Azəri
Monday 12th of April 2021
128
0
نفر 0
0% این مطلب را پسندیده اند

Ədalətə iqtisadi cəhətdən baxış:

3. Ədalətə iqtisadi cəhətdən baxış:

İqtisadi ədalət, xüsusi malikiyyət hüququnun qanunlaşmasıdır. İqtisadi qanunlar, idarə və iş sistemləri, iqtisadi yoxsulluğun qabağını almaq, sərmayələrin hədərsiz toplanması, istehsal, ixrac və idxalın tənzimlənməsi, alış-verişin uyğunlaşması, məhsulların bölünməsi, hüquqların düzəlməsi və s ədalətə uyğun icra edilməlidir.

Dövlət səlahiyyətinə görə heç kimin haqqına təcavüz etmədən iqtisadi ədaləti dəqiq və düzgün ölçülərlə icra etməlidir. Dövlət bütün gücü ilə yoxsulluqla mübarizə etməli və münasib hüququn olmamazlığına son qoymalıdır. Cəmiyyəti yoxsulluqdan xilas etməlidir. İş yerləri, quruculuq işləri, zavodlar yaradıb, şəriətə uyğun tədbirlər görməklə yoxsulluğun, işsizliyin, bahaçılığın və bəyənilməz fasilələrin qabağını almalıdır.

4. Ədalətə ictimai cəhətdən baxış:

İctimai ədaləti bir neçə cəhətdən təhlil etmək mümkündür.

a) Düzgün qanunlar insanların rabitəsini və onların dövlətlə əlaqələrini ədalət və haqq əsasında qurur. İnsanlar, qanunların icrasına nəzarət etmə hüququna malikdirlər. Quran ayəsinə əsasən: “Mömin kişilər və qadınlar bir-birlərinə dostdurlar. İnsanları düzgün işə dəvət edir və pis işdən uzaqlaşdırırlar.” İnsanları yaxşılığa dəvət etməli və çirkinliklərdən uzaqlaşdırmalıdırlar. Onlar belə bir nəzarəti öhdələrinə almalıdırlar. Bundan əlavə layiq qurumun bərpası üçün bir-biri ilə həmkarlıq etməlidirlər.

b) Bütün insanlar qanun, iman və vicdan səsinə qulaq asıb, ədalət üsullarını bütün sahələrdə özləri və digərləri arasında icra etməlidirlər. Belə ki, cəmiyyət və şəxs hər bir insan tərəfindən amanda olmalıdır. İnsanlar bir-birinə qarşı yaxşı güman etməli, xəyanət cəmiyyətdən silinməli və heç olmazsa azalmalıdır.

v) Dövlət belə işlərdə insanlarla addım atmalı və şərik olmalıdır. Bu yolda müxtəlif üsullar icra etməli və cəmiyyəti daha dəqiq nəzarətçi olmağa təşviq etməlidir. Təlim və tərbiyə də öz təsir edici qüvvəsi ilə insanları ayıq və agah saxlamalıdır. Cəmiyyət təlim və tərbiyə nəticəsində məsuliyyətli olmalı və digərlərin hüququna təcavüz etməkdən qorunmalıdırlar.

İctimai ədalət digər cəhətlərdə də özünü göstərir. Məsələn, təlim və tərbiyə sahəsində ədalətin icrası. Elm və təhsil hamı üçün azad olmalıdır. Qanunun, elm və təhsilin inhisarını ləğv etməlidir. Bundan əlavə icra məqamında da istedadlı şəxslərin elmi tərəqqiləri üçün azad meydan və şərait yaradılmalıdır. Nəticədə insanlar öz zamanları ilə ayaqlaşmalı və irəliləməlidirlər. Allahın insanlara bəxş etdiyi istedadlardan lazımınca istifadə edilməlidir. Təlim, tərbiyə və işgüzarlıq, ibadət hesab edilməlidir. Məktəblərin və universitetlərin təsisi maddi mənfəətlərin toplanması üçün olmalıdır.

Beləliklə, mütləq ədalətin bərpası yolunda, ədalətin müxtəlif cəhətləri bütün sahələrdə təmin edilməlidir.

Hamıdan əhəmiyyətli əqidə və düşüncə ədalətidir. Əqidə və düşüncədə ədalət hər bir şeyin əsası və mütləq ədalətin əsas şərtidir.

Qeyd etmək lazımdır ki, adil hakimin zamanında dünyaya göz açdım. Hədisinin Peyğəmbərə nisbət verilməsi isbat edilməmişdir. Hədis alimləri bu hədisi saxta hədislərdən hesab edirlər. Müxtəlif şahid və qərinələr də hədisin zəifliyini təsdiq edir.

Xüsusi malikiyyət hüququnun qanunlaşması, dövlətin malikiyyəti ilə zidd deyildir. Məsələn, dövlətə məxsus ərazilər və ya dövlətin şəriətə uyğun abadlaşdırdığı və qurduğu yerlər. Beləlikləxüsusi malikiyyət hüququndan məqsəd inhisar deyil, yalnız məsələnin əhəmiyyətinə varmaqdır.

Tövbəsurəsi, 71-ci ayə.

128
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xoşbəxtlik axtaran kişilərə tövsiyələr
Milli Şura və Müsavat partiyası birgə mitinq keçirdi
ALLAH ÖVLİYALARININ QORXUSU
YUXUDA DA ALLAHI YAD ETMƏK
Həzrəti Fatimənin (s.ə) şəhadəti
TƏƏCCÜB DOĞURAN İXLAS
QURANDA NÜMUNƏVİQIZ VƏ OĞLAN
RUHUN SAFLAŞDIRILMASI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
XÜSUSİYYƏTLƏR

latest article

Xoşbəxtlik axtaran kişilərə tövsiyələr
Milli Şura və Müsavat partiyası birgə mitinq keçirdi
ALLAH ÖVLİYALARININ QORXUSU
YUXUDA DA ALLAHI YAD ETMƏK
Həzrəti Fatimənin (s.ə) şəhadəti
TƏƏCCÜB DOĞURAN İXLAS
QURANDA NÜMUNƏVİQIZ VƏ OĞLAN
RUHUN SAFLAŞDIRILMASI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
XÜSUSİYYƏTLƏR

 
user comment