Azəri
Friday 29th of March 2024
0
نفر 0

Təfsiri be rəylə o təfsir ki, onda bir açıq fikirli (xəbəri vahidi müvəssəq) nəzərdən istifadə olubdur, fərqi nədir?

Təfsir be rəylə o təfsir ki, onda açıq fikirli (xəbəri vahidi müvəssəq) nəzərdən istifadə olubdur, fərqi nədir?
Qısa cavab

Bəzi elmlərin Quranla əlaqəsi bir cürdür ki, onlar olmadan Quran ayələrini təfsir və təhlil etmək olmur; sərf və nəhv və bəyan, lüğət və... Quranı daha yaxşı anlamaqda dəxaləti olan bütün elmlərin, müfəssir mahir şəkildə bilməlidir.

Quranda am və xas, mütləq və müqəyyəd, nasix və mənsux vardır, onları dəqiq dərk etmək üçün Quran ayələrinə əhatəli olmaq lazımdır ki, məbada mütləq, am ya mənsuxa əsasən hökm edilə, buna görə İmamlar (ə) Quranın ən yaxşı təfsirçilərindəndirlər. Bəlkə onun həqiqəti və natiqi Qurandırlar.

Digər tərəfdən təfsir be rəyin qadağan olması, cumud və düşünmək və... deyil; çünki Quranda düşünməmək pislənibdir. Allah Quranda buyurur: Quran haqqında düşünmürlər?! Əgər Allahdan qeyrisi tərəfindən olsaydı, onda çoxlu ixtilaf tapardınız.[i] Allah bu şərafətli ayədə, müşriklərin azqınlıq səbəbini Quranda düşünmək bildirir. Təfsir be rəy o təfsirə deyilir ki, şəxs, Quran ayələri haqqında Məsumlar (ə) tərəfindən olan təfsirlərə və hədislərə diqqət etmədən və Quranın digər ayələrinə (am və xas, mütləq və müqəyyəd, nasix və mənxus) diqqət etmədən, ya təfsir elmini (ya təfsirlə əlaqədar elmə) bilmədən, təkcə öz zehnindəkiləri nəzərə alaraq Quran ayələrini təfsir və təhlil edə və çalışa öz əqidələrini Quranda müstənəd etsin.

 


[i] - Nisa surəsi, ayə 82

 

Ətreaflı cavab

Cavabdan əvvəl bir neçə nöqtəni yada salırıq.

Bir: Quranın çox ayələri ümumi camaat üçün nazil olubdur. Bu cəhətdən İlahi ayələrin zahirindən ümumi camaatın başa düşməsi höccətdir. Buna görə üsullar Quranın zahirini höccət biliblər.[1]

İki: Əlbəttə Quranda xüsusi ayələrdə var ki, onları başa düşmək və başa salmaq Peyğəmbərin (s) və elmdə rasixlərin öhdəsinə qoyulubdur. Onların köməyi olmadan bu qismi İlahi ayələri dərk etmək mümkün deyil.

Üç. Quranda am və xas, mütləq və müqəyyəd, nasix və mənsux var onları dəqiq başa düşmək üçün Quran ayələrinə əhatəli olmaq lazımdır ki, məbada mütləq, am ya mənsuxa əsasən hökm edilsin.

Dörd. Baxmayaraq ki, bəzi elmlərin Quranın təfsiriylə bir- başa əlaqəsi yoxdur, amma giriş əlaqələri vardır bir cürə ki, onlar olmasa Quran ayələrinin təfsir və təhlil etmək olmaz; sərf və nəhv, məani və bəyan, lüğət və... Quranı daha yaxşı başa düşməkdə dəxaləti olan bütün elmləri, müfəssir mahir şəkildə bilməlidir. Deyilənlərə diqqət edərək cavaba başlayırıq təfsir be rəy və düşünmək.

Təfsir be rəyin qadağan olması, cumud və düşünməmək və... deyil" çünki Qurani kərim bir dəstənin azğınlığını Quranda düşünməmək bilir və düşünməyənləri pisləyir, necə ki, buyurur:

«أَفَلا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلى قُلُوبٍ أَقْفالُها»[2]

Habelə Qadir Allah təzə mövzuları Qurandan istinbat edən bir dəstəni, tərifləyib və buyurub:

«لَعَلِمَه الَّذِينَ يَسْتَنْبِطُونَهُ مِنْهُمْ»[3]

Başqa ayədə buyurur: Quran barədə düşünmürlər? Əgər Allahdan qeyrisi tərəfdən olsaydı, onda çoxlu ixtilaf tapardılar.[4]

Allah bu şərafətli ayədə müşriklərin azğınlıq səbəbini Quranda düşünməməklərində bilir.

Peyğəmbər (s) Qədir xumda vida həccində camaata buyurdu: "Ey camaat! Quranda diqqət edin və düşünün və ayələrini anlayın, Quranın möhkəmatına nəzər salın və mütəşabihatının arxasınca getməyin.[5]

Bu cəhətdən Quran və rəvayətlər xalqı Quranda düşünməyə və təfəkkürə dəvət edir ki, şübhəsiz bundan (düşünmək və tədəbbür) Quranın təfsiri və təhlilində istəyəcək.

Amma təfsir be rəy ki, dində pislənib. Təfsir be rəy o təfsirə deyilir ki, şəxs Quran ayələriylə əlaqədar olan hədislərə, təfsirlərə və ümumi qanunlara diqqət etmədən və Quranın digər ayələrinə (am və xas, mütləq və müqəyyəd, nasix və mənsux) diqqət etmədən, təkcə öz zehnindəkiləri nəzərə alaraq, Quran ayələrini təfsir və təhlil edə və çalışa öz əqidələrini Qurana istinad etsin.

Belə bir təfsir İslamda qəbul olunmayıb və bəyan olub ki, hər kəs Quran barədə elmi olmadan bir söz desə, yeri od olacaq.[6]

Buna əsasən deyilənləri nəzərə alaraq belə analiz edə bilərik ki, əgər bir kəs ürəyi istədiyi kimi Quranı təfsir etsə, bir halda ki, təfsir elmində və təfsirlə əlaqəli olan üsul, lüğət, nəhv hədis və... kimi elmlərdə mahir olmaya, Allahdan uzaqlaşıb. Peyğəmbərin (s) buyurduğu kimi öz yerini odda (cəhənnəmdə) hazırlayıb.[7]

Amma dini qanunların və ölçülərin üzərində qurulan, açıq fikirli təfsir, təfsir be rəy sayılmır.

Bu qanunlardan biri Məsumlardan (ə) qalmış rəvayətlərdə diqqət etməkdir; çünki Allah Qurana toxunmaq üçün təharəti şərt bilir.[8] Bu ümumidir istər zahiri toxunmaq istərsə də batini. Yəni necə ki, Quranın zahirinə toxunmağın zahiri təharətə ehtiyacı var, habelə Quranın batininə yetişməyin və toxunmağın batini təharətə ehtiyacı vardır. Hər nə qədər təharət daha çox olsa Quranın həqiqətinə yetişməkdə daha çox olacaq. Bu cəhətdən ki, İmamlar (ə) günahdan pak və Məsumdurlar və kamil ruhi təharətə sahibdirlər.[9] Nəticədə Quranın ən yaxşı təfsirçiləri onlardırlar.

Bəlkə onun həqiqəti və natiqi Qurandırlar.

Nəticə budur ki, (İmamlardan başqa) o kəslər Quranın həqiqi təfsirçiləri ola bilərlər ki:

Birinci: Təfsir elminə və təfsirlə əlaqəli elmlərə kifayət qədər məlumatı olsun.

İkinci: Əgər bir ayə haqqında İmamlardan (ə) təfsir varsa onun ziddinə təfsir etməsin.

Üçüncü: Qabaqcadan təyin olunmuş fərziyyələr əsasında təfsir etməyə.

 


[1] - Bu barədə müxtəlif insanların Qurandan təfsiri göstəricisinə, 5144 saylı sual (sayt: 5370) müraciət edin.

[2] - Quran ayələrində düşünmürlər? Ya (məgər) ürəklərinə qıfıllar qoyulubdur? Məhəmməd, surəsi, ayə 24.

[3] - Yəqinən (hökmən) onların arasından o kəslər ki, onun (düzgünlüyü və nadürüstlüyünü) biləcəklər, başa düşəcəklər. Nisa surəsi, ayə 83, Təfsiri isna Əşəri, cild 1, səh 10

[4] - Nisa sirəsi, ayə 82

[5] - Təbərsi, Əhməd ibni Əli, Əlehticac, cild 1, səh 60, Murtəza nəşri, Müqəddəs Məşhəd, 1403, Nəsayehdən tərcümə, səh 400

[6] - Səduq, Əttohid, səh 91, intişaratı came müdərrisine hozeye elmiyyüyü Qum, 1357 hicri şəmsi.

[7] - Hər kəs ki, Quranı təfsir be rəy etsə yeri oddan dolu olacaq, Razi, Fəxrəddin Əbu Əbdillah Məhəmməd ibni Ömər, Məfatihul- ğeyb, cild 7, səh 148 darul- ehyaut- turasil- ərəbi, Beyrut, üçüncü çap, 1420 hicri qəməri.

[8] - Vaqiə surəsi, ayə 79.

«لا يَمَسُّهُ إِلاَّ الْمُطَهَّرُون»

[9] - Əhzab surəsi, ayə 23

«إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهيراً»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment