Yenə orada, 2-ci cild, səh.186, 202, 207; «Sünəni Termizi», 1-ci cild, səh.219; «Əl-əmval», Əbu Übeyd, səh.337.

[16] «Nihayətul-Iraq», səh.221, Qazi Əyazinin «Əş-şifa» kitabından nəqlən; «Əqdül-fərid», 2-ci cild, səh.48; «Usdul-ğabə», 3-cü cild, səh.38.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfilər azyaşlı uşaqlardan istifadə edərək Suriya Əskərlərini edam etdilər
Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...

 
user comment