Azəri
Thursday 18th of April 2024
0
نفر 0

IKINCI ÇAPIN MÜQӘDDIMӘSI

IKINCI ÇAPIN MÜQӘDDIMӘSI

Yaşadığımız dövr, dini və e`tiqadi baxımdan hamı üçün, xüsusilə gənc nəsl üçün iztirab, böhran və çaşqınlıq əsridir. Dövrü şərait bir sıra problemlər yaratmış, unudulmuş köhnə sualları bir daha ortaya atmışdır.

Görəsən biz bu şəkk və tərəddüdlər burulğanından, şübhə və suallar hücumundan narahat olaraq təəssüflənməliyikmi?

Mənim fikrimcə, bu barədə nigaran olmağa heç bir əsas yoxdur. Şəkk yəqinin, sual vüsalın, iztirab isə rahatlıq və asayişin müqəddiməsidir. Şəkk-şübhə sabitlik üçün münasib mənzil və dayanacaq olmamasına baxmayaraq, həqiqətə çatmaq üçün yaxşı və lazımı keçiddir. Insanları bu qədər təfəkkür və yəqinliyə də`vət etmiş İslam dini dolayı yolla bəşəriyyətin ilkin vəziyyətinin nadanlıq və şəkk olmasını, onun düzgün təfəkkür və düşüncə ilə yəqinliyə çatmalı olduğunu bildirir.

Filosoflardan biri belə deyib: Bizim sözlərimizin yeganə faydası səni şəkk və tərəddüdə salaraq yəqinlik dalınca göndərmək də olsa, kifayətdir.

Şəkk-şübhə iztirab və narahatçılıqdır, amma bütün rahatlıqlar da bu narahatçılıqlardan üstün deyildir. Heyvanlar şəkk etmir, amma sizcə belə bur şəkk etməmə onların yəqinliyə çatması deməkdirmi? Mə`lum məsələdir ki, bu qism rahatlıq şəkk-şübhədən də aşağı dərəcəli rahatlıqdır. Amma yəqin əhlinin rahatlığı bunun əksinə olaraq, şəkdən üstün olan rahatlıqdır.

Biz hələ Allahdan ilahi feyz və ilham alan bə`zi insanlardan danışmırıq. Yəqin əhli şəkk və tərəddüd mərhələsini arxada qoyaraq iman və yəqin dərəcəsinə çatmışdır. Buna görə də əsrimizin şəkk-şübhə əsri olması zəmanənin elmi-ictimai süqutuna dəlalət etmir. Әslində bu qism şəkk cəmiyyətdə daha çox müşahidə edilən sadəlövhlük rahatlığından üstün olmasa da, aşağı deyildir.

Bu barədə təəssüf doğuran məsələ şəkkin insanı araşdırma və tədqiqat aparmağa sövq etməməsi və ya ictimai şəkk-şübhələrin bə`zi insanları cavab axtarıb tapmaq məqamına vadar edə bilməməsidir.

* * *

Әlimə qələm alaraq kitab və ya məqalə yazmağa başladığım son iyirmi ildə, bütün yazılarımda düşündüyüm yeganə şey yaşadığımız əsrdə islami məsələlər barəsində yaranmış sual və şübhələri həll etmək olub.

Yazılarımın bə`zisi fəlsəfi, bə`zisi ictimai, bə`zisi əxlaqi, bə`zisi isə fiqhi və ya tarixidir. Həmin yazıların mövzuları bir-birindən tamamilə fərqli olsalar da, onların hamısının ümumi hədəfi yalnız və yalnız bir şey olub.

Zühurundan on dörd əsrdən artıq vaxt keçməsinə baxmayaraq, müqəddəs İslam dini hələ də tanınmaz qalmış bir dindir. Bu dinin həqiqətləri uzun müddət xalq arasında təhrif olunmuş formalarda əks olunub. Bə`zi şəxslərin dindən qaçmasının əsas səbəbi də bu ad altında aparılmış səhv tə`limlərdir. Bu müqəddəs dinə hal-hazırda da ən çox zərbə vuranlar zahirdə onu himayə etmək istəyən iddiaçılardır. Bir tərəfdən qərb imperializminin gizli və aşkar ünsürlərlə hücumu, digər tərəfdən də əsrin İslam hamiləri iddiaçılarının məs`uliyyətsizlikləri bu dinin müxtəlif sahələrdə ideoloji hücumlara mə`ruz qalmasına səbəb olub. Buna görə də mən öz bacarığım çərçivəsində bu sahədə əlimdən gələni etmək fikrindəyəm.

Başqa yazılarımda qeyd etdiyim kimi, bir daha təkrar edirəm ki, bizim dini nəşriyyatlarımız nəzm baxımından xoşagəlməz vəziyyətdədir. Hələ bu barədə üzdəniraq və rüsvayçı yazılardan danışmıram. Bizim faydalı və xeyirli yazılarımız da nəşriyyatlarımız kimidir, yə`ni onlar da ehtiyacların mülahizə olunması və tələbatın qruplaşdırılması əsasında hazırlanmayıb. Hamı öz ağlı ilə faydalı hesab etdiyi mövzuları yazaraq çap etdirir, halbuki elə lazımı və zəruri məsələlər də vardır ki, onların barəsində heç bir şey yazılmır.

Bu məsələni iqtisadiyyatı ictimai tələbata əsaslanmayan, əhalisi istədiyi şeyi istehsal, idxal və ixrac edən ölkəyə bənzətmək olar. Başqa sözlə desək, burada hər şey təsadüfün ixtiyarına buraxılıb. Mə`lumdur ki, belə bir vəziyyətdə bə`zi mallar tələbatdan çox istehsal və idxal edilərək istifadəsiz qalacaq və bə`zi mallar isə tapılmayacaq.

Məsələnin həlli nədədir? — Әlbəttə sualın cavabı çox sadədir. Bu işin çarəsi tədqiqatçılar, müəlliflər və oxucuların birgə əməkdaşlıq və həmkarlığındadır.

Amma təəssüflər olsun ki, biz öz düşüncə və davranışımıza o qədər vurğun oluruq ki, hər birimiz ancaq öz getdiyimiz yolu düzgün sayırıq. Mən bu təklifi qələm əhlindən bə`zilərinə demişəm, amma bu məsələyə müsbət yanaşmaq əvəzinə, inciyərək bu fikri öz yaradıcılıqlarına qarşı bir növ maneə kimi qiymətləndiriblər.

Mən heç vaxt öz seçdiyim və barəsində yazılar yazdığım mövzuların ən lazımı və aktual mövzu olmasını iddia etməmişəm. Yeganə iddiam budur ki, öz iste`dad və qabiliyyətim çərçivəsində islami məsələlər barəsindəki problemləri həll etməyə, həqiqətləri olduğu kimi açıqlamağa və əgər əməli azğınlıqların qarşısını ala bilmirəmsə də, heç olmasa fikri və ideoloji azğınlıqlarla mübarizə aparmağa, xüsusilə İslam düşmənlərinin əllərində bəhanə olan məsələlərin aydınlaşdırılmasına çalışmışam. Bu işdə heç olmasa «daha əhəmiyyətli və daha zəruri» mövzuların araşdırılması məsələsinə üstünlük vermişəm.

Son üç-dörd ildə vaxtımın çox hissəsini İslamda qadın məsələləri və onların hüqüqları ilə bağlı mövzulara sərf etmişəm. Onların çoxu bə`zi qəzet və jurnallarda məqalə şəklində və ya bə`zi nəşriyyatlarda kitab formasında çap edilmişdir.

Vaxtımı bu işə sərf etməyimin əsas səbəbi bu sahədəki problemlərin təkcə əməli azğınlıqlara deyil, ideoloji və elmi sahələrə də nüfuz etməsi ilə bağlıdır. Bir qrup şəxs öz çıxışlarında, təhsil mərkəzlərində, kitab və məqalələrdə İslamda qadının hüquq və vəzifələri barəsindəki nəzərlərini səhv şəkildə irəli sürərək onlardan İslama qarşı təbliğ vasitəsi kimi istifadə edirdi. Necə deyərlər «özləri öldürüb, özləri də yas tuturdular». Təəssüflər olsun ki, müsəlman xalqımız bir çox mövzular kimi, bu barədə də İslamın məntiqi ilə qətiyyən tanış deyildirlər. Məhz buna görə də belə üzdəniraq müəlliflər kişi və qadınlığından asılı olmayaraq, bir çoxlarını İslama qarşı bədbin edə bilmişlər. Onların İslam məntiqinə irad tutmasının qeyri-mümkünlüyünü və bu dinin qadın və onun hüquqları barəsindəki sarsılmaz məntiqinin, onun ilahi və qeyri-bəşəriliyinin dəlili olmasını başa düşmələri üçün həmin məsələni açıqlamaq qərarına gəldim.

Birinci çapın müqəddiməsində qeyd etdiyim kimi, bu kitabın mətləbləri «Irşad» İslam mədəniyyət mərkəzindəki bir neçə çıxışımın kağız üzərinə köçürülərək bir qədər genişləndirilmiş formasıdır. Mə`lum məsələdir ki, şifahi çıxış formasında söylənən nitqin kitab halına salınması olduqca çətin məsələdir, xüsusilə mənim çıxışlarım üzərində yenidən düzəlişlər aparılmasa, onlar heç cür çapa yararlı olmayacaqdır. Bundan əlavə, çap edilməsi planlaşdırılan çıxışların mətləblərinin olduğu kimi saxlanılması ilə kifayətlənmək də olmaz. Buna görə də həm birinci, həm də ikinci çapdan əvvəl, mətni bir daha oxuyaraq ona bir çox mətləbləri artırdım.

Ikinci çapda birinci çapdakı mətləblərin beşdə biri qədər əlavələr edərək ədəbi, bədii və tərtibi baxımdan da bə`zi düzəlişlər etdim. Buna görə də kitabın növbəti nəşri bir sıra xüsusiyyətlərlə əvvəlki çaplardan fərqlənir.

Kitabdakı mətləblər barədə onu deyə bilərəm ki, mövzuların hamısı diqqətlə seçilib və onlardan heç biri təsadüfi olaraq qələ-mə alınmayıb. Barəsində söhbət edilmiş bütün məsələlər müxt-əlif qruplar tərəfindən, xüsusilə gənclərlə söhbət etdiyim zaman irəli sürülmüş məsələlərdir. Әslində kitabdakı mətləblər bu vax-ta qədər məndən bu mövzular barəsində dəfələrlə soruşulan məsələlərin cavabıdır. Bu barədə olan suallar o qədər çox idi ki, məni onların hamısına ümumi bir cavab hazırlamaq fikrinə saldı.Bu kitabda gətirilən mövzular həm əqli, həm də nəqli cəhət-lərdən araşdırılıb. Təbii ki, nəqli cəhətlərdə Qur`ani-kərimin ayələrinə, Peyğəmbər (s) və Imamlardan (ə) nəql edilmiş hədislərə istinad edilib. Amma əqli cəhətdən araşdırmalar apararkən iki yoldan birini — fəlsəfi və ya kəlami sahələrdən birini seçməkdən başqa çarə yox idi. Mən bu barədə kəlam alimlərinin dəlil mənbələrini düzgün hesab etmədiyim və İslam filosoflarının üslubunu daha tutarlı saydığım üçün birincidən tamamilə çəkinərək ikincidən istifadə etdim. Әlbəttə, yeri gələndə kəlam alimlərinin və hətta bə`zən hədis əhli və təcrübi qaydaların mənbələrinə də toxunmuşam. Məsələ ilə yaxından tanış olanlar bilirlər ki, İslam filosofları kəlam alimlərinin əksinə olaraq, «Ilahiyyat» məsələlərində «ədalət» adlı xüsusi bölmə və fəsl açmayıblar. Filosofların bu barədəki fikirlərini onların digər mövzulardakı bəhslərindən çıxarmaq lazımdır. Buna görə də bu mövzuda bəhs etmək mənim üçün elə də asan olmadı.

Indiyə kimi filosofların əsərlərində «Ilahi ədalət» məsələsini birbaşa irəli sürərək bu barədə fəlsəfi üsulla araşdırma aparmış müstəqil fəsl və ya bölməyə rast gəlməmişəm. Ibni Nədim «Әl-fehrest» kitabında belə yazır: Yəqub ibni Ishaq Kindi Ilahi ədalət barəsində kitab yazıb. Həmin kitabın hal-hazırda mövcud olub-olmaması barəsində mə`lumatım yoxdur. Həmçinin, o kitabın fəlsəfi, yaxud kəlami üslubda olmasından da xəbərsizəm. Xacə Nəsrəddin Tusi kimi bə`zi filosoflar öz yazılarında bu məsələ barəsində kəlam alimlərinin üslubu ilə bəhs ediblər. Amma onların fəlsəfi fikirlərini nəzərə alsaq, deməliyik ki, həmin açıqlamalar isbati deyil, bir növ müraciət və qane etmək xarakterli olub.

Kitabda adı çəkilən Yəqub ibni Ishaq Kindi çox qədim İslam filosoflarındandır və o, ərəb soylu olduğu üçün ərəb filosofu ləqəbi ilə məşhurlaşmışdır. O, adətən öz əsərlərində fəlsəfi üsullarla bəhs etmişdir və buna görə də onun kəlami üslubla nə isə bir fikir söyləməsini məqbul saymırlar. Son vaxtlar alimlərdən biri Ibni Sinanın bu barədə kitab yazdığını söyləyirdi. Amma təəssüflər olsun ki, mən hələ də həmin kitabı əldə edə bilməmişəm. Kəlam alimləri isə filosofların əksinə olaraq, bir sıra dini və tarixi səbəblərdən «ilahi ədalət» məsələsini öz bəhslərinin sərlövhəsində yerləşdiriblər. Әdalət məsələsi kəlam elmində elə əsasa çevrilib ki, hətta bə`zi qruplar tarixdə bu adla məşhur olublar.


0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
ZƏRDÜŞT DİNİNDƏKİ DƏYİŞİKLİKLƏR
CAYNİZM (1)
DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ (2)

 
user comment