Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Bu elmi bir həqiqətdir ki, insan yer səthindən asimana tərəf nə qədər çox qalxsa, fəzada oksigenin miqdarı bir o qədər azalır. Bu mətləbə işarə edən Quran ayəsi hansıdır?

Bu elmi bir həqiqətdir ki, insan yer səthindən asimana tərəf nə qədər çox qalxsa, fəzada oksigenin miqdarı bir o qədər azalır. Bu mətləbə işarə edən Quran ayəsi hansıdır?
Qısa cavab

Quranın hərtərəfli bir kitab olması barəsində bəhs edən alimlər və müfəssirlər “görəsən Quran yeni elmlərin bütün incəliklərini bəyan edibmi, yoxsa bu barədə heç bir söz deməmişdir?” məsələsində nəzər ixtilafına malikdirlər.

Bəziləri inanır ki, Quran elmi bir ensiklopediya kimi bütün elmi məsələlərin incəliklərini özündə əhatə edir. Bu nəzəriyyənin müqabilində bir qrup da inanır ki, Qurani-kərim təcrübi elmlərə və müasir elmi məsələlərə əsla işarə etməmişdir. Üçüncü bir qrup da bu iki nəzəriyyənin ortasına dayanaraq, nisbətən mötədil bir nəzəriyyə irəli sürür. Onlar deyirlər: Quran həqiqətdə hidayət edən və yol göstərən kitabıdır; o, kimya, fizika, astronomiya və s. kimi elmlərdə ixtisasa sahib olan bir kitab deyildir. Quranda müəyyən elmi məsələlərə işarə olunubsa, bu səmavi kitabın izlədiyi hədəf üçün bir misal ünvanı ilə gətirilmişdir. Məsələn, “Ənam” surəsinin 125-ci ayəsi kimi: “Allah hər kəsi hidayət etmək istəsə, onun sinəsini (qəlbini və ruhunu) islam (qəbul etmək) üçün genişləndirər. Allah hər kəsi, çirkin əməllərinə görə azdırmaq istəsə, onun sinəsini o qədər daraldar ki, sanki, asimandan yuxarı qalxır. Allah beləcə çirkinliyi iman gətirməyənlər üçün qərar verər.”

Ətreaflı cavab

Suala cavab verməzdən əvvəl müqəddimə ünvanı ilə mühüm bir məsələyə işarə etmək lazımdır: Quranın hərtərəfli bir kitab olması barəsində bəhs edən alimlər və müfəssirlər “görəsən Quran yeni elmlərin bütün incə məsələlərini bəyan edibmi, yoxsa bu barədə heç bir söz deməmişdir?” məsələsi barədə nəzər ixtilafına malikdirlər.

Bəziləri inanır ki, Quran elmi məsələlərin tam dəqiq incəliklərinə qədər hər bir şeyi əhatə edir. Bunun müqabilində başqa bir qrup da inanır ki, Quranda təcrübi və müasir elmlərə heç bir işarə yoxdur. Üçüncü qrup da bu iki nəzəriyyənin ortasında mötədil və normal bir nəzəriyyə verərək demişlər: Quran həqiqətdə hidayət edən və yol göstərən kitabdır, kimya, fizika, astronomiya və s. kimi elmlərdə ixtisas sahibi olan elmi bir kitab deyildir. Quranda müəyyən elmi məsələlərə işarə olunursa da, sadəcə onun izlədiyi hədəflər üçün bir nümunə bəyan etmək qəbilindəndir.

Bu müqəddimə ilə əsas suala qayıdırıq. Quranda buyurulur: “Allah hər kəsi hidayət etmək istəsə, onun sinəsini (qəlbini və ruhunu) islamı (qəbul etmək) üçün genişləndirər. Allah hər kəsi, çirkin əməllərinə görə azdırmaq istəsə, onun sinəsini o qədər daraldar ki, asimanda (yuxarı) qalxmaq istəyən bir şəxs kimi olar. Allah beləcə çirkinliyi iman gətirməyən şəxslərə qərar verər.”[1]

Bəzi müfəssirlər bu ayənin təfsirində müəyyən məqamları qeyd etmişlər ki, onları xatırlatmaq yerinə düşərdi:

1. Ayədə deyilən “sədr” kəlməsindən məqsəd ruhun genişlənməsi, pərvəriş tapması, yüksək üfüqlərə malik olması və bəşər əqlinin yüksəlişə nail olmasıdır. Çünki haqqı qəbul etmək bir çox şəxsi mənafe və məsləhətlərdən güzəştə getməyi, göz yummağı tələb edir. Buna da yalnız o kəslər qadir ola bilər ki, pak və sağlam ruha, daha geniş, aydın fikirlərə malik olsunlar.

2. Bu ayədəki “hərəc” darlıq və sıxıntı mənasınadır. Bu, haqqın qarşısında əks mövqe tutan müxaliflərin, inadkarların və imansızların sifətidir. Belə insanların dünya görüşləri alçaq və qısadır, ruhları çox alçaq və zəifdir, həyatlarında heç bir şeydən güzəştə getmirlər!

3. Quranın elmi möcüzəsi. Belə insanların asimana doğru qalxmaq istəyən şəxslərə təşbeh edilməsi ona görədir ki, asimana doğru yuxarı qalxmaq ciddi şəkildə çətin bir məsələdir. Belə şəxslərin haqqı qəbul etməsi də çox çətindir.

Biz gündəlik danışıqlarımızda belə misalları görürük. Müəyyən bir işi əncam vermək və yaxud bir şeyi əldə etmək çox çətin olanda deyirik ki, “asimana uçmaq filan işi görməkdən çox-çox asandır.” Əlbəttə, yaxın keçmişdə (təqribən yüz il bundan qabaq) asimana pərvaz etmək, fəza cisimlərini və kürələrini kəşf etmək sırf təsəvvürdən başqa bir şey deyildi. Amma hal-hazırda bəşəriyyət belə elmi nailiyyətlərə və texnologiyaya malik olsa da, onun problemləri və çətinlikləri yenə də qalmaqdadır. İnsanın asimana doğru getməsində daim dəsgahlarda, dayanacaqlarda və uçuş avadanlıqlarında çoxlu problemlər əmələ gəlir, nasazlıqlar yaranır.

Bəhsin təkmilləşdirilməsi üçün nəzərə çarpan incə bir məsələ budur ki, bugünkü gündə elmi nəzərdən sübuta yetmişdir ki, yer kürəsinin ətrafında olan atmosfer təbəqəsinin yer səthinə yaxın olan aşağı səviyyələrində insanın tənəffüsü çox rahatdır. Lakin insan yer səthindən aralandıqca havadakı oksigenin miqdarı get-gedə azalır. Belə ki, əgər insan yerdən bir neçə kilometr aralansa, oksigenin azlığına görə tənəffüs etməsi çətinləşir. Yerdən nə qədər aralansa, tənəffüs bir o qədər çətinləşər, hətta insanın huşdan gedib ölməsinə də səbəb olar (özləri ilə oksigen balonları apardıqları haldan başqa). Keçmiş dövrlərdə – və bu elmi həqiqətin sübuta yetməsindən uzun əsrlər qabaq ayədəki bu təşbehin verilməsi Quranın elmi möcüzələrindən biri sayılır.[2]

“Təfsiri Məraği”nin müəllifi bu ayənin izahında yazır: Ayədə məqsəd budur ki, bir kəsin pak fitrəti şirk ilə xarab olsa, günahlarının səbəbi ilə ruhu alçaq və zəlil olsa, öz qəlbində və sinəsində bir növ sıxıntı və təzyiq hiss edəcəkdir. Əgər ondan, tovhidin dəlillərində, asimanlarda və öz nəfsində dərindən təfəkkür etməsini istəsələr, qəlbini batil şeylərlə doldurduğuna, habelə iradəsini kor-koranə təqlidlər, təkəbbür və s. ilə  zəif və süst elədiyinə görə batil şeyləri, azğın yolu tərk edərək haqq dinə doğru dəvət edənlərə cavab vermək onun üçün çox çətin olur. Belə insanın vəziyyəti asimana doğru yuxarı qalxan və sinəsi təngnəfəs olan bir şəxsə təşbeh edilmişdir: bu şəxs asimana doğru nə qədər yüksəlsə, bir o qədər hava azlığı hiss edər və nəfəsi daha çox tutular. Nəhayət, oksigenin çatışmazlığı nəticəsində onun sağ qalmasına heç bir ümid və yol yoxdur. Əgər bu yerdə qalsa, havasızlıqdan boğulub öləcəkdir. Bir sözlə, Allah-taala bu ayədə dinsiz adamların nəfsinin mənəvi cəhətdən dar və tutumsuz olmasına bir təşbeh gətirir: haqqa doğru dəvət olunan bir şəxsin vəziyyəti özü batilə doğru getdiyinə və batillə ünsiyyətdə olub qaynayıb-qarışdığına görə atmosfer təbəqəsində yuxarı qalxan şəxsin təngnəfəsliyinə oxşadılmışdır. Hətta o ölüm ərəfəsinə qədər irəliləyə bilər. Bu şəxs (asimandan yuxarı qalxan) əgər özü üçün oksigen balonu götürməzsə və yerin səthinə tərəf gəlməzsə, axırda ölümə və məhvə məhkum olunur. Pak və münəzzəh Allah Özünün Quran adlı kitabında elə məsələlərə işarə etmişdir ki, bəşər övladı bu kitab nazil olandan yalnız 1400 il sonra bu həqiqəti dərk etmişdir. Hal-hazırda kosmik elmlərin irəliləyişi ilə alimlər fəzaya getməklə və ya təcrübə ilə Quranın 1400 il bundan qabaq bəyan etdiyi şeylərin haqq olduğunu əyanı şəkildə görürlər. Bu da təbiət elmlərində sübut edilənlərin düzlüyünə aydın bir dəlildir. Atmosferin müxtəlif təbəqələrində atmosfer təzyiqinin fərqlənməsi hal-hazırda elmi yolla sübut olunmuşdur; atmosferin yuxarı təbəqələrində havanın sıxlığı aşağı təbəqələrindən azdır. İnsan yer səthindən asimana doğru nə qədər çox getsə, bir o qədər oksigenə ehtiyaclı olduğunu və oksigenin azaldığı mühitdə təngnəfəslik hiss edir. Hətta havada seyr etmək üçün hava (oksigen) balonlarına ehtiyac duyur. Keçmiş dövrlərdəki müfəssirlər və alimlər bu ayələrdən aşkar bir bəyan çıxarıb irəli sürə bilməmişlər. Çünki onlar üçün bu ayələrin sirlərini dərk etməyə heç bir yol yox idi. Lakin hal-hazırda yeni elmlərin kəşfi və bütün sahələrdə elmin irəliləyişləri ilə müfəssirlər üçün bu kimi ayələrdə məqsədin nə olduğunu dərk etməyə imkan yaranmışdır. Buna görə də “elm və din bir-biri ilə düşmən deyildir” deyənlərin sözü düzdür. Elm nə qədər inkişaf edərsə, qədim dövrlərdə yaşayan alim və müfəssirlər üçün gizli qalan şeylər bir o qədər aşkar olaraq kəşf ediləcəkdir.[3]

Qərb alimlərinin bəzi kitablarında deyilir ki, Quranın “asimandan yuxarı qalxan şəxs” təbiri bu səmavi kitabın möcüzəsini bəyan edir. İnsanın fəzada oksigen çatışmazlığını nəticəsində boğulmağa düçar olması Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə kəşf olunmamışdı. Çünki o dövrdə insan bu məsələni və bu elmi həqiqəti təcrübə ilə əldə etməmişdi.

Peyğəmbərin dövründə bu həqiqət baş verməmiş və insan fəzaya getməmişdi ki, bu mövzunu əyani olaraq hiss etmiş olsun. Peyğəmbərin dövründə və ondan sonra son əsrlərə qədər insanın qalxa bildiyi ən yüksək yer dağların başı idi və insan orada oksigen çatışmazlığını hiss etmirdi. Dağların hündürlüyü elə səviyyədə deyildi ki, insan orada hava azlığını, boğulmağın və təngnəfəsliyin təsirini hiss etsin.

Qərb alimləri öz kitablarında insanın fəzadakı tənəffüs problemi ilə əlaqədar yazırlar:

“Yer kürəsi atmosfer təbəqəsi ilə əhatə olunmuşdur, yerin ətrafında olan hava qatı insanın tənəffüsü üçün zəruridir. Amma əgər insan yerdən aralanaraq fəzaya doğru pərvaz etsə, yuxarı qalxdıqca oksigenin miqdarı azalır. Belə ki, yerdən fasiləsi çoxalsa və oksigen dolu balonlardan istifadə etməsə, nəfəs almaq onun üçün çox çətinləşər və nəticədə bihuşluğa düçar olaraq məhv ola bilər.”[4]

 


[1] “Ənam” surəsi, ayə: 125

[2] Məkarim Şirazi, “Təfsiri-nümunə”, 5-ci cild, səh. 435-436

[3] “Təfsiri Məraği”, 8-ci cild, səh. 25-26

[4] “Təfsiru min vəhyil-Quran”, 9-cu cild, səh. 321; “Təfsiru min hüdəl-Quran”, 3-cü cild, səh. 186

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment