Azəri
Friday 19th of April 2024
0
نفر 0

İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”

İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”

İmam Xamenei: "Onlar sadəcə İslam Respublikası ilə düşmən olduqlarını və İran xalqına qarşı olmadığını deyirlər. Amma reallıq budur ki, İslam Respublikasına düşmənçilik İran xalqına düşmənçilik deməkdir, çünki bu rejim xalq tərəfindən dəstəkləndiyi üçün ayaqda dayanır və İran xalqının dəstəyi olmadan İslam Respublikası da olmayacaq”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, işçi və əməkçi həftəsi münasibətilə İran İslam Respublikasının hər yerindən gələn işçilər bu gün (24 aprel) Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüblər.

Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri Ayətullahul-üzma Seyid Əli Xamenei görüşdə çıxış edərək, ABŞ-ın İrana qarşı neft sanksiyalarından 8 ölkəyə verdiyi güzəştin müddətini uzatmamaq barədə qərarına toxunub və belə danışıb: “Birincisi, onların səyləri heç bir nəticə verməyəcək. İstədiyimiz və ehtiyacımız olduğu qədər neft ixrac edəcəyik. Onlar (neft ixracı məsələsində) bütün yolları bağladıqlarını güman edirlər. Ancaq fəal olan İran xalqı və tədbirli rəsmiləri bütün maneələri aşacaq.

İkinçisi, bu düşmənlik reaksiyasız qalmayacaq və düşmənə lazım olan cavab veriləcək. İran xalqı düşmənçiliyin qarşısında səssiz qalan bir millət deyil. Üçüncüsü, neft satışından nə qədər az asılı olsaq, o qədər də qiymətini biləcəyik. Bu bizim üçün daha yaxşı olar”.

Düşmənin dünya miqyasında ədaləti hayqıran İrana qarşı müxtəlif sui-qəsdlər təşkil etdiyini və dəfələrlə müvəffəqiyyətsiz olduğunu xatırladan Ali Dini Rəhbər, belə davam edib: “Onlar indi də müxtəlif iqtisadi məsələlərlə məşğul olur və İran xalqını diz çökdürmək istədiyini bildirirlər”.

ABŞ rəsmilərinə müraciət edən Ali Dini Rəhbər, İran xalqının onların qarşısında diz çökməyəcəyini vurğulayıb.

Amerika ilə sionistlərin iddiarına toxunan Ali Rəhbər, belə deyib: “Onlar sadəcə İslam Respublikası ilə düşmən olduqlarını və İran xalqına qarşı olmadığını deyirlər. Amma reallıq budur ki, İslam Respublikasına düşmənçilik İran xalqına düşmənçilik deməkdir, çünki bu rejim xalq tərəfindən dəstəkləndiyi üçün ayaqda dayanır və İran xalqının dəstəyi olmadan İslam Respublikası da olmayacaq”.

Ali Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışında milli hörmətin əhəmiyyətinə toxunaraq, bunları deyib: “Heç bir millət düşmənlərinin müəyyən etdiyi qərarların təsiri altında qalmağı qəbul etməz”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

FITNƏ-FƏSAD YUVASI
7 yaşlı qız bacısının ölüm səhnəsinə şahid oldu
Qurani-Kərimin rus dilində ilk tərcüməsinin nəşrinin ildönümü qeyd olundu
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Xəbər yalan imiş
ABŞ polisi öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəyəcək
Böhran Fransanı da çökdürür
İslam və çörək - ürəyi qoruyur, xərçəngin qarşısını alır
Məşhəd, İmam Rzanın (ə) ziyarət olunması təkid olunan gün

 
user comment