Azəri
Sunday 18th of August 2019
  38
  0
  0

Aya İslam peyğəmbəri (s) və imamlar dövründə Azərbaycan adı və məntəqəsi olmuşdur ki, İmam zamanınm zühuru vaxtında Azərbaycanda olan hadisələr barədə rəvyətlər var?

Aya İslam peyğəmbəri (s) və imamlar dövründə Azərbaycan adı və məntəqəsi olmuşdur ki, İmam zamanınm zühuru vaxtında Azərbaycanda olan hadisələr barədə rəvyətlər var?

İmam Cəfəri Sadiq(ə.s) buyurub.. İmam Zaman ağanın(ə) zühuru ərəfəsində Azərbaycandan bir dəstə olar.. Onlara Qara Köynəklilər deyərlər, Qara Bayraqlıla deyərlər.. Onlar İmam Rza(e)ı ziyarət etdikdən sonra Kəbədə İmamın(ə) dəstəsinə qoşularlar. Qeybəti Numani səh 170 İmam Sadiq (e)-dan bele neql olunur: "Azerbaycan bizim üçün hökmen lazımdır. Heç bir şey onun qarşısında müqavimet göstere bilmeyecekdir. Bizim inqilabçımız qiyam eden zaman hetta qarın üzerinde sürüne- sürüne getmekle olsa bele, ona doğru telesin". (Qeybeti Numani, seh 70) "Azerbaycan Yer küresinin Cennetidir." Hz.Muhammed (s) bu kimi hedislerin menbeleri metnleri ve ravileri sehih sayila bilermi?halbuki o vaxt azerbaycan adi yox idi
Qısa cavab
O dövürdə Azərbaycan adı və məntəqəsi olmuşdur; əlbətdə o cür deyil ki, yalnız bu cür rəvayətlərdə işarə olunsun, bəlkə digər rəvayətlərdə və müxtəlif  mövzularda «Azərbaycan» adı münasibətiylə qeyd olunmuşdur. Dünya coğrafiya və tariximənbələrinə müraciət etsək məlum olur ki, bu ad tarixi bir addır ki, İran Azərbaycanına şamil olur; O cümlədən Ərdəbil barəsində ki, Azərbaycan məntəqələrindəndir, deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindən və islamdan əvvəl onun mərkəzi olmuşdur.
 
Ətreaflı cavab
İbni Əbi Zeynəb Məhəmməd ibni İbrahim Nomaninin (vəfat 360 qəməri)   «Əl- qeybət» kitabında və digər hədis kitablarında aparılan təhqiq nəticəsində birinc və ikinci hədis, sualda qeyd olunduğu kimi deyil, bəlkə o rəvayətlər ki, imam Zamanın (əc) zühuru zamanı baş verecekdir, nəql olunmuşdur, ibarətdirlər:

    İmam Sadiq (ə) atasından nəql edir: «Azərbaycanda bir od yanmağa başlayar ki, heç bir şey onun qarısında müqavimət gpstərə bilməz, bu zaman evinizdən çıxmayın, o cür ki, biz evimizdən çıxmadıqsiz də evinizdən çıxmayın ( yəni sakit olun muxalif və ya həmrəy olmayın və o zaman ki, bizim tərəfimizdən bir kəs hərəkət etdi və öz fəaliyyətinə başladı ona tərəf tələsin (hər cür ki, mümkündür) iməkləyərək olsa belə. And olsun Allaha! Guya onu indi rükn və məqam arasında görürəm ki, təzə rəhbərliyiylə camaatdan beyət alır, bu bir işdir ki, ərəblər üçün çətin olar. Vay olsun zülmkar ərəblərin şərrindən ki, yaxındadır.
    [1]
    »
    O cümlədən Abdullah ibni Zümrə, Kəbul Əhbardan nəql edir ki, o dedi: «Abbasi övladlarıyla Erməni və Azərbaycan cavanları arasında müharibə olar elə bir müharibə ki, minlərlə insan öldürülər, hər bir döyüşçü bəzənmiş bir qılınc ələ götürüb qara bayraqlar ucaldarlar; o bir müharibədir ki, qırmızı ölüm və tauna bələnmiş çox qorxulu bir müharibədir.
    [2]
    »

Bu hədislərin sənədlərinin düzgün olub olmadığını nəzərə almadan[3], onların mətni barədə bir neçə nöqtəyə diqqət etmək lazımdır:
Bir: O dövürdə Azərbaycan adı və məntəqəsi olmuşdur; əlbətdə o cür deyil ki, yalnız bu cür rəvayətlərdə işarə olunsun, bəlkə digər rəvayətlərdə və müxtəlif  mövzularda «Azərbaycan» adı münasibətiylə qeyd olunmuşdur. Dünya coğrafiya və tariximənbələrinə müraciət etsək məlum olur ki, bu ad tarixi bir addır ki, İran Azərbaycanına şamil olur[4]; O cümlədən Ərdəbil barəsində ki, Azərbaycan məntəqələrindəndir, deyilənlərə əsasən Ərdəbil Azərbaycanın ən məşhur şəhərlərindən və islamdan əvvəl onun mərkəzi olmuşdur[5].
İbni FəqihHəmədani deyir: Azərbaycan (adı) Azər ibni İran ibni Əsvəd ibni Sam ibni Nuh (olmuşdur) və deyirlər: Azərbad ibni Biyurasb. O məntəqəni Müğeyrə ibni Şöbə, hicri qəməri ilinin 22- ci ili iş üçün genişləndirmiş (ələ keçirib) və xəraca qoymuçdur. Vaqid mənə xəbər verdi ki, Ərəblərin Azərbaycana üz tutduğu üçün, onlarında köçəriləri Misir və Şamdan geri qayıtdılar. Hər tayfa, imkanları çatan hər bir yeri ələ keçirdilər, odur ki, Azərbaycan camaatı onlar üçün əkinçilik etdilər... Azərbaycanın sərhədi Bərdəe (Bərdə) sərhədindən Zəncan sərhədinə kimidir və Bərkəri, Səlmas, Muğan, Xoy, Vərcan, Beyləqan, Mərağə, Neyriz və Təbriz onun şəhərləridir[6].
Lakin hazırda olan Azərbaycan ölkəsi və ya Qafqaz Azərbaycan məntəqəsi o zamanlar Ərran[7] ya Aran[8] adlanırdı. Aranın əhatəsi müxtəlif dövrlərdə bir- birindən fərqli olmuşdur. Aranın əhatəsi barəsində müxtəlif nəzəriyyələr vardır.
Bu cür vəsf, indiki Azərbaycan məntəqəsiniəhatə etmişdir. Əlbətdə qədim Azərbaycan məntəqəsi ki, bütövlükdə İranındaxilində olmuşdur və indiki Azərbaycanın bəzi məntəqələrinə şamil olur; sonralar irandan ayrılmışdır.
İki: Birinci rəvayətdə mümkündür «Azərbaycanda bir atəş şölələnər ki,  heç bir şey onun qarşısında müqavimət göstərə bilməz» cümləsindən bu cür istifadə olunsun ki, Azərbaycanda hidayəti bir hərəkat başlasın və ondan sonra gözləmək lazımdır onun nişanələrinin yaxınlaşmasını və baş verməsini.
Başqa cür desək, bu rəvayət ümumi olaraq şiyələrə göstəriş verir ki, səbrli olsunlar və imamın zühurunu gözləsinlər: Allahın əmrinə qarşı düşünsünlər və tələsməsinlər[9].
Üç: Üçüncü rəvayətin əsası bundan ibarətdir: Allahın rəsulu buyurur: Hər kəs [10]«فَسُبْحانَ اللَّهِ حِینَ تُمْسُونَ...»- ayəsindən [11]«...وَ کَذلِکَ تُخْرَجُونَ»- ə kimi oxusa Savalan dağına yağan qarın dənələri qədər savab əldə edər. Deyildi ey Allahın rəsulu! Savalan nədir? Buyurdu: «Azərbaycan və Erməni torpaqlarından bir məntəqədir ki, behiştdən bir çeşməsi və peyğəmbərlərin birinin qəbri ondadır[12].
Əllamə Məclisi nəql edir: «Əbu Hamid Əndolosi deyir: Bu dağın üstündə böyük bir çeşmə var baxmayaraq hündürdu lakin bu dağ suyu soyuq qardan və baldan şirin və dadlı, o dağdan isti su qaynayar bir həddə ki, yumurtanı bişirər və insanlar öz sağlamlığı üçün ona üz tutarlar. Bu dağın ətəyində çoxlu ağaclar və çəmənliklər vardır...[13]«
İndiki dövürdə coğrafi və tarixi mənbələrə nəzər saldıqda[14], bu Savalan dağı və çeşmə (Səreyn isti suyu) Ərdəbildədir.
 
[1] - İbni Əbi Zeynəb Məhəmməd ibni İbrahim Nomani, Əl- qeybət, təhqiq: Qəffari, Əliəkbər, səh 194, nəşre Səduq, Tehran, birinci çap,1397 qəməri.
«حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ سَعِیدٍ ابْنُ عُقْدَةَ الْکُوفِیُّ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ یُوسُفَ بْنِ یَعْقُوبَ الْجُعْفِیُّ أَبُو الْحَسَنِ قَالَ حَدَّثَنَا إِسْمَاعِیلُ بْنُ مِهْرَانَ قَالَ حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِیِّ بْنِ أَبِی حَمْزَةَ عَنْ أَبِیهِ وَ وُهَیْبِ بْنِ حَفْصٍ عَنْ أَبِی بَصِیرٍ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ إِنَّهُ قَالَ لِی أَبِی(ع) لَا بُدَّ لِنَارٍ مِنْ آذَرْبِیجَانَ لَا یَقُومُ لَهَا شَیْ ءٌ وَ إِذَا کَانَ ذَلِکَ فَکُونُوا أَحْلَاسَ بُیُوتِکُمْ وَ أَلْبِدُوا مَا أَلْبَدْنَا فَإِذَا تَحَرَّکَ مُتَحَرِّکُنَا فَاسْعَوْا إِلَیْهِ وَ لَوْ حَبْواً وَ اللَّهِ لَکَأَنِّی أَنْظُرُ إِلَیْهِ بَیْنَ الرُّکْنِ وَ الْمَقَامِ یُبَایِعُ النَّاسَ عَلَى کِتَابٍ جَدِیدٍ عَلَى الْعَرَبِ شَدِیدٌ وَ قَالَ وَیْلٌ لِطُغَاةِ الْعَرَبِ مِنْ شَرٍّ قَدِ اقْتَرَبَ»
[2] - Əl- qeybət, səh 145- 147.
«أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ سَعِیدٍ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ الدِّینَوَرِیُّ قَالَ حَدَّثَنَا عَلِیُّ بْنُ الْحَسَنِ الْکُوفِیُّ قَالَ حَدَّثْتَنَا عَمِیرَةُ بِنْتُ أَوْسٍ قَالَتْ حَدَّثَنِی جَدِّی الْحُصَیْنُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ عَبْدِ اللَّهِ بْنِ ضَمْرَةَ عَنْ کَعْبِ الْأَحْبَارِ أَنَّهُ قَال ... وَ حَرْبِ وُلْدِ الْعَبَّاسِ مَعَ فِتْیَانٍ أَرْمِینِیَّةٍ وَ آذَرْبِیجَانَ تِلْکَ حَرْبٌ یُقْتَلُ فِیهَا أُلُوفٌ وَ أُلُوفٌ کُلٌّ یَقْبِضُ عَلَى سَیْفٍ مُحَلَّى تَخْفِقُ عَلَیْهِ رَایَاتٌ سُودٌ تِلْکَ حَرْبٌ یَشُوبُهَا الْمَوْتُ الْأَحْمَرُ وَ الطَّاعُونُ الْأَغْبَرُ»
[3] - Çünkü bu hədislrin ravilərinin bəziləri ya zəifdirlər, Kəbul Əhbar kimi; ikinci rəvayətdə, və ya məchuldurlar (şəxsiyyətləri naməlum şəxs) Əhməd ibni Yusifibni Yəqub Cofi kimi birinc rəvayətd.
[4]- Bax: Yəqubi, Əhməd ibni İshaq, Əl- buldan, Təhqiq: Zənavi Məhəmməd Əmin, səh 78- 81, Darul- kutub əl-elmiyyə, Beyrut, birinci çap,1422 q. İbni Fəqih, Əhməd ibni Məhəmməd, Əl- buldan, Təhqiq: Əl- hadi, Yusif, səh 581- 582, Aləmul- kutub, Beyrut, birinci çap, 1416 q.  
[5] - Yaqut Həməvi, Şahabuddin Əbu Əbdullah, Möcəmul –buldan, cild 1, səh145, Dar Sadir, Beyrut, ikinci çap, 1995.
[6]- Ibni Fəqih, Əhməd ibni Məhəmməd, Əl- buldan, səh 581- 582, tərcümə, Müxtəsərul- buldan, Həkəmi, Məhəmmədrza, səh 126 və 128, Bunyade fərhənge İran, Tehran, birinci çap, 1379 şəmsi.
[7] - Möcəmul- buldan, cild 1, səh 136, Qəzvini, Zəkəriya ibni Məhəmməd, Asarul- bilad və əxbarul- ibad, səh 493, Dare Sader, Beyrut, birinci çap, 1998.
[8] - Kəsravi, Əhməd, Tarixe hicdəh saleye Azərbaycan: Bazmandeye məşruteye İran, səh 873, Əmirkəbir nəşriyyatı, Tehran, on üçüncü çap, 1384 şəmsi.
[9] - Nomani bu rəvayəti bu cür nəql edir:
Səh, 194.   Qeybət,  Əl-
«ما روی فیما أمر به الشیعة من الصبر و الکف و الانتظار للفرج و ترک الاستعجال بأمر الله و تدبیره »
[10] - Rum 17.
[11] - Rum 19.
[12] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 57, səh 122, Daru ehyaut- turas əl- ərəbi, Beyrut, ikinci çap, 1403 q. Əlbətdə Biharul- ənvarda (Səbəlan) əvəzinə (seylan) yazmışdır ki, səh olduğu bildirilir. Çünkü bu rəvayətin şərhində Əllamə özü Səbəlan yazır, bunlardan əlavə rəvayətin özündə Azərbaycanın adı qeyd olmuşdur ki, Savalan dağı ondadır.
[13] - Həmin.
[14] - Yəqubi, Əhməd ibni İshaq, Əl- buldan, səh 78- 79; İbni Huqəl Nəsəbi, Əbul Qasim Məhəmməd ibni Huqəl, Surətul- ərz, cild 2, səh 333, Dare- sədr, Efest Leyden, Beyrut, 1938; Bəkri Andolosi, Abdullah ibni Əbdul Əziz, Möcəmu ma istəzəmə min smail- bilad vəl- məvaze, cild 1, səh 137, Aləmul kitab, Beyrut, üçüncü çap, 1403 q, Qubadyani Mərvəzi, Nasir Xosrov, Səfərnameye Nasir Xosrov, səh 193, intişarate Zəvvar, Tehran, birinci çap, 1381 şəmsi.

  38
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Hindistan ABŞ-a etiraz etdi: İran neftini digər ölkənin nefti ilə əvəz etmək bu asanlıqla ...
      İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) səhabələrindən on ...
      Aya İslam peyğəmbəri (s) və imamlar dövründə Azərbaycan adı və məntəqəsi olmuşdur ...
      Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
      Ömər bin Səd bin Əbu Vəqqas kim olub yəni nece bir insan olub?
      Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya ...
      Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın səhabələri quyu qazmaqla su əldə edə ...
      İmam Əli (ə)- ın leylətul- məbit gecəsi (Peyğəmbərin yerində yatması) ölüm ...
      Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
      Həzrət İsa (əleyhis-salam)-ın adı Quranda neçə dəfə gəlmişdir?

 
user comment