Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Əvvələ qayIdIş

Əvvələ qayIdIş

Xüləfa məktəbində Peyğəmbər ¡ hədisinin yazılıb ya‌yıl‌masının qadağan edilməsi ikinci hicri əsrinə qədər davam etdi. Bu da onlar tərəfindən «islami hökmlərdə şəxsi rə`yə və ictihada əməl etmə» adlı bir bölmənin açılmasının əsas səbəbi oldu. Elə bir ictihad ki, bə`zən Peyğəmbər ¡ sünnəsinin müqabilində qərar tuturdu. Biz Allahın köməyi ilə sonrakı fəsildə bu məsələni araşdıracağıq.

ÜÇünCü fəsil

IKi məKtəbin fiqh və iCtihad barəsindəKi nəzərləri

1) Xüləfa məktəbində ictihad mə`nasının dəyişikliyinin keçdiyi yol;

2) Ictihada ad qoyma mərasimi;

  • 3) Xüləfa, səhabə, tabeindən olan müctehidlər və onların ictihad etdikləri hallar;

4) Xüləfa məktəbinin birinci əsrdəki müctehidləri və onların ictihad etdiyi şeylər:

a) Peyğəmbəri Əkrəm ¡-in ictihad etdiyi yerlər;

b) Iki xəlifə - Əbu Bəkrlə Ömərin ictihad etdiyi yerlər.

5-Əbu Bəkrlə Ömərin xüms barəsindəki xüsusi ictihadı;

6-Xəlifə Ömərin həcc müt`əsi və müvəqqəti izdivac barəsindəki xüsusi ictihadı;

7-Ikinci əsrdən sonra ictihad, onun həqiqəti və dəyi‌şik‌liyə uğraması, ona əməl etməyin düzgünlüyünün dəlilləri.

 

Müqəddimə

«Fiqh» və «ictihad» kəlməsi son əsrdə bir-birilə elə qa‌rış‌mışdı ki, onların arasında fərq qoymaq kifayət qədər araş‌dırma aparmadan müyəssər deyildi. Buna görə də biz əv‌vəl‌cə xüləfa məktəbində «ictihad» kəlməsini araşdırır, da‌ha sonra Əhli-beyt məktəbində «fiqh» və «ictihad» barəsin‌də‌ki nəzəriyyələrini bəyan edəcəyik. Inşallah!

Xüləfa məKtəbində iCtihad mə`nasInIn dəyişiKliyə uğrama yolu

Ictihad və müctehid istilahı səhabə və tabein əsrindən uzun illər sonra yaranmış istilahlardır. Səhabə və tabein əh‌kamları öz şəxsi nəzərləri əsasında dəyişdirməyi tə`vil ad‌lan‌dırırdılar. Belə ki, Peyğəmbəri Əkrəm ¡-in iş‌çi‌si Malik ibni Nüveyrənin qətlə yetirilməsi hadisəsində Xalid ibni Vəlid Əbu Bəkrə demişdi: «Ey Rəsulullahın xəlifəsi! Mən tə`vil etdim, düz və səhvə yol verdim.» Əbu Bəkr də Ömərin dediyi «Xalid zina etmişdir, onu daş-qalaq et!» - sözünün cavabında demişdi: «Mən onu daş-qalaq etməyə‌cə‌yəm, çünki o, tə`vil etmiş və səhvə düşmüşdür!»[1]

Həmçinin, Zühərinin Ürvədən, onun da Ayişədən nəql et‌di‌yi bir rəvayəti də qeyd etmək olar. O deyir: «Vacib namaz əv‌vəl‌də iki rəkətli idi ki, bu iki rəkət səfərdə sabit qaldı, lakin həzərdə (səfərdə olmayan hallarda) namaz tamam‌dır.» Zühəri deyir: Ürvəyə dedim: «Bəs nə üçün Ayişə səfərlərdə namazlarını tamam qılırdı?» Dedi: «Osmanın tə`vil etdiyi kimi, o da tə`vil etmişdir.»[2]

Ibni Həzm «Əl-fəsl» kitabında yazır: «Əbul Ğadiyənin əli ilə qətlə yetirilən Əmmar Bey`əti-Rizvanda iştirak edən, Al‌lah-taalanın qəlblərinin paklığına şəhadət verdiyi, qəlb‌lə‌rinə aramlıq əta etdiyi və onlardan razı olduğu şəxs‌lər‌dən‌dir. Əbul-Ğadiyə mütəəvvil (tə`vil edən) və müctehid oldu‌ğu‌na görə səhv üzündən ona zülm etdi, hətta onun özü də (bu qətl işinə görə) əcr və savab qazanacaqdır - bir əcr. O, Os‌ma‌nın qatilləri kimi deyildir, çünki onlar üçün onu öldür‌mək barədə ictihad etməyə macal yox idi.»[3]

Ibni Həcər, Əbul-Ğadiyənin tərcümeyi-halında yazır: «Bi‌zim bütün bu müharibələrdə səhabə barəsindəki nəzərimiz bu‌dur ki, onlar tə`vil və ictihad etdilər, səhvə yol verən müc‌te‌hid də savab qazanır. Əgər bu qayda camaatın ayrı-ayrı fərd‌ləri barəsində sübuta yetərsə, onda sənin barəndə sözsüz ki, sübuta yetər.»[4]

Ibni Həzm «Əl-mühəlla» kitabında, Ibni Türkmani də «Əl-cövhərün-nəqiyy» kitabında yazır: Ümmət üzvlərində heç biri şəkk etmir ki, Əbdür-Rəman ibni Mülcəm Əlini qətlə yetirməkdə mütəəvvil və müctehid olmuşdu. O, belə təsəvvür edirdi ki, düz yola gedir. Buna görə də Imran ibni Həttan onun barəsində deyir:[5]

ياَ ضَرْبَةً مِنْ تَقِيٍّ مَا اَرَادَ بِهَا               اِلَّا لِيَبْلُغَ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا

اِنِّي لَاَذْكُرُهُ يَوْمًا فَاَحْسبُهُ                   اَوْفَى الْبَرِيَّةِ عِنْدَ اللّهِ مِيزَانًا

Şeyx Əbdül-Lətif «Səvaiq» kitabının haşiyəsində yazır: «Əli‌nin dövründə olan bütün səhabələr - istər onunla yana‌şı olsunlar, istərsə onun əleyhinə, istərsə də hər iki ordu‌dan çəkilib bitərəf mövqe seçsinlər - hamlıqla müctehid idilər və öz əməlləri ilə ədalətdən xaric olmurdular.»[6]

Ibni Kəsir Yezidin barəsində yazır: «Bizim alimlərimiz onun yaramaz işlərini belə yozmuşlar ki, o tə`vil və ictihad etmişdir. Həmçinin, demişlər: Bununla yanaşı, o, fasiq bir imam idi, amma heç vaxt işdən götürülməməli idi... Onun əleyhinə qiyam etmək də caiz deyildir.» Amma bə`zilərinin dediyi «Yezid Mədinə əhlinin hadisələrindən və Hirrə vaqi‌ə‌sin‌də baş verən faciələrdən agah olduğu zaman şiddət‌lə se‌vinc hissi keçirmişdi» - sözünə gəldikdə isə, onun səbəbi bu idi ki, o özünü imam bilirdi, Mədinə əhli isə onun ita‌ə‌ti dairəsindən çıxmış, başqasını özlərinə əmir seç‌miş‌di‌lər, onun da haqqı var idi ki, onlarla vuruşsun, onları öz itaətinə keçirməyə vadar etsin və camaatla eyni olsunlar.»[7]

Birinci xəbərdə qeyd olundu ki, o iki səhabə - Xalid ib‌ni Vəlid və xəlifə Əbu Bəkr, Malik ibni Nüveyrəni öldür‌mək və onun həyat yoldaşı ilə zina etməyi tə`vil adlan‌dır‌mış‌lar. Ikinci rəvayətdə də tabeindən olan Ürvə ibni Zübeyr Ayi‌‌şənin işini - rəvayət etdiyinin əksinə, olaraq namazını sə‌fər‌də bütöv qılmasını tə`vil adlandırırdı. Halbuki, Os‌man da belə etmişdi.

Neçə əsrlər keçdikdən sonra görürük ki, Ibni Həzm (456-cı ildə vəfat edib) Əmmarın qatili olan Əbul Ğadiyəni mü‌təəvvil və müctehid adlandırır və onun yalnız bir savaba nail olacağını iddia edir!

Ondan sonra həm o, həm də Ibni Türkmani Hənəfi (750-ci il‌də vəfat edib) Imam Əli TM-ın qatili ibni Mülcəmi də tə`vil‌çi müctehid adlandırmışlar.

Ondan sonra ibni Həcər (852-ci ildə vəfat edib) o müha‌ri‌bədə iştirak edən bütün səhabələri mütəəvvil və müctehid ki‌mi təqdim edərək deyir: «Səhvə yol verən müctehid bir sava‌ba layiq görülür!»

Beləliklə, əvvəlcə şəxsi rə`y və nəzərə əməl etməyi tə`vil ad‌lan‌dırırlar. Daha sonra onu ictihad adlandırır, daha son‌ra xüləfa məktəbinin alimləri səhabələrə və xəlifələrə tabe ola‌raq bu ictihad qapısını (şəxsi rə`yə və nəzərə əməl et‌mə‌yi) öz üzlərinə açmış və onun üçün müəyyən qayda-qanunlar tə`‌yin etmiş, hər birinə də xüsusi ad qoymuşlar. Üsul elminin mü‌əy‌yən bablarını ona məxsus etmiş, özlərindən düzəlt‌dik‌ləri bu qayda-qanunlara və onların əsasında hökmlərin əldə edilməsini də ictihad, bu yolu ötənlərə isə müctehid adı vermişlər. Halbuki, din elminin şər`i istilahı fiqh, onun yolunda hərəkət edənə isə fəqih deyilir. Indi yaxşı olar ki, aşağıda qeyd olunan üç mövzunu araşdıraq:

1-Ictihad adının qoyulması;

2-Birinci əsrin müctehidləri və onların ictihad etdikləri şeylər;

3-Ikinci əsrdən sonrakı dövrlərdə ictihad və səhabələrin əməlinə istinadən islami hökmlərin əldə edilməsi.

2-ICtihad adInIn qoyulmasI

Tə`vilin lüğətdəKi və şəriətdəKI mə`nasI

Sə`ləb adı ilə məşhur olan Əbül-Abbas Əhməd ibni Yəhya (291-ci ildə vəfat edib) deyir:

التاويل، والمعنى، والتفسير، بمعنى

«Tə`vil, mə`na və təfsir etmək - hamısı eyni bir mə`na daşıyır.»[8]

Covhəri isə (396-cı ildə vəfat edib) deyir:

التاويل، تفسير ما يؤول اليه الشي ء وقد اولته، وتاولته تاولا، بمعنى

«Tə`vil - bir şeyin təfsir olunmasıdır ki, mə`na da ona qayıdır.»[9]

Rağib (502-ci ildə vəfat edib) deyir:

التاويل من الاول اي الرجوع الى الاصل، ومنه الموئل للموضع الذي يرجع اليه، ومعنى التاويل في اللغة، رد الشي ء الى الغاية المرادة منه، وقد ورد في القرآن الكريم بهذا المعنى

«Tə`vil - əv-və-lə maddəsindən olub əslə qayıtmaq mə`na‌sı‌nı verir, müəvvəl, yə`ni qayıdış yeri də bu maddədəndir. Tə`‌vil sözünün lüğətdəki mə`nası bir şeyi nəzərdə tutulan hədə‌fə qaytarmaqdır ki, Qur`ani Kərimdə və aşağıdakı ayələr‌də də həmin mə`naya gəlmişdir.

وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ

"Allahdan və elmdə dərin biliyə sahib olanlardan başqa onların (mü‌tə‌şabeh ayəl

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment