Azəri
Friday 29th of March 2024
0
نفر 0

İmam Hüseyn (ə) üçün sinə vurmağın bir əsası var?

Zəhmət olmasa İmam Hüseyn (ə) üçün sinə vurmaq ümumiyyətlə özünü vurmağın kökünü və səbəbini izah edin? Apardığım axtarışlarda bu barədə Peyğəmbərin (s) sifarişin tapmadım. Peyğəmbər (s) şiələrin İmam Hüseynin (ə) əzadarlığında etdiyi işlər kimi bir iş edibdir? Doğru olan halda buyurun ki, bu sifariş harada gəlibdir?
Qısa cavab

İmam Hüseyn (ə) üçün əzadarlıq şiə məzhəbinin inandıqlarındandır və bir çox dəlillər onu təsdiqləyir. Əzadarlığın keçirilməsi haqqında demək lazımdır: Nə qədər ki, əzadarlığın keyfiyyəti İslamın əsaslarının biriylə və Quran ayəsiylə sünnətə olan hansısa bir rəvayətlə, ziddiyyət təşkil etmirsə heç bir eybi yoxdur. Müxtəlif ürflərin müxtəlif şəkillərdə əzadarlıq keçirmələrinin heç bir problemi yoxdur.

Qeyd etmək lazımdır ki, bir çox rəvayətlərə və səqəleyn hədisinə əsasən sünnətdə Quranın kənarında İslamın əsl mənbələrindən hesablanır. Şiənin nəzərinə əsasən şiə İmamlarının sözləridə etibar və höcciyyət cəhətdən İslam Peyğəmbərinin (s) sözləri kənarında yer tutur.

Bu cəhətdən bu barədə bizim İmamlardan bir sünnət olarsa, bu işin cayizliyinə kifayət edər.

Geniş cavabda sinə vurmağın cayiz olmağı haqqında bəzi dəlillərə işarə olubdur.

Ətreaflı cavab

Cavaba başlamazdan əvvəl bir neçə məsələni yada salmaq lazım gəlir:

  1. Bir çox rəvayətlərə və səqəleyn hədisinə əsasən, sünnətdə (ki Məsumun sözü, feli və təsdiqindən ibarətdir[1]) Quranın kənarında İslamın əsl mənbələrindən hesablanır.

Şiənin nəzərinə əsasən şiə İmamlarının sözləridə etibar və höccəiyyət cəhətdən İslam Peyğəmbərinin (s) sözləri kənarında yer tutur; bu cəhətdən bu barədə bizim İmamlardan bir sünnət olarsa, bu işin caizliyinə kifayət edər.[2]

  1. İmam Hüseyn (ə) üçün əzadarlıq şiə məzhəbinin inanclarındandır və bir çox dəlillər onu təsdiqləyir. Əzadarlığın keçirilməsi haqqında demək lazımdır: Nə qədər ki, əzadarlığın keyfiyyəti İslamın əsaslarının biriylə, Quran ayəsiylə və sünnətə olan hansısa bir rəvayətlə ziddiyyət təşkil etmirsə heç bir eybi yoxdur. Müxtəlif ürflərin müxtəlif şəkillərdə əzadarlıq keçirmələrinin heç bir problemi yoxdur.

Bizim etiqadımız var ki,İmam Hüseyn (ə) üçün sinə vuqmağın və əzadarlığın şəri olmasını isbat etmək üçün bir çox dəlillər vardır. Burada Məsumların (ə) sünnətinin ikisinə işarə edirik:

  1. İmam Səccad (ə) buyurur:

"O gecə ki, (Aşura) onun səhəri böyük atam şəhid oldu xiymədə əyləşmişdim. Bizim Zeynəb mənə qulluq edirdi. Atam xiyməsinə getdi Əbuzərin qulamı Cüveyn o həzrətin qılıncını düzəldirdi. Atam buyurdu: Vay sənə ey ruzigar hər səhər axşam dostların bir çoxunu məhv edirsən və əvəzə kifayətlənmirsən, bəli hamının ipi Allahın əlindədir və hər bir canlı mən geydiyim yolu gedəcək.[3] Bu məzmunların iki- üç dəfə təkrar etdi. Mən bu məzmunları eşidərək həzrətin hədəfinə diqqət etdim və ağlamaq boğazımı tutdu, amma özümü saxlayıb sakitləşdim bildim ki, bəla nazil olub. Amma bizim Zeynəb şeyirlərin məzmunların eşidən kimi özünü saxlaya bilməyib xiymədən çıxıb o həzrətə tərəf gedib dedi: Ey kaş öləydim, bu gün anam Fatimə atam Əli və qardaşım həsən vəfat edibdir, ey keçmişdəkilərin yadigarı və qalanların başçısı".

İmam Hüseyn (ə) bacısına diqqət edib yaşlı gözlərlə buyurdu: Bacı elə bir iş gör ki, şeytan sənə əl tapmasın və səbrini tükəndirməsin, buyurdu: Əgər qəta qumun öz başına buraxsaydılar rahat yatardı. Zeynəb (s) dedi: Qardaşım özünü ölümə hazırlamısan! Sizin bu hazırlığınız qəlbimi yaralayıb və taqətimi kəsib, yubanmadan üzünə bir sillə vurdu və üzünü cırdı, qəşş edib yerə yıxıldı.

Hüseyn (ə) bacısının kənarına gəlib üzünə su tökdü və onu huşa gətirib buyurdu: Bacı sakitləş Alahdan qorx və onun istəyinə razı ol, bil ki, yer əhli ölərlər və göylər əbədi qalmaz Allahdan başqa hər şey məhv olar və ondan başqa ki, varlıqları yaradıb və camaatı seçir və taysız misilsiz bir olandır heç bir şey diri qalmayacaq.[4]

Sinə vurmağın cayiz olması üçün iki cəhətdən bu hədisdən istifadə edə bilərik:

  1. Bunu nəzərə alaraq ki, İmam (ə) bacısının üzünə sillə vurmasında təkcə nəsihətlə kifayətlənir və bu işdən onu nəhy etmir. Bir halda ki, əgər bu iş şəri cəhətdən haram olsaydı həzrətin ona yaddaşt etməsi lazım olardı.
  2. Həzrəti Zeynəbin öz şəxsiyyətini nəzərə alaraq ki, Məsum İmam (Səccad) onun haqqında buyurdu: Şükr olsun Allaha ki, sən dünya əhlinin halına alimsən və təlimə, başa salınmağa ehtiyaclı deyilsən.[5]

Qəbul etmək olmaz ki, bu cür aşkar haram bir iş görsün.

  1. Müsafir İmam Kazımın (ə) qulamı deyir: Həzrəti Musa ibni Cəfəri (ə) aparmaq istəyən zaman həzrəti Əli ibni Musa Rizaya (ə) göstəriş verdi nə qədər ki, sağdır hər gecə onun evində yatsın, ona xəbər çatana qədər dedi: Biz hər gecə Həzrəti Rza (ə) üçün dəhlizdə yer salardıq, işa namazından sonra orada yatardı səhər öz evinə gedərdi, bu vəziyyət dörd ilə qədər davam etdi. Bir gecə yer saldıq, amma gəlmədi biz və o Həzrətin ailəsi gecikməsindən çox narahat olduq. Sabah səhər evə gəldi hərəmə daxil oldu ümmü Əhmədin yanına gedib buyurdu: Atam İmamətlə ixtiyarıva qoyduqları şeyləri var. Ümmü Əhməd nalə çəkdi üzün cırıb dedi: And olsun Allaha ağam dünyadan getdi! İmam Rza (ə) onu saxlayıb buyurdu: Hakimə rəsmi xəbər çatana qədər bu barədə bir söz demə və narahatlığıvı bildirmə. Əmanətlər olan zənbili iki min ya dörd min dinarla onun ixtiyarına qoydu və başqasına vermədi.[6]

Bu hədisdə mötəbər kafi kitabından nəql olubdur, başa vurmağın və sinə vurmağın cayizliyini çatdırır. Çünki, bu hədisin nəqlinə əsasən həzrətin nəhy etməsinə heç bir mane yox idi. Əgər bi işin şəri cəhətdən haramlığı olsaydı, həzrətin ona yaddaşt etməsi lazım olardı.

Buna əsasən bu gün normal şəkildə (ifrat olmadan) geçirilən əzadarlıqlar Əhli- beyti və İmam Hüseyni sevən ürəyi yanan camaat həmdərdlik etmək üçün sinə vururlar, cayizdir.

Bu barədə digər sorğu sual əldə etmək üçün aşağıdakı göstəricilərə müraciət edin:

İmam Hüseynin (ə) əzadarlığı cəmiyyətin həyat mayası, 12923saylı cavab (sayt: az13103).

İmam Hüseynin (ə) əzadarlığın rolu, 20913saylı cavab (sayt: az20123).

 


[1] - Məsumun təqriri bundan ibarətdir: O bir iş ya söz ki, Məsumun (ə) huzurunda edilir və deyilir, amma o həzrət (mane olmadığı halda) ondan nəhy etmir.

[2] - Bu barədə həmin saytda olan, Məsumların sözlərinin və işlərinin höccəiyyəti göstəricisinə 6924 saylı cavab (sayt: 7028) müraciət edin.

[3] -

«یا دهر أف لک من خلییل

کم لک بالإشراق و الإصیل

من صاحب و طالب قتیل

والدهر لایقنع بالبدیل

و إنما الأمر إلی الجلیل

کل حی سالک سبیلی»

[4] - Müfid Məhəmməd, İrşad, Saidi Xorasani, Məhəmməd Baqir, səh 444 və 445, İslamiyyə nəşri Tehran, birinci çap, 1380 hicri şəmsi.

[5] - "و أنت بحمدالله عالمة غیر معلمة فهمة غیر مفهمة" Təbərsi, Əbu Mənsur Əhməd ibni Əli, ehticac, cild 2, səh 305, Mürtəza nəşri, Müqəddəs Məşhəd, 1403 hicri qəməri.

[6] - Əl- kafi cild 1, səh 381 və 382 İmam Musa Kazımın (ə) həyatının tərcüməsindən istifadə olunub, səh 226 və 227.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏRBƏLA ŞƏHİDİ MÜSLÜM İBN OVSƏCƏ
Hədislərdə xəsisliyin gözəl izahı
İmam Səccadın (ə) mübarək dəlilləri ilə qoca şamlının tövbəsi
İmam Hüseyn (ə) - şəhidlər ağası
İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların ...
Rəsuləllahın(s) ayı
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) ...
"Sarəllah" sözünün mənası nədir?!
Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər
Bu gün Ruqəyyənin şəhadət günüdür

 
user comment