Azəri
Friday 19th of April 2024
0
نفر 0

: Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da kiçik və azdır?

Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da kiçik və azdır? Məlum olduğu kimi ayədə buyurur: " و ما اوتیتم من العلم إلا قلیلا" mümkündür onun təfsirində az damcının dəniz qarşısında olması misal kimi nəzərdə tutulsun.
Qısa cavab

O mövzu ki, sualda ona işarə olunmuşdur, Quranın bəzi surələrində ona işarə olunmuşdur ki, əgər dənizlər mürəkkəb olsa, Allahın elmini yazmaq üçün, Allahın elmini yazıb qurtarmamışdan əvvəl qurtaracaqdır. Allah Taala Quranda buyurur: Sizə elm verilmişdir, yalnız az bir miqdarda. Əlbəttə Əhli- beytin (ə) bəzi sözlərində bu ayənin təfsiri üçün gəmişdir ki, sizlərdən az bir dəstnizə elm verilmişdir və insanlardan bir çoxuna nəsib olmamışdır. Qeyd etmək lazımdır, o mövzu ki, sualda işarə olunmuşdur (bizim elmimiz dənizin bir damcısından da kiçik və azdır). Məsum İmamların (ə) sözlərində bu cür ibarət yoxdur, amma ibni Abbasdan bunun oxşarı nəql olunmuşdur.

Ətreaflı cavab

Quranda bir çox ayələr vardır ki, sualda bəhs olunan məsələylə bir miqdar irtibatı vardır. Misal üçün

«قُلْ لَوْ كانَ الْبَحْرُ مِداداً لِكَلِماتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَنْ تَنْفَدَ كَلِماتُ رَبِّي وَ لَوْ جِئْنا بِمِثْلِهِ مَدَداً»

De: Əgər dənizlər Rəbbimin sözlərini (yazmaq) üçün mürəkkəb olsa, dnizlər Rəbbimin sözləri sona yetməmişdən əvvəl qurtarar, baxmayaraq onun kimisini (dənizləri) onlara kömək qərar versək.[1] Başqa bir ayə:

«وَ لَوْ أَنَّ ما فِي الْأَرْضِ مِنْ شَجَرَةٍ أَقْلامٌ وَ الْبَحْرُ يَمُدُّهُ مِنْ بَعْدِهِ سَبْعَةُ أَبْحُرٍ ما نَفِدَتْ كَلِماتُ اللَّهِ إِنَّ اللَّهَ عَزيزٌ حَكيم»

Və əgər yer üzündəki bütün ağaclar qələm olsa və dənizlər mürəkkəb olsa və yedi dəniz ona əlavə olsa bütün bunlar qurtarar, amma Allahın sözləri sona yetməz, Allah əziz və həkimdir.[2]

Bu ayə barəsində (Loğman 27) Qumi təfsirində belə gəlmişdir: Yəhudilərdən bir dəstəsi Peyğəmbərdən (s) ruh barəsində sual etdilər:

Həzrət buyurdu: " الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَ ما أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا" Ruh Allah tərəfindəndir və elmdən o miqdarda ki, sizə verilmişdir, az bir miqdardadır.[3] Dedilər aya məqsəd biz yəhudilərin elmi azdır və ya bütün insanların? Allahın rəsulu cavabında buyurur: Bütün insanların elmi! Dedilər: Necə bu iş mümkündür; ey Məhəməd (s)! Siz iddia edirsiz ki, o elmdən ki, siz bəhrələnmisiniz azdır o halda ki, Allah Taala Quranı sizə nazil etmişdir o cür ki, Tövratı bizə nazil etmişdir və Quranda bu cür gəlmişdir:

« وَ مَنْ يُؤْتَ الْحِكْمَةَ »

hər kəs ki, ona hikmət verirlər,[4] (yəni Tövrat)

«فَقَدْ أُوتِيَ خَيْراً كَثِيرا»

Bir çox nemətlər ona əta olunmuşdur.[5]

Allah- Taala Yəhudilərin cavabında bu ayəni nazil etdi: " وَ لَوْ أَنَّ ما فِي الْأَرْض..." Allah Taala buyurur: Allahın elmi bütün bunlardan böyükdür. O ki, sizə verilmişdir, sizinnəzərinizdə çoxdur, amma Allah yanında azdır.[6]

Əlbəttə bu ayənin " وَ ما أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا" təfsirində İmam Baqir (ə)- dan rəvayət olmuşdur ki, o həzrət buyurdu: Bu ayənin batini mənası odur ki, elm verilmişdir yalnız insanlardan az bir dəstəsinə və " قلیلا" kəlməsindən sonra " منکم" kəlməsi nəzərdə tutulmuşdur; yəni elm verilmişdir, yalnız sizlərdən az bir dəstəyə.[7] (yəni insanlardan bir çoxu elmdən bəhrələnməmişdirlər).

Qeyd etmək lazımdır, o mövzu ki, sualda bəhs olunmuşdur (bizim elmimiz dənizin suyunun bir damcısından belə kiçik və azdır) ibarəti Məsum İmamların (ə) sözlərində görünməmişdir. Amma ibni Abbasdan onun oxşarı nəql olunmuşdur:

Xaricilərdən bir kişi ibni Abbasdan sual etdi, ibni Abbas cavab vermədən əvvəl soruşdu: Mənim elmim çoxdur yoxsa Əlinin (ə)? Dedi: Əgər Əlinin səndən elmli bilsəydim səndən soruşmazdım! İbni Abbas əsəbləşib dedi: Anan əzana otursun, Əli (ə) mənə elm öyrətmişdir, onun elmi Allahın Rəsulu tərəfindən və Peyğəmbəri (s) Allah öz ərşindən öyrətmişdir. Bunun üçün də Peyğəmbərin elmi Allah və Əlinin (ə) elmi Peyğəmbər (s) və mənim elmim isə Əli (ə) tərəfindəndir. Peyğəmbərin bütün əshablarının elmi Əlinin(ə) elminin qarşısında, bir damcının yeddi dəniz bərabərində olduğu kimidir.[8]

 


[1] - Kəhf surəsi, ayə 109.

[2] - Loğman surəsi, ayə 27.

[3] - İsra surəsi, ayə 85.

[4] - Bəqərə surəsi, ayə 269.

[5] - Həmin.

[6] - Qumi, Əli ibni İbrahim ibni Haşim, Qumi Təfsiri, cild 2, səh 166. Darul- kitab müəssisəsi, Qum 1404 hicri qəməri.

[7] - Əyyaşi, Məhəmməd ibni Məsud, Təfsiri Əyyaşi, cild 2, səh 317. Elmiyyə çapxanası, Tehran, 1380.

[8] - Şeyx Mofid, Əl- əmali, səh 235, Konqəreye Şeyx Mofid, Qum, 1413. Hicri qəməri.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil ...
“Tövbə” surəsinin 43-cü və ya “Təhrim” surənin 1-ci ayəsi İslam ...
Sual 39:
Sual 51: Gecə namazlarında xüsusilədə şəfi namazında oxunan surə və qunutda ...
ORUCUN KƏFFARƏSİNİN HÖKÜMLƏRİ
Sual 70:
Sual 65:
Sual:40
Sual 38: Cənnət və cəhənnəm Allah Allahlıq edənədək mövcud olacaqdır yoxsa ...
Sual 17: İsra surəsinin 90,91 və 92-ci ayələrindən belə məlum olur ki, Məkkə ...

 
user comment