Azəri
Saturday 20th of April 2024
0
نفر 0

EN DAIRӘSI VӘ YA ÜFÜQI SISTEM

EN DAIRӘSI VӘ YA ÜFÜQI SISTEM

Təbiət aləmində varlıqların faillik, yaradılış və icad olma baxımından yerlərini müəyyənləşdirən şaquli sistemdən əlavə, digər bir sistem də hakimdir ki, o hər hansı bir şeyin maddi şəraitini tə`yin edir. (Maddi və zəmani səbəblərə misal olaraq, ata-ananın uşağın yaranması üçün səbəb olmalarını göstərmək olar. Filosofların fikrincə, bu qism səbəblər yaratma və icadi deyil, maddi və e`dadi səbəblər hesab olunur. Bu səbəblər həmin şeylərin yaranma və icadi deyil, keçid xarakterli səbəbləridir və onlar yalnız yarananda fail tərəfindən yaradılacaq şeyin mövcud olmasına şərait yaradırlar. Filosoflar vücudlarının mərtəbəsi baxımından öz nəticələrinin en dairəsində yerləşən və nəticələri bə`zən zaman baxımından arxada olmalarına baxmayaraq, dərəcə baxımından öz səbəblərindən daha ali və kamil dərəcədə olan bu səbəbləri «ərzi və üfiqi səbəblər», vücud dərəcəsi baxımından daha ali mərtəbədə olan və bu dünyaya tam əhatə və hakimliyi olan yaradan, səbəbləri isə «tuli» və ya «şaquli səbəblər» adlandırırlar.) Bu sistem üfüqi quruluş adlanır və dünya tarixi, həmin quruluşa əsasən qəti və müəyyən forma alır. Hər bir şey müəyyən zaman və məkanda yaranır və hər bir müəyyən zaman və məkan, müəyyən hadisələrin zərfi olur.

Biz adətən hər hansı bir hadisə barəsində sual soruşaraq onun barəsində şəkk-şübhə yaradanda, yalnız həmin hadisənin özünə diqqət edir və onun, varlıq aləmində hansı yer və şəraitdə olmasını nəzərə almırıq. Halbuki, hər bir hadisə yaxşı və pisliyindən asılı olmayaraq, bir sıra xüsusi amillərin nəticəsidir və müəyyən şəraitə bağlıdır. Yanğın heç vaxt digər amil və hadisələrlə əlaqəsiz baş vermir və həmçinin onun baş verməsinin qarşısının alınması da maddi və ya mə`nəviliyindən asılı olmayaraq, bir sıra səbəb və amillərdən ayrı deyil. Dünyada heç bir hadisə digər hadisələrdən «ayrı» və «müstəqil» deyil. Dünyanın bütün hissələri bir-birinə bağlı və bir-biri ilə əlaqəlidirlər. Bu bağlılıq və əlaqə, dünyanın bütün hissələrini əhatə edir, ümumi və hərtərəfli bir vəhdət yaradır. Әşyaların bir-birlərinə bağlılığı prinsipi, başqa sözlə desək, dünyanın gerçək vəhdət prinsipi (əndamvari vəhdət) ilahi fəlsəfənin çox əsaslandığı əsalətlərdəndir. Әşyaların vəhdəti prinsipi ilahi fəlsəfədə daha ciddi mə`na tapır və o, dünyanın «parçalanmazlığı»dır. Bu barədə sonra daha geniş şəkildə söhbət açacağıq.

Fəlsəfədə deyilir ki, «hər bir hadisə müəyyən zaman və məkan çərçivəsində baş verir». Hər bir hadisənin müəyyən zaman və məkanı var. Bütün zaman və məkanların bir hadisənin baş verməsi üçün fərq etməməsi mümkün deyildir.

Bizim həyati müşahidələrimiz də həmin mətləbi təsdiqləyir. Məsələn, dünyanın bir yerində yanğın baş verəndə həmin hadisə müəyyən zaman, məkan və maddədə baş verir. Yanğının baş verməsi, zaman və məkanın tə`yin etdiyi şəraitdən asılıdır. Həmin şəraitin özü də öz növbəsində müəyyən zaman və məkana malikdir və bir sıra səbəb və amillərdən asılıdır. Әgər bu müşahidəmizi davam etdirsək, belə nəticəyə gələcəyik ki, hadisələr silsiləsi zəncir halqaları kimi bir-birlərinə bağlıdır. Hər bir hadisə, özündən əvvəlki və sonrakı hadisə ilə, başqa sözlə desək, hər bir şey öz keçmiş və gələcəyinə bağlıdır və bu bağlılıq əzəli və əbədi bir silsilə yaradır.

Maraqlı burasıdır ki, bir-biri ilə üfüqi xətt boyunca və bir zamanda baş vermiş hadisələrdə daha dərin araşdırma aparanda, onlar arasında əlaqə və bağlılıq kəşf edirik.

Məsələn, bir yamaqçının xalçanı tə`mir etməsini və bir cərrahın xəstə üzərində cərrahiyyə əməliyyatı aparmasını fərz edək. Səthi baxışda bu iki iş arasında heç bir əlaqə görünmür. Amma bir yanğın hadisəsinin həmin xəstə və xalçanın yanmasına səbəb olmasını biləndə, cərrahla yamaqçının hər ikisinin işinin bir kökdən yarandığını təsdiqləyirik. Әgər həmin hadisə baş verməsəydi, indi bu iki nəfərin heç biri bu işlə məşğul olmazdı.

Bir babadan yaranmış bütün insanların işləri həmin babanın müəyyən zaman və məkanda olmasına bağlıdır və nəticədə həmin insanların işlərinin hamısı bir-birinə bağlı olur.

Yerin günəşdən ayrılması, yer üzündə baş verən bütün işlərin müştərək nöqtəsidir. Әgər həmin hadisə baş verməsəydi, yer üzündə olan işlərin heç biri də olmazdı. Həmin hadisənin baş verməsi onun arxasınca digər hadisələrin baş verməsinə səbəb olub.

Fəlsəfədə «vücube bil-qiyas» və «imkane bil-qiyas» adlı terminlər var. Bu terminlər o deməkdir ki, biz, bir hadisəni digər bir hadisə ilə müqayisə edəndə, birinci hadisənin olması fərzi ilə digərinin vücudunun zəruri olmasını görəndə, ikinci hadisənin birinci hadisəyə nisbətdə «vücube bil-qiyas» olmasını deyirik. Amma birinci hadisənin olmasını fərz etməklə, ikinci hadisənin olub-olmamasının hər ikisinə bərabər olmasını görəndə deyirik ki, ikinci hadisə birinciyə nisbətdə «imkan bil-qiyas»dır. (Müqayisə ilə vacib və ya mümkün olması başa düşülən hallar. Red.)

Səthi baxışda bə`zi hadisələr arasında «vücube bil-qiyas», bə`zən isə hadisələr arasında heç bir əlaqə olmaması və «imkane bil-qiyas» olması düşünülür. Amma dəqiq nəzər salanda görürük ki, hər iki hadisə arasında «vücube bil-qiyas» hakimdir və «imkane bil-qiyasın» xarici nümunəsi yoxdur. Çünki, bütün hadisələr axırda «son hədəf» və «baş səbəb»də müştərəkdirlər və hər bir səbəb və nəticə arasında zəruri əlaqə olduğu üçün bütün hadisələr arasında zəruri əlaqə də hakimdir.

Bu ümumi və zəruri bağlılığın əsaslandığı prinsiplər aşağıdakılardan ibarətdir:

1-Ümumi səbəb-nəticə qanunu;

2-Səbəb-nəticənin zəruriliyi;

3-Səbəb-nəticənin bir-birinə uyğunluğu;

4-Varlıq aləminin illətul-iləldə, yə`ni bütün səbəblərin son və baş səbəbdə sona çatması.

Birinci prinsip bütün elmlərin əsaslandığı əsas və aşkar qanundur, onu inkar etmək bütün şeylərin inkarı və səfsətəçilik burulğanında qərq olmağı tələb edir.

Ikinci prinsip bu həqiqəti bəyan edir ki, hər bir nəticə yalnız səbəbin mövcud olması ilə deyil, əksinə səbəbin olması baxımından zərurət məqamında yaranır. Nəticənin, öz səbəbi tərəfindən zəruri olmayınca vücuda gəlməsi qeyri-mümkündür. Bunun əksi də belədir. Yə`ni hər bir şeyin «tam səbəb»inin mövcud olması, nəticənin vücuda gəlməsini zəruri edir və bu halda nəticənin mövcud olmaması qeyri-mümkündür. Buradan belə bir nəticə əldə edilir ki, mövcud olan hər bir şeyin vücuda gəlməsi və habelə mövcud olmayan hər bir şeyin isə vücuda gəlməməsi zəruri olub.

Üçüncü prinsip səbəb-nəticənin müəyyən əlaqəsinə zəmanət verir. Həmin prinsipdən belə bir nəticə əldə edilir ki, heç bir səbəb öz nəticəsinin yerinə başqa bir nəticə yarada bilməz və həmçinin heç bir nəticənin öz səbəbindən başqa digər bir səbəbdən yaranması mümkün deyil.

Bu üç prinsipdən belə bir nəticə əldə edilir ki, dünya qəti və dəyişməz bir quruluşa malikdir və «mənşə birliyi» olan dördüncü prinsipi buna əlavə etməklə, dünyanın bütün hadisələri arasında ümumi və sarsılmaz bağlılıq və əlaqə olması nəticəsi əldə edilir.

Üçüncü fəsldə «tutumların fərqi» başlığı altında bu mətləb barəsində başqa izahlar da verəcəyik.

ILAHI QANUN

Fəlsəfədə, «dünyanın quruluşu» və «səbəblər qanunu» adlandırılan şey, dini terminalogiyada «ilahi sünnə» adlandırılır. Qur`ani-kərim bir neçə yerdə belə buyurub:

وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا

«...Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən.» (Әhzab-62).

Məqsəd budur ki, Allahın işləri xüsusi üsluba, sabit və dəyişməz formula malikdir. Bu mə`na Fatir surəsində bir neçə dəfə tə`kidlə təkrarlanıb.

فَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا

«...Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan.» (Fatir-43).

Allahın sünnəsində heç vaxt dəyişiklik olduğunu görməzsən. Yə`ni ilahi sünnə, ləğv edilərək başqa birisi ilə əvəz olunan qanun kimi deyildir və sən heç vaxt Allahın sünnəsində dəyişiklik tapmazsan. Belə ki, Allahın sünnəsi bə`zi maddələr artırılaraq, bir hissəsi ləğv edilən və ya əsli ləğv edilmədən dəyişdirilən şərti qanunlar kimi deyil.

Bu, ilahi kitabın çox maraqlı və heyrətləndirici cümlələrindəndir. Qur`an nə qədər böyükdür! O doğrudan da elmlərin qabaqcılı və pərhizkarların dostudur! Filosoflar dərin elmi axtarışlarda illərlə çalışaraq səbəb-nəticə və yaradılış qanununu əldə etdikdən sonra, böyük bir qanun və sirr kəşf etdikləri üçün öyünmək istəyəndə, bu sirri yetərli ifadə və eyni halda sadə dillə bəyan etmiş Qur`anı öz qarşılarında görürlər: «Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan».

Kim bundan aydın bir şey deyə bilər? Hansı cümlə bundan yetərli və möhkəm mə`nalı ola bilər? Allahın sünnəsi heç vaxt dəyişmir.»

Qur`ani-kərim təkcə yaradılışın qanun və sünnəyə əsaslanmasını xatırlatmır, hətta bə`zi xüsusi sünnələrin adlarını da çəkir.

O, cəmiyyətlərin xoşbəxtlik və bədbəxtlikləri barəsində belə buyurur:

إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ

«...Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü dəyişməz...» (Rə`d-11).

Bu ayə, xalqların tərəqqi və tənəzzüllərinin sirlərini bəyan edir.

Heç bir xalq, bədbəxtlik amillərini özündən uzaqlaşdırmayınca, bədbəxtlikdən xoşbəxtliyə çata bilməz. Həmçinin Allah, heç bir xoşbəxt xalqı onlar özləri öz bədbəxtliklərinə şərait yaratmayınca bədbəxt etmir.

Biz nalə edirik ki, Allah nə üçün Amerikaya darğalıq edən bir ovuc yəhudini yeddi yüz milyon müsəlmana hərbi, siyasi, əqli və iqtisadi cəhətlərdən hakim edib? Nə üçün yüz milyon ərəb, beş iyun müharibəsində məğlub oldu? Allah nə üçün müsəlmanlara izzət vermir? Nə üçün təbiətin qanunlarını müsəlmanların xeyirləri istiqamətində dəyişmir? Әsəbiləşir, gecələr yuxusuz qalır, əziyyət çəkir, nalə edir, dua və razi-niyaz edərək kömək diləyirik, amma heç biri müstəcab olmur. Qur`anın bizə verdiyi cavab bu cümlədir:

«Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz.»

Allah öz qanununu dəyişdirmir. Biz özümüzü dəyişdirməliyik. Biz cəhalətdə qərq olmuşuq, əxlaq pozğunluqlarında çabalayırıq, heç bir vəhdət və birliyimiz yoxdur, amma bununla belə Allahın bizim yardımçı və hamimiz olmasını istəyirik. Biz kiçik bir hadisə üçün min cür şayiə düzəldirik, yalançılıq və əyriliyi özümüzə peşə etmişik, bütün fəzilətlərdən uzaqlaşmışıq və eyni halda dünyaya ağalıq etmək istəyirik. Bu mümkün olan iş deyil!!!

Yəhudi xalqına murdarlıq və çirkinliklərinə görə bütün xalqlardan çox peyğəmbər göndərilib. Çünki, onların tərbiyəçiyə daha çox ehtiyacları olub. Keçmiş səmavi kitablarda onlar üçün iki ictimai dəyişiklik və iki inqilab proqnozu verilmişdi ki, onların hər ikisi gerçəkləşdi. Qur`an yəhudi tarixində, həmin proqnozların cərəyanlarını və onların gerçəkləşməsini nəql edib. Orada deyilir ki, onlar yer üzündə iki dəfə fəsad törədəcəklər və Allah onları məhv edəcək.

Qur`an, sonra ümumi bir formulu xatırladıb buyurur ki, hər bir fəsad, məğlubiyyət və bədbəxtliyin müqəddiməsi və hər bir özünəqayıdış və islah xarakterli fikir isə ilahi rəhmətin zəminəsidir. Ayənin mətni belədir:

وَقَضَيْنَا إِلَى بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا

«Biz Israil oğullarına Tövratda: «Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxıd zülm) edəcəksiniz!» - deyə bildirdik.

(Yəni istismarçılar öz müstəmləkələrinə etdikləri kimi camaata qarşı zorakılıq edəcək, başqalarının hüquqlarını pozacaqsınız.)

فَإِذَا جَاء وَعْدُ أُولاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَّنَا أُوْلِي بَأْسٍ شَدِيدٍ فَجَاسُواْ خِلاَلَ الدِّيَارِ وَكَانَ وَعْدًا مَّفْعُولاً

Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü qullarımızı (Büxtünnəsri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin arasında gəzib dolaşır, sizi tə`qib edirdilər. Bu və`d artıq yerinə yetirildi...

ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُم بِأَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا

(Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya düşmənlərinizdən) daha çox etdik.

إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا فَإِذَا جَاء وَعْدُ الآخِرَةِ لِيَسُوؤُواْ وُجُوهَكُمْ وَلِيَدْخُلُواْ الْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُواْ مَا عَلَوْاْ تَتْبِيرًا

Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! Ikinci fitnə-fəsadınızın (cəza) vaxtı gəldikdə üzünüzü qara etmək (sizi xəcil etmək), məscidinizə birinci dəfə girdikləri kimi girmək və ələ keçirdikləri hər şeyi məhv etmək üçün (Fars və Rum padşahlarını) üstünüzə göndərdik...

عَسَى رَبُّكُمْ أَن يَرْحَمَكُمْ وَإِنْ عُدتُّمْ عُدْنَا وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا

(Tövbə edəcəyiniz təqdirdə), ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Әgər siz (yaramaz əməllərinizə qayıtsanız, biz də sizə yenidən cəza verərik.) (Bizim qanununmuz budur ki, siz yüz dəfə də fəsad etsəniz sizi yüz dəfə əzişdirək və əgər özünüzü yaxşı istiqamətdə dəyişdirsəniz, Biz də sizə qarşı rəftarımızı dəyişdirək.) Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik. (Isra 4-8).

Bu ayələr, əslində həmin ayənin, yə`ni «Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz» ayəsinin genişləndirilmiş formasıdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment