Azəri
Friday 19th of April 2024
0
نفر 0

QƏNIMƏT VƏ MəğNƏM

6-QƏNIMƏT VƏ MəğNƏM

Cahiliyyət dövründən sonra ğənimət və məğnəm kəlmə‌ləri‌nin mə`nasında iki dəfə dəyişiklik olmuşdur: Bir dəfə Is‌lam şəriətində, digər dəfə isə müsəlmanların nəzərində. Nə‌ha‌yət, son dövrlərdə ğənimət və məğnəmin mə`nası soymaq, qa‌rət etmək və hərb mə`nası ilə eyni olub. Onun izahı belə‌dir: «Ərəblər hər vaxt «sələbəhu hərbən» desəydilər, məqsəd‌lə‌ri bu idi ki, öz rəqibinin paltar, silah və başqa ləva‌zi‌matını ondan alsın. Çünki «sələb» libas mə`nasınadır ki, o da «əslab» formasında cəm bağlanır.

Bə`zən də «hərəbəhu hərbən» deyilir və məqsəd budur ki, bir nəfər öz rəqibinin bütün mal-dövlətini alıb onu burax‌mış‌dır. Malı oğurlanan və qarət olunan şəxsə məhrub və hə‌rib (malı əldən getmiş) deyilir, ondan alınan mala isə «hə‌ri‌bə» deyilir. Bə`zən də «uxizət həribətuhu» - dedikdə məq‌səd‌ləri budur ki, onun məişət vəsaitlərini və həyat avadan‌lıq‌ları və mal-dövləti ondan alınmışdır.

Hər vaxt «nəhəbəhu və nəhibəhu» - deyilsə, məqsəd budur ki, rəqibi onun malını zorla almışdır. «Nəhb, nöhba və nü‌həy‌ba» qarət və tarac mə`nasınadır. Hər vaxt «ənhəbə irzəhu və maləhu» deyilsə, yə`ni «abır-heysiyyət və mal-dövlətini başqa‌sına mübah etdi» mə`nasını ifadə edir.

Bu, lüğət kitablarında zikr olunan kəlmələrin təfsiri idi.[1] Sirə, hədis və səhabələrin arasında mövcud olan adi danı‌şıqlarda da həmin mə`naya işlənmişdir.

Misal üçün: Hədisdə buyurulur ki, «mən qətələ qətilən fələhu sələbuhu», yə`ni «hər kəs (cihad meydanında) bir kəsi qətlə yetirsə, öldürülən şəxsin mal-dövləti ona çatacaqdır.»[2]

Peyğəmbər ¡-in bəyanında qeyd olunur ki, bir müğən‌ni o həzrətdən icazə istədi ki, Mədinədə mütriblik etsin. Həz‌rət buyurdu: "Sənin varını-yoxunu Mədinə cavanları üçün halal etdim!"[3]

«Sirə» kitabında isə belə qeyd olunur: «Peyğəmbəri Əkrəm ¡ Hüneyn müharibəsində Əbu Süfyan, Səfvan ibni Üməy‌yə, Üyeynət ibni Həsin və Əqrə ibni Habis kimi şəxslərin hər birinə yüz dəvə verdi, Abbas ibni Mərdasa isə onlardan az verdikdə, o, belə dedi: «Mənim qarət etdiklərimi, (mənim atımı), Əbidin qarət etdiklərini Üyeynə ilə Əqrə arasında bölüşdürdünmü?»[4]

Qüreyşlilər Bədr hadisəsində dedilər: «Uxrucu ila həraibikum, yə`ni mal-dövlətlərinizə doğru gedin.»[5]

Peyğəmbər ¡-in kəlamında qeyd olunur ki: "Əgər geri çə‌kil‌sələr, məzlum və malını uduzmuş halda geri çəkilmiş olarlar."[6]

Ömərin dediyi isə: «Borcdan çəkinin, onun əvvəli qəm-qüs‌sə, axırı isə maldan məhrum olmaqdır.»[7]

Səhabələrin dövründə Müaviyə ibni Əbi Süfyan, Süfyan ib‌ni Ovf Qamidini öz hökumətindən kənarda yerləşən müsəl‌man‌lara tərəf göndərən zaman ona belə tövsiyə etdi: "Qar‌şı‌laşdığın hər kəs sənin rə`yində olmasa, onu qətlə yetir. Keçdiyin hər bir abadlığı qarət et, bütün mal-dövləti ça‌pıb qarət et, çünki malı qarət etmək öldürmək kimidir və qəlb üçün dərd gətirər."[8]

Hədisdə qeyd olunur ki, Peyğəmbərin səhabələri bir neçə qoyunu qarət edib kəsdilər və ətini bişirdilər. Peyğəmbər ¡ buyurdu: "Qarət olunan şey halal deyildir." Bu zaman səhabələr qazanları boşaltdılar.[9]

Kabul müharibəsində də bir qədər qoyunu qənimət aldılar, sonra onları qarət etdilər ki, Əbdür-Rəhman (Ibni Səmrət) göstəriş verdi ki, münadi nida edərək belə desin: Mən Peyğəmbər ¡-in belə buyurduğunu eşitdim: "Hər kəs müəyyən bir malı qarət etsə, bizdən deyildir. Belə isə, qoyunları qaytarın!" On‌lar qoyunları qaytardılar və o, yenidən bərabər şəkildə bölüş‌dürdü.[10]

Bunlar «səlb, nəhb və hərb» kəlmələrinin mə`nası idi. Am‌ma «qənimət və məğnəm» kəlmələrinə gəldikdə isə, Rağib və Əzhəri «ğənəmə» maddəsində belə deyirlər: «Ğənəm» (qoyun) məş‌hur bir sözdür, «ğunm» isə onu ələ keçirməkdən ibarətdir. Son‌ra‌lar «əldə olunan hər bir şeyə» – istər müharibə, is‌tər‌sə də qeyri yollarla əldə olunan şeylərə aid edilirdi. Mütə‌al Allah buyurur: "Bilin ki, əldə etdiyiniz hər bir şeydə..." "Əldə etdiyiniz şeyləri yeyin, halal və pakizədən."

«Məğnəm» əldə olunan şeylərdir ki, onun cəmi də «mə‌ğa‌nim» formasında gələr. Mütəal Allah buyurur: "Allah ya‌nın‌da çoxlu qənimətlər vardır."[11]

«Lisanul-ərəb», «Təhzibul-lüğət», «Nihayətul-lüğət» və «Mö`‌‌cəmü əlfazil-Qur`an» kitablarında deyilir: «Ğunm» – «ğə‌nə‌‌‌mi» əldə etməyə deyilir ki, bundan sonra da düşməndən və ya başqa hər hansı bir şəxsdən hər növdə əldə etməyə aid edi‌lir.»

Həmçinin deyilmişdir: «Ğunm» məşəqqət olmadan əşyaları əl‌‌də etməyə deyilir. Hər vaxt «ğəniməş-şey`ə» deyilsə, mə`nası bu‌‌dur ki, o şeyi əldə etdi. «Iğtinam» da qənimətin inti‌za‌rın‌‌da olmağa deyilir.[12]

Ibni Macənin «Sünən» kitabında qeyd olunur ki, Peyğəm‌bər ¡ belə buyurdu: "Malın zəkatını ayırıb bir tərəfə qo‌yan‌‌da "Əllahumməc`əlha məğnəmən və la təc`əlha məğrəmən" deyilsin; yə`ni Pər‌‌vərdigara, onu qənimət və əldə edilmiş qərar ver, ziyan və məğrəm yox!"[13]

«Müsnədi Əhməd» kitabında Peyğəmbərin belə buyurduğu nəql olunur: "Zikr məclislərindən əldə olunan şey behiştdir."[14]

Ramazan ayı barəsində buyurulur: "O ay mö`minin qənimət ayıdır."[15]

BU BƏHSLƏRIN QISA XÜLASƏSI

Qeyd olunduğu kimi, ərəblər cahiliyyət dövründə və Isla‌mı qəbul etdikdən sonra silahı, paltarı və miniyi rəqibinin tə‌rə‌findən qarət olunan şəxsə məslub, bütün mal-dövləti qa‌rət olunan şəxsə məhrub deyirdilər. «Nəhibə» və «nöhba» kəl‌mə‌ləri onların nəzərində bizim əsrimizdəki qənimət və məğ‌nəm sözləri ilə eyni mə`nalıdır.

Həmçinin qeyd olundu ki, «ğunm» kəlməsi məşəqqət və çə‌tin‌lik olmadan əşyaları əldə etməyə, «iğtinam» isə qənimət və qazancın intizarında olmağa deyilir. «Məğnəm», qənimət ma‌lına deyilir ki, onun cəmi də «məğanim» şəklində gəlir. Hə‌disdə qeyd olunur ki, «ləhu ğunmuhu», yə`ni onun qazancı və qiy‌mətinin əlavəsi ona məxsusdur. Mübarək Ramazan ayının vəs‌fində isə deyilir: «Huvə ğunmul-mu`min», yə`ni o, mö`minin qə‌ni‌mət və qazanc ayıdır.» Zəkatı verən zaman deyilən duada «Əlla‌humməc`əlhu məğnəmən», yə`ni «Pərvərdigara, onu qənimət və qazanc qərar ver.» «Qənimətu məcalisiz-zikr əlcənnətu», yə`ni «zikr məclislərinin qazanc və qəniməti behiştdir.»

Həmçinin demişlər ki, «ğunm» əslində «ğənəm»i əldə et‌mə‌yə deyilirdi, sonralar isə əldə olunan hər bir şey barə‌sin‌də işlədilmişdir: istər müharibə yolu ilə, istərsə də başqa yol‌larla. Bizim nəzərimizə görə, «ğunm» kəlməsinin əldə olu‌nan hər bir şeyə şamil olması – istər müharibə, istərsə də qey‌ri-müharibə – Islam əsrinə qayıdır və ondan əvvəl möv‌cud olmamışdır. Çünki müsəlmanlar Peyğəmbəri Əkrəm ¡-in bayrağı altında ilk dəfə Bədr müharibəsində dö‌yü‌şüb qələbə çaldıqları zaman onun qənimətləri barəsində mü‌na‌qişəyə yol verdilər və Allah-taala müharibə yolu ilə əl‌də olunan mal-dövlətin malikiyyətini onlardan alıb, Allaha və Onun Rəsuluna məxsus etdi və onun adını «ənfal» qoydu. Bu hökmün «Ənfal» surəsində nazil olmasından sonra bütün mü‌ca‌hidlər hər bir qəzvədə və müharibədə əldə etdikləri hər bir şeyi sərkərdənin yanına gətirib onun ixtiyarına verir‌di‌lər ki, onun nəzarəti altında bölüşdürülsün. Heç bir şəx‌sin də haqqı yox idi ki, aşkarda və ya gizlində ondan bir şey götürsün. Peyğəmbəri Əkrəm ¡ qarəti haram buyu‌ra‌raq belə demişdi: "Qarət və oğurlamaq halal deyildir." Sonra buyur‌muşdur: "Hər kəs qəniməti oğurlasa, bizdən deyildir."[16]

«Səhihi Buxari» və «Müsnədi Əhməd» kitablarında Üba‌də‌dən belə nəql olunur: Peyğəmbərlə bu əsasda bey`ət etdik ki, qa‌rət etməyək.[17]

Həmçinin «Səhihi Buxari»də Peyğəmbərdən belə nəql olu‌nur: "Şərif və mö`min insan heç vaxt qarət etməz."[18]

«Sünəni Əbi Davud» kitabında nəql olunur ki, ənsardan olan bir kişi deyirmiş: Peyğəmbərlə birlikdə səfərə getdik. Bir nəfər şiddətlə acdı, bir neçə qoyuna çatdılar və onla‌rı qarət etdilər. Bizim qazanlarımız xörəklə dolu halda qay‌na‌dığı bir vaxtda Peyğəmbər ¡ gəlib çatdı və öz kama‌nı ilə qazanları aşırtdı, ətləri torpaqla qarışdırdı və bu‌yur‌du: «Qarət olunmuş şey murdar olmuş heyvan ətindən heç də artıq halal deyildir.»[19]

Allah-taala xəyanəti haram etmiş və «Ali-Imran» surəsinin 161-ci ayəsində belə buyurmuşdur:

وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ

"Hər kəs xəyanət etsə, Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə (məhşərə) varid olar."

Peyğəmbəri Əkrəm ¡ belə buyurmuşdur: "Qarət, xəyanət və oğurluq haramdır, hər kəs xəyanət etsə, Qiyamət günü öz xəyanəti ilə məhşərə varid olar."[20]

Bu hədisdə qarət, xəyanət və oğurluq eyni cərgədə qeyd olunmuşdur.

Digər bir hədisdə isə buyurdu: "Iynənin sapını, ondan artı‌ğı‌nı və ya azını da təhvil verin; çünki xəyanət Qiyamətdə xəyanətkar şəx‌sin ar və rüsvayçılığına səbəb olacaqdır."[21]

Əbdüllah ibni Əmr ibni As belə deyir: «Peyğəmbəri Ək‌rəm ¡ hər vaxt qənimət əldə etsəydi, Bilala buyururdu ki, nida edib belə desin: «Qənimətləri gətirin!» Sonra onun xümsünü ayırıb, onların arasında bölüşdürürdü. Bir gün bir nə‌fər tükdən toxunmuş bir cilovu əlində gətirib dedi: «Ya Rəsu‌ləllah! Bu əldə etdiyim bir qənimətdir.» Peyğəmbər ¡ buyurdu: «Məgər Bilalın üç dəfə nə dediyini eşit‌mə‌dinmi?!» Dedi: «Əlbəttə, eşitdim!» Buyurdu: «Bəs nə üçün onu gətirmədin?» O, bəhanə gətirdikdə Peyğəmbər ¡ bu‌yur‌du: «Onunla qal, Qiyamət günü onunla birlikdə gələrsən, in‌di səndən qəbul etməyəcəyəm.»[22]

«Sünəni ibni Macə» kitabında «ğünm» və «xəyanət» adlı bab‌da deyilir: Əşcə qəbiləsindən olan bir nəfər Xeybərdə və‌fat etdikdə, Peyğəmbər ¡ buyurdu: «Öz yoldaşınıza na‌maz qılın!» Camaat nigaran oldu, üzləri dəyişdi. Peyğəmbər ¡ vəziyyəti belə gördükdə buyurdu: «Sizin dostunuz xəya‌nət etdi!»[23]

«Sünəni Darəmi» kitabında xəyanətlə əlaqədar Ömər ibni Xət‌tabdan nəql olunan rəvayətdə deyilir: Xeybər müha‌ribə‌sin‌də bir neçə nəfər qətlə yetirildi və camaat dedi: «Filankəs şə‌hid oldu və...» Nəhayət bir şəxsin adını çəkib dedilər: «Fi‌lan‌kəs şəhid oldu!» Peyğəmbər ¡ isə buyurdu: «Belə deyil! Mən onu cəhənnəm odunda gördüm. O, xəyanət etdiyi əba və rida ilə birlikdə idi!»[24]

«Sünəni ibni Macə»nin «ğünm» babında deyilir: «Kərkərə ad‌lı bir nəfər Peyğəmbərin anbardarı idi. O ölən zaman Peyğəmbər ¡ buyurdu: "O, cəhənnəm odundadır." Camaat bu barə‌də əlavə axtarış apardılar və gördülər ki, onun üstünə çək‌diyi mələfə xəyanət yolu ilə oğurlanmışdır.»[25]

Bu mə`na «Səhihi Buxari», «Səhihi Müslüm» və «Sünəni Əbi Davud» kitablarında digər ibarələrlə qeyd olunur ki, onun axırı belədir: «Peyğəmbərin bu sözünü eşidən şəxs bir, yaxud iki ayaqqabı bağını gətirdi. Peyğəmbər ¡ buyurdu: «Bir, yaxud iki oddan olan qaytan.»[26]

Mə`lum oldu ki, Islam dini ordunu başqaların mal-döv‌lə‌tini qarət etməkdən çəkindirmiş və müharibə meydanında qə‌ni‌mət olaraq əldə olunan mal-dövləti öz mülkiyyətinə ke‌çir‌məyi heç kəsə icazə verməmişdir. Hətta Peyğəmbəri Əkrəm ¡ ordunun ac olduğu halda onların qazanlarını çevir‌miş, qarət olunmuş qoyunların ətlərini yerə tökərək tor‌paq‌la qarışdırmış, qənimətə və mal-dövlətlərinə gizli şəkil‌də əl uzatmağı nəhy etmiş və onu xəyanət adlandıraraq buyur‌muş‌dur: "Iynə, sap, ondan yuxarı və yaxud aşağı səviyyəli şeyləri də təh‌vil verin." O həzrət xəyanət edən şəxsə cənazə namazı qıl‌madı, əbanı oğurlamış öldürülən şəxsi şəhid hesab etmədi. Bir sözlə, indi ki, Islam müharibə meydanında qənimət ola‌raq əldə olunan mal-dövlətin mülkiyyətə keçirilməsini qada‌ğan edir və hətta bir ayaqqabı bəndini belə gizlində, yaxud da aşkarda özü ilə aparan şəxsləri bu işdən çəkindirir və ica‌zə vermir, bu qənimətləri «ənfal» adlandırır və onu Alla‌ha və Onun Rəsuluna məxsus edir ki, Peyğəmbər ¡ harada məsləhət görsə məsrəf etsin. Indi Peyğəmbəri Əkrəm ¡-in müharibə qənimətlərini necə məsrəf etdi‌yi‌ni araşdırırıq:



[1] Bax: «Misbah», Cövhəri; «Nihayətu ibni Əsir», «Lisanul-ərəb», Ibni Mənzur; «Qamusul-lüğət» və s.

[2] «Sünəni Darəmi», «mən qətələ qətilən» babı, 2-ci cild, səh.229; «Müsnədi Əh‌məd», 5-ci cild, səh.295, 306, 312; «Sünəni Əbi Davud», 2-ci cild, səh.3 və 13.

[3] «Sünəni ibni Macə», «hüdud» kitabı, hədis:2613.

[4] «Səhihi Müslüm», «zəkat» kitabı, 3-cü cild, səh.108; «Əğani», Abbas ibni Mər‌dasın tərcümeyi-halı, 14-cü cild, səh.290. Peyğəmbər ¡ Hüneyn müharibəsində «müəl‌lifətu qülubihim» payından onlara verdi və bu zaman Abbas ibni Mərdas ona e`tiraz etdi.

[5] «Nihayətul-lüğət», Ibni Əsir; «hərəbə» maddəsi.

[6] «Müsnədi Əhməd», 4-cü cild, səh.328; «Səhihi Buxari», 3-cü cild, səh.31.

[7] «Müvəttə», Malik, 2-ci cild, səh.336.

[8] «Nəhcül-bəlağənin şərhi», (Ibni Əbil Hədid), 2-ci cild, səh.58-90, Səqəfinin «Əl-ğarat» kitabından nəqlən.

[9] «Müsnədi Əhməd», 5-ci cild, səh.367; «Sünəni ibni Macə», , hədis:3938.

[10] Yenə orada, 5-ci cild, səh.62-63, Əbdür-Rəhman ibni Səmrət Qüreyşinin tərcümeyi-halı; «Usdul-ğabə», 3-cü cild, səh.297-də qeyd olunmuşdur.

[11] «Müfrədati Rağib», «ğənəmə» maddəsi; «Təhzibul-lüğət», Əzhəri, 8-ci cild, səh.149; «Mö`cəmü əlfazil-Qur`an», 2-ci cild, səh.293. Ayələr isə «Ənfal» surəsi, 41-49 və «Nisa» surəsi, 94.

[12] Bax: «Nihayətul-lüğət», «Lisanul-ərəb», «Təhzibul-lüğət», «Məqayisul-lüğət», «ğənəmə» maddəsi; «Fəxr Razinin təfsiri», 15-ci cild, səh.166.

[13] «Sünəni ibni Macə», «zəkat» kitabı, hədis:1997.

[14] «Müsnədi Əhməd», 2-ci cild, səh.177.

[15] Yenə orada, 2-ci cild, səh.330, 374 və 524.

[16] «Sünəni ibni Macə», «fitən» kitabı, hədis:1299; «Müsnədi Əhməd», 4-cü cild, səh.194, 439, 443, 446, 3-cü cild, səh.140, 197, 312, 323, 380, 395, 5-ci cild, səh.62.

[17] «Səhihi Buxari», 2-ci cild, səh.49; «Müsnədi Əhməd», 5-ci cild, səh.321.

[18] Yenə orada; «əşribə» kitabı, 3-cü cild, səh.214.

[19] «Sünəni Əbi Davud», «kitabul-cihad», 3-cü cild, səh.66.

[20] «Sünəni Darəmi», 2-ci cild, səh.230.

[21] Yenə orada.

[22] «Sünəni Əbi Davud», «cihad» kitabı, 2-ci cild, səh.13, həmin kitabda, xəyanət‌ka‌rın cəzası barədə qeyd olunur ki, onlar xəyanətkarın malını yandırırdılar!

[23] «Sünəni ibni Macə», səh.95.

[24] «Sünəni Darəmi», 2-ci cild, səh.230.

[25] «Sünəni ibni Macə», səh.950.

[26] Bu hədisin hamısı «Səhihi Buxari»nin «Xeybər qəzvəsi» bölməsində, 3-cü cild, səh.37; «Səhihi Müslüm», «iman» kitabı, 1-ci cild, səh.75; «imarə» kitabı, 6-cı cild, səh.10; «Sünəni Əbi Davud», «cihad» kitabı, 2-ci cild, səh.13-də qeyd olunmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment