Azəri
Thursday 25th of April 2019
  33
  0
  0

Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti

"Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz; dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin, haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün, zalımların düşməni və məzlumların dostu, himayəçisi olun."

***
"Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddinizin belə buyurduğunu eşitdim: "Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan əfzəldir."
***
"Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!"
***
"Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində sizin Peyğəmbəriniz (çoxlu) tövsiyələr etmişdir. O həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik."
***
"Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən qabağa keçə! Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur. Amandır, Allahın Evi (Kəbə) barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq."
***
"Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cahadı unutmayın! Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız. Əmr bill məruf və nəhy ənil-münkəri tərk etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır."
Sonra buyurdu:–Ey Əbdül-Müttəlib övladları! Məbada siz mənim şəhadətimdən sonra "Əmirəl-möminin öldürüldü", deyə bəhanə edərək qolunuzu çırmalayıb müsəlmanları qanına qəltan edəsiniz! Bilin və agah olun ki, mənim qisasımı alanda yalnız qatili öldürməlisiniz. Əgər mən bu zərbə nəticəsində dünyadan getsəm, ona yalnız bir zərbə vurun ki, bir zərbə–bir zərbə müqabilində olsun. Məbada onun burun-qulağını kəsəsiniz! Mən Peyğəmbər (s)-in belə buyurduğunu eşitmişdim: "Hətta quduz iti belə, müslə etməkdən (burun-qulaq kəsməkdən) uzaq olun!"

 

Vəsiyyətin tərcüməsi "quranevi.az" saytından əxz olunub.

  33
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      ظهور آثار مثبت از وجود انسان
      مقام خلافت خداوند در زمین
      رده‌بندی انسان‌ها از منظر روایت امام صادق(ع)
      تجلی ولایت علمی خداوند در وجود معصومین(علیهم‌السلام)
      پرکردن ظرف وجودی انسان
      گرایش‌های مثبت و منفی در زندگی بشر
      ظهور معارف در سیرۀ ابی‌عبدالله(ع)
      علم عینی معصومین(علیهم‌السلام)
      تربیت شدن با آداب الهی
      شکر خداوند در خوشی و ناخوشی

بیشترین بازدید این مجموعه

      نعمت‌ هایی که جایگزینی براي آن‌ ها نیست.
      مرگ و فرصتها - جلسه هفتم
      چند روايت عجيب در مورد پدر و مادر
      سِرِّ نديدن مرده خود در خواب‏
      مرگ و عالم آخرت
      حكايت سعدى درباره حرص مال دنيا
      امام حسين عليه ‏السلام امانت پروردگار
      رمز موفقيت ابن ‏سينا
      امام زمان عليه السلام فريادرس انسان‏ها
      عشق امام سجاد (ع) به عبادت

 
user comment