Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

BIRINCI ƏSRIN MÜCTEHIDLƏRI VƏ XÜLƏFA MƏKTƏBININ NƏZƏRINDƏN ONLARIN ICTIHAD ETDIYI HALLAR

3-BIRINCI ƏSRIN MÜCTEHIDLƏRI VƏ XÜLƏFA MƏKTƏBININ NƏZƏRINDƏN ONLARIN ICTIHAD ETDIYI HALLAR

a) Xatəmul-Ənbiya və peyğəmbərlərin ağasının dövründə;

Ibni Əbil Hədid Mö`təzili Əbu Bəkrlə Ömərin Üsa‌mə‌nin ordusunda iştirak etməmələrinə və bu işdən boyun qa‌çır‌malarına belə bəhanə gətirib deyir: «Peyğəmbər ¡ öz ictihadı ilə orduları cihada göndərirdi – nə‌inki vəhy fərmanı ilə – beləliklə, onunla müxalifət haram deyildi!»1 Sonra Peyğəmbərin bu kimi hadisələrdə ic‌ti‌hadını ətraflı şəkildə araşdırır.2

b) Birinci xəlifə Əbu Bəkr;

Əllamə Quşçi, Xacə Nəsirəddin Tusinin yazdığı «Təc‌rid» kitabını şərh edərkən Xacə Nəsirəddinin Əbu Bəkrə e`ti‌razını, eləcə də «Fəcaə Səlmini yandırdı, «kəlalənin» mə`‌na‌sını və nənənin nə qədər miras sahibi olmasını bil‌mir‌di» - sözünü izah edərkən deyir: «Fəcaənin odda yan‌dı‌rıl‌ması onun öz ictihadında buraxdığı səhvlərdən və xa‌ta‌lardan idi ki, bunun oxşarı sair müctehidlərdən daha çox görünmüşdür. Amma kəlalənin mə`nasını və nənənin mi‌ra‌sını bilməməsinə gəldikdə isə, bu, müctehidlər ara‌sın‌da təzə bir məsələ deyildir, çünki, onlar bu hökmün mən‌bə‌lə‌rini axtarırlar, hər kəs ona əhatəli olsa ondan soruşur‌lar...»3

O, Xacə Nəsirəddinin Əbu Bəkrə e`tirazı və onun Xa‌lid ibni Vəlidi zina və qisas həddindən güzəştə getməsi ilə əlaqədar deyir: «O, Malikin həyat yoldaşını müha‌ribə‌də ələ keçirmişdi və bu da müctehidlərlə əlaqədar məsələ‌lər‌dəndir.»

Həmçinin deyir: «Ömərin irad tutub onun işini inkar et‌məsi də nə Əbu Bəkrin imamətinə zərər çatdırır, nə də zə‌rər qəsdinə dəlalət edir. Əksinə, sadəcə olaraq onu inkar edib irad tutmuşdur. Necə ki, müctehidlərdən bə`ziləri di‌gər‌lərini inkar edərək onlara irad tuturlar.»3

v) Müctehid səhabə Xalid ibni Vəlid

Ibni Kəsir yazır: «Əbu Bəkr Xalidi, Malik ibni Nüvey‌rəni öldürməkdə ictihad etməsinə və səhvə yol verməsinə bax‌mayaraq, sərkərdəlik vəzifəsində saxladı.»1

q) Ikinci xəlifə Ömər ibni Xəttab

Ibni Əbil Hədid yazır: «Ömərə edilən tənqidlərdən bi‌ri də budur ki, belə demişlər: «O, beytul-malı rəvasız ola‌raq bölüşdürürdü. Iş o yerə çatmışdı ki, Ayişə və Həf‌sə‌yə də ildə on min dirhəm pul verir, Əhli-beyti isə öz xüms haqqından mərhum edirdi...»

Bu iradın cavabında deyir: «Beytul-mal mal-dövlətin cəm olunması yeridir ki, maaşlar verilsin, onun artıq və ya az verilməsi də hakimin ictihadına bağlıdır. Amma xüms məsələsinə gəldikdə isə, o da ictihad hallarındandır...»

Yenə də deyir: «Ömər öz hökmündə ictihad üslubundan xaric olmadı. Hər kəs də onun tədbirlərinə irad tutursa, hə‌qi‌qətdə səhabənin tutduğu ictihad üslubuna irad tutmuş olur.»1

Ibni Coovzidən nəql olunur ki, o, xüms barəsində deyir: «Xüms ictihadi bir məsələdir.»2

Başqa yerdə deyir: Ömərə tutulan iradlardan biri də bu‌dur ki, belə demişlər: «O, hökmlərin bəyan və icra olun‌ma‌sın‌da sabit rə`yə malik deyildi. Hətta rəvayətə əsasən, baba‌nın irs payı barəsində 70 növ fətva vermiş, başqa bir rə‌va‌yətə görə 100 növ hökm çıxarmışdır. Hüquqda da bə`zi‌lə‌ri‌ni başqalarından qabağa keçirirdi. Halbuki, Mütəal-Al‌lah hamını bərabər şəkildə qərar vermişdir. Həmçinin, hökm‌lərin barəsində özünün şəxsi nəzəri və gümanı əsa‌sında söhbət edirdi.»

Cavabda deyir: «Alimlər demişlər ki, ictihadi məsə‌lə‌lər‌də nəzər ixtilafı və bir rə`ydən başqa rə`yə keçmək qa‌lib zənn və dəlilə görə adi və caiz hesab olunan işdir.»

Həmçinin deyir: «Söz yalnız qiyas ilə ictihadın əslindən ge‌dir ki, əgər sübuta yetsə, heç bir iradı olmayacaqdır.»[1]

Quşçi, Şeyx Nəsirəddin Tusinin dediyi «Ömər Peyğəm‌bə‌rin qadınları üçün xüsusi bir maaş ayırmış, Fatiməni və Əhli-beyti isə öz xüms haqlarından məhrum etmiş, baba‌nın irs payı barəsində 100 hökm çıxarmış və beytul-mal‌dan olan maaşların bölüşdürülməsində bə`zilərinə üstün‌lük vermişdir, halbuki, Peyğəmbərin dövründə belə deyildi» - sözünün cavabında (Quşçi) deyir: Bu dörd iradın cavabında deyirik: Bunlar ona irad tutulmağa səbəb olan işlərdən deyildir, çünki bunlar bir müctehidin başqa bir müctehid ilə ictihadi məsələlərdəki müxalifəti qəbilindəndir.»[2]

Quşçinin məqsədi odur ki, xəlifə Ömər ibni Xəttabın qeyd olunan hökmlərdə Peyğəmbəri Əkrəm ¡-lə müxa‌li‌fət etməsi Ömər kimi bir müctehidin Peyğəmbəri Əkrəm ki‌mi başqa bir müctehidlə müxalifəti qəbilindəndir. Bu iş Ömərə heç bir irad gətirə bilməz!!![3]

e) Üçüncü xəlifə Osman ibni Əffan

Əllamə Quşçi «Osman qisas hökmünü Übeydullah ibni Ömər‌dən götürdü» deyə tutulan iradın cavabında deyir: O, icti‌had etdi və belə məsləhət gördü ki, bu qətl hökmünün icra olunması ona vacib deyil. Çünki bu iş onun ima‌məti‌nin başlanmasından qabaq baş vermişdir.»[4]

Ibni Teymiyyə də həmin tənqidin cavabında belə demiş‌dir: «Bu, ictihadi bir məsələdir.»[5] Ibni Əbil Hədid Mö`tə‌zi‌lidən nəql edir ki, xüləfa məktəbinin alimləri Osmanın, Mər‌vanın atası Həsən barəsində gördüyü tədbirlərlə (yə`ni onu sürgün yerindən Mədinəyə qaytarılması ilə) əlaqədar be‌lə demişdir: «Baxmayaraq ki, Peyğəmbər onun Mədinəyə qayta‌rıl‌masına icazə verməmişdir, lakin Osmanın ictihadı bu həd‌də çatdığına görə onun qaytarılmasını caiz bilirdi. Çünki artıq vəziyyət və dövran dəyişmişdi.»[6] Ibni Teymiyyə de‌yir: «Bu, ictihadi bir məsələdir.»

Eləcə də onunla Ibni Məs`ud arasında olan məsələlərin tən‌qidi cavabında yazır: «Hər ikisi öz sözlərində müctehid ol‌duqlarına görə Allah onların həsənələrinə savab verir, günahlarını bağışlayır.»

Başqa yerdə deyir: «Bə`zən imam cəzalandırmaqda ictihad edir və buna görə də mükafat alır. Bu qrup öz əməllərində ic‌tihad etmiş, amma günaha da mürtəkib olmamışdılar, ək‌si‌nə, onlar öz ictihadları müqabilində mükafat alacaqlar. Bu‌na misal olaraq, Əbu Bəkrənin Müğeyrənin əleyhinə ver‌di‌yi şəhadəti qeyd etmək olar. Çünki Əbu Bəkrə saleh bir ki‌şi və müsəlmanların yaxşı adamlarından idi. Allahın ra‌zı‌lığını qazanmaq üçün şəhadət vermişdi və inanırdı ki, onun şəhadətinə Allah tərəfindən mükafat veriləcəkdir.[7] Əgər Osmanın ibni Məs`ud ilə Əmmarı ədəbləndirməsini bu qəbildən hesab etsək, onda heç bir maneəsi olmaz. Əgər bir-birilə vuruşan kəslərin hamısı müctehid olsa və xəta‌la‌rı və səhvləri bağışlansa[8], onda bir-birilə çəkişmədə və düşmənçilikdə olan kəslər bu kimi bəxşişlərə daha la‌yiq‌dirlər!»[9]

O, irad tutularaq deyilən «o, cümə günündə üçüncü azanı ar‌tırmışdır» sözünün cavabında deyir: «Bu, ictihadi məsələlərdəndir.»

Ibni Həcər Heysəmi «Səvaiq» kitabında yazır: «Ibni Məs`ud daim Osmana irad tuturdu, məsləhət bu idi ki, o, iş‌dən götürülsün.[10] Bunu da qeyd edək ki, müctehid ictihadi iş‌lər‌də e`tiraza mə`ruz qalmır, lakin irad tutan bu kobud xa‌siyy‌ətlilərin fəhm qüvvəsi yoxdur, hətta əql qüvvələri be‌lə işləmir.»[11]

O deyir: «Ibni Məs`udun maaşının kəsilməsi və onun qovulması bu irad tutmaların təbii nəticəsi idi. Xüsusilə, onların hər ikisi müctehid idi və onların arasında baş verən işlərə irad tutmaq olmaz.»[12]

O, «Həcc səfərində namazını qəsr əvəzinə bütöv qı‌lır‌dı» iradının cavabında deyir: «Bu, ictihadi bir məsələdir və ona e`tiraz edilməsi də aşkar cəhalət, qəbahət və nadan‌lıq‌dan irəli gəlir. Çünki alimlərin əksəriyyəti inanırlar ki, namazı qəsr qılmaq vacib deyil, caizdir.»[13]



1 «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 4-cü cild, səh.178, Misir çapı, 1329

2 Tezliklə «xəlifə Ömərin ictihadı» bölməsində digər bir halı da qeyd edəcəyik. Ora‌da Peyğəmbəri Əkrəm ¡-in hökmü ictihad adlandırılmışdır. Həmçinin, onla‌rın Peyğəmbər ¡-in ictihadı və bu barədə izahları və cavabları bəyan edil‌miş‌dir. Buna görə də Peyğəmbərin adını yalnız «xüləfa məktəbinin müc‌tehid‌lə‌ri» bəh‌sinin əvvəlində qeyd etmişik. Çünki Əhli-beyt ¢ məktəbinin nəzərinə görə, o həz‌rətdən heç bir ictihad baş verməmişdir.

3 Bax: «Əz-Zəriə», 3-cü cild, səh.351; Əlauddin Əli ibni Məhəmməd Quşçinin yaz‌dı‌ğı «Təcridin şərhi». Onun atası padşahın quşlarını və şahinlərini Mavəraun‌nəhr‌də saxladığına görə Quşçu adlandırılmışdır. Əlauddin Səmərqəndin rəsəd‌xana‌sı‌nın tikilişində iştirak etmiş, Osmanlı sultanı ilə Təbriz sultanı Uzun Həsən ara‌sında barışıq yaratmaq üçün Təbrizə və Istanbula getmişdir və Osmanlı sultanı onun gəlişini əzizləmiş, onu «Aya Sofiya» mədrəsəsinin başçısı tə`yin etmişdi. O, 897-ci hicri ilində həmin yerdə vəfat etmişdir. («Hədiyyətul-arifin», 1-ci cild, səh.736; «Əl-kuna vəl-əlqab», 3-cü cild, səh.77).

3 «Şərhi-Təcrid», Təbriz çapı, 1301-ci hicri-qəməri, səh.407; «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 4-cü cild, səh.183, altıncı çap.

1 «Tarixi Ibni Kəsir», 6-cı cild, səh.323

1 «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 2-ci cild, səh.153, həmçinin 3-cü cild, səh.180-da bu iradın cavabında deyir: «Onun ictihadı belə idi.»

2 Yenə orada, səh.154.

[1] Yenə orada, səh.165

[2] «Şərhi-Təcrid», səh.408

«Şərhi Təcrid», səh.409; «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 1-ci cild, səh.243.

«Minhacus-sünnə», 3-cü cild, səh.203. Əhməd ibni Əbdülhəlim ibni Əbdüs-səlam ibni Əbdüllah ibni Əbul-qasim ibni Teymiyyə Hərrani Dəməşqi Hənbəli (661-728). O, sələfi məktəbinin banisidir ki, onunla müasir olan alimlər onun azğın əqidəyə malik olmasına dair fətva vermiş, hökumət tərəfindən həbsə alınmış və zindana ölmüşdür. Onun tərcümeyi-halı «Tarixi Ibni Kəsir», 14-cü cild, səh.135-də gəlmişdir.

[3] Ey Islamın növhəçisi! Ayağa qalxıb müsibət oxu!

[4] «Minhacus-sünnə», 3-cü cild, səh.203. Əhməd ibni Əbdülhəlim ibni Əbdüs-səlam ibni Əbdüllah ibni Əbul-qasim ibni Teymiyyə Hərrani Dəməşqi Hənbəli (661-728). O, sələfi məktəbinin banisidir ki, onunla müasir olan alimlər onun azğın əqidəyə malik olmasına dair fətva vermiş, hökumət tərəfindən həbsə alınmış və zindanda ölmüşdür. Onun tərcümeyi-halı «Tarixi Ibni Kəsir», 14-cü cild, səh.135-də gəlmişdir.

[5] «Nəhcül-bəlağə»nin şərhi 1-ci cild, səh.233

[6] Mən bilmirəm: Görəsən, Müğeyrənin barəsində və dörd nəfər şahidin onun Ümmü-Cəmilə ilə zina etməsi barəsində nə deyirlər?! Onu da Peyğəmbərin səhabəsi olduğuna görə müctehid və savab qazanan hesab edirlərmi?!

[7] Hətta onların ictihadları Allahın kitabı və Peyğəmbərin sünnəsi ilə müxalif olsa da belə?!

[8] «Mihacus-sünnə», 3-cü cild, səh.193. Göründüyü kimi, Ibni Teymiyyənin Osmanı müdafiə etmək məqsədilə səhabələrin ictihadını misal gətirməsi «müsadirə be mətlubdur» (müddəanı eynilə dəlil kimi qəbul etməkdir)

[9] Yenə orada, 3-cü cild, səh.204.

[10] Kimin məsləhəti? Ibni Məs`udun məsləhəti, yoxsa Bəni-Üməyyənin və ya müsəlmanların məsləhəti?!

[11] «Əs-səvaiqul-muhriqə», Ibni Həcər, Şəhabuddin Əhməd ibni Məhəmməd ibni Əli ibni Həcər Misri Heysəmi Ənsari (909-974) Qahirə çapı, 1375-ci h.q ili, səh.111

[12] Yenə orada, səh.112

[13] Yenə orada, səh.113.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İşğalçı Səudiyyə rejimi Yəmənin taxıl daşıyan maşın karvanın bombaladı
Ömər ibni Əbdül-Əzizin dövründə
Nigeriya xalqı Şeyx Zəkzəkini azadlığı uğrunda sülhməramlı aksiyalara davam ...
"Boko-Haram" Kamerunun iki kəndinə basqın edib, 10 sakini öldürüb
Olimpiya oyunlarında ilk dəfə Hicabla iştirak edəcək ABŞ idmançısı
İran İslam Respublikası 75 minlik Sünni Məscidini inşa edir
Qəzzədə İŞİD-ə bağlı sələfi şeyxi həbs olundu
Diyarbəkirdə 100 minlərlə Müsəlman İslam Peyğəmbərini (s) təhqir edənlərə ...
Suriyada Parlament Seçkiləri işə başladı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İrana səfər edəcək

 
user comment