Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?

Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?
Qısa cavab
Allah tala Nur surəsinin 31-ci ayəsində müsəlman qadınlara göstəriş verir ki, öz örpəklərini boyunlarının üstünə atsınlar.[1] “Xumur” “خمر” kəlməsi bu ayədə gəlibdir. “Xumur” qadının öz baş və sinəsini örtən paltar mənasınadır.[2] O da zahirən məqnəəyə oxşar və bənzər bir paltar növüdür.
Əhzab surəsinin 59-cu ayəsində Allah tala buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir”.[3] Ayədə gələn “Cəlbab” kəlməsinin də iki mənası var: 1- Baş və boyunu və yuxarı hissəni örtən örpək (Məqnəə), 2- Bütün bədəni örtən örpək. (Çadra)[4]
Daha ətraflı məlumat üçün saytın 4020 (saytda: 4410), (Nur surəsinin 30-31-ci ayələrinin təfsiri) və 431 (saytda: 459) və 495 (saytda: 536) saylı sual və cavablarına müraciət edin.
Əgər çadradan doğru və düzgün şəkildə istifadə edərsə, əlbəttə ən üstün örpəyə riayət etmiş olur. Çünki, örpöəyin fəlsəfəsi çadrada daha çox özünu göstərir. Əlbəttə çadra geyinmək vacib deyil. Hicab və örpək çadra və mantoda inhisarlaşmayıb. Bəlkə əl və üzlərdən başqa bədəni örtən və naməhrəmin diqqətini cəlb etməyən və onun təhrikinə səbəb olmayan hər bir paltar növü kifayətdir. Amma diqqət etməliyik ki, bütün vacibatlar müxtəlif mərhələlərə malik olduğu kimi, örpək örtməyin də yaxşı, orta və daha yaxşı mərhələləri var. Çadra qadınlar üçün ən yaxşı örpək hesab edilir. Bu məsələnin daha aydın olması üçün baxmalıyıq ki, hicab və örpəyin fəlsəfəsi nədir? Hicab və örpəyin iki əsas fəlsəfəsi var ki, bir-biriləri ilə tam əlaqəlidir:
  1. Şəvəsbaz, şəhvətli və təmahlı insanlar qarşısında qadının qorunması,
  2. Allah buyuran dəyərlər və qanunlardan xaric şəhvət və təhriklərin qarşısın almaq. Cəmiyyətin mənəvi sağlamlığını və təmizliyini təmin etmək. Daha ətraflı məlumat üçün 825 (saytda: 884), (Hicab və örpəyin fəlsəfəsi) saylı sual və cavaba müraciət edin.
Hicab və örpəyin belə bir qətiyyətli, mühüm və əsaslı rolu və vəzifəsi var. Müdafiə xarakteri daşıyır sankı qadın üçün. Sanki bütün əcnəbi və naməhrən kişilər qarşısında bir növ “uzaq ol” xəbərdarlığı edir. İndi baxıb görməliyik ki, bu xəbərdarlığın çatdırılmasında və daha doğrusu təsirli çatdırılmasında hansı mesajlar daha tez və effektlidir:
  1. Örpəyin dərəcə və sərhəddi: Şəksiz və şübhəsiz qadının bədəni nə qədər örtülü, örpəkli olsa, baxan baxışları uzaqlaşdırmaqda daha güclü və qüvvəli rol ifa edəcək. Əgər rəvayətdə gələn bulanmış baxışları, “şeytanın zəhərli oxları”[5] bilsək, qadın geyimi qalxan kimidir. Ox ona dəydikdə əyilir və yan keçir. Hədəfə nüfuz etmir. Məqsədə çatmır. Amma əksini götürsək, qadın hər nə qədər çıl-çılpaq olarsa, şeytanın oxlarını özünə tərəf daha çox cəlb və cəzb edəcək. Nəticə etibarı ilə də ondan zərər görəcək. Bu səbəbdəndir ki, çadranı daha üstün örpək adlandırıb və tanıtdırıblar. Çünki, başqa şərtlər altında götürsək də çadra daha yaxşı örpək və daha xatircəm geyim növüdür. O qadını qoruyur.
  2. Geyimin keyfiyyəti: Paltarın qalınlığının dərəcəsi və hətta paltarın tikilmə keyfiyyəti örpəyin və geyimin ən mühüm hissəsini təşkil edir. Şəksiz və şübhəsiz cizgi göstərən dar və nazik paltarlar şeytanın zəhərli oxlarının dayanacağı və hərzə və bulanığ gözlərin baxmasına və nəticədə cəmiyyəti fəsada çəkən və təhrik edəndir. Qarşı tərəfdə isə bədən cizgilərini göstərməyən örpək və geyimlər pis baxışları uzaqlaşdırır və insanların mənəvi sağlığını təmin edir.[6]
Deməli hicab və örpək fəlsəfəsinə baxdıqda (Hələ cəlbabın təfsiri, ona verilən mənalar və izahlar bir tərəfə qalsın) nəticə çıxara bilərik ki, çadra bu fəlsəfəyə daha uyğun və daha münasibdir. Məhz onun üçün çadra çadra ən üstün hicab növüdür.
 

[1] - “وَ لْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلى جُيُوبِهِن
[2] - Müstəfəvi, Həsən, Ət-təhqiq fi kələmatel Quranil Kərim, cild 3, səh 127
[3] - “يا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْواجِكَ وَ بَناتِكَ وَ نِساءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ذلِكَ أَدْنى أَنْ يُعْرَفْنَ فَلا يُؤْذَيْنَ
[4] - İbn Mənzur, Məhəməd bin mukrəm, Lisanul Ərəb, cild 1, səh 272
[5] - Səduq, Məhəmməd bin Əli, Mən la yəhzəruhul fəqih, cild 4, səh 18
[6] - Porseman SDsindən istifadə etməklə, əlbəttə bir az dəyişdirmək və refrens verməklə.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 70:
Sual 65:
Sual:40
Sual 38: Cənnət və cəhənnəm Allah Allahlıq edənədək mövcud olacaqdır yoxsa ...
Sual 17: İsra surəsinin 90,91 və 92-ci ayələrindən belə məlum olur ki, Məkkə ...
Sual: 18. Dini hökumətə qarşı çıxan ruhaninin dəlili nədir?
Sual: 1. Din nə üçündür və hansı bölümləri vardır?
Sual 31: Bir çoxları yuxarıda qeyd olunan təthir ayəsinin Peyəmbər (s)-mın ...
Sual 19: Cismani meraca etiqad bəsləmək dinin zəruri məsələlərindəndirmi? ...
Sual: 46. Elm, din və ağıl arasında fərq varmı?

 
user comment