Azəri
Friday 29th of March 2024
0
نفر 0

Əbu BəKrin və Ömərin Xüms barəsində iCtihadI

5- Əbu BəKrin və Ömərin Xüms barəsində iCtihadI

Tarix kitablarında qeyd olunduğu kimi, Əbu Bəkrin və Ömə‌rin ictihadlarının digər bir nümunəsi Əhli-beytin öz haq‌ları olan xümsdən, xüsusilə Fatimeyi Zəhra -ın öz haq‌qın‌dan məhrum edilməsi idi. Bu iki xəlifənin bu barədə ne‌cə ictihad etmələri ilə tanış olmaq üçün aşağıdakı kəl‌mə‌lə‌rin lüğətdəki və istilahdakı mə`nalarını araşdırmağı zə‌ru‌ri hesab edirik:

1-Zəkat, sədəqə, fey`, səfiyy, ənfal, qənimət və xüms kəlmə‌ləri‌nin lüğətdəki mə`nası.

2-Xümsün şə`ni və Peyğəmbəri Əkrəm ¡-in qızının haqqı.

Bu kəlmələrin və bu mövzuların arşdırılmasından sonra bu iki xəlifənin xüms, xüsusilə Peyğəmbəri Əkrəm ¡-in qızının haqqı barəsində etdikləri ictihadın necəliyini dərk etmək asan olacaqdır. Buna görə də deyirik:

1-2-Zəkat və sədəqə

Zəkat ərəb kəlməsi olub paklıq, pakizəlik, inkişaf, xe‌yir-bərəkət və mədh etmək mə`nasına gəlmişdir.[1] Belə ki, Qur`‌‌ani-Kərimdə də («Kəhf» surəsi, ayə:19) buyurulur:

أَيُّهَا أَزْكَى

"Hər hansı yemək daha pak-pakizə olsa."

Rəvayət olunur ki, həzrət Imam Baqir belə buyurur:

زكاة الارض يبسها

"Yerin pakı onun qurusudur."[2]

Imam Əli belə buyurmuşdur:

العلم يزكو على الانفاق

"Elm, başqalarına infaq etməklə və sərf olunmaqla artar."[3]

Ərəblərin dediyi «Zəkəz-zər`u» cümləsinin mə`nası «əkin sa‌hə‌si inkişaf edib bərəkət tapdı» deməkdir. Allah-taala‌nın da «Nisa» surəsinin 49-cu ayəsində buyurduğu "əlləzinə yu‌zək‌kunə ənfusəhum" sözünün mə`nası budur ki, "o kəslər ki, özünü mədh və tə`rif edərlər."

Şəriətdə zəkatın mə`nası: Zəkat – Allahın bir haqqıdır ki, insan öz malından ayırıb müstəhəqlərə verir.» Buna görə zə‌kat adlandırılmışdır ki, insanın malının və canının pak-pakizəliyinə və xeyir-bərəkətinə səbəb olur.»[4]

Bura qədər qeyd olunanlar lüğət alimlərinin zəkat kəl‌məsinin barəsində verdiyi nəzərlərdir.[5]

Sədəqə barəsində isə Rağib özünün «Müfrədat» kitabında belə yazır:

الصدقة ما يخرجه الانسان من ماله على وجه القربة كالزكاة لكن الصدقة تقال في الاصل للمتطوع به، والزكاة للواجب

«Sədəqə o şeydir ki, insan qürbət qəsdi ilə öz malından ayır‌sın, eynilə zəkat kimi. Lakin sədəqə əslində müstəhəb ola‌raq verilən şeylərə, zəkat isə vacib yolla verilənlərə deyi‌lir.»[6]

Mərhum Təbərsi «Məcməul-bəyan» təfsirində yazır:

الفرق بين الصدقة والزكاة ان الزكاة لاتكون الافرضا، والصدقة قد تكون فرضا وقد تكون نفلا

«Sədəqə ilə zəkatın fərqi budur ki, zəkat vacibdir, lakin sədəqə bə`zən vacib, bə`zən də müstəhəb olur.»[7]

Buna görə də gördüyünüz kimi, zəkatda «vacib» məsələsi nə‌zərə alınmışdır – ondan məqsəd də mal-dövlətdə Allaha məx‌sus olan haqq nəzərdə tutulur. Belə ki, sədəqədə də Allah dər‌gahına yaxınlaşmaq üçün malın verilməsinin müstəhəbliyi nə‌zərdə tutulur. Bə`zən də «sədəqə alan şəxsə bəxşiş etmək» mə`‌nasına işlənir. Belə ki, Yusifin qardaşları ondan bəx‌şiş istəyərək demişdilər: "və təsəddəq ələyna – bizə bəxşiş et!" «Yusüf» surəsi, ayə:88

Zəkat vücubla, yə`ni malda Allahın haqqını sübut etməsi ilə yanaşı olduğundan, bizim nəzərimizə görə vacib sədə‌qə‌lə‌rə, vacib xümslərə və Allahın insanın malında qərar ver‌di‌yi sair vaciblərə də şamildir. Bunun şahidi Peyğəmbəri Ək‌rəm ¡-in Himyər padşahlarına yazdığı məktubdur:

وآتيتم الزكاة من المغانم خمس اللّه وسهم النبي وصفيه وما كتب اللّه على المؤمنين من الصدقة

"Və zəkatı, qənimətlərdən Allahın xümsünü, Peyğəmbərin səhmini və onun xalisəsini, Allahın mö`minlərə vacib etdiyi sədəqələri verin."

Çünki zəkat kəlməsindən sonra gələn «min» kəlməsi zəka‌tın növlərini bəyan edir ki, o da aşağıdakılardan iba‌rət‌dir:

a) Allahın xümsü;

b) Peyğəmbərin səhmi və onun xalisəsi;

v) Allahın mö`minlərə vacib etdiyi sədəqələr, yə`ni sədəqənin vacib qisimləri.

Beləliklə, vacib sədəqə zəkatın qisimlərindən biri olaraq qə‌rar verilmişdir. Mütəal Allah onun hansı yerlərdə işlə‌dil‌məsi ilə əlaqədar «Tövbə» surəsinin 60-cı ayəsində belə buyur‌muşdur:

إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاء وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللّهِ وَابْنِ السَّبِيلِ فَرِيضَةً مِّنَ اللّهِ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

"Sədəqələr yalnız fəqirlərə, miskinlərə, onun toplanmasına mə`mur olu‌nanlara, qəlblərinin Islama yönəldilməsi lazım olan şəxslərə, qul‌la‌rın azad edilməsinə, borclulara, Allah yolunda və yolda qalanlara aid‌dir. Bu, Allah tərəfindən tə`yin olunan bir fərizədir. Allah elmli və hik‌mətlidir."

Mütəal Allah zəkatın hökmünü bəyan edərkən bir-iki qi‌sim‌lə kifayətlənməmiş, əksinə, onu Qur`anda 25 yerdə «səlat» (na‌maz) kəlməsi ilə yanaşı qərar vermişdir.[8] Hər vaxt «zəkat» və «səlat» kəlmələri Allahın kəlamında və Peyğəmbərin sözlə‌rin‌də yanaşı gəlibsə, onlardan məqsəd Allah-taalanın malda olan mütləq haqqı nəzərdə tutulur. O cümlədən, nəqdeyn (qı‌zıl və gümüş), ənam (mal-heyvan), ğəllat (taxıl) – yə`ni vacib sə‌dəqələr – bu kimi hallarda nisab həddinə çatmalıdır. Digə‌ri isə Allahın qənimətlərdə olan haqqı yə`ni xümsdür və ondan başqalarıdır.

Hər vaxt zəkat sözü Allahın və Peyğəmbərin kəlamında xü‌ms‌lə yanaşı gəlsə, ondan məqsəd yalnız vacib sədəqələrdir. Həm‌çinin, kəlamda sədəqə siniflərindən hər hansı bi‌ri‌nə izafə şəklində olub, misal üçün, zəkatül-ğənəm (qoyu‌nun zəkatı), yaxud zəkatül-nəqdeyin (qızıl-gümüşün zəkatı) de‌yi‌lirsə, ondan da məqsəd vacib sədəqələrdir. Eləcə də, sədəqə işlərinə baxanlar da hə‌dis‌də və sirədə müzzəki – zəkatı toplayanlar deyil, müsəddiq,[9] yə`‌ni sədəqəni toplayanlar adlandırılmışdır. Həmçinin, sə‌də‌qə verən kəsə müzəkki, yaxud mətəzəkki deyil, müsəddiq deyi‌lir.[10] Bəni Haşimə haram edilən zəkat deyil, sədəqədir.[11] Müs‌lüm bu məsələyə diqqət yetirmədiyindən, özünün «Səhih» kita‌bın‌da «zəkatın Peyğəmbərə və onun Əhli-beytinə haram olma‌sı» adlı bir babda (3-cü cild, səh.117) sədəqənin onlara haram ol‌ma‌sı ilə əlaqədar səkkiz hədisi bu babda qeyd etmişdir. Hal‌buki, zəkat onun dediyi kimi deyildir.

Buna əsasən, hər vaxt Qur`anda «əqimus-səlat və atuz-zəkat» (na‌maz qılın və zəkat verin) kimi iki cümlə bir yerdə qeyd edi‌lirsə,[12] bu iki cümlədə əvvəlcə fərman verilir ki, vacib na‌maz‌lar yerinə yetirilsin, istər gündəlik namaz olsun, istər ayət namazı, istərsə də başqası; sonra fərman verilir ki, mal-dövlətdə Allahın vacib buyurduğu haqq yerinə yetirilsin. Bu haqq istər vacib sədəqə hallarından olsun, istər xüms yer‌lə‌rində Allahın haqqı, istərsə də digər hüquqlar – hamı‌sı‌na şamil olur.

Həmçinin, Peyğəmbər ¡-dən rəvayət olunan «hər vaxt ma‌‌lı‌nın zəkatını verdinsə, öhdəndə olan hər bir şeyi əda etmi‌sən» hədisində («Sünən»i Termizi», 3-cü cild, səh.97) məqsəd budur ki: «Əgər öz malında olan Allahın haqqını əda etmisənsə və malda olan Allah hüquqlarının hamısını ver‌misənsə, öhdəndə olan hər bir şeyi yerinə yetirmisən». Həm‌çinin, o həzrətdən rəvayət olunan «hər kəs bir malı əldə et‌sə, ilin axırına qədər onun öhdəsində zəkat yoxdur» (yenə ora‌da, səh.125) hədisindən məqsəd budur ki, Allahın onun ma‌lın‌da heç bir haqqı yoxdur. Əhli-beyt imamlarından ¢ nəql olunan hədislərdə də deyilir: "Əmvaldakı haqq zəkatdır."[13] Bu‌nun camaata gizli qalmasının səbəbi bəlkə də bu ola bi‌lər ki, xüləfalar xüms hökmünü Peyğəmbər ¡-dən sonra qüv‌vədən saldıqlarına, əməli olaraq zəkat üçün sədəqədən baş‌qa bir nümunə qalmadığına görə xüms mövzusu tədrici ola‌raq unudulmuş və iş o yerə çatmışdır ki, son zamanlarda «zə‌kat» kəlməsindən sədəqədən başqa bir şey düşünülmür!

2-Fey`

Fey` lüğətdə «qayıtmaq» mə`nasınadır. Günəşin günortadan sonrakı hərəkəti nəticəsində kölgənin qayıtmasına da fey` deyilir. Amma Islam şəriətində, «Lisanül-ərəb» kitabında qeyd olunduğu kimi, bu mə`naya gəlir: «Müharibə olmadan ka‌fir‌lərdən əldə olunan mal-dövlət.» Həmçinin, «o mal-döv‌lət‌dir ki, Allah-taala Öz dininin əhlinə qaytarmışdır, özü də mü‌ha‌ribə aparılmadan din müxaliflərinin mal-dövlətindən alı‌nan, yaxud cəlayi-vətən edildiyinə, yaxud müsəlmanlar üçün bo‌şal‌dıldığına, yaxud müsalihə yolu ilə, yaxud da cizyə ver‌məklə – onun vasitəsilə fida verilir, qanlarını qoruyurlar və nəticədə islamın pənahında qalırlar – əldə olunan əm‌lak da fey`dən ibarətdir.[14]

Allah-taala «Həşr» surəsinin 7-ci ayəsində buyurur:

﴿مَّا أَفَاء اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ

"Allahın qəryələrin əhalisindən Öz Peyğəmbərinə qaytardığı şeylər Alla‌ha, Peyğəmbərə və onun qohumlarına, yetimlərə, miskinlərə və yolda qalan‌lara məxsusdur."

Bu ayə və bütünlükdə «Həşr» surəsi Bəni-nəzir yəhudi‌lə‌ri‌nin barəsində nazil olmuşdur. Onlar Peyğəmbərlə bağla‌dıq‌‌ları əhd-peymanı pozmuş və on nəfərlə birlikdə onların ya‌nı‌na getdiyi halda böyük daş parçası dığırladıb o həzrəti öl‌dürmək istəyirdilər. Buna görə də Allah-taala vəhy vasi‌tə‌silə onların bu hiyləgərlik məqsədlərini ifşa etdi və o həz‌rət çox sür`ətlə, sanki bir ehtiyacı varmış kimi, oradan çıx‌dı və Mədinəyə getdi. O yubandığı zaman köməkçiləri ona qo‌şuldu. Peyğəmbər ¡ onların yanına adam göndərdi və on‌ların qurduqları məkirli tədbirlərini bildiyini onlara agah etdi və onlara əmr etdi ki, oradan köçüb getsinlər. On‌lar bunu qəbul etmədilər, on beş gün qalalarında qaldılar. Son‌ra oradan çıxdılar və silahdan başqa, daşınmağa qabil olan bütün şeylərini dəvələrlə apardılar və onların öz mal‌ları oldu. Onlar altı yüz dəvə ilə çıxıb Xeybərə və digər yer‌lərə getdilər. Allah-taala onların qoyub getdiyi çoxlu si‌lah‌ları, əraziləri və xurma bağlarını bütünlüklə Peyğəm‌bə‌rin ixtiyarına verdi. Ömər dedi: «Əldə etdiyin şeylərin xüm‌sü‌nü vermirsənmi?» Yə`ni onun xümsünü ayırmırsanmı ki, yer‌də qalanlarını camaatın arasında bölüşdürək?! Peyğəmbər ¡ cavabında buyurdu: «Allah-taalanın müsəlmanların ha‌mı‌sının deyil, yalnız mənim üçün qərar verib "ma əfaəllahu əla Rəsulih" deyə buyurduğu şeyi, iki hissəsi müsəlmanlar üçün olan bir şeylə eyni səviyyədə qərar vermərəm!»

Vaqidi və başqaları demişlər: O həzrət öz ailəsinin xərc‌lərini onun öz xalisəsi olan Bəni-nəzir əmvalından ödə‌yir‌di. Istədiyi şəxslərə də onlardan bağışlayır, istəmədiyi şəxs‌lərə də vermirdi. O, öz xidmətçisi Əbu Rafeni həmin yer‌də işçi tə`yin etmişdi.[15]



[1] «Nihayətül-lüğət», Ibni Əsir, Zəkat maddəsi.

[2] Yenə orada.

[3] «Nəhcül bəlağə», hikmət 147.

[4] «Müfrədati Rağib», zəkat maddəsi.

[5] Bax: «Mürədati Rağib», «Nihayətül-lüğət», Ibni Əsir, «Lisanul-ərəb», Ibni Mənzur, «Qamus», Firuzabadi və onun şərhi, Qur`an təfsirlərindən «Təfsiri Təbəri», «Məcməul-bəyan» və sair kimi təfsirlər.

[6] «Müfrətadi Rağib», sə-də-qə maddəsi.

[7] «Məcməül-bəyan», «Bəqərə» surəsinin 272-ci ayəsinin təfsiri.

[8] «Mö`cəmül-fehrest», «zəkat» maddəsi.

[9] «Müfrədati Rağib», «Nihayətül-lüğət», «Lisanül-ərəb», «sədəqə» maddəsi.

[10] Mütəal Allah «Hədid» surəsinin 18-ci ayəsində buyurmuşdur: "Sədəqə verən kişilər və sədəqə verən qadınlar...» Həmçinin bax: «Səhihi-Müslüm» zəkat babı, 3-cü cild, səh.172; «Sünəni Əbu Davud», 1-ci cild, səh.202; «Sünəni Termizi», 3-cü cild, səh.172. Müttəqi Hindi kimi son zamanın bə`zi alimlərinin qeyd etdiklərinə diqqət yetirilmir.

[11] Bunun ətraflı izahı sonradan qeyd ediləcəkdir.

[12] «Mö`cəmül-müfəhris», zəkat maddəsi.

[13] «Kafi», 2-ci cild, səh.19-20; «Təfsiri Əyyaşi», 1-ci cild, səh.253; «Biharul-ənvar», 68-ci cild, səh.337-389.

[14] «Lisanül-ərəb», fey` maddəsi.

[15] Bəni-nəzir tayfası barəsində qeyd etdiklərimiz Vaqidinin «Məğazi» kitabından, səh.363-378 idi. Həmçinin Məqrizi də «Əmtaul-əsma», səh.178-182-də onun xülasəsini qeyd etmişdir. Əlavə mə`lumat üçün «Təfsiri-Təbəri»yə baxa bilərsiniz. Əbu Rafe Abbasın qibti qulamı idi ki, onu Peyğəmbərə bağışladı, o həzrət də onu azad etdi və öz kənizi Səlmanı ona ərə verdi. O Məkkədə islamı qəbul etdi. Ühüddə və ondan sonrakı hadisələrdə Peyğəmbərin yanında olmuşdur. Oğlu Rafe Imam Əli -ın katibi idi. Əbu Rafe Osmanın xilafət dövründə, yaxud ondan sonra vəfat etmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 1-ci cild, səh.41 və 77-də qeyd olunmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment