Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Bismillahir-rəhmanir rəhim

Bismillahir-rəhmanir rəhim

Şura üzvləri qabaqcadan təyin olunmuş məkanda toplaşdılar. Və bə`zi rəvayətlərə görə bu məkan Mesvər ibni Məxrəmənin evi idi. Məclisdə söhbət bundan gedirdi ki, kim xəlifə olmağa daha layiqdir? Bu zaman Əmirəl Mö`minin Əli (ə) buyurdu: «Sizin heç biriniz məndən qabaq xalqı haqqa tərəf dəvət etməmisiniz. Və mən sizin hamınızdan əvvəl yaxınlara, qohum-əqrabalara baş çəkməyə və Allahın bandələrinə yaxşılıq edib köməklik göstərməyə başlamışam. Deməli, siz mənim sözlərimə qulaq asmalı və məntiqimi dinləməlisiniz. Çox güman edirəm ki, bu gündən belə (sizin Osmanı xəlifə seçdiyiniz üçün) xalq tərəfindən hakimiyyətin əleyhinə qılınclar qalxacaq və əhd-peymanlar sındırılacaq. İş o yerə çatacaq ki, sizin bə`ziniz azğın qruplara rəhbərlik edəcəksiniz. Və cahillərdən aratıq nadanlıq edəcəksiniz.»

Əbu Təlhənin hədələməsi

Əbu Təlhə iclasa daxil olub dedi: And olsun Allaha ki, Ömərin canı onun əlindədir, sizin yalnız üç gün vaxtınız vardır. Və sizə bu müddətdən artıq heç bir möhlət verilməycəkdir. Tez bir zamanda aranızdan rəhbər seçiniz.

Nəhayət üçüncü gün yetişdi... Təlhə ayağa qalxıb öz namizədlik hüququnun Osmana həvalə olmasını e`lan etdi. Təlhənin bu işi uzun illər boyu Həzrət Əliyə (ə) olan kin-güdurətindən qabağa gəlirdi. Buna baxmayaraq Zübeyr ayağa qalxıb İmam Əlinin (ə) hakimiyyətə yetişməsini dəstəklədi. Sə`d ibni Əbi Vəqqas isə öz hüququnu Əbdül Rəhamana həvalə etdi. (Və təbiidir ki, Əbdül Rəhman da öz kürəkəni Osmana səs verəcəkdi. Elə iş bu cür də oldu.)

Nəticədə İmam Əli (ə) bir səs gətirdiyi üçün hakimiyyətdən kənarlaşdı. (Və Osman iki səslə xilafətə yetişdi.)

Əbdül Rəhman ibni Ovfun mövqeyi

Əbdül Rəhman ibni Ovf öz bacısı oğlu Mesvəri çağırıb dedi: Ey Mesvər, get Əlini (ə) və Osmanı çağır və camaatı bura topla.

(Camaat yığılışıb Əbdül Rəhmanın yanına gəldikdə) Onlara üzünü tutub dedi: Ey camaat mənim ilə məsləhətləşin!

Emmar ayağa qalxıb dedi: Əgər istəyirsən müsəlmanların arasında ixtilaf düşməsin Əliyə (ə) səs ver.

Miqdad ayağa qalxıb dedi: Əmmarın sözünə qulaq as, əgər sən Əliyə (ə) səs versən biz onun buyurduqlarına qulaq asıb və ona itaət edəcəyik.

Bu zaman Üməvilərin bandası Əmmar və Miqdadın belə bir çıxışlarına qarşı kəskin şəkildə narahat olub onların dediklərini məhkum etdilər. Və ibni Ovfu Üməvilərin böyüyü Osmana səs verməyə dəvət etdilər. Abdullah ibni Əbi Sorh[1] ayağa qalxıb uca səslə dedi: Əgər istəyirsən Qüreyş qəbiləsinin arasında ixtilaf düşməsin Osmana səs ver.

Bu zaman Abdullah ibni Əbi Rəbiə Məxzumi[2] də ayağa qalxıb dedi: Düz deyir! Əgər sən Osmana səs versən biz onun əmrlərinə tabe olacağıq.

Emmar çox narahat halda ayağa qalxıb İbni Əbi Sorha nalayiq sözlər deyib çox qəzəbli halda ona söylədi: nə vaxtdan ürəyin İslam üçün yanır?!

Bu zaman Miqdad ayağa durdu vədedi: Əmmar nə deyirsə düzdür. İbni Əbi Sorh həmişə Peyğəmbərə qarşı ədavətli olmuş və o həzrətə qarşı şiddətli formada düşmən olmuşdur. Peyğəmbər (ə) Məkkə şəhərini fəth etdiyi zaman buyurdu ki, «onu hətta Kəbənin parçasından yapışsa da tutub öldürsünlər.» Bəli, bu cür insanlar həmişə müsəlmanların işlərinə dəxalət edib problem yaradırlar.

Bəni Haşim və Bəni Üməyyə öz fikirlərini deyirdilər və fasiləsiz şəkildə bir-birlərinə qarşı kəskin formada etirazlar edirdilər.

Bu zaman Əmmar ayağa qalxıb söylədi: Ay camaat, Allah-taala sizi öz Peyğəmbəri (ə) ilə şərəfli etdi və öz dini ilə əzizlədi. Amma siz necə? Axı nə vaxta qədər istəyirsiz bu işi (xilafəti) öz Peyğəmbərinizin (ə) əhli-beytindən (ə) kənarlaşdırasınız?

Əmmarın Həzrət Əlinin (ə) haqqında müdafiə etdiyi zaman, Məxzum qəbiləsindən olan bir kişi ayağa qalxıb Əmmarın sözünü kəsərək dedi: Ey Süməyənin oğlu öz həddini bil! Axı Qüreyş öz arasından rəhbər seçir sənə nə var?!

Bəli, Məxzum qəbiləsindən olan kişi Məhəmməd Peyğəmbərin (s) Əmmarın əzəməti haqda buyurduğu hədisi unutmuşdur: Əmmar həmişə haqq ilədir. Sə`d ayağa qalxıb üzün İbni Ovda tutaraq dedi: Nə qədər ki, camaatın arasında ixtilaf düşməyib işi tamamla.

Əlbəttə, hamı Sədin məqsədini başa düşürdü. O, Qur`ani-Kərimdə lənətlənmiş şəcərənin (Bəni Üməyyə nəslinin) hakimiyyətə gəlməsini istəyirdi.

Nəhayət Əbdül Rəhman üzün İmam Əli (ə) tutub dedi: Səninlə bir şərtlə beyət edərəm ki, Allahın kitabına, Peyğəmbərin sünnəsinə, Əbu Bəkr və Ömərin yoluna əməl edəsən. Şərtimi qəbul edirsənmi?

Həzrət Əli (ə) ona çox təccüblə baxaraq Əbdülrəhman ibni Ovfun heç vxt başa düşmədiyi İslam məntiqini ona anlatdı: Mən yalnız Allahın kitabına və Peyğəmbərin sünnəsinə əməl edəcəyəm.[3] Və həmçinin özümün məntiqlə düşündüyümə.

Axı deyirəm məgər Əbu Bəkr və Ömər həmişə bir-birləri ilə müxalifət etmirdilərmi?! Əbu Bəkr Uyiynə Və Əqrəyə məktub yazıb Ömər ibni Xattabı imzalanmış şəkildə göndərəndə, Ömər məktuba ağız suyunu atıb onu cırmadımı?

Əgər Əli (ə), Əbu Bəkr və Ömərin yoluna əməl etmək şərti ilə xilafəti qəbul etsəydi, onların hansı birinin yoluna əməl edəcəydi?! Əbu Bəkr Malik ibn Nuveyrənin qatili barəsində bir söz deyidi, Ömər ibni Xəttab tam başqa bir zidd söz deyirdi və...

Sonda ibni Ovf, İmam Əlinin (ə) onun şərtlərini kamil şəkildə qəbul etmədiyini gördükdə, üzünü Osmana tutub həmin şərtlərini dedi: Osman heç bir tərdid etmədən  onun şərtlərini qəbul etdi. Əlini İbni Ovfa uzadıb bir-birlərinin əllərini möhkəm sıxdılar. İbni Ovf dedi: İlahi, boynumda olan vəzifəni Osmana etimad etdim.

Üməvilərin Ömərin təşkil etdiyi şuranın sayəsində böyükləri Osmanın hakimiyyətə yetişdiyi üçün sevinc fəryadları göyə ucaldı.

Xitablar və mövqeylər

1. İmam Əlinin (ə) ibni Ovfa xitabı:

İmam Əli (ə) ümmətin halına acıdığı üçün qəm-qüssəyə qərq olmuşdu. Elə bu halda da üzünü İbni Ovfa tutub buyurdu: And olsun Allaha ki, sənin bu işin böyüklərinin (Əbu Bəkr və Ömərin) işi kimi Ümidə (xilafət ümidinə) görə idi. Necə ki, Ömər Əbu Bəkri xəlifə seçməklə özünün xəlifə olmasına zəminə hazırladı.

2. İmam Əlinin (ə) Qüreyşə xitabı:

İmam Əli (ə) üzünü Qüreyşə tutub buyurdu: Bu sizin birinci dəfəniz deyil ki, bir-birinizə kömək edərək bizim əleyhimizə çıxasız. Səbr etmək daha gözəldir. Allah öz bəndəsinə ona nisbət verilən töhmətlərin qarşısında kömək edir.

3. İbni Ovf Xeybər qəhrəmanını (Əlini (ə) hədələyir:

İbni Ovf ayağa qalxıb İmam Əlini (ə) hədələməyə başlayır: Ey Əli (ə) elə iş görmə ki, sənin haqda pis tədbir tökək.

İmam Əli (ə) bu sözü eşitdikdən sonra məscidə gəldi. Və qəmli halda buyururdu: Tanrı nəyi məsləhət bilirsə elə də olacaq.

4. Əmmarın İbni Ovfa xitabı:

Əmmar üzün Əbdül Rəhman ibin Ovfa tutub buyurur: Ey Əbdül Rəhman, Allaha and olsun ki, sən Əliyə (ə) qarşı çıxdın. Bir halda ki, Əli yalnız haqla hökm edir. Və o haqqın ölçüsüdür.

5. Miqdadın mövqeyi:

Miqdad məsciddən çıxan halda deyirdi: Allaha and olsun, Peyğəmbərdən (s) sonra o qədər bu Əhli-beytə (ə) zülm oldu ki, mən heç vaxt bu cür zülm görməmişdim. Mən Qüreyşin rəftarına çox təəccüb edirəm!! Elə bir kişidən üz çöndərdilər ki, həmişə ədalətə hökm etmişdir. Və heç kim onun qədər alim və pak deyil. And olsun Tarıya, əgər mənə kömək edən olsaydı...

6. İbni Ovfun əsül əməli:

İbni Ovf Miqdadın sözünü kəsərək deyir: Miqdad, Allahdan qorx! Mən sənin şərindən qorxuram.

Qüreyşin İmam Əliyə (ə) qarşı şura vasitəsi ilə qurduğu proqram elə burda da sona çatdı. Səbr daha gözəldir. Və Allah bizim köməkçimizdir.

İbni Ovfa etiraz!

Əbu Vaildən nəql olunur: Əbdül Rəhman etiraz edib «nə üçün Osmanla be`yət etdim və Əliyə (ə) səs vermədin?» dedim. O, belə cavab verdi: Mənim heç bir günahım yoxdur. Mən Əliyə (ə) dedim ki, Allahın kitabına, Peyğəmbərin (s) sünnəsinə, Əbu Bəkr və Ömərin yoluna əməl etmək şərti ilə səninlə beyət etmək istəyirəm. O, bu təklifi (Əbu Bəkr və Ömərin yolunu) qəbul etmədi. Lakin Osman mənim şərtimi qəbul etdi.[4]


[1]Osmanın süd qardaşı idi. Və sonralar Osman tərəfindən Misrə hakim tə`yin olundu. Peyğəmbərin (s) zamanında o həzrətə yazdılar ki, Əbi Sorh Mürtəd olmuş və kafirlərə qoşulmuşdur. Peyğəmbər (s) əmr etdi ki, onu öldürsünlər. Lakin Osman ona pənah verdi. (Və Peyğəmbərin (s) əmrinin əleyhinə hərəkət etdi.) – (Ə`lamul-nübəla, 3. 43, və digər məşhur mənbələr)

[2]O, Əmr ibni Asla birlikdə Məkkədən Həbəşəyə hicrət etmiş Məhəmməd peyğəmbərin (s) səhabələrini zorla Məkkəyə qaytarıb və onlara yenidən əziyyət vermək məqsədi ilə yollanmışdır. Həmçinin o, Məkkənin fəth olunan günü Əbu Talibin qızı Ümmü Hanşin evinə pənah apardı. Və Haris ibni Hişam da orada idi. Peyğəmbər (s) onların hər ikisinin qətlinə əmr etdi. Və Əli (ə) onların hər ikisini öldürmək istədikdə Ümmü Hani qarşısını aldı. Peyğəmbər (s) Ümmü Haninin evinə gəldi. Ümmü Hani onların onların bağışlanmasını Peyğəmbərdən (s) xahiş etdi. Bu zaman Peyğəmbər (s) buyurdu: Sən onlara pənah verdiyin üçün biz də onlar pənah verdik.

Nəhayət, Abdullah ibni Rəbiə Məxzumi Osmanın mühasir olduğu zaman ona kömək etmək məqsədi ilə gəlmək istədikdə Məkkənin yaxınlığında dəvəsindən yıxılıb öldü. Əl-istiab, 3. 23, Əl-kamil fil-tarix, 3. 70, Qamusul-rical, 6. 225, Təhzibul-təhzib, 5. 92.

[3]Tarixul-Yəqubi, 2. 162. Üsul-ğabə, 4. 32. Cöhəri. Səqifə, 81. Tarixi Təbəri, 3. 297, Tarixi ibn Xəldun, 2. 126. Tarixul-Mədinə, 3. 930. Cəssas. Əl-füsul fil-cüsus, 4. 55

[4]Müsnədu Əhməd, 1. 75, Fəthul-bari, 13, 170.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment