Azəri
Friday 29th of March 2024
0
نفر 0

Lüğətdə iCtihad

5-ICtihad

1-Lüğətdə iCtihad

Ibni Əsir deyir:

اَلْاِجْتِهَادُ بَذْلُ الْجَهْدِ فِي طَلَبِ الْاَمْرِ، وَهُوَ اِفْتِعَالٌ مِنَ الْجَهْدِ الطَّاقَةُ

"Ictihad – iftial vəznində olub bir şeyi əldə etmək üçün çalışmaq mə`nasına olan cəhd kökündən alınmışdır."[1]

Bu kəlmə Peyğəmbəri Əkrəm ¡-in və səhabələrinin döv‌‌ründə, birinci hicri əsrinin sonuna qədər həmin mə`nada iş‌‌lənmişdir. Belə ki, Peyğəmbəri Əkrəm ¡-in belə bu‌yur‌‌duğu nəql olunur:

اَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِي الدُّعَاءِ فقمن اَنْ يُسْتَجَابَ لَكُمْ

"Amma səcdəyə gəldikdə isə, onun dualarında çalışın ki, sizin üçün müs‌təcab olması layiqdir."[2]

Yenə buyurur:

صَلُّوا عَلَيَّ وَاجْتَهِدُوا فِي الدُّعَاءِ

"Mənə salavat göndərin və dua etməkdə çalışın!"[3]

Yenə buyurur:

فَضْلُ الْعَالِمِ عَلَى الْمُجْتَهِدِ مِائَةُ دَرَجَةٍ

"Alimin müctehidə (ibadət yolunda çalışana) olan dərəcəsi 100 də‌rə‌cədir."[4]

Məhəmməd Qərzi deyir:

كَانَ فِي بَنِي اِسْرَائِيلَ رَجُلٌ فَقِيهٌ عَالِمٌ، عَابِدٌ مُجْتَهِدٌ

"Bəni Israil qövmü arasında fəqih, alim, müctehid (icti‌had‌lı), abid və çalışqan bir kişi var idi."[5]

Ayişənin belə dediyi nəql olunur:

وعن عائشة K كَانَ رَسُولُ اللّهِ يَجْتَهِدُ فِي الْعَشْرِ الْاَوَاخِرِ مَا لاَيِجْتَهِدُ فِي غَيْرِهِ اَيْ يَجْتَهِدُ فِي الْعِبَادَةِ

"Peyğəmbəri Əkrəm ayın üçüncü on günlüyündə elə çalı‌şır‌‌dı ki, ondan başqa vaxtlarda belə çalışmırdı.-Yə`ni Pey‌‌ğəmbər ¡ ibadətdə çalışırdı."[6]

Təlhə Peyğəmbəri Əkrəm ¡-lə müasir olan iki nəfə‌rin barəsində belə deyir:

وَفِي حَدِيثِ طَلْحَةَ عَنْ رَجُلَيْنِ عَلَى عَهْدِ رَسُولِ اللّهِK كَانَ اَحَدُهُمَا اَشَدَّ اجْتِهَادًا مِنَ الْاخَرِ...

"Onlardan biri digərindən daha artıq çalışırdı, o çalış‌qan şəxs şəhid oluncaya qədər çalışdı."[7]

Əbu Səidin belə dediyi nəql olunur:

كَانَ رَسُولُ اللّهِ (ص ) اِذَا حَلفَ وَاجْتَهَدَ فِي الْيَمِينِ قَالَ...

"Peyğəmbəri Əkrəm ¡ hər vaxt peyman bağlasaydı və peymanda çalışsaydı, buyurardı... "[8]

Bəni Müstələq qəzvəsində Əbdüllah ibni Übeyin barəsində belə qeyd olunur:

فَاجْتَهِدْ بِيَمِينِهِ مَا فَعَلَ

"O çalışır və and içirdi ki, heç bir iş görməmişdir."[9]

Ümmi Harisənin Peyğəmbər ¡-dən oğlu Harisənin ta‌‌leyi barəsində sual etməsi ilə əlaqədar qeyd olunur ki, o be‌lə demişdir:

اِنْ كَانَ فِي الْجَنَّةِ صَبَرْتُ، وَاِنْ كَانَ غَيْرَ ذَلِكَ اجْتَهَدْتُ عَلَيْهِ فِي الْبُكَاءِ

"Əgər behiştdə olsa, səbir edərəm; əgər başqa yerdə olsa, ona daha çox ağlamaqda çalışaram."[10]

Yuxarıda qeyd olunanlardan və saysız-hesabsız digər rəva‌yət‌‌lərdən aydın olur ki, birinci hicri əsrində ictihad kəl‌mə‌‌sindən insanların başa düşdüyü sadəcə olaraq sə`y etmək, ça‌‌lış‌maq və fəaliyyət göstərməkdən ibarət idi. Bu mə`na daha son‌‌ra Islam cəmiyyətlərində dəyişikliyə uğradı və müsəl‌man‌la‌‌rın istilahında şəriətin fər`i hökmlərini onun təfsili də‌‌lil‌lərindən əldə etmək və kəşf etmək mə`nasını özünə al‌dı.



[1] «Nihayətül-lüğət», cə-hə-də maddəsi.

[2] «Səhihi-Müslüm», səlat kitabı, hədis:207; «Müsnədi-Əhməd», 1-ci cild, səh.219.

[3] «Sünəni Nəsai», 1-ci cild, səh.190; «Müsnədi-Əhməd», 1-ci cild, səh.199.

[4] «Sünəni Darəmi», müqəddimə, 1-ci cild, səh.100.

[5] «Əl-Müvəttə», Malik, cənaiz kitabı, hədis:43.

[6] «Səhihi-Müslüm», e`tikaf kitabı, hədis:8; «Sünəni Ibni Macə», hədis:1767.

[7] «Sünəni Ibni Macə», rö`ya kitabı, hədis:3925; «Müsnədi-Əhməd», 1-ci cild, səh.163, 2-ci cild, səh.323, 363, 6-cı cild, səh.82, 123, 256, 5-ci cild, səh.40.

[8] «Müsnədi-Əhməd», 3-cü cild, səh.33 və 48.

[9] «Səhihi-Buxari», 3-cü cild, səh.136 «Səhihi-Müslüm», münafiqin kitabı, hədis:1; «Müsnədi-Əhməd», 4-cü cild, səh.373.

[10] «Səhihi-Buxari», cihad kitabı, 2-ci cild, səh.92; «Müsnədi-Əhməd», 3-cü cild, səh.260 283.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment