Azəri
Friday 19th of April 2024
0
نفر 0

MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ

MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ

BİRİNCİ FƏSİL

ƏRƏBİSTANIN COĞRAFİ MÖVQEYİ, İSLAMDAN ƏVVƏL İCTİMAİ VƏ SİYASİ DURUMU

Ərəbistan və ya Ərəbistan yarmadasının qurluşu düzbucaqlı kvadrat şəklində olub cənub-qərbi Asiyanın ən ucqar nöqtəsində yerləşir. Şimalda 12-32 dərəcəli coğrafi en dairəsində, 35-600 şərqi uzunluq dairəsində Afrika ilə Asiya arasında yerləşir. Ölkənin sahəsi (iki milyon) 2000000 km2 çatır. Ərəbistan şimaldan İordaniya və İraq ilə həmsərhəddir. Şəqdən İran körfəzi, Oman dənizi və Ərəb dənizi ilə həmsərhəddir. Cənubdan Ədən körfəzi, qərbdən isə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Göründüyü kimi, Ərəbistan üç tərəfdən beş dəniz vasitəsi ilə əhatə olunmuşdur. Yalnız şimaldan sərhədləri quru torpaqdır. Bununla belə, bu ölkənin daxili hissəsi canlı aləmin yaşayışı üçün zəruri olan sudan demək olar ki, məhrumdur. Belə bir geniş ölkədə üzərində yük daşınması mümkün ola biləcək bir çay yoxdur. Yalnız Həcər vadisində (Yəməndə yerləşir) uzunluğu 100 km-ə çatan bir çay axır.

Sina yarmadasından başlayaraq Qırmızı dəniz boyunca İran körfəzinə çatan hündür sıra dağlar vardır. Bu dağların yamacı böyük və kiçik dərələrlə əhatə olunmuşdur ki, onu vadi adlandırırlar. Bu vadilərin əhəmiyyətlisi Sirhan, Rummə, Dəvasir və Həzrə-movtdan ibarətdir. İslamdan qabaq bu vadilər, o cümlədən Sirhan ticarət yolu olmuşdur. Bə’zi məntəqələr istisna olmaqla, Ərəbistanın böyük sahilləri yosunlar və təbii maneələrlə doludur ki, bu da gəmilərin sahilə yan almasına maneə törədirdi. Möhkəm divar kimi Ərəbistanı əhatə etmiş dağları aşaraq onun daxilinə girdikdən sonra yenidən maneələrlə üzləşirsən. Belə ki, onun şimalında Fələstindən başlayaraq İraqın cənub-qərbinə qədər uzanan Badiyətüş-şam düzənliyidir. Bu düzənliyin cənubunda Nəfud adlı bir səhra uzunır ki, sahəsi 70000 km2 olan narın qumla örtülmüşdür. Əsən küləklər qum topalarını oradan buraya, buradan oraya sovuraraq qədimdə yolu tapmaqda çətinlik yaradırdı. Bu yarmadanın cənubundan şərqə doğru ərazisində yeni bir səhra vardır. Rüb’ul-xali (yə’ni dörddə biri boşluq) adlanır ki, bu gündə boşdur. Bu səhranın ümumi sahəsi 5000000 km2-ə çatır ki, demək olar yer kürəsinin ən geniş və quru boş səhrasıdır. Rüb’ul-xali səhrası ilə Nəfud səhrası arasında Dəhna adlı bir səhra da vardır ki, narın qumla örtülmüşdür. Belə təbii manelərin olmasına görə Ərəbistan yarmadası min illər boyu adı çəkilməyən sakit bir ölkə olmuşdur. Şübhəsiz ki, islam dini burada meydana gəlib digər ölkələrə yayılmasaydı, Ərəbistan keçmişdəki kimi kənarda qalmış bir ölkə olardı və ya onunla heç kim maraqlanmazdı. Bununla belə, təsəvvür olunmasın ki, islamdan əvvəl bu nahiyədə abadlıq, inkişafdan əsər-əlamət olmamışdır. Qarşıda qeyd edəcəyik ki, bu ölkənin yararlı hissəsi, yə’ni cənubu abad olmuş və orada dövlətlər təsis edilmişdir. Həmçinin digər nahiyələrdə də mədəniyyətin inkişafı (naqis olsa da belə) olmuşdur.

Bu yurdun sakinlərini ərəb adlandırırlar. “Ərəb sözünün mə’nası nədir”, “hansı dövrdə oranın əhalisi ərəb adlandırılmışdır” və “onlar bu torpaqlara haradan gəlmişlər” bu və ya digər məsələlər barəsində hələ də alimlər arasında ixtilaf vardır. İslam dövründə toplanmış hekayələrin bə’zilərinə görə, bu xalqın əcdadlarının adı Yə’rəb ibni Qəhtan olmuşdur. Və onun övladları ərəb adlandırılmışlar. 4-ci hicri (11 miladi) əsrin böyük alimi ibni Nədim Bəğdadi “Əlfehrest” kitabında ibni Əbi Səiddən nəql edir: İbrahim (ə) dayıları Curhum ilə birlikdə olan İsmayılın övladlarına nəzər salaraq İsmayıldan soruşdu: Bunlar kimlərdir? Dedi: Mənim övladlarım və dayılarımdı. Dedi: (Ə’rib ləh) onları bir-biri ilə evləndir. Assuriya padşahı üçüncü Şəlmənsərdə dövründən qalmış kitabəyə – onun üzərində həmin padşahın badiyətuş-şamdakı döyüşləri barəsində mə’lumat vardır - ərəb sözünə rast gəlirik. Bə’zi Avropa islamşünasları bu sözün kökünü hərəkət və keçid mə’nası verən bir sözdən alındığını qeyd edirlər. Bu sözə təəssüblük və ya gümanla verilən bə’zi mə’naları burada gətirməyi lazım bilmədik. Ancaq bir şey çox gözəl aydındır ki, Qur’ani-kərimdə Ərəbistan yarmadasının bütün sakinlərinə ərəb deyilmişdir. Deyilənlərə görə şəhər sakinləri ərəb, çöldə və səhrada yaşayanlar isə ə’rab adlanırlar.

İslamdan bir neçə əsr qabaq yarmadanın əhalisi iki dəstəyə bölünüb – xalis və qeyri-xalis ərəb. Cənub nahiyəsində yaşayan əhali özlərini Qəhtanın oğlu Yə’rəbin nəslindən bilirlər ki, o da öz növbəsində Nuh peyğəmbərin beşinci övladıdır. Ancaq mərkəz və şimalda yaşayan əhali özlərini Ədnanın nəslindən sayırlar ki, o da İsmayılın nəvələrindən biri olub. Keçmiş tarixçilər Qəhtaniləri xalis, Ədnaniləri isə qeyri-xalis ərəb hesab edirdilər. Qəhtanilər və Ədnanilər uzun zamandan bəri bir-biri ilə daim münaqişədə olublar və bir-birlərinə həqarət gözü ilə baxıblar. Peyğəmbərin hicrətinin və müsəlmançılığın faydasından idi ki, Qəhtani və Ədnani bir-biri ilə qardaş oldular. Ancaq təəssüflər olsun ki, bu vəhdət çox uzun sürməyib. Ərəb etimoloqları bir dəstə ərəblərin də adını çəkirlər ki, onların artıq nəsli kəsilmişdir. Onlar Ad, Səmud, Ta-sin-mim, Cədis, Əmim, Casim və Əbil qəbilələrindən ibarət olublar.

COĞRAFİ VƏZİYYƏTİ

Ərəbistan ərazisi həm coğrafi enə, həm də iqlim şəraitinə görə müəyyən hissələrə ayrılır. Coğrafi baxımdan beş hissəyə bölünür:

1.Təhamə – Qırmızı dənizin sahilində yerləşən Yənbu’dan başlayaraq Nəcrana qədər uzanan düzənlik bir ərazini əhatə edir. Bura çox isti olduğuna və külək əsmədiyinə görə belə adlanmışdır.

2.Hicaz – Mə’nası mane deməkdir. Hicaz Yəmənin şimalı ilə Təhamənin şərq tərəfində yerləşib onları bir-birindən ayırır. Buna görə də o əraziyə belə bir ad verilib. Bu əyalətdə olan vadilərin arasında dağlar vardır ki, onların bə’zilərinin hündürlüyü 2 km-dən çoxdur.

3.Nəcd – Cənubdan Yəmənə, şimaldan isə badiyətüs-səmavəyə qədər uzanır. Ərazisi hündür olduğuna görə ona bu ad verilmişdir.

4.Yəmən – Cənubda Nəcddən Hind okeanına qədər, qərbdə isə Qırmızı dənizə qədər uzanan bir ərazidir.

5.Əruz – Onun mə’nası mane deməkdir. Bu ərazi Yəmamə, Oman, Bəhreynə şamil olunur. Bu ərazi Yəmən, Nəcd və İraqın arasında yerləşdiyinə görə belə adlandırılıb.

İctimai yaşayış baxımından da Ərəbistan bir neçə əraziyə bölünür. Qeyd olunduğu kimi, ardıcıl yağışların yağması və suyun bol olan nahiyəsi yalnız bu yarmadanın cənub hissəsindədir. Beləliklə bu yarmadada yaşayışı coğrafi vəziyyət müəyyənləşdirir. Coğrafi vəziyyəti də öz növbəsində suyun olub-olmaması müəyyən edir. Suyun azlığı və bolluğu şimalda və cənubda yaşayan insanların, hətta heyvan və bitkilərin yaşayış tərzini bir-birindən fərqləndirir. Cənubda suyun və yağışın bol olması əkin sahələrinin və ümumilikdə kənd təsərrüfatı məhsulunun və əhalinin sıxlıq təşkil etməsini çatdırır. Əhalinin çox sıx halda yaşadığı ərazidə təbiidir ki, daim yaşayış yerləri tikilməsinə ehtiyac duyulur. Nəticədə isə kəndlər və şəhərlər meydana gəlir. Cəmiyyətin sıx yaşadığı bir ərazidə insanların bir-birilə ünsiyyət və əlaqə yaratması zəruridir. Bu əlaqələrdən qayda-qanunun sadə və ibtidai şəkildə olsa belə, meydana çıxması zərurətdir. Qanun ilə hökumət qurulması bir-birinə bağlı iki əsasdırlar. Elə buna görədir ki, hələ eramızdan yüz illər qabaq yarmadanın cənubunda dövlətlər meydana gəlmiş, müəyyən mədəniyyət və inkişafa malik olmuşlar. Burada yaşayan xalqın məşğuliyyəti kənd təsərrüfatı və ya ticarət oluşdur. Minik vasitəsi at, yetişdirdikləri məhsul isə gündür (ətirli bitkidir) olmuşdur ki, qədimdə Misir mə’bədlərində və Avropada işlədilmişdir. Yuxarıda saydıqlarımızın hər üçü zəriflik və rahatçılıq nümunəsidir. Ancaq yarmadanın içəri hissəsi sudan demək olar ki, məhrum idi. Buna görə oranın əhalisi həmişə köçəri halda yaşamış, bir başqa yerə köçmüşlər. Təbiidir ki, belə olan halda onların daimi yaşayış yerləri olmamışdır. Əlbəttə onların müvəqqəti qurduqları mənzillər yüngül və daşınması asan olan vasitədən ibarət olmuşdur. Belə bir şəraitdə yüklərin daşınmasında dözümlü heyvandan istifadə olunub. Daimi yaşayış yeri olmadıqda və əhali cəmiyyət və ya kütləvi şəkildə yaşamadıqda təbidir ki, orada hər hansı bir qanun, hökumət, mədəniyyət və inkişaf barəsində söz gedə bilməz. Bu ərazinin hətta heyvanları və bitkiləri də o şəraitə uyğun olmalıdır. Bu məntəqənin adamı səhraları dolaşan “bədəvi insanlar” heyvanları isə dəvədir. Belə ki, dəvə on yeddi gün susuz yaşaya bilər. Bə’zi vaxtlarda səhrada susuz qalan dəvə sahibi onu öldürüb boğazının aşağı hissəsində yerləşən tuluğundan su içə bilir. Səhrada uzun yolu qət etmək üçün dəvənin sür’əti atın sür’ətindən üç dəfə artıq olur. O hətta özü ilə 170 kq yük də götürə bilir. O torpağın insanı bədəvidir. Bədəvi bir neçə xurma və ya xurmanın dənəsi ilə, bir sözlə azacıq yeməklə öz güzəranını keçirə bilir. Ona görədir ki, deyiblər bədəvi dəvə üçün bir əngəl, dəvə isə səhra gəmisidir. Oranın meyvəsi isə xurmadır ki, susuzluğa dözümü vardır. Səhrada böyük tikan kolları yetişir ki, dəvənin əsas yeməyini təşkil edir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ...
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

 
user comment